•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊
11.8K subscribers
1.1K photos
794 videos
96 links
Kimin canında sevgi varsa, Tanrı onun qəlbindədir. Çünki Tanrı — elə sevgi deməkdir.
Sevgisini şeirlərlə ifadə edənlərin kanalı.♡

📅 𝓓𝓪𝓽𝓪: 13.10.2020.
Download Telegram
Dağ başında qar üstünə qar gələr,
Gileylənmək zirvələrə ar gələr,
Hər nə geysəm vücuduma dar gələr,
Bu darlığa dözmək olmur, əzizim.

Əzəl gündən dünya yalan dünyadır,
Baha satan, ucuz alan dünyadır,
Arzuları nakam qalan dünyadır,
Dağılanı düzmək olmur, əzizim.

Heç bilməzdim daşım belə ağırdır,
Bəxtim belə biçarədir, fağırdır,
Gedəcəyəm, göylər məni cağıdı,
Daha yerdə gəzmək olmur, əzizim.

Kaşki dünya zalımlığın ataydı,
Qəlbim bir an istəyinə çataydı,
Yaşamağım göz yaşıdır, haraydır,
Göz yaşında üzmək olmur, əzizim.

Dalğalara yalvarmaqdan bezmişəm,
Hönkürməkdən, ağlamaqdan bezmişəm,
Səndən ayrı yaşamaqdan bezmişəm,
El-obadan bezmək olmur, əzizim.

🖊Vahid Əziz

@seirqoxulum
❤10❤‍🔥4👍3👏2
Gözüm yolda qalıb,qulağım səsdə,
Gedibsən,qalmışam mən qonaq kimi.
Sən yerin altında,mən yerin üstə,
Biz ayrı düşmüşük kök budaq kimi.


🖊Nəriman Həsənzadə

@seirqoxulum
❤9💔4👍2👏2
Mən belə adamam, məndən uzaq gəz.
Uzaq gəz xeyirimdən, şərimdən mənim.
Daha bu qələmim çiçək bitirməz
Qızlar çələng hörməz şeirimdən mənim.


Ramiz Rövşən

@seirqoxulum
❤8🕊4👍3👏2
Sən mənim ən əziz sirrim, istəyim,
Sən mənim ən acı həqiqətimsən.
İtmiş gəncliyimdən soraq gətirən,
Sən mənim sonuncu məhəbbətimsən.

🖊Fikrət Qoca

@seirqoxulum
❤‍🔥14❤4👍2🕊2😍1
İnandım hər sözünə, alışdım hər közünə,
verdiyin əzabların dözmüşəm hər üzünə,
duysam da dəli olub sənin özün-özünə
gülürsən – inanmıram,

Axşamlar erkən düşür, isti mənnən gen düşür,
həyətdən səsin gəlir, eyvana kölgən düşür,
bezib yalanlarınnan həsrət məni üşüdür,
gəlirsən – inanmıram...


🖊Vahid Əziz

@seirqoxulum
❤11👍2❤‍🔥1👏1
Bilirsən heç nə qədər
“Qayıt”yazıb pozuram
Yerə çəngəl də düşsə
Gəlməyinə yozuram..

Əziz Yaqubzadə

@seirqoxulum
💔11🕊5👍3👏2😍1
 
Bilmirdin ki, tərk edilən, qəlbini
Hər kəsə, hər şeyə bağlayır axı.
Gündüzlər gizlincə, səssiz-səmirsiz,
Gecə hönkür-hönkür ağlayır axı.
 
İndi səndən ürəyimə dərd damır,
Məgər eşitmirsən, ordan sədamı?
Belə tez unutmur adam adamı,
Ağlının küncündə saxlayır axı.
 
Kaş elə unutmağa çataçatda
Məni qurtarardın bu batabatdan.
Qatillər də öz qurbanını hətta
Ölübmü-qalıbmı yoxlayır axı...

Əziz Yaqubzadə

@seirqoxulum
👍5💔4❤‍🔥3❤2👏2🕊1
Maşallah olsun kanalımızın izləyiciləri gündən günə artır. Bu məni çox sevindirir və paylaşımlarımızı daha böyük sevgiylə edirik. Bəyənməyiniz bizim üçün çox önəmlidir. Kanalla bağlı təklif və iradlarınız olarsa, @seir_qoxulum_admin 'lə əlaqə saxlayaraq fikirlərinizi bölüşə bilərsiniz.
Hər biriniz xoş gəlmisiniz🤍
❤4🤗3😍1💯1
Mən daha bu şəhərin hər üzünü görmüşəm
Bitməyən gecəsini, gündüzünü görmüşəm
Qırıq-qırıq ümidlər yerə düşəndə gördüm,
Günəş qürub edəndə, rəng dəyişəndə gördüm.
Boşluqların civə tək birləşməsin bilirəm,
Boşluqların boşluğa yerləşməsin bilirəm.
Mən daha "gəl" sözünə getmərəm, şil olmuşam
Qəza olub ruhumda, eşqdən əlil olmuşam..


Bahar Zaman

@seirqoxulum
❤8👏3👍1🔥1
Daha mələklərin tikişi tutmur
Sökülür bu ömür, can üstündəyəm
Halal et, sevgili ən çətini də,
Şeirlər yazdıran həsrətini də
Sən atəş mən isə zərli kəpənək...
Tanrı qulağıma pıçıldayırdı:
"Qorxma! Atıl oda, yan! Üstündəyəm..."

Bahar Zaman


@seirqoxulum 🕊
👍7❤5🕊1
Kanalımızda olan, olmayan hər bir hərbiçimizi Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirəm. Rəbbim şəhid olan hərbiçilərin ruhunu şad eləsin. Allah onlara rəhmət eləsin🙏🏻
Allah ordumuzu qorusun. Var olasınız, əziz hərbiçilər🇦🇿🤍

@seirqoxulum
🙏5❤3🕊2
Qopardıb qəlbimi gərək sinəmdən,
Ona gül yerinə bağışlayım mən.
Özü də bilir ki mənim dərdimdən,
Ölür, gözlərinə qurban olduğum.

Xəlil Rıza Ulutürk

@seirqoxulum
👍5😍2❤1
Sən mənim dərdimə dərman deyilsən,
Sən mənim dərdimi ovutduransan.
Sən mənim sevdiyim insan deyilsən,
Mənə sevdiyimi unutduransan.


Ramiz Rövşən

@seirqoxulum
❤10👍1
Daha hansı şairlərin şeirlərini görmək istəyirsinizsə, yoruma qeyd edə bilərsiniz..🫶🏻🕊
❤2
Ay üzübaharlı,
əli qış sonam,
Gileyim gülməli gəlməsin mənim.
Qorxuram
sevgidə soyumağın da
Əlindən başlaya,
əlindən sənin;
Əllərin nə yaman soyuqdur, gülüm…


Nüsrət Kəsəmənli

@seirqoxulum
❤4👍2❤‍🔥1
Bəlkə də qovuşsaq, xoşbəxt olardıq,
Bəlkə də dəyməzdi, bu qorxaqlığa.
Səninlə cənnətə hər kəs gələrdi
Təkcə mən gələrdim hər bataqlığa.


Müəllifi: ms.magnoliya🤍

@seirqoxulum
❤8❤‍🔥2🕊2👍1
Xoşbəxtlik, bəlkə də, bizim düşündüyümüz qədər çətin deyil. Məcazi məna kəsb edən sözdür. Ona görə onu görmək, toxunmaq, tapmaq olmur. Xoşbəxtlik hiss, duyğudur. Onu sadəcə yaşamaq, dadmaq lazımdır. Həyatınızın həqiqi anlamında xoş olun...✨
Hər kəsə xeyirli gecələr🕊

@seirqoxulum
❤8👍2🕊2🙏1