•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊
11.8K subscribers
1.1K photos
794 videos
95 links
Kimin canında sevgi varsa, Tanrı onun qəlbindədir. Çünki Tanrı — elə sevgi deməkdir.
Sevgisini şeirlərlə ifadə edənlərin kanalı.♡

📅 𝓓𝓪𝓽𝓪: 13.10.2020.
Download Telegram
Ey coşqun gəncliyim, ey havalı quş,
Oxuduğum şərqi dinlənməz olmuş.
Ey şeir yazmaqla keçən günlərim,
Siz ki ən vəfalı günlərimsiniz…
Baxıb buludlara gülümsəməkçin,
Sevgi nəğmələri bəstələməkçin
Mənə müsaidə verərmisiniz?

Mikayıl Müşfiq

@seirqoxulum
❤5👍4🕊1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Mənim səndən uzaqlarda,
Yamandı halım, necəsən?
Özgəsinə qismət olan,
Cahi-cəlalım, necəsən?

İbrahim İlyaslı

@seirqoxulum
❤10👍8🕊4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📍Lankon, Xanbulan
Şeiri səsləndirən: Vüqar Biləcəri

@seirqoxulum
👍10❤8❤‍🔥2😍1
Yuxumu gözümdən oğurlayan qız,
Ağ günə çıxdımı qara gözlərin?
Elə ağladım ki, arxanca sənin
Yuyuldu yollardan ayaq izlərin…

Daha tükənmişəm, daha bitmişəm,
Sənin nə vecinə, rahat yatırsan…
Mən sənə haqqımı halal etmişəm,
Sən niyə yuxuma haram qatırsan?

Xəzər Süleymanlı

@seirqoxulum
👍13❤5
"Ulduzlar Arasında Qalan Sevgi"

Mən Tuğra. Adım bəlkə adi səslənir, amma ürəyimdə fırtınalar qopar. Sevginin verdiyi gücü də, aldığı nəfəsi də eyni anda hiss edən bir adamam. Həyatımdakı ən böyük fırtına isə Ayla ilə başladı. Onun adı belə bir şeir kimi səslənir, sanki səma öz işığını yalnız onun adında toplamışdı. Amma bu hekayədə şeir sonluq deyil, yalnız ağrının başqa bir adı oldu.

Ayla ilə ilk dəfə qızılgül bağına bənzər bir parkda qarşılaşmışdıq. Yazın əvvəlində ağaclar çiçək açırdı, amma o gün bütün gözəlliklərin şahı yalnız Ayla idi. Gözləri dərin mavi dəniz, saçları isə sanki gün batımının son şüaları idi. O anda başa düşdüm ki, bu qız yalnız mənim deyil, bütün aləmin ürəyini oğurlaya bilərdi. Amma mənim ona baxışım yalnız heyranlıq deyildi. Bu, hələ bilmədiyim, amma məni dəyişdirəcək bir sevginin toxumu idi.

Hər dəfə onunla rastlaşanda dünya bir anlıq dayanırdı. Mənim isə sözlərim dilimdən yox, gözlərimdən tökülürdü. Onun hər gülüşü qəlbimdə bir səs qoyurdu – “Sən sevgi üçün yaranmısan, Tuğra.” Amma bu sevgini dilə gətirmək mənim üçün ən böyük çətinlik idi. Çünki aramızda yalnız məsafə yox, iki ailənin, iki dünyanın sərt divarları vardı. Onun ailəsi bizim kimi sadə, adi insanlarla eyni cərgədə olmaqdan qürur duymayan zəngin bir sülalədən idi. Mənim ailəm isə gündəlik çörəyini zəhmətlə qazanan, sadə insanlardan ibarət idi.

Axır ki, bir gün cəsarətimi toplayıb ona hisslərimi demək istədim. Gün batımı vaxtı sahildə görüşdük. Günəşin son şüaları onun üzünə vurmuşdu, mən isə gözümü ondan çəkə bilmirdim. Elə bilirdim ki, indi hər şey dəyişəcək, həyatımız yeni bir yol alacaq. Amma mən danışmağa başlamadan, o sözə başladı.

“Tuğra...” deyib susdu. Səsi titrəyirdi, amma gözləri qərarlı idi. “Bilirəm ki, mənimlə bağlı ürəyində çox şey var. Mən də sənin hisslərini duyuram. Amma bil ki, bu dünya bizə yer ayırmayıb. Ailəm mənim seçimlərimə heç vaxt hörmət etməz. Onların gözündə mənim sevgi üçün yox, soyadı üçün yaşamağım daha önəmlidir. Amma bu, mənim sevgimə kölgə sala bilməz. Bil ki, səni hər şeydən çox sevdim.”

Sözləri məni elə bir qaranlığa qərq etdi ki, o anda dünyanın bütün səsləri batdı. Nəfəsim daraldı, amma heç nə deyə bilmədim. O, geri çevrildi və getdi. Mən isə yalnız arxasınca baxa bildim. Onun addımları dəniz qumu üzərində iz buraxırdı, amma o izlər sanki mənim ürəyimdən keçir, qəlbimi hər addımda əzirdi.

Bu gün illər keçsə də, o gün hələ də mənim üçün dünən kimidir. Ayla mənim həyatımdan uzaqlaşdı, amma ruhumdan heç vaxt getmədi. Hər gecə göyə baxıram. Ayı izləyirəm, ulduzları sayıram. Çünki bilirəm ki, o da haradasa həmin səmalara baxır. Qovuşa bilmədik, amma sevgimiz ulduzlar qədər əbədi qaldı.

Dünya bizi ayırdı, amma ruhumuzu qıra bilmədi. Sevgi qəfəsdə məhkum olsa da, ürək hələ də onun azadlığına inanar. Mən hələ də səni gözləyirəm, Ayla. Bir gün sevginin sərhədsiz olduğu yerdə görüşəcəyimizə inanıram....

M.Toğrul
@seirqoxulum
❤8👍6😍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bəzən ayrılıqlar bizim könlümüzə ağır yük kimi gəlir, ürəyimiz sızlayır sevdiyimizi itirdik deyə.. amma Allah'ın bizim qismətimizə yazdığını görsək heç də elə üzülməyib şükür edərik. Əgər biri bizdən gedirsə, şükür etməyi bacarmalıyıq. Bizim olan əvvəl-axır bizə dönər, dönməzsə daha xeyirlisi olacaq demək..🤍 (Səma Rəhimzadə)

@seirqoxulum
❤10👍3
Səni niyə belə sevdim?
Səni niyə belə sevdim,
belə istədim niyə,
canımdakı min tikana,
bir gülə istədim niyə?!
Eşqdə gizlətdim bu canı
görəmməyən varmı, hanı?!
həm gizlətdim, həm də hamı
bilə istədim niyə?
Min illərçün də Allahdan
Gecə-gündüz, hər an, hər an
səni özümə həm sultan,
həm də, həm də
kölə istədim niyə?!

Vaqif Bayatılı Odər

@seirqoxulum
❤6👍6👏1
Salam kanalımda olan, əziz xanımlar. Zəhmət olmasa, mənim instagram səhifəmi izləyərdiniz🫠🫶🏻

https://www.instagram.com/ugc_semaa?igsh=MXRmYjh6NHAyaDducQ==
❤3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Mənim kimi Miro sevənlər üçün🫠

@seirqoxulum
❤5👍5😍3
Səni sevən ölüm kimi,
Səni candan ata bilməz.
Səni sevən vətən bilməz,
Ana bilməz, ata bilməz.

Səni sevmək təhlükəli,
Səni sevib, sevib təkcə,
Yaşamaq da mümkün deyil,
Səni sevib ölmədikcə.

Bəlkə bir gün, bəlkə min il,
Sevgiyə azadlıq gərək.
Heç Allah da azad deyil,
Sən azad olduğuntək.

İnsan sevməz min illərcə,
İnsan bu gün, sabah sevər.
Sən istəyən, sən sevəntək,
Bəlkə, ancaq Allah sevər.


Vaqif Bayatılı Odər

@seirqoxulum
❤7👍7👏1
❤4👍2
Yoxdur ki, Səndən ayrı mənə doğma adamım,
Hardasansa səs eylə, ay uzaqda olanım.

Gəl bir “darıxmışam” de, qollarımı qucaqla,
Ay mənim qollarıma indi həsrət qalanım.

Bilirəm, elə Sən də darıxırsan mən kimi
Üz-gözündən görünür, rəngi-ruhu solanım.

Qürur çarə deyil ki, özün yaxşı bilirsən,
Ay məni qüruruyla dərdə-qəmə salanım.

İndi Sənsiz bahar da mənə qış kimi gəlir
Gəl, sənin nəfəsinlə eşq oduna qalanım.

Gəl, əllərindən öpüm, gəl, bitsin bu uzaqlıq,
Ay çiynimi başına Ana Vətən sananım

Əziz Yaqubzadə

@seirqoxulum
❤7👍6
Əvvəllər xəyala inanmırdın heç
İndi möcüzəmə olmusan şərik.
Gəl mənim arzumdan birini sən seç
Bəlkə qismət olar, biz görüşərik.

Ruhum ilahidən ilham alanda
Hiss edəm saçının ətrini, gülüm.
Axı nə fərqi var, sən olmayanda
Ya gəlsin yaşamaq, ya gəlsin ölüm.

Axtarma, xəyalım sənlə əl-ələ,
Hər səhər şeh düşən göy çəməndədir.
Daha istəmirəm ev bundan belə,
Sən mənim evimsən, evim səndədir.

Girib ürəyimin gül baxçasına,
Eşqimin çiçəyin sənmi dərmisən?
Baxmayım dünyada bir başqasına,
Mənə bir rəsmini göndərərmisən?

Orda nəfəsimlə nəfəs alırsan
Salıb ürəyinə şairin adın.
Sən məndən uzaqda necə qalırsan,
Məni möcüzəylə gözləyən qadın?…

Asim bəy Kazımsoy

@seirqoxulum
❤9👍8😍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Oturaq gəl dərtlərimizi bölü‌şək
Gəl vaxtımız olmadığı ‌ı bir gü‌ndə görüşək

Unut getsin sevə bilmədik onsuz eşqim
Ola bilmədi heç kimin heç kim
İnan hər kəsin öz yolu var

Ürəyi deşdik elə bir qarmağa biz ilişdik
ikimizdə bir anda dəyiş‌dik
Gözəl hər şeyin bir sonu var.

Gedən ömrümü saç‌larında düzərəm
Mən sənsizliyimlə ölmərəm ki dözərəm

Şahı gəlsin bu ürək səni heç vaxt unutmaz
Əlim başqa ‌ bir əli daha tutmaz
Sevən adamın bir yolu var.. #Miro 🖤

@seirqoxulum
❤16❤‍🔥1👍1
Ayrılıq

Yenə bu şəhərdə üz-üzə gəldik, Neyləyək, ayrıca şəhərimiz yox. Bəlkə də biz xoşbəxt ola bilərdik, Bəlkə də xoşbəxtik, xəbərimiz yox.

Aradan nə qədər il keçib görən - Tanıya bilmədim, məni bağışla. Mən elə bilirdim, sənsiz ölərəm, Mən sənsiz ölmədim, məni bağışla! "Ölmədim" deyirəm, nə bilim axı, Bəlkə də, mən sənsiz ölmüşəm elə, ölmüşəm elə?!.

Bəlkə də biz onda ayrılmasaydıq, Nə mən indikiydim, nə sən indiki.

~Ramiz Rövşən

@seirqoxulum
❤16👍8😍3