Elə istəyirəm qayıdam hərdən,
Gah qəhər, gah qürur didir bağrımı,
Sənsiz dolu vurmuş çinar kimiyəm,
Hirsim qopub-düşən yarpaqlarımdı.
Söz var:”Ağlayanda ürək boşalar”,
Səninçün hönkürmək,ağlamaq asan,
Sənin heç olmasa-təskinliyin var,
Yaxşı ki,sən mənə oxşamamısan.
Tərsliyim başıma bir bəla olub,
Təpədən-dırnağa günaham,şərəm,
Eh… bu qürur da bir bəhanə olub,
Nən ki,körpəlikdən dəymədüşərəm…
Vahid Əziz
@seirqoxulum
Gah qəhər, gah qürur didir bağrımı,
Sənsiz dolu vurmuş çinar kimiyəm,
Hirsim qopub-düşən yarpaqlarımdı.
Söz var:”Ağlayanda ürək boşalar”,
Səninçün hönkürmək,ağlamaq asan,
Sənin heç olmasa-təskinliyin var,
Yaxşı ki,sən mənə oxşamamısan.
Tərsliyim başıma bir bəla olub,
Təpədən-dırnağa günaham,şərəm,
Eh… bu qürur da bir bəhanə olub,
Nən ki,körpəlikdən dəymədüşərəm…
Vahid Əziz
@seirqoxulum
👍9❤7
•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊
Əvvəllər xəyala inanmırdın heç İndi möcüzəmə olmusan şərik. Gəl mənim arzumdan birini sən seç Bəlkə qismət olar, biz görüşərik. Ruhum ilahidən ilham alanda Hiss edəm saçının ətrini, gülüm. Axı nə fərqi var, sən olmayanda Ya gəlsin yaşamaq, ya gəlsin ölüm.…
Media is too big
VIEW IN TELEGRAM
Səsləndirmə profesional şəkildə deyil, sadəcə izləyicilərim üçün etmişəm.
Şeir: Asim bəy Kazımsoy
@seirqoxulum
Şeir: Asim bəy Kazımsoy
@seirqoxulum
👍10❤4
..Həsrətin asılıb kirpiklərimdən.
Yuxum da gəlmir ki, heç olmasa mən
İtirim, batırım səni yuxumda.
Məndən vəfalıymış sənə yuxum da.
Yuxum qaçaq düşüb yatammıram mən,
Yuxum qorxub qaçıb fikirlərimdən…
Gəzmək istəyirəm… sənsizliyimi
Yollarda itirim, unudum tamam.
Hara gedirəmsə, xatirən kimi
Ağır bir yük ilə qarşılaşıram.
Səni itirmişəm,
neyləyim ancaq
Hər zaman, hər yerdə görünür yerin.
Yox, dözə bilmirəm,
dərd ondadır ki,
Özündən ağırdır xatirələrin...
Bəxtiyar Vahabzadə
@seirqoxulum
Yuxum da gəlmir ki, heç olmasa mən
İtirim, batırım səni yuxumda.
Məndən vəfalıymış sənə yuxum da.
Yuxum qaçaq düşüb yatammıram mən,
Yuxum qorxub qaçıb fikirlərimdən…
Gəzmək istəyirəm… sənsizliyimi
Yollarda itirim, unudum tamam.
Hara gedirəmsə, xatirən kimi
Ağır bir yük ilə qarşılaşıram.
Səni itirmişəm,
neyləyim ancaq
Hər zaman, hər yerdə görünür yerin.
Yox, dözə bilmirəm,
dərd ondadır ki,
Özündən ağırdır xatirələrin...
Bəxtiyar Vahabzadə
@seirqoxulum
❤22👍2
Audio
👍7❤3
•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊
Şeir: Mədinə Gülgün "Sevgin varsa" Səsləndirən: Səma Rəhimzadə Bəyənməyiniz diləyiylə✨ @seirqoxulum
Sevgin varsa | Mədinə Gülgün
Bir çiçəkdim, günəşimdin sən mənim,
Bir ürəkdim, atəşimdin sən mənim.
Yarpaqlarım günəşsizdir, sevgilim.
Qəlbim yaman atəşsizdir, sevgilim.
Qanadları kövrək quşam elə bil,
Həsrətinçin doğulmuşam elə bil.
İtirmişəm dincliyimi, yuxumu.
Necə deyim… heç insafın yoxdumu.
Bir ömürəm rəva görmə donum mən.
İstəyirəm atəşində yanım mən.
Paltarımı şəfəqlərdən biçib gəl,
Sevgin varsa, dumanları keçib gəl...
Bir çiçəkdim, günəşimdin sən mənim,
Bir ürəkdim, atəşimdin sən mənim.
Yarpaqlarım günəşsizdir, sevgilim.
Qəlbim yaman atəşsizdir, sevgilim.
Qanadları kövrək quşam elə bil,
Həsrətinçin doğulmuşam elə bil.
İtirmişəm dincliyimi, yuxumu.
Necə deyim… heç insafın yoxdumu.
Bir ömürəm rəva görmə donum mən.
İstəyirəm atəşində yanım mən.
Paltarımı şəfəqlərdən biçib gəl,
Sevgin varsa, dumanları keçib gəl...
❤🔥13👍7👏5
Gününüz aydın olsun, əziz izləyicilərimiz✨
31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə hər birinizi təbrik edirəm. Allah millətimizi qorusun, xoş günlər qismət etsin🙏🏻
31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə hər birinizi təbrik edirəm. Allah millətimizi qorusun, xoş günlər qismət etsin🙏🏻
👍5❤4
Bircə baxışınla, bircə sözünlə,
Səni hiss edirəm, səni duyuram
Nə qədər sən mənim həyatımdasan,
Özümü ən şanslı adam sayıram.
Mənim düşündüyüm, mənim andığım
Könlümü verdiyim bircə qadın var
Ən gözəl anlarda, xatirələrdə,
Sənin izlərin var, sənin adın var.
Sən mənim gecələr yuxularımsan,
Gündüzlər könlümün səcdəgah yeri
Sən mənə sevməyi öyrədən adam,
Sən əvəzolunmaz, əvəzsiz biri…
Mən sənə aşiqəm, sən mənə aşiq
Sən də bu hisslərin divanəsisən
Mən sənin eşqinlə əriyən şəməm
Sən eşqin fədakar pərvanəsisən…
Müəllif: Sənani
@seirqoxulum
Səni hiss edirəm, səni duyuram
Nə qədər sən mənim həyatımdasan,
Özümü ən şanslı adam sayıram.
Mənim düşündüyüm, mənim andığım
Könlümü verdiyim bircə qadın var
Ən gözəl anlarda, xatirələrdə,
Sənin izlərin var, sənin adın var.
Sən mənim gecələr yuxularımsan,
Gündüzlər könlümün səcdəgah yeri
Sən mənə sevməyi öyrədən adam,
Sən əvəzolunmaz, əvəzsiz biri…
Mən sənə aşiqəm, sən mənə aşiq
Sən də bu hisslərin divanəsisən
Mən sənin eşqinlə əriyən şəməm
Sən eşqin fədakar pərvanəsisən…
Müəllif: Sənani
@seirqoxulum
👍10❤8🔥5
Gəl, əyləş qarşımda, oturaq bir az,
Sən danış, mən bir az gülüm, sevinim.
Viranə qalmış bu qəlbimi dindir,
Sevincim doğmadır, özgədir qəmim.
İki dəmli çay demişəm gələcək,
Görən tale nə vaxt bizə güləcək?
Mənim bəxtim əzəlindən belədir,
Bilirəm ki, közərməmiş sönəcək..
• Nail Zeyniyev
#izləyicimizdən
@seirqoxulum
Sən danış, mən bir az gülüm, sevinim.
Viranə qalmış bu qəlbimi dindir,
Sevincim doğmadır, özgədir qəmim.
İki dəmli çay demişəm gələcək,
Görən tale nə vaxt bizə güləcək?
Mənim bəxtim əzəlindən belədir,
Bilirəm ki, közərməmiş sönəcək..
• Nail Zeyniyev
#izləyicimizdən
@seirqoxulum
👍17❤🔥8❤4💯1
Əliağa Vahid qəzəllərindən paylaşımmı?
Məndə 1964-cü ilə aid kirilcə olan kitabı var. Bəs sizdə?
Məndə 1964-cü ilə aid kirilcə olan kitabı var. Bəs sizdə?
👍12😍5❤1
Qaçdı səhralərə Məcnun demə Leylayə görə,
Eşqə düşmüş o da bir başqa müəmmayə görə.
Hərə bir dərd ilə aludədir, eylər nalə,
Mən sənin hüsnünə, bülbül güli-rənayə görə.
Bu təmənnadə idim vəslinə, ey gül, yetərəm,
Sındı məndən ürəyin tez bu təmənnayə görə.
Yusifin eşqi Züleyxanı şərəfdən saldı,
O da zindana düçar oldu Züleyxayə görə.
Başqa mehparələr eşqində gözümdən düşdü,
Qətrə gözdən düşər, əlbəttə ki, dəryayə görə.
Gül üçün bülbüli-şeyda keçir öz canından,
Gül nəyindən keçəcək bülbüli-şeydayə görə.
Ömrümüz indi ki, Vahid, belə sürətlə keçir,
Mümkün olduqca bu gün gör işi fərdayə görə.
Əliağa Vahid
@seirqoxulum
Eşqə düşmüş o da bir başqa müəmmayə görə.
Hərə bir dərd ilə aludədir, eylər nalə,
Mən sənin hüsnünə, bülbül güli-rənayə görə.
Bu təmənnadə idim vəslinə, ey gül, yetərəm,
Sındı məndən ürəyin tez bu təmənnayə görə.
Yusifin eşqi Züleyxanı şərəfdən saldı,
O da zindana düçar oldu Züleyxayə görə.
Başqa mehparələr eşqində gözümdən düşdü,
Qətrə gözdən düşər, əlbəttə ki, dəryayə görə.
Gül üçün bülbüli-şeyda keçir öz canından,
Gül nəyindən keçəcək bülbüli-şeydayə görə.
Ömrümüz indi ki, Vahid, belə sürətlə keçir,
Mümkün olduqca bu gün gör işi fərdayə görə.
Əliağa Vahid
@seirqoxulum
❤🔥12❤8👍3
Əziz izləyicilərim, sizdən bir xahişim olacaq. Əgər Temu proqramını yükləməyibsizsə, linkə daxil olub yükləyərdiniz. Mənim üçün önəmlidir. Öncədən təşəkkür edirəm🙏🏻
Yükləyən olsa + göndərsin yoruma🫶🏻
https://temu.to/m/eg6m69zi5ni
Yükləyən olsa + göndərsin yoruma🫶🏻
https://temu.to/m/eg6m69zi5ni
👍3
Çürütdük ömrümüzü bivəfalər eşqində,
Girişmək, qəmzə satan məhliqalər eşqində.
Sədaqət ilə vəfa aləmində can qoyduq,
Vəfadan əl götürən aşinalər eşqində.
Xəyali-vəsl ilə zənciri-zülfə bağlandıq,
Rəqibə naz eləyən dilguşalər eşqində.
Büküldü bel, baş ağardı, qocaltdı qüssə bizi,
Bu sərv boylu, by zülfi qəralər eşqində.
Bizim nəvayə gələn neydən eşqimiz çoxdur,
Biz indi də gəzirik binəvalər eşqində.
Bəlayi-eşqlə hər çövrə dözmüşük, Vahid,
Bu daş ürəkli olan dilrubalər eşqində.
Əliağa Vahid.
@seirqoxulum
Girişmək, qəmzə satan məhliqalər eşqində.
Sədaqət ilə vəfa aləmində can qoyduq,
Vəfadan əl götürən aşinalər eşqində.
Xəyali-vəsl ilə zənciri-zülfə bağlandıq,
Rəqibə naz eləyən dilguşalər eşqində.
Büküldü bel, baş ağardı, qocaltdı qüssə bizi,
Bu sərv boylu, by zülfi qəralər eşqində.
Bizim nəvayə gələn neydən eşqimiz çoxdur,
Biz indi də gəzirik binəvalər eşqində.
Bəlayi-eşqlə hər çövrə dözmüşük, Vahid,
Bu daş ürəkli olan dilrubalər eşqində.
Əliağa Vahid.
@seirqoxulum
👍9❤7❤🔥2
"Və əgər birini sevirsənsə, onu sənin istədiyin kimi deyil, olduğu kimi qəbul edib bütünlüklə sevirsən."
Lev Tolstoy , Anna Karenina
@seirqoxulum
Lev Tolstoy , Anna Karenina
@seirqoxulum
❤19👍8