SOBotlar Official Channel
1.51K subscribers
62 photos
19 videos
22 links
SO Telegram Botları Rəsmi kanalına xoş gəldiniz✨

Haqqımızda və Botlara baxış: @AddSoBot

Reklam üçün: @SOAdmin
Download Telegram
@GizliSozSOBot -da Yeniliklər

📅 Tarix: 22 dekabr 2020

➕ 3000 Yeni Söz
➕ Top - 10 yox Top - 25 Reytinq

📌 Qeyd: Bu yenilik Avtomatik olaraq bütün qruplarda aktiv edildi. Sizdə Söz bazanızı artırmaq istəyirsinizsə Botu qrupunuza Əlavə edin.Yaxud Rəsmi qrupumuzda 7/24 Oynaya bilərsiniz.
✅ Yeni Bot @UpSoBot

📅 Tarix: 22 dekabr 2020

➕ Qrupunuza daxil olan hərkəsi çox maraqlı və Səmimi qarşılama
➕ !me (Haqqınızda bilgilər)
➕ !topxal (Qrupunuzun Ən Aktivlərinin Siyahısı)
➕ !settings - Qrup ayarlarını idarə etmək
➕ !bestgroups - Ən Aktiv Qruplar (UpSoBot-üzrə)
➕ !bestusers - Ən Aktiv İstifadəçilər (UpSoBot-üzrə)
➕ !bestranks - Ən Böyük Rütbəlilər (Bütün Qruplarda)
➕ !toplike (Qrupunuzda Ən Çox Bəyənilənlərin Siyahısı)
➕ !report - Hər hansısa Mesajı İdarəçilərə bildirmək
➕!lang - İstədiyiniz dildən istədiyiniz dilə tərcümə (nümunə: !lang az tr)
➕ @admins - İdarəçiləri Tag Etmək
➕ !status (Mesajını yanıtladığınız istifadəçi haqqında bilgilər)
➕ !id (Mesajını yanıtladığınız istifadəçinin id nömrəsi)
➕!mute Səbəb 30m (Mesajını yanıtladığınız istifadəçini susdurmaq)
➕!ban (Mesajını yanıtladığınız istifadəçini bloklamaq)
➕+ (Mesajını yanıtladığınız istifadəçinin mesajını bəyəndiyivizi göstərər)
➕ 👍 Like Sistemi
➕ 👮🏻‍♀️Rütbə Sistemi
➕ @all və ya /starttag (Qrupdakı bütün Aktiv istifadəçiləri tag edər)
➕ !all və ya /canceltag (Qrupdakı bütün Aktiv istifadəçiləri tag etməyi dayandırar)
➕ /stats
(Qrupunuz haqqında ətraflı məlumat verər)

📌 Bu Bot sizin qrupunuzu daha əyləncəli etmək və qorumaq üçün nəzərdə tutulmuş Azərbaycandakı ilk botdur. Botun içindəki funksiyalardan ən maraqlıları. Qrupunuzdakı aktiv istifadəçiləri dahada aktiv etmək üçün Rütbələndirmə və Like sisteminə malikdir. Beləki artıq Botu qrupunuza atdıqdan sonra Qrupunuzda hər mesaj yazan istifadəçi 👮🏻‍♀️Rütbə üçün xallar yığacaq və çox aktiv olan istifadəçilər 🎰 Jackpot 🎰 Olaraq hədiyyə xallar qazanacaq. Siz çox gözəl fikirlər bildirirsiniz hər kəs bunu bəyənə bilər bəs bunların statistikası niyədə olmasın? Bu zaman Sizin köməyinizə 👍 Like sistemi gəlir və bu Sistem sizin Qrupdakı Yazdığınız mesaların nə qədərinin bəyəndiyini göstərəcək. Beləki mesajınızı bəyənən istifadəçi mesajınıza + la cavab verərsə bu zaman sizin mesajınızı bəyənmiş olur və bot Hər ikinizin Like sayını sizə bildirir 👨🏻‍💻. Daha çoxunu görmək üçün Botu qrupunuza Atın və Mütləq işləməsi üçün ✅ Adminlik verin. Əks halda işləməyəcəkdir ❌.

👨🏻‍💻 Hər zaman sizin Maraqlı Əyləncəli və İntellektual bir mühitdə olmağınızı düşünən @SoBotlar Heyyəti
👍17😢3❤1
⚠️ Yeni Yarış Haqqında Məlumatlandırma.

Mükafat 30 AZN 💰

31 Dekabr @SozOyunuSoBot üzrə növbəti yarışımız baş tutacaq.

Yarışa Qatılmaq üçün lazımlı şərtlər aşağıdakılardır.

1) 31 Dekabr tarixinə kimi ✅ Vip İstifadəçi almaq.
2) @SOBotlarCempionat qrupuna qatılmaq.

Qeyd: Vip İstifadəçi almaq üçün qrupunuzda /vip komandasını icra edin.
Hesabınızda 10 almaz olması vacibdir əgər almazınız azdırsa. /shop komandası ilə hesabınızı artıra bilərsiniz.

Vip İstifadəçi almaqla bağlı Problemi və ya sualları olan @SenanOguz hesabına yaza bilər
👍2
✅ Yeni Bot @DCSOBot

📅 Tarix: 26 dekabr 2020

➕ /oyunabasla - Oyuna Start Verin
➕ /toplike - Ən çox Bəyənilənlər
➕ /topdiss - Ən Az Bəyənilənlər
➕ /novbeti - İstifadəçinin sırasını dəyişmək
➕ /qosul - Davam edən oyuna Qoşulmaq
➕ /cix - Oyundan Çıxmaq
➕/stop - Oyunu Bitirmək
➕ 👍 Like Sistemi
➕ 👎DissLike Sistemi

📌 Bu Bot Qrupunuzda (Tam Olaraq Pulsuz) Doğruluq və Cəsarət oyunu oynamaq üçün nəzərdə tutulmuşdur. Botun tərkibində Doğruluq Sualları və Cəsarət Sualları. 👍 Like Sistemi və 👎DissLike Sistemi mövcuddur. Like Sistemi və DissLike sistemi ilə Ona verilmiş sualı İstifadəçi Yaxşı cavablayarsa Like əks halda DissLike ilə dəyərləndirə bilərsiniz. Bota maraq qatmaq üçün Bir birindən əyləncəli Dizayn və Emojilər + Giflər əlavə edilmişdir. Əlavə Olaraq Oyunu oynayanlar üzrə ən çox Like yığanlar və Diss yığanların siyahısına baxa bilərsiniz. Hər Oyun Bitən zaman Oyunda kim nə qədər 👍 və ya 👎 toplamışdır Bot sizə bildirəcək. Oyuna minimum 2 nəfərlə başlaya bilərsiniz. Oyunda hərkəsin öz sırası gələn zaman Ona Sual verilir. Sıralama Qətiyyən Random verilməyəcək və sizi boş yerə Gözlətməyəcək. Daha çoxunu Qrupunuzda oynamağla görə bilərsiniz . Botun işləməsi üçün Qrupunuza əlavə etdikdən sonra ✅ Adminlik verin. Əks halda işləməyəcəkdir ❌.

👨🏻‍💻 Hər zaman sizin Maraqlı Əyləncəli və İntellektual bir mühitdə olmağınızı düşünən @SoBotlar Heyyəti
👍37❤15🔥1
@DCSOBOt -da Yeniliklər

📅 Tarix: 26 dekabr 2020

Doğruluq Cəsarət Botunda Yeni Reytinq Cədvəlləri

➕ bestgroups - Ən Yaxşı Qruplar
➕ bestusers - Ən Yaxşı İstifadəçilər
➕ grouplike - Qrupun Ən Çox Bəyənilənləri
➕ groupdiss - Qrupun Ən Az Bəyənilənləri
➕ Oyuna /qosul komandası ilə qoşulan istifadəçi neçə nəfərdən sonra sırası gələcəyini görə biləcək

📌 Ən yaxşı Qruplar Reytinqi hər bitən oyun zamanı Qrupun oyun sayını artırır və Reytinqdə irəli aparır. Nə qədər çox oyun oynasanız o qədər irəli getmək şansınız var. Ən yaxşı İstifadəçilər də həmçinin Oyun sayına görə sıralanır. Əlavə olaraq olduğunuz qrupda ən çox like və ən çox disslike yığanları da görə bilərsiniz. Əlavə olaraq botda oynayan zaman bir neçə maraqlı funksionallıq qatılıb.

👨🏻‍💻 Hər zaman sizin Maraqlı Əyləncəli və İntellektual bir mühitdə olmağınızı düşünən @SoBotlar Heyyəti
❤3👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Hörmətli SOBOTLAR istifafəçiləri 3 ay ərzində biz sizinlə böyüdük. Uğurunuz Uğurumuzdur. Çox az zamanda artıq 500 min nəfərdən çox istifadəçimiz oldu. 2021-ci il üçün sizlərə Web saytımızın təqdimatını edəcəyik. Beləki həm saytdan anba-an Hər bir bot üzrə statistikalara həm ətraflı məlumatlara baxa bilərsiniz. Siz daha çoxuna laiqsiniz. Biz sizin üçün xidmət etməkdən qürur duyuruq.
3 ay ərzində SOBOTLAR adı altında bizlərə kömək edən və hərzaman bizimlə olan bütün admin(ka) və istifadəçilərə sonsuz təşəkkürümüzü bildiririk. 2021-ci ildə sizlər üçün Sürprizlərimiz olacaq☺.

Hərzaman sizin üçün çalışan @SOBOTLAR HEYYƏTİ
👍4❤2
31 Dekabr-da @SozOyunuSOBot üzrə

Keçirilən yarışın nəticələri.

⭐️ Farid: 67
⭐️ ✯Rufo✯: 77
⭐️ Aziz Mouradi: 69
⭐️ Kamran: 67

farid = 18 + 14 + 10 + 13 + 12
rufo = 12 + 21 + 20 + 9 + 15
aziz = 12 + 11 + 13 + 20 + 13
kamran = 9 + 12 + 12 + 12 + 22

Bu yarışın Qalibi ✯Rufo✯ oldu. Bizdən 30 manat hədiyyə qazandı.Təbrik edirik.

Həyatda hərzaman uğurlarının bol olmasını və 2021-ci il hamımız üçün Uğurlu gəlməsini diləyirik. Növbəti yarışarda görüşənədək.

Hörmətlə: @SOBOTLAR
👍1
✅ Yeni Bot @SecretWordSOBot

📅 Tarix: 05 yanvar 2021

➕ /secretword - Oyuna Start Verin
➕ /grouprating - Qrup Reytinqi
➕ /topplayers - Ümumi Reytinq
➕ /topgroups - Ən yaxşı Qruplar
➕ /myrating - Şəxsi reytinqiniz
➕ /gamerules - Qaydalar
➕ /shop - Market
➕ İpucu sistemi
➕ 🇦🇿 🇹🇷🇷🇺 🇬🇧 Dil
➕ İstənilən dili istədiyiniz formada öyrənmək

📌 Bu Bot sizə istədiyiniz dildəki sözləri rahat formada öyrənə bilməyiniz üçün yaradılmışdır. Artıq hər hansısa dildə söz öyrənmək kimi bir çətinliyiniz olmayacaqdır. Bot sizə tərcüməsi ilə birgə söz verəcək. Bu sözün hərflərinin yerini dəyişdirəcək və siz düzgün formanı tapmaq üçün çalışmalısınız. Əlavə sizə köməkliklər. İlk hərfi uzunluğu və Əlavə olaraq İpucu ilə də hərflərin yerini öyrənə biləcəksiniz. Sadəcə botu qrupunuza atın və heçvaxt belə rahat söz öyrənmədiyinizin fərqinə varın 🥳.. Botun işləməsi üçün Qrupunuza əlavə etdikdən sonra ✅ Adminlik verin. Əks halda işləməyəcəkdir ❌.

📌 Qeyd: Botu Free və Premium formada istifadə edə bilərsiniz.Free versiada seçdiyiniz dil üzrə 250 söz Premium versiada isə 5000 dən çox söz öyrənə bilərsiniz..

👨🏻‍💻 Hər zaman sizin Maraqlı Əyləncəli və İntellektual bir mühitdə olmağınızı düşünən @SoBotlar Heyyəti
👍7❤2😁2🔥1
✅ Yeniliklər @UpSoBot

📅 Tarix: 10 yanvar 2021

➕ @all və ya /starttag (Qrupdakı bütün Aktiv istifadəçiləri tag edər)
➕ !all və ya /canceltag (Qrupdakı bütün Aktiv istifadəçiləri tag etməyi dayandırar)
➕ /stats
(Qrupunuz haqqında ətraflı məlumat verər)

📌 Artıq @UpSoBot vasitəsi ilə qrupunuzdakı aktiv istifadəçiləri bir komanda ilə tag edə biləcəksiniz. Əlavə olaraq qrupunuz haqqında məlumatları da görə bilərsiniz

Botun işləməsi üçün Qrupunuza əlavə etdikdən sonra ✅ Adminlik verin. Əks halda işləməyəcəkdir ❌.
✅ Yenilənmə @SualCavabSoBot

📅 Tarix: 16 yanvar 2021

➕ Cavaba bax Funksiyası
➕/market üçün əlavələr 💎,🎯,🆘
➕1,2,3,4 Qruplar üzrə hazırlaşmaq və ya oynamaq

📌 Bu Yenilənmədən sonra artıq sizlər 1,2,3,4 Qruplar üzrə suallardan ibarət və ya Qarışıq (əvvəlki qaydada) oyun başlada biləcəksiniz. Əlavə olaraq istədiyiniz sualın cavabına baxa bilmək üçün yeni mod əlavə edildi. Əvvəlki Almaz sistemi yığışdırıldı 🆘 ilə əvəz edildi. Premium İstifadəçilər və Qruplar top reytinqləri silindi. Bu yenilənmədən sonra daha çox əzbərçiliyə yox öyrənməyə səy göstərəcəyinizə inanırıq.

📌 Yeni Botun funksiyalarını tam görmək üçün /yenioyun yaradın və istədiyiniz formada oynamağa başlayın. Uğurlar
👍3🔥2
✅ Yenilənmə - @SozOyunuSoBot

📅 Tarix: 26 yanvar 2021

➕ /test mode - Tək nəfərlik Oyun Modu

📌 Bu Yenilənmə ilə Artıq Premium Bot istifadə edən bütün qruplar Tək nəfərlik oyun modu ilə oynaya və öz oyununu dahada yaxşılaşdıra bilər. Test Modu həm tək oynayıb öz intellektinizi artırmaq həmdə dostlarınız Qrupunuzda aktiv olmadığı zaman vaxtınızı daha səmərəli keçirməyiniz üçün nəzərdə tutulmuşdur. Gələcək Yarışlara hazırlaşanlar üçün bu Oyun Modu əvəz olunmazdır. Çünki Tərkibində Tək Oyun Modu ilə bərabər bütün oyun üçün nəzərdə tutulmuş dəyişkən modlarıda (İlk hərf,Çətinlik səviyyəsi) əlavə etdik. Elə indi sizdə aşağıdakı Buttona klik edərək Botu Qrupunuza əlavə edin. Premium Botu aktivləşdirib bu Modun üstünlüklərindən faydalanın.
✅ Yeni Bot @GameOfWordsSoBot

📅 Tarix: 03 fevral 2021

➕startword - Start Game (Oyunu Başlatmaq)
➕testmode - One Player Game (Tək Nəfərlik Oyunu Başlatmaq)
➕shop - Shop (Market)
➕vip - Vip and Premium (Vip və ya Premium Paketlər)
➕bestgroups - Best Groups (Top Qruplar)
➕mygrouppoint - Group Rank (Qrupunuzun Xal üzrə Reytinqi)
➕mygrouplvl - Group Level (Qrupunuzun Mərhələ üzrə Reytinqi)
➕toppointrating - Best Players (Ən Yaxşı İstifadəçilər)
➕toplvlrating - Pro Players (Professional İstifadəçilər)
➕myallrating - My Rating (Şəxsi Reytinqiniz)
➕stop - Stop Game (Oyunu Dayandırmaq)
➕rules - Rules (Qaydalar)

➕ 🇹🇷🇷🇺 🇬🇧 Dillərinnən istədiyinizi bir botla oynaya bilmək
➕🇹🇷🇷🇺 🇬🇧 Rəsmi Qrupları

📌 Qeyd: Botun işləməsi üçün Qrupunuza əlavə etdikdən sonra ✅ Adminlik verin. Əks halda işləməyəcəkdir ❌.
👍5🔥3😱1
✅ Yenilənmə - @UpSoBot

📅 Tarix: 05 fevral 2021

➕ !report - Hər hansısa Mesajı İdarəçilərə bildirmək
➕ @admins - İdarəçiləri Tag Etmək

📌 Qeyd: Qrupunuzda bəzən istifadəçilər tərəfindən Adminlərin baxa bilməsi üçün xoşa gəlməz və yaxud məlumatlandırıcı durumlar ola bilir. Bunun üçün artıq İstifadəçilər sizin bu şikayətləri görə bilməyiniz üçün həmin mesaja !report ilə yanıt verməlidir. Bu zaman Qrupdakı Adminlərə avtomatik olaraq Bot tərəfindən mesaj göndəriləcək. Əlavə Olaraq Həmin istifadəçi bu şikayətin hansı adminlə göndərilmiş olduğunu görə biləcəklər. Əlavə olaraq Qrupunuzdakı bütün Adminləri bir komanda @admins ilə tag etmək üçün sistem yaradıldı. İdarəçilər tag edildiyi zaman avtomatik olaraq qarşısında qrupdakı vəzifəsi də qeyd olunacaq.

🛎Diqqət Şikayət olunan mesajları Adminlərin görə bilməsi üçün @UpSobot burada /start komandasını mütləq bir dəfə istifadə etməlisiniz və söhbəti silməməli bloklamamalısınız. Əks təqdirdə mesaj sizə bot vasitəsi ilə göndərilməyəcək.
✅ Yenilənmə - @GameOfWordsSoBot

📅 Tarix: 05 fevral 2021

➕ 🇬🇧 EN moduna 80 min yeni söz əlavə edildi. (Ölkə adları Şəhər adları Heyvan adları və İnsan adları daxildir.)
➕ 🇹🇷 TR moduna 65 min yeni söz əlavə edildi. (Türkiyədə olan bütün şəhər,qəsəbə,məhəllə və küçə adları daxildir.)

Botu Qrupunuza ataraq oyunu oynaya bilərsiniz. Adminlik vermək və /lang komandası ilə hansı dildə oyunu oynamaq istərdiyinizi seçirsiniz.
✅ Yenilənmə - @UpSoBot

📅 Tarix: 09 fevral 2021

➕ !settings - Qrup ayarlarını idarə etmək
➕ !bestgroups - Ən Aktiv Qruplar (UpSoBot-üzrə)
➕ !bestusers - Ən Aktiv İstifadəçilər (UpSoBot-üzrə)
➕ !bestranks - Ən Böyük Rütbəlilər (Bütün Qruplarda)
➕ !bestlikes - Ən çox Bəyənilənlər (UpSoBot-üzrə)
➕ !lang - Yanıt verdiyiniz mesajı tərcümə edər.

Tərcümə üçün nümunə: !lang az tr

Azərbaycan dilindən Türk dilinə çevirmək istədiyinizi göstərir.

📌 Ətraflı: Artıq Botda Bütün Funksiyaları Ayarlar bölməsindən idarə edə və özünüzə uyğun dəyişdirə bilərsiniz.Bunun üçün qrupunuzda !settings yazmağınız kifayətdir. Əlavə olaraq !report vasitəsi ilə şəxsiyə gələn mesajları istədiyiniz qrupa özəl sizin üçün aktiv edə və ya deaktiv edə biləcəksiniz. Bundan əlavə Artıq UpSobot üzrə Ən Aktiv Qruplar və İstifadəçilərə baxa əlavə olaraq Bütün qruplar üzrə ən çox rütbə toplamış istifadəçiləri görə biləcəksiniz. Komandalar yuxarıda verilib. Tezlikle yeni dil sistemləri də bota əlavə ediləcək. İstədiyiniz dildə botu istifadə edə biləcəksiniz. Əlavə sual və ya problemləriniz olarsa bizimlə əlaqə saxlaya bilərsiniz. Qeyd edək ki Bot tamamı ilə Pulsuzdur. Heçbir Funksiya üçün ödəniş gərəkmir.

👨🏻‍💻Sual və problemlər üçün əlaqə: @SenanOguz
​​✅ Yenilənmə - @SozOyunuSoBot

📅 Tarix: 11 fevral 2021

➕ settings - Qrup Ayarları
➕ dayratinggroup - Günün ən çox xal Toplayanları
➕ daylvlgroup - Günün ən yaxşıları
➕🇦🇿 Yazdığınız sözün - 🇺🇸 dilində tərcüməsi

📌 Ətraflı: Artıq Söz oyunu botunda qrupunuz üçün ayarları xüsusiləşdirə bilərsiniz. Bunun üçün /settings komandasını qrupunuzda icra edin daha sonra isə bota daxil olub istədiyiniz ayarları dəyişin. Əvvəllər Bot avtomatik oyuna qoşulmayanların mesajını silir və bloklayırdı. Bu ayarları istədiyiniz halda aktivləşdirə bilərsiniz. Əlavə olaraq Qrupunuz üzrə hər gün yenilənən günün reytinqinə də baxa bilərsiniz. /dayratinggroup Komandası ilə günün ən çox xal toplayan istifadəçiləri /daylvlgroup komandası ilə isə günün ən çox mərhələ addlayan istifadəçilərini görə biləcəksiniz. Əlavə olaraq oyun zamanı düzgün cavabı tapdığınız zaman Sözün tərcüməsinin göndərilməsi. Qeyd: hazırda tərcümə yalnız ingiliscədir. Növbəti update zamanı bir çox dillər əlavə ediləcək. İstəyinizə uyğun olaraq /settings bölməsindən dəyişə biləcəksiniz
❤1
​​✅ Yenilənmə - @UpSoBot

📅 Tarix: 13 fevral 2021

➕ !settings - Qrup ayarlarını idarə etmək (Yeniləndi)
➕ !bestlikes - Ən çox Bəyənilənlər (UpSoBot-üzrə)
➕ !tagon - Olduğunuz qrupda Tag edilməyinizi açmaq
➕ !tagoff - Olduğunuz qrupda Tag edilməyinizi bağlamaq
➕ !chaton - Qrupunuzun çatını açar
➕ !chatoff - Qrupunuzda çatı bağlayar
➕ !id - Mesajına yanıt verdiyiniz istifadəçinin id nömrəsini göndərər. Əgər yanıt verməsəniz sizin öz id-nizi göndərər.


📌 Ətraflı:
➕ !settings - Ayarlar bölməsinə bir çox funksiyalar əlavə edildi. Bunlara🎰 Jackpot Sistemi, ❗️Xəbərdarlıq sistemi,🗑Sistem Mesajlarının silinməsi sistemi,🚫Qadağalar sistemi, 🤬Söyüş filteri sistemi və.s aiddir.

🎰 Jackpot Sistemi - Qrupunuzda aktiv olub olmamasını yandıra/söndürə bilərsiniz

❗️Xəbərdarlıq Sistemi - Açıq olarsa qrupunuzda hər hansısa istifadəçinin mesajına !mute olaraq yanıt verin o istifadəçiyə xəbərdarlıq gedəcək. Limit 5-dir əgər bu limiti istifadəçi doldurarsa avtomatik 1 saat susdurulacaqdır.

🗑Sistem Mesajlarının silinməsi - ✋ İstifadəçi qatılması,🚪 İstifadəçinin ayrılması,📌Pin mesajları,📝Qrup başlığının dəyişdirilməsi və 🖼 Qrup şəkilinin dəyişdirilməsi mesajlarının qrupunuzda görünməsini istəmirsinizsə gizli qalmasını təmin edə bilərsiniz. Məsələn: İstifadəçi qatılmasını və Xoş gəldin mesajını bağlasanız bu zaman qrupunuza çoxlu istifadəçi atsanız heç kimin xəbəri olmaz.

🚫Qadağalar sistemi - Qrupunuzda istifadəçilər və ya adminlər tərəfindən göndərilən 🖼 Şəkillərin,🤹‍♂️Stikerlərin,🔉Səs yazmaların,🎵Musiqilərin və 🎞 Videoların icazəsini ləğv edə bilərsiniz
🤬 Söyüş filteri - Qrupunuzda hər hansısa söyüş yazılarsa istifadəçidirsə 1 saatlıq susdurulma alacaq və mesajı silinəcək. Admindirsə mesajı silinəcək.

➕ !bestlikes - İstifadəçilərin olduğu bütün qruplarda onlara göndərilən like sayına görə reytinqinin cədvəlidir. Bu reytinq bütün UpSoBot- üzrə istifadəçilərin reytinqidir.
➕ !tagoff - Hər hansısa bir qrupda Tag edilmək istəmirsinizsə o zaman həmin qrupda bu komandanı yazın artıq siz Bot tərəfindən tag edilməyəcəksiniz.
Əksinə daha sonra tag edilməyinizə icazə vermək üçün ➕ !tagon - komandasını icra edin


🔂 Qeyd edək ki Bot tamamı ilə 🆓 Pulsuzdur. Heçbir Funksiya üçün ödəniş gərəkmir.

📌 Qeyd: Botun işləməsi üçün Qrupunuza əlavə etdikdən sonra ✅ Adminlik verin. Əks halda işləməyəcəkdir ❌.

👨🏻‍💻 Hər zaman sizin Maraqlı Əyləncəli və İntellektual bir mühitdə olmağınızı düşünən @SoBotlar Heyyəti
👍1
Diqqət bəzi Botlarda 23.02.2021 tarixində yenilənmələr olacaq.

Botlar daha stabil donmadan işləməsi üçün bütün botlarda kodlar yenidən analiz edilib stabilləşdiriləcək və yeni serverə köçürüləcək.

Söz Oyunu Botunda Vip və Premium qrup qiymətləri endiriləcək.
Vip hazırda 3 manatdır 1 manat olacaq. Premium qrup 3 paketdən ibarətdir ən maksimum olan Ultra plan qiyməti 7 manatdır və 2 manata endiriləcək.

Söz Oyununda İstifadəçilər əgər vip deyilsə 50 oyun Free oynama haqqına sahib olacaq. Bu limit bitdikdən sonra aylıq 1 manat müqabilində Vip istifadəçi alınmalıdır.

Söz Oyununda olan dəyişikliklər GameOfWords Botunada aiddir.

Sual Cavab botunda hər istifadəçi 150 düzgün cavab vermə haqqına sahib olacaq. Daha sonra bir aylıq 1 manat müqabilində Vip paket almalıdır. Vip paketinə əlavə olaraq 100 cavaba baxmaq özəlliyi daxil ediləcək

SecretWord Botunun pullu versiyası hamı üçün pulsuz formaya gətiriləcək. Ancaq İstifadəçi limiti olacaq maksimum 250 cavab vermə haqqından sonra. Vip istifadəçiliyə yüksəldilməlidir.

UpSobot Botunda əgər qrupunuzda istifadəçi sayı 300 dən çoxdursa o zaman aylıq 2 manat müqabilində botu Premium etməlisiniz əgər 300 nəfərdən azdırsa heçbir ödəniş edilməsinə gərək yoxdur.

Yuxarıda göstərilən Botlardan başqa digər Botlar olduğu kimi qalacaq.

Qeyd: Bu Yenilənmənin səbəbi. Botların daha stabil işləməsi üçün biz hər ay serverlərə müəyyən qədər ödəniş edirik. Ancaq Botlardan indiyə kimi demək olar heçbir gəlir nəzərdə tutulmamışdı. Yəni hər kəs istədiyi qədər limitsiz istifadə edə bilirdi. Ancaq ki Botların sayı çoxdur və normal olaraq ödəniş də daha çox ödənilir. Ən azından serverlərin pulunun ödənməsində çətinliyimiz olmaması üçün bu yenilənmə mütləqdir.

Əlavə olaraq çox istifadəçilər bilir əvvəllər yarış keçirildi lakin son zamanlar bu çoxda mümkün olmayıb. Bu yarışları mütamadi keçirmək və istifadəçiləri həvəsləndirmək dahada intellektual bir ortama sahib olmalarına kömək olmaq üçün bu yenilənmə hərkəs üçün daha faydalı olacaq.