SOCAR
✔
2.07K subscribers
8.27K photos
402 videos
1.01K links
SOCAR-ın rəsmi Telegram səhifəsi

https://t.me/joinchat/AAAAAFIacsprG2K0gW_4BQ
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Qlobal enerji gündəminin müzakirə olunduğu ADIPEC-də bu il də iştirak etdik! ⚡

Əbu-Dabidə keçirilən beynəlxalq enerji sərgisi və konfransında öz stendimizlə təmsil olunaraq fəaliyyətimizi və layihələrimizi təqdim etdik, tərəfdaşlarımızla görüşərək yeni əməkdaşlıq imkanlarını müzakirə etdik.

#SOCAR #ADIPEC2026

We participated in ADIPEC once again this year, joining the global dialogue on energy. ⚡

Our stand in Abu Dhabi showcased SOCAR’s operations and projects, while meetings with our partners provided an opportunity to explore new avenues for cooperation.
SOCAR ilə “Honeywell Technologies” arasında Qlobal Çərçivə Sazişi imzalanıb.

SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə “Honeywell Technologies” şirkətinin strategiya üzrə prezidenti, qlobal regionlar üzrə prezidenti və baş icraçı direktoru Anant Maheşvarinin görüşündə rəqəmsal transformasiya, sənayenin avtomatlaşdırılması, enerji keçidi və əməliyyat təhlükəsizliyi sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Ətraflı: https://socar.az/az/post/socar-ve-honeywell-technologies-enerji-sektorunda-reqemsal-transformasiya-ve-avtomatlasdirmanin-inkisafina-destek-meqsedile-qlobal-cercive-sazisi-imzalayiblar

#SOCAR

SOCAR and Honeywell Technologies have signed a Global Framework Agreement.

Read more: https://socar.az/en/post/socar-ve-honeywell-technologies-enerji-sektorunda-reqemsal-transformasiya-ve-avtomatlasdirmanin-inkisafina-destek-meqsedile-qlobal-cercive-sazisi-imzalayiblar
Media is too big
VIEW IN TELEGRAM
Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda — Zəfərimizin bütün rəngləri var! 🇦🇿

Zəfər Günümüz mübarək, Azərbaycan!

#Azərbaycan #8Noyabr #ZəfərGünü #SOCAR #ZəfərinRəngi

The colours of our Victory are everywhere — in life blossoming again in Garabagh, in tears of joy, and in our proudly waving flag.

Happy Victory Day, Azerbaijan!🇦🇿
Media is too big
VIEW IN TELEGRAM
Üç rəngli bayrağınla məsud yaşa, Azərbaycan! 🇦🇿

9 Noyabr — Dövlət Bayrağı Günümüz mübarək!

#SOCAR #Azərbaycan #9Noyabr #AzərbaycanBayrağı #Azerbaijan

May Azerbaijan always prosper beneath its tricolour flag! 🇦🇿

9 November — Happy National Flag Day!
Çinin Şanxay şəhərində “Sinopec Corp.” ilə Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzaladıq. Memorandum satınalma və təchizat zəncirinin idarə olunması sahələrində əməkdaşlığımızın inkişafını nəzərdə tutur.

Ətraflı: https://socar.az/az/post/socar-ile-sinopec-corp-arasinda-strateji-emekdasliga-dair-anlasma-memorandumu-imzalanib

#SOCAR

We signed a Memorandum of Understanding on Strategic Cooperation with Sinopec Corp. in Shanghai, China. The Memorandum aims to develop our cooperation in procurement and supply chain management.

For more information: https://socar.az/en/post/socar-ile-sinopec-corp-arasinda-strateji-emekdasliga-dair-anlasma-memorandumu-imzalanib
🇦🇿 31 il əvvəl bu gün müstəqil dövlətçiliyimizin hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının təminatını təsbit edən Əsas Qanunumuz qəbul olundu.

12 Noyabr – Konstitusiya Günü münasibətilə xalqımızı təbrik edirik!

#SOCAR

🇦🇿 On this day 31 years ago, Azerbaijan adopted its Constitution, laying the legal foundation for our independent statehood and enshrining guarantees for human rights and freedoms.

Happy Constitution Day, Azerbaijan!
🌍 COP31-də enerji tərəfdaşlıqları üzrə müzakirələrdə iştirak etdik!

Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində Azərbaycan pavilyonunda təşkil olunan “COP31: Özəl sektor və enerji tərəfdaşlıqları üzrə dialoq” mövzusunda panel müzakirəsində SOCAR-ın vitse-prezidentinin müavini Hikmət Abdullayev iştirak edib.

Çıxışı zamanı SOCAR-ın yaşıl enerji, dekarbonizasiya və karbonun tutulması sahələrində həyata keçirdiyi layihələrdən, eləcə də bu istiqamətlərdə beynəlxalq tərəfdaşlarla əməkdaşlığından bəhs edib.

#SOCAR #COP31 #Sustainability #EnergyTransition

🌍 Engaging in dialogue on energy partnerships at COP31!

SOCAR Deputy Vice President Hikmat Abdullayev joined a panel discussion on private sector engagement and energy partnerships at the Azerbaijan Pavilion during COP31 in Antalya, Türkiye.

He shared insights into SOCAR’s ongoing initiatives in renewable energy, decarbonization and carbon capture, highlighting the role of international partnerships in advancing these efforts.
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿🇹🇷 Enerji dialoqumuzu bu dəfə Türkiyədən olan media nümayəndələri ilə davam etdirdik.

Enerji Dialoqu Platforması çərçivəsində təşkil etdiyimiz məlumatlandırma sessiyasında SOCAR-ın fəaliyyəti, enerji sektorundakı yeniliklər və aktual mövzular ətrafında fikir mübadiləsi apardıq, jurnalistləri maraqlandıran sualları cavablandırdıq.

#SOCAR #EnerjiDialoquPlatforması

🇦🇿🇹🇷 Our energy dialogue continued with media representatives from Türkiye!

As part of SOCAR’s Energy Dialogue Platform, we hosted an informative session to share insights into our operations, discuss key developments and current topics in the energy sector, and engage in an open exchange with journalists, addressing their questions.
🇦🇿 17 Noyabr – Milli Dirçəliş Günü xalqımızın azadlıq, milli birlik və müstəqillik uğrunda mübarizəsinin rəmzidir.

Milli Dirçəliş Günümüz mübarək!

#SOCAR

🇦🇿 November 17 marks National Revival Day, symbolizing the Azerbaijani people’s struggle for freedom, national unity, and independence.

Happy National Revival Day!
Media is too big
VIEW IN TELEGRAM
Bu il də SOCAR-ın Hüquq və Uyğunluq Forumunda təcrübə mübadiləsini və peşəkar dialoqu davam etdirdik!

SOCAR Qrupun müxtəlif ölkələrdə çalışan hüquq və uyğunluq mütəxəssisləri, eləcə də aparıcı beynəlxalq hüquq şirkətlərinin nümayəndələri ilə aktual mövzuları və praktik yanaşmaları müzakirə etdik.

#SOCAR

Another year of shared insights and professional dialogue at SOCAR’s Legal and Compliance Forum!

Together with legal and compliance colleagues from across SOCAR Group’s international operations and representatives of leading international law firms, we explored key issues and exchanged perspectives and practical experience.
Media is too big
VIEW IN TELEGRAM
⚡ Enerji Dialoqu Platforması çərçivəsində təşkil olunan məlumatlandırma sessiyamızda “Azəri–Çıraq–Dərinsulu Günəşli” (AÇG) yatağının işlənməsində tətbiq olunan texnoloji yeniliklərdən bəhs etdik.

SOCAR və bp-nin birgə təşkilatçılığı ilə keçirilən sessiyada media nümayəndələrinə AÇG-dən hasilatın davamlılığının təmin edilməsi istiqamətində görülən işlər, o cümlədən yeni texnologiyaların tətbiqi və innovativ yanaşmalar barədə məlumat verdik, jurnalistləri maraqlandıran sualları cavablandırdıq.

#SOCAR #EnerjiDialoquPlatforması

⚡ As part of our Energy Dialogue Platform, we hosted an informative session highlighting technological advancements in the development of the Azeri–Chirag–Deepwater Gunashli (ACG) field.

Jointly organised by SOCAR and bp, the session provided media representatives with insights into ongoing efforts to sustain production at ACG, including the application of new technologies and innovative approaches. We also addressed journalists’ questions.
SLB ilə seysmik məlumatların emalı sahəsində Əməkdaşlıq Sazişi imzaladıq.

Saziş geoloji kəşfiyyat, işlənmə və hasilat layihələrimizdə seysmik məlumatların emalı və təsvirlənməsi üzrə qabaqcıl texnologiyaların tətbiqinə imkan yaradacaq. Bu əməkdaşlıq komandamızın texniki imkanlarının inkişafına və yer təkinin geoloji quruluşunun daha aydın təsvir edilməsinə töhfə verəcək.

#SOCAR

We’ve signed a Cooperation Agreement with SLB on seismic data processing.

Through this partnership, we’ll be able to apply advanced seismic processing and imaging technologies across our exploration, development and production projects. Working with SLB will also help us build our in-house technical capabilities and produce clearer images of the subsurface.