Dövlət İmtahan Mərkəzi
✔
46K subscribers
1.42K photos
133 videos
813 links
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Rəsmi "Telegram" kanalı
Download Telegram
İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Namizədlər 8 iyul saat 18:00-dək DİM-in rəsmi internet səhifəsində göstərilən linkə daxil olub istədikləri şəhəri seçməklə qeydiyyatdan keçə bilərlər.

İmtahanın I mərhələsi - muhasibat uçotu üzrə imtahanda iştirak etmək istəyən namizədlər aşağıda göstərilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:
1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.

Ətraflı: https://shorturl.at/099j0
Dövlət İmtahan Mərkəzi tərəfindən 20 iyul 2025-ci il tarixində dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanları keçiriləcək.
İmtahanlar elektron formada kompüterlər vasitəsilə Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq.

BB vəzifə qruplarına uyğun imtahan saat 11:00-da, AB, AC və BA vəzifə qruplarına uyğun imtahan isə saat 16:00-da başlanır.
İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı 2025-ci il 24 iyun saat 14:00-dan 10 iyul saat 14:00-dək aparılacaq.
Namizədlər imtahan nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Nəticələr saytımıza da yerləşdirilib.
✅️ Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 6-da II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.

⏰️ İmtahan saat 10:00-da başlanır.

❗️ İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

📌 İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

✅️ İmtahana buraxılış vərəqəsi;

✅️ Şəxsiyyəti təsdiq edən sənədin əsli.

Bütün iştirakçılara uğurlar arzu edirik!
İştirakçılar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Nəticələr saytımıza da yerləşdirilib.
İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları canlı yayım zamanı təqdim olunacaq.
İxtisaslaşma seçiminə magistraturaya 16 fevral və 11 may 2025-ci il tarixlərində keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.

Həmin bakalavrlar 2025-ci il iyulun 7-dən 13-dək (saat 23:59-dək) ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini aparmalıdırlar.

Ətraflı: https://shorturl.at/fOHpu
✅️ Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 13-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı və coğrafiya fənni üzrə əlavə imtahan keçiriləcək.

⏰️ İmtahan saat 10:00-da başlanır.

❗️ İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

📌 İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

✅️ İmtahana buraxılış vərəqəsi;

✅️ Şəxsiyyəti təsdiq edən sənədin əsli.

Bütün iştirakçılara uğurlar arzu edirik!
Seçim iyulun 16-dək (saat 23:59-dək) davam edəcək.
Məlum olduğu kimi, iyulun 16-da Dövlət İmtahan Mərkəzində 2024-cü il üçün ali təhsil müəssisələrinin magistratura və rezidentura səviyyələrinə, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı nəticələrinin elmi-statistik təhlillərinin müzakirəsi təşkil ediləcək.
Müzakirələrdə iştirak etmək istəyən pedaqoji və təhsil ictimaiyyəti nümayəndələri aşağıdakı keçiddə verilmiş anket formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər:

http://bit.ly/4ePVjUk

Müzakirələrin keçiriləcəyi ünvan: Həsən Əliyev, 299, DİM-in əsas inzibati binası.