Dövlət İmtahan Mərkəzi
✔
46K subscribers
1.42K photos
133 videos
813 links
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Rəsmi "Telegram" kanalı
Download Telegram
Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün avqustun 24-dən 30-dək ixtisaslaşma seçimi elan edir.

Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub.

Ətraflı: https://shorturl.at/P6BKy
İştirakçılar müsabiqənin nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Nəticələr saytımıza da yerləşdirilib.
Məlum olduğu kimi, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq üçün ixtisas seçimi sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Abituriyentlərə kömək etmək məqsədilə yaradılmış “Abituriyent Məsləhət Mərkəzləri” şənbə günü - 29 avqust tarixində də fəaliyyət göstərəcəklər.

Abituriyentlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması və təsdiqi üçün ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər.

Məsləhət mərkəzləri qeyd olunan tarixlərdə Bakı şəhəri üzrə Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Qərb Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Milli Konservatoriyası, Sumqayıt şəhəri üzrə Sumqayıt Dövlət Universitetində və Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə, Şəmkir regional bölmələrində saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcəklər.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi 2 sentyabr saat 23:59-dək aparılacaq.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-dək aparılacaq.
İştirakçılar müsabiqənin nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Nəticələr saytımıza da yerləşdirilib.
DİM ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə 8 sentyabrdan 10 sentyabr saat 23:59-dək ixtisas seçimi elan edir.

Ətraflı: https://shorturl.at/23pvj
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq.
İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib https://eservices.dim.gov.az/erizetex/ixtisas2/ internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidirlər.
2027-ci ildə keçiriləcək ümumi orta (9 illik) və tam orta(11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanları, eləcə də qəbulimtahanı proqramları Dövlət İmtahan Mərkəzinin saytına yerləşdirilib. Ətraflı məlumatlakeçidlərdən tanış ola bilərsiniz:

Buraxılış imtahanı proqramları: https://shorturl.at/SE2s5

Qəbul imtahanı proqramları: https://shorturl.at/1U2zN
İxtisas seçimi 27 sentyabr saat 23:59-dək in­ter­net vasitəsilə aparılır. İxtisas seçimi mərhələsində abituri­yentlər qəbul olmaq istədikləri ixtisasları seçib on­ların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
Təhsil sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, təhlili və təbliği hər zaman DİM-in diqqət mərkəzindədir. Neçə ildir ki, ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, ictimaiyyətə tanıdılması məqsədilə DİM bir sıra tədbirlər həyata keçirir.

2016-cı ildən etibarən “Bilik yarışının öncülləri” internet layihəsi istifadəyə verilib və abiturient.az saytında ayrıca bir bölmə 600 və daha yüksək bal toplayan gənclərə həsr olunur.

Layihənin missiyası yüksək bal toplayan gənclərin təbliği ilə yanaşı bilik yarışının öncüllərinin təcrübələrini şagirdlərə, gələcək abituriyentlərə örnək kimi təqdim etməkdir.

Qəbul imtahanlarında 600 və daha çox bal toplayan gəncləri “Bilik yarışının öncülləri” internet layihəsində fəal iştirak etməyə, öz təcrübələrini paylaşmağa dəvət edirik.

Layihədə iştirak etmək üçün şəxsi kabinetinizin istifadəçi adı və iş nömrənizdən istifadə etməklə www.abiturient.az saytında (600.abiturient.az/600anket2/) təqdim edilən anket-sorğunu doldurmalısınız.
İştirakçılar müsabiqənin nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Nəticələr saytımıza da yerləşdirilib.