DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.
Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.

İmtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. 8 aprel saat 10:00-a olan məlumata əsasən, 16682 bakalavr (Azərbaycan bölməsi - 15565; rus bölməsi - 1117) ərizəsini təsdiq edib.
Ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş (təqribən 1000 nəfər), eləcə də digər bakalavrlar Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olmaqla ərizələrini təsdiq edə bilərlər.
Xatırladaq ki, ərizə qəbulu martın 28-də başlanıb və 8 aprel saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan dili üzrə Sertifikasiya İmtahanı (ADSİ) üçün metodik vəsait dərc edilib.
Metodik vəsait Azərbaycan dilinin səviyyələr üzrə imtahanına hazırlaşan və bu imtahanla maraqlanan şəxslər üçün nəzərdə tutulub. Vəsaitə imtahanla əlaqədar tərtib olunmuş “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram, yeni imtahan modelinin tapşırıq nümunələri və digər zəruri materiallar daxil edilib. Metodik vəsaitdə istifadə olunmuş materiallar ölkəmizin aparıcı ali təhsil müəssisələrinin mütəxəssisləri tərəfindən nəzərdən keçirilib, onların rəy və tövsiyələri nəzərə alınmaqla, dillər üzrə ümum-Avropa tövsiyə çərçivə sənədinin (CEFR) müvafiq səviyyələrinə uyğunlaşdırılıb.
Metodik vəsaiti kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

✅ Dövlət qulluğuna qəbul imtahanı
https://dim.gov.az/news/13057/
✅ Qəbul və buraxılış imtahanları
https://dim.gov.az/news/13067/
✅ Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı
https://dim.gov.az/news/13064/

Məlum olduğu kimi, aprelin 21-də Bakı şəhərinin Xəzər – 2, Nizami, Pirallahı rayonlarında, Sumqayıt – 2, Abşeron – 2, Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Şəmkir – 2, Gədəbəy, Qax, Balakən, Zaqatala, Cəlilabad – 2, Masallı – 2, Lerik, Bərdə, Tərtər, Yevlax, Göyçay, Ağdaş, Qobustan, Saatlı, Salyan, Xaçmaz –2, Quba – 2 rayonlarında, Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrində (internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), eləcə də tədrisi ingilis, fransız və gürcü dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.
Buraxılış imtahanında iştirak edəcək şagirdlər https://eservices.dim.gov.az/sagirdbv/ linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı, mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı, eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı, buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı keçirilib.
Ətraflı: https://dim.gov.az/news/13074/
Ətraflı: https://dim.gov.az/news/13074/
9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 15 aprel saat 23:59-dək aparılacaq.
Ətraflı məlumat və qeydiyyat üçün link https://dim.gov.az/news/13078/

Qeydiyyat prosesi 2024-cü il aprelin 15-dən mayın 6-dək internet vasitəsilə aparılacaq.
Ətraflı məlumat və qeydiyyat üçün https://dim.gov.az/news/13082/ linkinə daxil ola bilərsiniz.

⏰ İmtahan saat 11:00-da başlanır.
❗️İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
🗒 Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
✅ İmtahana buraxılış vərəqəsi;
✅ Şəxsiyyəti təsdiq edən sənədin əsli.
📍Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
Ətraflı: https://dim.gov.az/news/13102/