Dövlət İmtahan Mərkəzi
✔
45.9K subscribers
1.42K photos
133 videos
814 links
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Rəsmi "Telegram" kanalı
Download Telegram
Ali təhsil müəssisələrinin sərgisində iştirak etmək üçün qeydiyyat davam edir...
Qeydiyyat linki: https://portal.dim.gov.az/sergi/
Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 14 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
Abituriyentlər nəticələri ilə dim.gov.az saytından tanış ola bilərlər.
Ali təhsil müəssisələrinin sərgisində iştirak etmək üçün qeydiyyat sona yaxınlaşır.
31 iyul – 2 avqust 2024-cü il tarixlərində Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə DİM-in elektron imtahanlar korpusunda ali təhsil müəssisələrinin sərgisi təşkil olunacaq. Sərgidə ölkəmizdə fəaliyyət göstərən dövlət və özəl ali təhsil müəssisələri təmsil olunacaqlar.
Sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.
Qeydiyyat linki: https://portal.dim.gov.az/sergi/
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi 5 avqust saat 23:59-dək davam edəcək.
İxtisas seçiminə qəbul (buraxılış) imtahanında ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
Müsabiqəyə qeyd olunan vaxtadək ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.
Link: https://eservices.dim.gov.az/erizetex/ixtisas1/?frm=egov1
«Abituriyent» jurnalının 4-cü nömrəsi nəşr edilib.
Burada ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar çap edilib.

Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq mümkündür.
Diqqət!
Jurnalda (həm Azərbaycan, həm rus bölmələri üzrə) Azərbaycan İdman Akademiyası, Naxçıvan Dövlət Universiteti və Gəncə Dövlət Universitetinin “Məşqçilik” (sahələr üzrə) ixtisasına aid kodların qarşısında texniki səhv olaraq bir ulduz (*) qeyd edilib. Lakin qəbul qaydalarına əsasən, həmin sahələr üzrə ixtisas kodlarının qarşısında iki ulduz (**) olmalıdır. Əvvəlcədən də məlumat verildiyi kimi, ali təhsil müəssisələrinin V ixtisas qrupuna aid "Məşqçilik" ixtisasına qəbul üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun bal əsasında aparılacaq.
Məlum olduğu kimi, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başlanıb.

Abituriyentlər 19 avqust saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Məlumat üçün qeyd edək ki, ixtisas seçimi ilə bağlı abituriyentlərə kömək etmək məqsədilə yaradılmış “Abituriyent Məsləhət Mərkəzləri” 10 avqust tarixində – şənbə günü də fəaliyyət göstərəcəklər.

“Abituriyent Məsləhət Mərkəzləri” 10 avqust tarixində saat 10:00-dan 17:00-dək Bakı şəhəri üzrə Azərbaycan Universiteti, Bakı Biznes, Memarlıq və İnşaat, Azərbaycan Texniki Universitetlərində, Sumqayıt şəhəri üzrə Sumqayıt Dövlət Universitetində, həmçinin Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə və Şəmkir regional bölmələrində fəaliyyət göstərəcəklər.

Məsləhət mərkəzlərində ödənişsiz əsaslarla xidmət göstərilir.
Media is too big
VIEW IN TELEGRAM
İxtisas seçimi zamanı nələrə diqqət yetirməli? I ixtisas qrupu
Media is too big
VIEW IN TELEGRAM
İxtisas seçimi zamanı nələrə diqqət yetirməli? II ixtisas qrupu
Media is too big
VIEW IN TELEGRAM
İxtisas seçimi zamanı nələrə diqqət yetirməli? III ixtisas qrupu
Media is too big
VIEW IN TELEGRAM
İxtisas seçimi zamanı nələrə diqqət yetirməli? IV ixtisas qrupu
Son günlər kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkələrdə ali təhsil müəssisələrinə ixtisas seçiminin həyata keçirilməsi ilə bağlı ödənişli avtomatik proqram təminatı vasitələrinin təqdimatı halları müşahidə olunur.

Həmin proqramların populyarlaşdırılması və abituriyentlərin daha çox diqqətinin cəlb edilməsi məqsədilə işləmə mexanizmlərində Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının müxtəlif nömrələrində dərc olunan məlumatlarından (keçid balları, ixtisaslar və s.) istifadə olunması qeyd olunur.

İxtisas seçimi edəcək abituriyentlərin nəzərinə çatıdırırıq ki, Dövlət İmtahan Mərkəzi ixtisas seçimi ilə bağlı kommersiya fəaliyyəti göstərən heç bir şirkətlə əməkdaşlıq etmir və onların hər hansı bir məhsulunda təqdim olunan bu tip məlumatların etibarlılığına təminat vermir.

Məlumatın tam mətni ilə https://t.ly/ToyRR linkində tanış ola bilərsiniz.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Dövlət İmtahan Mərkəzi ixtisas seçimi ilə bağlı kommersiya fəaliyyəti göstərən heç bir şirkətlə əməkdaşlıq etmir və onların hər hansı bir məhsulunda təqdim olunan bu tip məlumatların etibarlılığına təminat vermir.

Burada həmçinin istifadəçilərin müəyyən fərdi məlumatları (topladığı bal, iş nömrəsi, telefon nömrəsi, ad, soyad və s.) toplanılır. Abituriyentlər və onların valideynləri diqqətli olmalıdırlar. Abituriyentlər DİM-in xidmətlərindən istifadə zamanı onlara təqdim olunan iş nömrəsi, həmçinin “Şəxsi kabinet”ə aid ola biləcək məlumatların məxfiliyinin qorunub saxlanılmasına birbaşa məsuliyyət daşıyırlar. Ona görə də abituriyentlər öz şəxsi məlumatlarının hər hansı bir platformada istifadəsi zamanı ayıq-sayıq olmalıdırlar.
2024/2025-ci tədris ili üçün də 1 nömrəli Bakı Tibb Kollecinin “Müalicə masajı” ixtisasına gözdən əlil abituriyentlər üçün 15 plan yeri ayrılıb.

Həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan orqanizmin funksiyalarının 81-100 və 61-80 faiz pozulmasına görə gözdən əlilliyi (1-ci və 2-ci dərəcəli gözdən əlil) müəyyən edilmiş abituriyentlər aşağıda göstərilən sənədləri 2024-cü il avqustun 13-dən 20-dək (saat 17:00-dək) Dövlət İmtahan Mərkəzinə (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) və ya DİM-in regional bölmələrinə təqdim etməlidirlər:

Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən verilən əlilliyi təsdiq edən arayış;
Yaşadığı ərazi üzrə poliklinikadan “peşəyə yararlılıq haqqında” tibbi arayış (AZS №086);
“Abituriyentin elektron ərizəsi”.

Ətraflı: https://t.ly/IAQys
Media is too big
VIEW IN TELEGRAM
Abituriyentlər ali təhsil müəssisələrinə ixtisas seçimi ilə bağlı ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.
Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. Abituriyentlər 19 avqust saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

15 avqust saat 09:00-a olan məlumata əsasən, 50857 abituriyent (subbakalavr) ərizəsini təsdiq edib. Müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar.
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi davam edir. Abituriyentlərə kömək etmək məqsədilə yaradılmış “Abituriyent Məsləhət Mərkəzləri” həftəsonu – 17 və 18 avqust tarixlərində də fəaliyyət göstərəcəklər.

“Abituriyent Məsləhət Mərkəzləri” qeyd olunan günlərdə saat 10:00-dan 17:00-dək Bakı şəhəri üzrə Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Avrasiya, Memarlıq və İnşaat, Azərbaycan Texniki Universitetində, Sumqayıt Dövlət Universitetində, Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində, həmçinin Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə və Şəmkir regional bölmələrində fəaliyyət göstərəcəklər.

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi avqustun 9-dan başlanıb və 19-dək davam edəcək.