Dövlət İmtahan Mərkəzi
✔
46K subscribers
1.42K photos
133 videos
813 links
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Rəsmi "Telegram" kanalı
Download Telegram
Buraxılış imtahanı başa çatıb.

Bu gün saat 16:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq. Abituriyentlər onları maraqlandıran sualları canlı yayımın şərh bölməsinə yaza bilərlər.

Martın 3-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 6 həftə ərzində elan olunması nəzərdə tutulur.

İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) canlı yayımdan sonra DİM-in sosial şəbəkə hesablarından əldə edə biləcəklər .
Verilən linkə daxil olub yayımı izləyə bilərsiniz.

https://www.youtube.com/watch?v=SfcOwVPoS1U
Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2025-ci il fevralın 20-də başlanıb və 5 mart saat 23:59-dək davam edəcək.

Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər.

Ətraflı məlumat və qeydiyyat üçün https://shorturl.at/YiMet linkinə daxil ola bilərsiniz.
Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu bu gün saat 23:59-da başa çatır.

Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak etməlidirlər.

Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituriyentlər bu gün saat 17:00-dək müvafiq komissiyaya yaxınlaşmalıdırlar.

Ətraflı: https://shorturl.at/L5e4d
⏰️ İmtahan saat 11:00-da başlanır.

❗️İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

➡️ İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

📑Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

✅️İmtahana buraxılış vərəqəsi;

✅️Şəxsiyyəti təsdiq edən sənədin əsli:

📍Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

Bütün iştirakçılara uğurlar arzu edirik!
DİM martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Bu gün saat 15:00-da DİM-in “Youtube” kanalı (https://www.youtube.com/stateexamcenter) vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq. Şagirdlər onları maraqlandıran sualları canlı yayımın şərh bölməsinə yaza bilərlər.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 6 həftə ərzində elan olunması nəzərdə tutulur.

İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) canlı yayımdan sonra DİM-in sosial şəbəkə hesablarından əldə edə biləcəklər.
https://www.youtube.com/live/o5KJ-Vd6lCE?si=6st58VEfQMrN_vSj linkinə daxil olub yayımı izləyə bilərsiniz.
Tapşırıqların doğru cavab etalonları
https://shorturl.at/jDMju

Tapşırıqların izahı
https://shorturl.at/vZBJL
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdi mayın sonu iyunun əvvəlində keçiriləcək. Dəqiq tarixlər barədə əlavə məlumat veriləcək.
✅️ Dövlət İmtahan Mərkəzi tərəfindən 16 mart 2025-ci il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı keçiriləcək.

➡️ Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni saytımızdan çap edə bilərlər.

📌 “İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

📑 Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

✅️ İmtahana buraxılış vərəqəsi;

✅️ Şəxsiyyəti təsdiq edən sənədin əsli.
Məlum olduğu kimi, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu iki mərhələdə olmaqla internet vasitəsilə aparılır. Ərizə qəbulunun birinci mərhələsi 2025-ci il fevralın 20-dən martın 5-dək həyata keçirilib. Həmin mərhələdə ali təhsil müəsssiələrinə (o cümlədən V ixtisas qrupu üzrə) və tam (11 illik) orta təhsil bazasında kollecə qəbul olmaq istəyənlər qeydiyyatdan keçiblər.

Bu il tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə buraxılış imtahanı vermiş, lakin 20 fevral − 5 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarının müraciətləri nəzərə alınaraq, onların da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçməsinə imkan yaradılacaq.
Bakalavrlar yekun imtahan balı haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Yekun nəticələr saytımıza da yerləşdirilib.