Dövlət İmtahan Mərkəzi
✔
45.9K subscribers
1.42K photos
133 videos
813 links
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Rəsmi "Telegram" kanalı
Download Telegram
Seçim iyulun 16-dək (saat 23:59-dək) davam edəcək.
Məlum olduğu kimi, iyulun 16-da Dövlət İmtahan Mərkəzində 2024-cü il üçün ali təhsil müəssisələrinin magistratura və rezidentura səviyyələrinə, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı nəticələrinin elmi-statistik təhlillərinin müzakirəsi təşkil ediləcək.
Müzakirələrdə iştirak etmək istəyən pedaqoji və təhsil ictimaiyyəti nümayəndələri aşağıdakı keçiddə verilmiş anket formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər:

http://bit.ly/4ePVjUk

Müzakirələrin keçiriləcəyi ünvan: Həsən Əliyev, 299, DİM-in əsas inzibati binası.
30 – 31 iyul və 1 avqust tarixlərində Dövlət İmtahan Mərkəzində məktəblilər və abituriyentlər üçün ali təhsil müəssisələrinin sərgisi
keçiriləcək.
Dövlət İmtahan Mərkəzinin psixoloqlar komandası da sərgidə olacaqvə iştirakçılar üçün maarifləndirici materiallar, praktik dəstək vasitələri təqdim
edəcəklər.
Sərgidə iştirak etməklə siz müxtəlif öyrədici materiallarla tanışolmaqla yanaşı, əyləncəli viktorinada iştirak etmək və ən əsası DİM-in mütəxəssisləri
tərəfindən hazırlanmış "Peşə seçimi" testlərindən ödənişsiz yararlanmaqimkanı əldə edə biləcəksiniz.
Bu testlər aşağıdakı üç əsas istiqaməti əhatə edir:
1. Təfəkkürün növləri üzrə test;
2. Şəxsi xüsusiyyətlər testi;
3. Peşə maraqları testi.
Sərgidə iştirak etmək və testlərdən yararlanmaq üçün verilən
qeydiyyat formasını doldurmağınız kifayətdir:
https://portal.dim.gov.az/sergi/
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bütün ixtisas qrupları üzrə 2025‑ci il avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq.

Müsabiqə iştirakçılarının nəzərinə çatdırırıq ki, “Abituriyent” jurnalının 4 saylı buraxılışı, həmçinin “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” kitabçaları seçim başlanana qədər nəşr olunacaq.
#ixtisasseçimi #abituriyent #dimgovaz #qəbul
9 avqust tarixindən “Abituriyent” jurnalının 4-cü nömrəsi, “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı kitabçalar, “Subbakalavr” peşə-ixtisas dərəcəsi almış və ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq istəyən şəxslər üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı satışda olacaq.

Nəşrləri DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytından və Wolt tətbiqindən sifariş etmək mümkün olacaq.
https://shorturl.at/B4g0M
Abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələr saytımıza da yerləşdirilib.
Media is too big
VIEW IN TELEGRAM
“Abituriyent” jurnalının 4-cü nömrəsini DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytından və Wolt tətbiqindən sifariş etmək mümkündür. https://shorturl.at/B4g0M
Media is too big
VIEW IN TELEGRAM
"Bal sizin əməyinizin nəticəsidir, seçim də sizin olmalıdır!"
Media is too big
VIEW IN TELEGRAM
I QRUP

İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?