Namizədlər müsabiqədə iştirak etmək üçün avqustun 13-dən 17-dək https://www.e-gov.az/az/services/read/3149/1 internet səhifəsinə daxil olaraq ixtisas seçimi edirlər.
İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılırlar.
Ətraflı: https://shorturl.at/2XHjH

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi davam edir. Abituriyentlərə kömək etmək məqsədilə yaradılmış “Abituriyent Məsləhət Mərkəzləri” həftəsonu – 16 və 17 avqust tarixlərində də fəaliyyət göstərəcəklər.
“Abituriyent Məsləhət Mərkəzləri” qeyd olunan günlərdə saat 10:00-dan 17:00-dək Azərbaycan Texniki Universiteti, Memarlıq və İnşaat Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Universiteti, Bakı Biznes Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Milli Konservatoriyası və Sumqayıt Dövlət Universitetində, həmçinin Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə və Şəmkir regional bölmələrində fəaliyyət göstərəcəklər.
Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi avqustun 11-dən başlanıb və 19-dək davam edəcək.

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi sona yaxınlaşır. Abituriyentlər 19 avqust saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
18 avqust saat 09:15-ə olan məlumata əsasən, 72758 abituriyent (subbakalavr) ərizəsini təsdiq edib. Müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar.

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi bu gün başa çatır. Abituriyentlər 19 avqust saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
Bu gün saat 09:15-ə olan məlumata əsasən, 81363 abituriyent (subbakalavr) ərizəsini təsdiq edib. Müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi 2 sentyabr saat 23:59-dək davam edəcək.
İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib, onları eservices.dim.gov.az/erizebak/ixtisas2 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 5‑ci sayında dərc olunub.

İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Namizədlər 20 sentyabr saat 18:00-dək DİM-in rəsmi internet səhifəsinə daxil olub istədikləri şəhəri seçməklə qeydiyyatdan keçə bilərlər.
İmtahanın I mərhələsi - muhasibat uçotu üzrə imtahanda iştirak etmək istəyən namizədlər aşağıda göstərilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:
1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.
Ətraflı: https://shorturl.at/jhQJO

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq.
İxtisas seçmək hüququ olan abituriyentlər https://eservices.dim.gov.az/erizetex/ixtisas2/ internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidirlər.

2026-cı ildə ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramları ilə (Azərbaycan və rus dillərində) aşağıdakı keçiddən istifadə etməklə tanış ola bilərsiniz.
https://shorturl.at/j3myL
https://shorturl.at/j3myL
Dövlət İmtahan Mərkəzi fəaliyyət istiqamətlərinə uyğun olaraq ictimaiyyətin hərtərəfli məlumatlandırılması və maarifləndirmə işinin təşkili məqsədilə müxtəlif tədbirlər həyata keçirir.
Dövlət İmtahan Mərkəzi sentyabr ayından etibarən şagirdlər, abituriyentlər, müəllimlər və ümumiyyətlə, qəbul kampaniyasının gedişi ilə maraqlananlar üçün yeni bir layihəyə start verir. Belə ki, Dövlət İmtahan Mərkəzində ayda bir dəfə olmaqla Mərkəzin rəhbərliyinin iştirakı ilə aktual mövzular üzrə ictimaiyyət üçün açıq müzakirələr təşkil ediləcək.
İlk görüş 30 sentyabr saat 15:00-da DİM-in elektron imtahanlar korpusunda olacaq və mövzu “Buraxılış və qəbul imtahanlarının məzmunu, imtahan proqramları və qaydaları”na həsr olunacaq.
Görüşdə şagirdlər, abituriyentlər və onların valideynləri, müəllimlər, həmçinin təhsil və pedaqoji ictimaiyyət nümayəndələri iştirak edərək öz suallarını birbaşa Dövlət İmtahan Mərkəzinin rəhbər şəxslərinə verə bilərlər.
Ətraflı: https://shorturl.at/0RWJT