Dövlət İmtahan Mərkəzi
✔
46K subscribers
1.42K photos
133 videos
813 links
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Rəsmi "Telegram" kanalı
Download Telegram
İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Namizədlər 20 sentyabr saat 18:00-dək DİM-in rəsmi internet səhifəsinə daxil olub istədikləri şəhəri seçməklə qeydiyyatdan keçə bilərlər.

İmtahanın I mərhələsi - muhasibat uçotu üzrə imtahanda iştirak etmək istəyən namizədlər aşağıda göstərilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:
1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.

Ətraflı: https://shorturl.at/jhQJO
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq.

İxtisas seçmək hüququ olan abituriyentlər https://eservices.dim.gov.az/erizetex/ixtisas2/ internet ünvanında yerləşən "Abituri­yentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidirlər.
Abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Nəticələr saytımıza da yerləşdirilib.
Abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Nəticələr saytımıza da yerləşdirilib.
2026-cı ildə ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramları ilə (Azərbaycan və rus dillərində) aşağıdakı keçiddən istifadə etməklə tanış ola bilərsiniz.

https://shorturl.at/j3myL
Dövlət İmtahan Mərkəzi fəaliyyət istiqamətlərinə uyğun olaraq ictimaiyyətin hərtərəfli məlumatlandırılması və maarifləndirmə işinin təşkili məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

Dövlət İmtahan Mərkəzi sentyabr ayından etibarən şagirdlər, abituriyentlər, müəllimlər və ümumiyyətlə, qəbul kampaniyasının gedişi ilə maraqlananlar üçün yeni bir layihəyə start verir. Belə ki, Dövlət İmtahan Mərkəzində ayda bir dəfə olmaqla Mərkəzin rəhbərliyinin iştirakı ilə aktual mövzular üzrə ictimaiyyət üçün açıq müzakirələr təşkil ediləcək.

İlk görüş 30 sentyabr saat 15:00-da DİM-in elektron imtahanlar korpusunda olacaq və mövzu “Buraxılış və qəbul imtahanlarının məzmunu, imtahan proqramları və qaydaları”na həsr olunacaq.

Görüşdə şagirdlər, abituriyentlər və onların valideynləri, müəllimlər, həmçinin təhsil və pedaqoji ictimaiyyət nümayəndələri iştirak edərək öz suallarını birbaşa Dövlət İmtahan Mərkəzinin rəhbər şəxslərinə verə bilərlər.

Ətraflı: https://shorturl.at/0RWJT
11 illik təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul olmaq üçün ixtisas seçimi sentyabrın 24-dən 28-dək həyata keçiriləcək.
İxtisas seçimi 28 sentyabr saat 23:59-dək in­ter­net vasitəsilə aparılır. İxtisas seçimi mərhələsində abituri­yentlər qəbul olmaq istədikləri ixtisasları seçib on­ların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Ətraflı: https://shorturl.at/Zx9tG
2026-cı ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlarla (Azərbaycan və rus dillərində) aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış ola bilərsiniz.

https://shorturl.at/sjF3h
Abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Nəticələr saytımıza da yerləşdirilib.
İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Namizədlər 7 oktyabr saat 10:00-dan 22 oktyabr saat 10:00-dək DİM-in internet səhifəsinə daxil olub qeydiyyatdan keçə bilərlər.

İmtahanda iştirak etmək istəyən namizədlər aşağıda qeyd edilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS; Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
2. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.

Ətraflı: https://shorturl.at/ir223
“Könüllülər layihəsi”nin məqsədi gənclərin peşəkar vərdişlərinin formalaşmasına dəstək vermək, onları Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə yaxından tanış etmək və gələcəkdə karyera planlamasında təkan verməkdir.

Layihənin müddəti 3 aydır.

Layihədə iştirak etmək üçün 16 – 25 yaşlı, ali və ya orta ixtisas təhsili olan və ya hazırda təhsil alan Azərbaycan vətəndaşları qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat linki: https://portal.dim.gov.az/volunteer/

Layihədə iştirak etmək üçün qeydiyyat 10 oktyabr – 1 noyabr 2025-ci il tarixləri arasında aparılacaq. Hər bir mərhələ haqqında ətraflı məlumat Mərkəzin saytı və sosial şəbəkə hesabları vasitəsilə təqdim olunacaq.
Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi üzrə imtahana qeydiyyat elan edilib.

İmtahan 23 noyabr 2025-ci il tarixində Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Namizədlər 23 oktyabr saat 18:00-dan 12 noyabr saat 11:00-dək DİM-in rəsmi internet səhifəsinə daxil olub istədikləri şəhəri seçməklə qeydiyyatdan keçə bilərlər.
İmtahanın I mərhələsi - muhasibat uçotu üzrə imtahanda iştirak etmək istəyən namizədlər aşağıda göstərilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.

Ətraflı məlumat və qeydiyyat üçün https://shorturl.at/MDrHN linkinə daxil ola bilərsiniz.
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi sentyabr ayından etibarən şagirdlər, abituriyentlər, müəllimlər və ümumiyyətlə, qəbul kampaniyasının gedişi ilə maraqlananlar üçün yeni layihəyə start verib. Belə ki, Dövlət İmtahan Mərkəzində ayda bir dəfə olmaqla Mərkəzin rəhbərliyinin iştirakı ilə aktual mövzular üzrə ictimaiyyət üçün açıq müzakirələr təşkil edilir.

Növbəti görüş 31 oktyabr saat 15:00-da DİM-in elektron imtahanlar korpusunda olacaq və “Peşə istiqamətinin müəyyən edilməsi”nə həsr olunacaq.

Görüşdə şagirdlər, abituriyentlər və onların valideynləri, həmçinin təhsil və pedaqoji ictimaiyyət nümayəndələri iştirak edərək peşə və ixtisas seçimi ilə bağlı suallarını Dövlət İmtahan Mərkəzinin rəhbər şəxsləri və mütəxəssislərinə verə bilərlər.

Ətraflı: https://shorturl.at/bYLV2
Dövlət İmtahan Mərkəzi 2025-ci il noyabrın 10-dək doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında iştirak etmələri üçün qeydiyyat elan edir.

Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı 2025-ci il noyabrın 23-də, əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının isə dekabrın 1-də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə 24 noyabr 2025-ci il tarixində keçirilməsi planlaşdırılır.

Ətraflı: https://shorturl.at/ppHbR
Görüş 31 oktyabr saat 15:00-da DİM-in elektron imtahanlar korpusunda olacaq və “Peşə istiqamətinin müəyyən edilməsi”nə həsr olunacaq.

Görüşdə şagirdlər, abituriyentlər və onların valideynləri, həmçinin təhsil və pedaqoji ictimaiyyət nümayəndələri iştirak edərək peşə və ixtisas seçimi ilə bağlı suallarını Dövlət İmtahan Mərkəzinin rəhbər şəxsləri və mütəxəssislərinə verə bilərlər.

Görüşdən sonra şagirdlər və abituriyentlər peşə seçimi testləri və dərslik materialları əsasında bilik səviyyəsinin yoxlanılması üzrə testlərdən ödənişsiz formada yararlanmaq imkanına malik olacaqlar. Bunun üçün iştirakçılar qeydiyyat linkində müvafiq istəklərini əvvəlcədən seçməlidirlər.

Qeydiyyat üçün https://portal.dim.gov.az/gorush2025/ linkinə daxil ola bilərsiniz.
Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan dili, ingilis dili, rus dili və informatika fənlərindən hazırlıq kurslarına qeydiyyat başlanıb. Hazırlıq kurslarında müəllimlər, metodistlər və pedaqoji yönlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və həmin istiqamətdə təhsilini davam etdirən magistrlər də iştirak edə bilərlər.
Qeydiyyat 1 fevral 2026-cı il saat 23:59-dək aparılır.

Ətraflı məlumat və qeydiyyat üçün https://shorturl.at/DW2TW linkinə daxil ola bilərsiniz.
Doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında iştirak etmələri üçün qeydiyyat davam edir.

Azərbaycan Respublikasının ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarında doktorantura və ya dissertanturada, həmçinin hərbi təhsil müəssisələrində adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılar noyabrın 10-dək DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalı və xarici dil üzrə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.

Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı 2025-ci il noyabrın 23-də, əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının dekabrın 1-də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə 24 noyabr 2025-ci il tarixində keçirilməsi planlaşdırılır.
Dövlət İmtahan Mərkəzi sentyabr ayından etibarən şagirdlər, abituriyentlər, müəllimlər və ümumiyyətlə, qəbul kampaniyasının gedişi ilə maraqlananlar üçün yeni layihəyə start verib. Belə ki, Mərkəzin rəhbərliyinin iştirakı ilə ayda bir dəfə olmaqla aktual mövzular üzrə ictimaiyyət üçün açıq müzakirələr təşkil edilir. Bu görüşlərdə iştirakçıların sualları cavablandırılır, onların təklif və rəyləri dinlənilir.

Növbəti görüş 5 dekabr saat 14:00-da DİM-in elektron imtahanlar korpusunda olacaq və “Buraxılış və qəbul imtahanlarında ətraflı həll və ya cavab yazılması tələb olunan tapşırıqların yoxlanılması prosesi” mövzusuna həsr olunacaq.

Görüşdə şagirdlər, abituriyentlər və onların valideynləri, həmçinin təhsil və pedaqoji ictimaiyyət nümayəndələri iştirak edərək mövzu ilə bağlı suallarını Dövlət İmtahan Mərkəzinin rəhbər şəxsləri və mütəxəssislərinə verə bilərlər.

Ətraflı: https://shorturl.at/LBsO8