Dövlət İmtahan Mərkəzi
✔
46K subscribers
1.42K photos
133 videos
813 links
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Rəsmi "Telegram" kanalı
Download Telegram
Məlum olduğu kimi, 15 fevral tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən magistraturaya qəbul imtahanı keçiriləcək. İmtahandan sonra saat 15:00-da DİM-in “Youtube” kanalında canlı yayımda Mərkəzin məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.

Bakalavrlar suallarını canlı yayım zamanı müvafiq postun altına yaza bilərlər.

https://www.youtube.com/stateexamcenter
Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Nəticələr saytımıza da yerləşdirilib.
Qeydiyyat martın 5-dək davam edəcək.

Ətraflı məlumat və qeydiyyat üçün https://shorturl.at/gcBxj linkinə daxil ola bilərsiniz.
Qeydiyyat martın 5-dək davam edəcək.

Ətraflı məlumat və qeydiyyat üçün https://shorturl.at/48pV3 linkinə daxil ola bilərsiniz.
Fevralın 18-də ali təhsil müəssisələrinə, həmçinin 9 və 11 illik təhsil bazasında kolleclərə sənəd qəbulu başlanıb. Hər il olduğu kimi bu il də Abituriyent Məsləhət Mərkəzləri fəaliyyət göstərir. Abituriyentlər martın 5-dək “Abituriyentin elektron ərizəsi”nin doldurulması və təsdiqi üçün ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər.

Məsləhət mərkəzləri Bakı şəhəri üzrə Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Sumqayıt şəhəri üzrə Sumqayıt Dövlət Universitetində, Gəncə şəhəri üzrə Azərbaycan Dövlət Aqrar Universitetində və Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə, Şəmkir regional bölmələrində həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərirlər.

Ünvanlarla tanış olmaq üçün link https://shorturl.at/WS0IR
Media is too big
VIEW IN TELEGRAM
Abituriyentin elektron ərizəsinin təsdiqi ilə bağlı təlimat
Media is too big
VIEW IN TELEGRAM
Tədrisi ingilis dilində olan məktəblərdə təhsil alan abituriyentlərin nəzərinə!
Media is too big
VIEW IN TELEGRAM
Ali təhsil müəssisələrinə və kolleclərə qəbul olmaq istəyən əvvəlki illərin məzunlarının qeydiyyatı
Media is too big
VIEW IN TELEGRAM
Orta məktəbi cari ildə bitirən abituriyentlər üçün elektron ərizədə olan seçimlər
Xeyr, tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə rus bölməsi üzrə sənəd verən əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) fənnindən birinci imtahanda iştirak etmək üçün şagird və abituriyentlərin ayrıca qeydiyyatı tələb olunmur. Belə ki, tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdlərinin bu imtahanda iştirak etmələri üçün məlumatları “Şagird-məzun” elektron məlumat sistemindən əldə olunur.

Əvvəlki illərin məzunları isə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün 5 mart tarixinədək elektron ərizə dolduran zaman rus bölməsini seçərkən Azərbaycan dili (dövlət dili kimi) imtahanına da qeydiyyatdan keçmiş olurlar.

Qeyd edək ki, Azərbaycan dili (dövlət dili kimi) fənnindən birinci imtahan 3 may tarixində keçiriləcək.
📍Aşağıdakı kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirənlərin) bütün mərhələ və cəhdlər üzrə qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

✅️Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

✅️şəhid ailəsinin üzvləri;

✅️valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

✅️məcburi köçkün statusu olan şəxslər;

✅️I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

📌Bundan başqa, qeyd olunan kateqoriyalara aid olmayan və ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirənlərin) qəbul imtahanında (imtahanın ikinci mərhələsinin yalnız bir cəhdində) iştirakı da dövlət büdcəsinin vəsaiti hesabına olur.
Media is too big
VIEW IN TELEGRAM
Abituriyentlərin nəzərinə!

Şəxsi kabinetin "Əlaqə" bölməsində qeyd olunan məlumatlara diqqət yetirin.
Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2026-cı il fevralın 18-də başlanıb və 5 mart tarixinədək davam edəcək.

Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər.

Ali təhsil və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən bütün abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytında “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar), onun istifadəçi adı və şifrəsindən istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Ətraflı: https://shorturl.at/XOnik

Ali təhsil müəssisələrinə və kolleclərə qəbul olmaq istəyən abituriyentlərə təqdim olunan linkə daxil olub qəbul elanları ilə tanış olmağı tövsiyə edirik.
Tövsiyələrlə tanış olmaq üçün https://shorturl.at/o1PKf linkinə daxil ola bilərsiniz.
Yerlər məhdud olduğu üçün görüşdə iştirakınıza əmin olduğunuz təqdirdə qeydiyyatdan keçməyiniz xahiş olunur! Məktəbli uşaqları ilə görüşdə iştirak edən valideynlər qeydiyyatı həm özləri, həm də övladları üçün ayrıca etməlidirlər!

Hər ay keçirilən “Açıq görüş”də Dövlət İmtahan Mərkəzinin rəhbərliyi də iştirak edir. Görüşdə şagirdlər, abituriyentlər, həmçinin qəbul kampaniyasının gedişi ilə maraqlanan şəxslərin sualları cavablandırılır, onların təklif və rəyləri dinlənilir.

Martın 4-də saat 14:00-da DİM-in elektron imtahanlar korpusunda keçiriləcək növbəti görüşün mövzusu "İmtahan qaydaları, iştirakçıların diqqət yetirməli olduqları məsələlər"dir.

Görüşdə iştirak etmək istəyənlər bu gün saat 23:59-dək verilmiş anket formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat linki: https://portal.dim.gov.az/gorush2026/