Dövlət İmtahan Mərkəzi
✔
46K subscribers
1.42K photos
133 videos
813 links
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Rəsmi "Telegram" kanalı
Download Telegram
İştirakçılar imtahan nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Nəticələr saytımıza da yerləşdirilib.
İştirakçılar imtahan nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Nəticələr saytımıza da yerləşdirilib.
Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, “Instagram”, “TikTok” və xüsusilə “Telegram”da saxta hesablar vasitəsilə ödəniş müqabilində hər hansı imtahan balının artırılması ilə bağlı qeyri-real çağırışlar edilir və dələduzluq yolu ilə vətəndaşların aldadılmasına cəhd olunur.

Həmin şəxslər səhifələrini cəlbedici etmək üçün çox vaxt DİM-in loqosu və adından istifadə edirlər. Onlar hətta öz postlarının altında başqa saxta hesablar vasitəsilə guya kömək aldıqlarını yazmaqla digər vətəndaşlarda maraq oyatmağa çalışırlar.

Ətraflı: https://shorturl.at/5NEQA
Ətraflı məlumat və qeydiyyat üçün https://shorturl.at/W9LMy linkinə daxil ola bilərsiniz.
2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə qeydiyyat prosesi bu gün saat 23:59-da başa çatacaq.

Abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yalnız 1 istiqaməti üzrə ən çox 4 komissiyadan qeydiyyatdan keçə bilərlər.

Qabiliyyət imtahanlarının iyun – avqust aylarında keçirilməsi nəzərdə tutulur. DİM-in internet səhifəsində abituriyentlərə (subbakalavrlara) “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat veriləcək. “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcəkdir.

Ətraflı: https://shorturl.at/wPvlJ
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən, lakin mayın 3-də keçirilən Azərbaycan dili (dövlət dili) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər 2 iyun saat 23:59-dək qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına yazıla bilərlər. 

Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.

Azərbaycan dili (dövlət dili) fənni üzrə ikinci imtahan iyunun 21-də keçiriləcək.
Media is too big
VIEW IN TELEGRAM
Məlum olduğu kimi, I,II,III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başlayıb. Hər il olduğu kimi bu il də Abituriyent Məsləhət Mərkəzləri fəaliyyət göstərir. Abituriyentlər iyunun 8-dək qeydiyyatdan keçmək üçün ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə də müraciət edə bilərlər.

Qeyd edək ki, Abituriyent Məsləhət Mərkəzlərində xüsusi treninq keçmiş əməkdaşlar, abituriyentlərə tələbə qəbulu qaydaları, elektron ərizə və ixtisas seçimi ərizələrinin doldurulması, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. ilə bağlı ödənişsiz köməklik göstərirlər.
Bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni çap etmək üçün https://eservices.dim.gov.az/BRXV/login/login?usdcnt=1&usd=byS%2FSttzEd4%3D linkinə daxil olmalıdırlar. Onlar həmçinin my.gov.az portalı və ya "mygov" mobil tətbiqi vasitəsilə də buraxılış vərəqələrini çap edə bilərlər.

Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.
İmtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://eservices.dim.gov.az/erizebak/cehd2/PageParol.aspx) daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər.

5 iyun saat 09:15-ə olan məlumata əsasən I ixtisas qrupu üzrə 6131, II ixtisas qrupu üzrə 9245, III ixtisas qrupu üzrə 10733, IV istisas qrupu üzrə 1598 olmaqla, ümumilikdə isə 27707 abituriyent qeydiyyatdan keçib.

İmtahanda yalnız göstərilən tarixədək qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin ikinci cəhdi II və III ixtisas qrupları üzrə iyulun 5-də, I və IV qruplar üzrə isə iyulun 12-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyulun 12-də keçiriləcək.
I və IV qruplar üzrə qəbul imtahanı ilə bağlı canlı yayım başlayıb.

https://vt.tiktok.com/ZS92nNHkrCmyF-gG4XF/
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat prosesi bu gün saat 23:59-dək aparılacaq.

İmtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://eservices.dim.gov.az/erizebak/cehd2/PageParol.aspx) daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər.

8 iyun saat 09:15-ə olan məlumata əsasən I ixtisas qrupu üzrə 18819, II ixtisas qrupu üzrə 16892, III ixtisas qrupu üzrə 20302, IV istisas qrupu üzrə 4319 olmaqla, ümumilikdə isə 60332 abituriyent qeydiyyatdan keçib.
İmtahanda yalnız göstərilən tarixədək qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.
💻 Dövlət İmtahan Mərkəzi 2026-cı il iyun 11-dən 14-dək 2026/2027-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında, həmçinin doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil və əcnəbilərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında iştirak etmələri üçün qeydiyyat elan edir.

✅️ Mərkəz eyni zamanda, qeyd olunan tarixlərdə həm doktoranturaya qəbul olmaq istəyən namizədlər, həm də doktoranturada oxuyan iddiaçılar üçün xarici dillər üzrə imtahan 2026-cı il iyunun 25-də keçiriləcək. Doktorantura və dissertantura üzrə əcnəbilər üçün Azərbaycan dili imtahanı isə 16 iyunda keçiriləcək. Danışıq bloku üzrə imtahanın 17-19 iyun tarixlərində keçirilməsi planlaşdırılır.

Ətraflı➡️https://shorturl.at/obH6h
V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin və 11 illik bazada kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarının ilkin keçirilmə qrafiki müəyyən olunub.

https://shorturl.at/5SVGa linkinə daxil olub qrafiklə tanış ola bilərsiniz. Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri müəyyən olunduqca cədvələ əlavə ediləcək.

İdman istiqaməti üzrə 61-ci komissiyası üzrə (birinci mərhələ imtahanı  olan şahmat – 6117, karate – 6111, boks – 6107, sambo – 6112, taekvondo – 6118, həndbol – 6114, futbol – 6108, cüdo – 6110, stolüstü tennis – 6116, voleybol – 6119, sərbəst güləş – 6113, yunan-roma güləşi – 6127), 62 və 63-cü komissiyalar, Təsviri sənət istiqaməti üzrə 14 (yalnız 14-cü komissiyanı seçənlər) və 15-ci komissiyalar , Teatr, kino və xoreoqrafiya sənəti istiqamətinin 53–cü komissiya üzrə qeydiyyatdan keçən abituriyentlər (subbakalavrlar) https://eservices.dim.gov.az/qabiliyyet linkindən “Qabiliyyət imtahanına  buraxılış vərəqəsi ” çap edə bilərlər.
Tovuzda idman istiqaməti üzrə qabiliyyət imtahanında iştirak etməli olan abituriyentlərin nəzərinə!

Tovuzun “Turan” qadın voleybol klubunun 2026 – 2027 mövsümündə CEV Çempionlar Liqasında çıxışı ilə əlaqədar olaraq ev oyunlarının baş tutacağı zalın beynalxalq tələblərə uyğunlaşdırılması üçün Tovuz Olimpiya İdman Kompleksində müvafiq işlərin aparılmasına zərurət yaranıb. Bu səbəbdən 27 iyun – 2 iyul tarixlərində Tovuz şəhərində keçirilməsi planlaşdırılan qabiliyyət imtahanlarının keçiriləcəyi yer eyni tarixlərdə Göygöl şəhərinin Göygöl Olimpiya İdman Kompleksinə dəyişdirilib.

Məkan dəyişikliyi ilə əlaqədar abituriyentlərin (subbakalavrların) imtahana buraxılış vərəqələri yenilənib. İmtahanda iştirak edəcək abituriyentlərdən (subbakalavrlardan) “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni yenidən çap etmələri xahiş olunur.