Dövlət İmtahan Mərkəzi
✔
45.5K subscribers
1.42K photos
133 videos
816 links
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Rəsmi "Telegram" kanalı
Download Telegram
Əvvəlki illərin məzunları üçün 9 illik bazada kolleclərə qəbul imtahanı 14 may tarixində keçiriləcək. Bu il 9-cu sinfi bitirənlər isə müsabiqədə buraxılış imtahanından əldə etdikləri nəticələr əsasında iştirak edirlər.
Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu bu gün saat 23:59-dək davam edəcək.

Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər.
Dövlət İmtahan Mərkəzinə daxil olan müraciətlər göstərir ki, bəzi abituriyentlər şəxsi kabinet yaratdıqdan sonra onun istifadəçi adı və parolunu kənar şəxslərə verirlər. Nəzərə almaq lazımdır ki, sonradan həmin şəxslər abituriyentin elektron ərizəsinə daxil olub abituriyentin istəyinə uyğun olmayan müəyyən düzəlişlər edə, hətta elektron ərizəni ləğv edə bilərlər.

Xatırladaq ki, istifadəçi adı və parolu bilmədən abituriyentin şəxsi kabinetinə və elektron ərizəsinə daxil olmaq mümkün deyil. Abituriyentlərə tövsiyə edirik ki, bu məlumatları heç bir halda kənar şəxslərə verməsinlər. Əgər bu vaxta kimi həmin məlumatları kənar şəxslərə veriblərsə, şəxsi kabinetlərinə daxil olub parollarını dəyişməyi tövsiyə edirik.
Media is too big
VIEW IN TELEGRAM
Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyi ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı “İlk Prezident təqaüdçüləri” layihəsinin növbəti iştirakçısı Teyrun Qəhrəmanovdur.

#HeydərƏliyev100 #HeydarAliyev100 #ilkprezidenttəqaüdçüləri #dövlətimtahanmərkəzi #ElmVəTəhsilNazirliyi
Qeyd olunan tarixdə imtahan verəcək şəxslər saytımıza daxil olub buraxılış vərəqəsini çap edə bilərlər.
Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmədən müvafiq ixtisaslar üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavrların ərizələrinin qəbulu aprel ayının sonu may ayının əvvəlində internet vasitəsilə aparılacaq. Konkret tarixlər müəyyən olunan kimi məlumat veriləcək.
Media is too big
VIEW IN TELEGRAM
Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyi ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı “İlk Prezident təqaüdçüləri” layihəsinin növbəti iştirakçısı həkim - uroloq Vüsal Əhmədovdur.

#HeydərƏliyev100 #HeydarAliyev100 #ilkprezidenttəqaüdçüləri #dövlətimtahanmərkəzi #ElmVəTəhsilNazirliyi
Media is too big
VIEW IN TELEGRAM
Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyi ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı “İlk Prezident təqaüdçüləri” layihəsinin növbəti iştirakçısı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı Sənay Paşayevdir.

#HeydərƏliyev100 #HeydarAliyev100 #ilkprezidenttəqaüdçüləri #dövlətimtahanmərkəzi #ElmVəTəhsilNazirliyi
Aprelin 2-də Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti imtahanlar keçirilib.

Nəticələr bir ay ərzində elan olunacaq.

Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayan abituriyentlər olub. Bundan əlavə, yoxlama prosesi zamanı bəzi abituriyentlərin üzərində kəsici‑deşici vasitələr, müxtəlif elektron cihazlar və digər köməkçi vəsaitlər aşkar olunub. 8 nəfərdə mobil telefon tutulduğu üçün imtahandan xaric edilib və nəticələri ləğv olunacaq. Həmin abituriyentlər qəbul imtahanının ikinci mərhələsinə də buraxılmayacaq. Qeyd olunan qayda pozuntuları protokollaşdırılıb və hazırda bunlarla bağlı araşdırma aparılır.