İmtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə saytımızda tanış ola bilərlər.
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 11-də və daha sonrakı tarixlərdə, eləcə də iyul və avqustda keçiriləcək imtahanlar bu aylar üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq. İştirakçılar nəzərə almalıdırlar ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələnlər imtahan binasına buraxılmırlar.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilir və buraxılış vərəqəsində həmin vaxt göstərilir. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Hər hansı bir imtahan üçün buraxılış vərəqələri imtahandan 5-7 gün öncə Mərkəzin saytına yerləşdirilir.

Media is too big
VIEW IN TELEGRAM
Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyi ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı “İlk Prezident təqaüdçüləri” layihəsinin növbəti iştirakçısı Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim – oftalmoloqu Günay Rüstəmbəyovadır.
#HeydərƏliyev100 #HeydarAliyev100 #ilkprezidenttəqaüdçüləri #dövlətimtahanmərkəzi #ElmVəTəhsilNazirliyi
#HeydərƏliyev100 #HeydarAliyev100 #ilkprezidenttəqaüdçüləri #dövlətimtahanmərkəzi #ElmVəTəhsilNazirliyi
Media is too big
VIEW IN TELEGRAM
Qəbul imtahanlarının ikinci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyatla bağlı video təlimat
Qeyd edək ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat başlanıb və iyunun 20-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzi tərəfindən 11 iyun 2023-cü il tarixində:
- ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı;
- doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanları;
- musiqi sənəti istiqaməti üzrə ixtisaslara aid harmoniya və solfecio, musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə test imtahanı keçiriləcək.
İmtahanlar saat 10:00-da başlanır.
İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- “İmtahana buraxılış vərəqəsi".
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Xeyr, edə bilməzsiniz. Müsabiqə zamanı abituriyentin hər hansı bir cəhddə hər üç fənn üzrə topladığı bal nəzərə alınır. Tutaq ki, abituriyent imtahanın birinci cəhdində RK altqrupu, ikinci cəhdində isə Rİ alqtrupu üzrə imtahan verib. Müsabiqə zamanı abituriyent RK altqrupuna aid ixtisası seçirsə, onun birinci cəhddə riyaziyyat, fizika və kimya fənlərindən topladığı bal nəzərə alınır. Rİ altqrupuna aid ixtisasları seçəndə isə imtahanın ikinci cəhdində riyaziyyat, fizika və informatikadan topladığı bal nəzərə alınır. Yəni abituriyent iştirak etdiyi hər iki cəhd imtahanından müvafiq altqrup (lar) üzrə birinin nəticəsi əsasında müsabiqədə iştirak edir. Bir altqrup üzrə birinci cəhddən iki fənn, ikinci cəhddən isə digər fənn üzrə (və ya əksinə) toplanılan balların cəmi əsasında müsabiqədə iştirak etməyə icazə verilmir. Deməli, imtahanın hər iki cəhdində iştirak edən abituriyent bütün fənlər üzrə iki cəhddən birinin nəticəsini seçə bilər.
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat 2023-cü il 20 iyun saat 23:59-dək aparılacaq.
İmtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in internet səhifəsinə daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər və müvafiq qaydada ödəniş (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) edirlər. 2-ci cəhd üzrə qeydiyyat zamanı I və ya III ixtisas qrupunu seçən abituriyentlər 1-ci cəhd üzrə olduğu qaydada öz istəklərinə uyğun olaraq müvafiq ixtisas qrupu üzrə altqruplardan birini, yaxud hər ikisini seçə bilərlər.

Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyi ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı “İlk Prezident təqaüdçüləri” layihəsinin növbəti iştirakçısı Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyinin müşaviri Elvin Əşrəfzadədir.
#HeydərƏliyev100 #HeydarAliyev100 #ilkprezidenttəqaüdçüləri #dövlətimtahanmərkəzi #ElmVəTəhsilNazirliyi
#HeydərƏliyev100 #HeydarAliyev100 #ilkprezidenttəqaüdçüləri #dövlətimtahanmərkəzi #ElmVəTəhsilNazirliyi
17 iyun 2023-cü il tarixindən etibarən aşağıda cədvəldə verilmiş tarixlərdə Dövlət İmtahan Mərkəzi tərəfindən qabiliyyət tələb edən Musiqi sənəti, Təsviri sənət və Teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə ixtisasların imtahanları keçiriləcək.
Abituriyentlər 12 iyun 2023-cü il tarixindən etibarən cədvəldə verilmiş imtahan tarixlərinə uyğun buraxılış vərəqələrini çap edə bilərlər. Cədvələ daxil edilməyən digər imtahanlar haqqında məlumatlar mütəmadi olaraq DİM-in saytında veriləcək.
Ətraflı: https://dim.gov.az/news/11204/

19 iyun 2023-cü il tarixindən etibarən aşağıda cədvəldə verilmiş tarixlərdə Dövlət İmtahan Mərkəzi tərəfindən qabiliyyət tələb edən Bədən tərbiyəsi və idman istiqaməti üzrə ixtisasların qabiliyyət imtahanları keçiriləcək.
Abituriyentlər Bakı üzrə 14 iyun, regionlar üzrə isə 16 iyun 2023-cü il tarixindən cədvəldə verilmiş imtahan tarixlərinə uyğun “İmtahana buraxılış vərəqələri”ni çap edə bilərlər. Cədvələ daxil edilməyən digər imtahanlar haqqında məlumatlar mütəmadi olaraq DİM-in saytında veriləcək.
Cədvələ keçid: https://dim.gov.az/news/11214/

Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyi ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı “İlk Prezident təqaüdçüləri” layihəsinin növbəti iştirakçısı Amerikada Silikon vadisində yerləşən şirkətlərin birində proqramçı işləyən Sergey Əkbərovdur.