Ən Gözəl Dualar😍🤲🏻
18.4K subscribers
389 photos
96 videos
6 files
213 links
🌹İmam Əli (əleyhissəlam) buyurub:

“Əgər Allah bir şəxsə dua etmək nemətini əta edərsə, onu bu duasının cavabından məhrum etməz.”

📖Mənbə: Uddətud-Dai kitabı
Download Telegram
Ey mənim Mövlam! Bəndən əzab içərisində necə qalar? Axı o, Sənin keçmiş mehribanlığını görmək istəyir. Yaxud cəhənnəm odunda necə əzab çəkər? Axı o, Sənin fəzilətinə və rəhminə ümid bəsləyir. Yaxud cəhənnəm odunun alovlu dilləri onu necə yandırar? Axı, Sən onun səsini eşidir və yerini bilirsən. Yaxud cəhənnəm odunun qığılcımı onu necə bürüyəcək? Axı Sən onun zəifliyini bilirsən.

Kumeyl duası
❤21👍6
Dindar olanlar bunları bilməlidir!

"Hər kəs dindar oldusa bilsin ki,onu məsxərə edəcəklər,danlayacağlar,qorxudacağlar və bütün güclərindən istifadə edib ona psixoloji hücum edəcəklər.
Övladını qənaətləndir və qəbullandır ki,məsxərə edənlərin qarşısında səbr etsin və möhkəm dayansın.Əks təqdirdə depressiyaya düşəcək və yaxşı həyat tərzi olmayacaq."

Ustad Əlirza Pənahian
👍22❤7
✅Duanı tərk etməyin!✅

«İblis dedi: Onların diriləcəkləri günə kimi mənə möhlət ver. Allah buyurdu: Şübhəsiz ki, sən möhlət verilənlərdənsən.»

📕(əl-Əraf surəsi ayə 14-15)
👍20❤9
Ər Arvad Üçün Barışıq duası

✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹

Ər və arvad arasında barışıq yaratmaq üçün 1001 dəfə
"Ya Vədud" zikrini oxuyun.
Təcrübə olunmuş zikrlərdən biridir.

Hacət rəva
👍20❤7
BƏXTİN AÇILMASI ÜÇÜN DUA

✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨

Bu dua bəxti açılmayan qızlar üçün təcrübə olunmuş dualardan biridir.

Bir təmiz kasa götürün, onun içinə gülab tökün və 40 dəfə "Yasin" surəsini oxuyun, hər oxuyandan sonra suya üfürün.
Sonra suyu başınıza tökün.

İnşallah tezliklə bəxti açılmış olar.
❤26👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İmam Cəfəri Sadiq (ə) buyurur,
Mömin bəndə dua edərkən, Allah təala öz Mələklərinə buyurar,
Bu bəndənin duası qəbul olsa da (hələlik) onun hacətini gecikdirin .Çünki Mən onun səsini eşitməyi sevirəm.🌱🌾
❤45👍10
Dualar insanı Allaha yaxınlaşdıran bir vasitədir!😍🤲🏻🌹
👍22❤10
*FƏRƏC DUASI OXUMAĞIN FƏZİLƏTLƏRİ* 🌹

*“Fərəc” duası – o dualardandır ki, oxunması Məsumlar (ə) tərəfindən çox tövsiyə edilmişdir. Çünki bu duanın çoxlu faydaları vardır ki, onlarla tanış olaq:*

*♥1. Şeytanı (lən) narahat edər.*

*♥2. Duanın yerinə yetməsinə səbəb olar.*

*♥3. Axırəz-zamanın fitnələrindən nicat tapmağa səbəb olar.*

*♥4. Günahların bağışlanılmasına səbəb olar.*

*♥5. Qiyamət günü Həzrətin (ə) şəfaətinə nail olar.*

*♥6. İntizarın nişanəsidir.*

*♥7. İmam Zaman ağanın (ə.f) fərəci tezləşər.*

*♥8. İnsanın ömrünün uzun olmasına səbəb olar.*

*♥9. Ölən zaman ona müjdə verilər və onunla mülayim rəftar olunar.*

*♥10. Qəlbində imanın nuru çoxalar.*

*♥11. Allah yanında ən məhbub şəxs olar.*

*♥12. Pis əməlləri yaxşı əməllərə çevrilər.*

*♥13. Mələklər onun üçün bağışlanma istəyərlər.*

*♥14. Qiyamət gününün susuzluğundan amanda olar.*

*♥15. Bərzəxdə və Qiyamət günü yaxşı munis olar.*

*♥16. Qəmi aradan aparar.*

*♥17. Bu dua Allah yanında bəyənilən əməllərdəndir.*

*♥18. Qiyamət günü xüsusi hədiyyələr alar.*

*♥19. Dinin kamil olmasına səbəb olar.*

*♥20. O kəsin savabına malikdir ki, İmam Zaman ağanın (ə.f) bayrağı altında şəhid olacaqdır.*

*♥21. Məsum İmamlarla (ə) məhşur olacaqdır.*

*♥22. Qiyamət günü şəhidlərin ən ali dərəcəsinə nail olacaqdır.*

*♥23. Həzrət Zəhranın (s.ə) şəfaətinə nail olacaqdır.*

*♥24. Behiştdəki dərəcəsi yüksələr.*

*♥25. Peyğəmbərin (s) ən əziz insanı olar.*


Fərəc Duasını Oxumaq Üçün Toxun ☺️🤲🏻

🌸📚Qᴜʀᴀɴ ᴠə Əʜʟɪ-Bᴇʏᴛ (ə)📚🌸
❤26👍10
ℹ"Аyәtul-kürsü"

Həzrət Peygəmbər (s.a.v) buyurub:Hәr vахt "Аyәtul-kürsü”nü охunsа, оnun sаvаbını müsәlmаnlаrın qәbiristаnınа hәdiyyә еtsә, Аllаh-tәаlа mәşriq vә mәğrib әhlindәn оlmuş hәr şәхsin qәbrinә qırх nur sаlаr, оnlаrın qәbrini gеniş vә nurlu еdәr. Охuyаn şәхsә isә аltmış Pеyğәmbәrin (s) sаvаbını әtа еdәr vә hәrflәrin sаyı qәdәr mәlәk yаrаdаr ki, Qiyаmәt gününә qәdәr оnun tәrәfindәn Аllаhа tәsbih (Sübhәnаllаh) dеyәrlәr.
❤22👍6🥰3
Rəbb'im nəfsimizə cəlalıyla,
Qəlbimizə camalıyla,
Həyatımıza hikmətiylə,
Xətalarımıza rəhmətiylə,
Məhşər'də Məhəmmədiylə (s.a.v) bizlərə yardım etsin inşəAllah.
Qəlbiniz nur, diləyiniz dua, ruhunuz hər zaman Allah (c.c) ilə olsun.
Ömrünüz Rəbb'imizin razı olacağı kimi olsun.
Rəbb'im bu mübarək gündə bütün xəstələrə şəfa versin.
Etdiyimiz dua'ların xeyirlisini yaşamağımız diləyilə.🤲🏻

Gecənin sahibinə əmanət olun 🤲
❤27👏4🥰2👍1
HACƏTLƏRİN QƏBULU

"Təcrübə olunub hər kəs sübh vaxtı 41 dəfə "Həmd" surəsini oxusa, Allah onun bütün hacətlərini qəbul edər. Hətta sonsuz olsa belə ona övlad əta edər. "

📚Şəfau-Sudur.
👍20❤9
🔰 Hacətlərin qəbulu üçün

Hacı İsmayıl Xan Dulabi:

Məğrib namazından sonra əllərini qaldırıb 7 dəfə:

"Yə Qaziyəl-hacət" (Ey hacatləri yerinə yetirən) deyib hacətini istə qəbul olar.

📙

Ariflərin sınanmış zikirləri
👍19❤6
İmam Sadiq (ə.s) buyurdu:

- Kim vacib namaz tamamlanandan sonra ayaqlarını qaldırmadan əvvəl Fatimeyi-Zəhranın (s.ə) zikri ilə zikr etsə, Allah onu bağışlayar. Qoy o, təkbirlərdən (Allahu əkbərdən) başlasın!


📚Səvabul-əmal və iqabul-əmal, səh.-218, hədis-622


Fatimeyi-Zəhranın zikri:
34 dəfə “Allahu əkbər”,
33 dəfə “Əlhəmdulillah”
33 dəfə “Subhənallah” zikrindən ibarətdir.

Salam olsun sənə, ey qabırğaları sındırılmış Anam Zəhra (s.ə)! 🥀
❤26👍5
Bu gün Peyğəmbərimizin pak nəslinin – seyidlər nəslinin qaynağı, dünya və Cənnət qadınlarının xanımı, nübuvvət (peyğəmbərlik) mərkəzində dünyaya gəlib boya-başa çatmış, vəlayət (imamət) evində həyatını davam etdirən, ən yaxşı qız, ən yaxşı həyat yoldaşı, ən yaxşı ana kimi qadının bütün fəaliyyətini əks etdirən əlamətləri özündə toplayan nümunəvi, ideal, məsum qadın – xanım Fatimeyi-Zəhra əleyha salamın mövlüd günüdür bu münasibətlə hər birinizi səmimi qəlbdən təbrik edirik 🌹
❤56👍8🥰5
🌸🌷🌸

Həzrət Fatimə (s.a)'ya görə qadınlar üçün ən xeyirli şey.

قالَتْ علیه السلام : خَیْرٌ لِلِنّساءِ انْ لایَرَیْنَ الرِّجالَ وَلایَراهُنَّ الرِّجال

🌷Həzrət Fatimə (s.a): “Qadınlar[ın şəxsiyyətlərini qorumaları üçün] ən xeyirlisi onların kişiləri görməməsi və kişilər tərəfindən də görülməmələridir”.


Bayramınız mübarək olsun dəyərli xanımlar...💞☺️🌸
❤44👍6🎉2
﷽

Dəstəmaz zamanı müstəhəb dualar✨


Dəstəmaz alan şəxsin gözü suya sataşdıqda belə deməsi müstəhəbdir:

"Bismillahi və billahi vəl həmdu lillahilləzi cəələl maə təhura vələm yəc'əlhu nəcisa"


Dəstəmazda əvvəl əllərin yuyanda desin.

"Bismillahi və billah, Əllahumməc'əlni minət təvvabinə vəc' əlni minəl mutətəhhirin"


Ağıza su dolduran vaxt desin.

"Əllahummə ləqqini huccəti yəvmə əlqakə və ətliq lisani bizikrik"


Buruna su alan vaxt desin.

"Əllahummə la tuhərrim ələyyə rihəl cənnəti vəc əlni mimmən yəşummu rihəha və rəvhəha və tiybəha"
❤19👍6
ŞEYTANIN VƏSVƏSƏSİNDƏN AMANDA QALMAQ ÜÇÜN

❇️ ŞEYX ƏBDUL-QAİM ŞÜŞTƏRİ


Nə vaxt Şeytanın vəsvəsəsinə tabe olduğunuzu görsəniz yeddi dəfə *Bismilləhir-ramənir-rahim lə həvlə və lə quvvətə illə billəhil-əliyyil-əzim* zikrini deyin. Hədisdə deyilir ki, bu zikri desəniz yeddi mələk köməyinizə gələr. Doğrudan bu zikri oxuyanda insan bir başqa qüvvənin ona hakim olduğunu hiss edir.

________
📚 Ariflərin sınanmış zikirləri kitabından
👍29❤18
Hz Peyğəmbər (s) buyurub:

‏« ﻭَ ﻣَﻦْ ﺻَﺎﻓَﺢَ ﺍﻣْﺮَﺃَﺓً ﺣَﺮَﺍﻣﺎً ﺟَﺎﺀَ ﻳَﻮْﻡَ ﺍﻟْﻘِﻴَﺎﻣَﺔِ ﻣَﻐْﻠُﻮﻟًﺎ ﺛُﻢَّ ﻳُﺆْﻣَﺮُ ﺑِﻪِ ﺇِﻟَﻰ ﺍﻟﻨَّﺎﺭ ‏»

"Hər kəs naməhrəm qadına əl verə, qiyamət günündə zəncirə çəkilmiş halda məşhur olar və sonra fərman gələr ki, onu cəhənnəmə yollayın".

📚(Şeyx Səduq, Səvabul- əmal və iqabul- əmal, səh 283 Şərəf rəzi intişaratı 1364 hicri şəmsi).
👍13👏3❤1
ℹMəzarlığa gedəndə niyə məzarın üstünə su tökülür?

Dəfnin müstəhəb əməllərindən biri də budur ki, dəfndən sonra qəbrin üzərinə su töksünlər. Suyu qəbrin baş tərəfindən tökərək ayaq tərəfinə gəlir və dövrə üzrə yenə baş tərəfinə qayıdırlar. Suyun artıq qalanını isə qəbrin ortasına tökürlər. “Füru-ül-Kafi”də (cild 3, səh. 200) İmam Cəfər Sadiqdən (ə) buyurulub ki, qəbrin torpağı nə qədər ki yaşdır, ölünün əzabı təxirə salınar. Buna görə dəfndən sonrakı 40 gün ərzində qəbrin üzərinə su tökmək müstəhəb sayılıb. Müstəhəbdir ki, su tökəndən sonra orada olanlar üzü qibləyə durub əllərini qəbrin üzərinə qoysunlar, barmaqlarını aralı tutub torpağa batırsınlar, yeddi dəfə Qədr surəsini oxuyub, mərhumun ruhuna rəhmət diləsinlər, sonra bu duanı desinlər: “Allahümmə cafil-ərzə ən cənbeyhi və əsid ileykə ruhəhu və ləqqihi minkə rizvana. Və əskin qəbrəhu mun rəhmətikə ma tuğnihi bihi ən rəhməti mən səvak”. (İlahi, torpağı bu mərhumun bədənindən təmizlə, yəni bədənini çürütmə, onun ruhunu öz dərgahına yüksəlt, ona öz razılığını təlqin et. Onun qəbrinə öz mərhəmətini sakin et. Elə bir mərhəmət ki, daha Səndən başqasının mərhəmətinə ehtiyacı olmasın). Rəvayət var ki, Peyğəmbər bunu yalnız öz qohumlarının (yəni Bəni-Haşimdən olanların) qəbri üzərində edərdi. Hətta Mədinəyə gələn qərib adamlar Bəqi məzarlığında, üzərində əl izi olan qəbir görsəydilər, bilərdilər ki, bu qəbir təzədir və Bəni-Haşimə məxsusdur.
👍26
✍ İmam Rza (ə) buyurdu:

Haçan istəsən duan ərşə ucalsın və qəbul olsun, əvvəlcə ata və anan haqqında dua elə.

Biharul-ənvar cild 61, səh 381
🥰30👍8❤5