Ən Gözəl Dualar😍🤲🏻
18.4K subscribers
389 photos
96 videos
6 files
213 links
🌹İmam Əli (əleyhissəlam) buyurub:

“Əgər Allah bir şəxsə dua etmək nemətini əta edərsə, onu bu duasının cavabından məhrum etməz.”

📖Mənbə: Uddətud-Dai kitabı
Download Telegram
Qapına gəldim İlahi.
Və, "mən" olmaqdan imtina etdim.
Sən yetər ki, "kimdir o" de.
Kim olmağımı istəyirsənsə,
"o" olmağa gəlmişəm.

❁ ••┈┈•• ❁🌺❁ ••┈┈•• ❁
❤28👍4
İlahi Səni necə unuda bilərəm?! Halıma nəzarət etdiyin halda, Səndən necə qafil ola bilərəm?! İlahi, Sənin kərəminə sığınaraq ətəyindən tutmuş, əlimi əta etdiklərinə doğru açmışam! Belə isə, məni tövhid məqamında saflaşdır və Öz seçilmiş bəndələrindən et! Ey, bütün (qorxub) qaçanların yalnız sığındığı kəs!

❁ ••┈┈•• ❁🌺❁ ••┈┈•• ❁


https://t.me/SubhanAllah_313
❤20👍3👏1
اللّهُمَّ بارِكْ لَنا فِی رَجَبٍ وَ شَعْبانَ، وَ بَلِّغْنا شَهْرَ رَمَضانَ، وَ أَعِنَّا عَلَی الصِّیامِ وَ الْقِیامِ، وَ حِفْظِ اللِّسانِ، وَ غَضِّ الْبَصَرِ، وَ لا تَجْعَلْ حَظِّنا مِنْهُ الْجُوعَ وَ الْعَطَشَ»

Allahummə barik ləna fi rəcəbi və şəban. Və bəlliğna şəhri ramazan. Və əinna əlas siyami vəl qiyam. Və hifzil lisan, ğəzzil bəsər,la təcəl həzzina minhul cuə vəl ətəş.

İlahi, Rəcəb və Şəban ayında bizə bərəkət ver, bizi Ramazan ayına çatdır, bizə oruc tutmaq, gecəni oyaq qalıb ibadətlə keçirmək, dilimizi (yersiz sözlərdən) qorumaq, gözümüzü (haram baxışlardan) saxlamaq üçün kömək et və bizim bu aydan bəhrəmizi yalnız ac və susuz qalmaqda qərar vermə!

❁ ••┈┈•• ❁🌺❁ ••┈┈•• ❁

https://t.me/SubhanAllah_313
👍11❤6
Yeni günə bismillah✨


Qarşına çıxan hər şey ya nəsibindir ya imtahanın. Sən hər zaman belə dua et:

İlahi, nəsibimi xeyirli, imtahanımı asan eylə...

🌿🕊🌿🕊🌿🕊🌿🕊🌿🕊🌿

❁ ••┈┈•• ❁🌺❁ ••┈┈•• ❁


https://t.me/SubhanAllah_313
❤25👍6
İlahi! Hər kəs şadlıq istəyirsə qoy istəsin. Mənə isə bitməyən qəm və sınmış qəlb əta et.
Necə ki Özün buyurmusan: "Mən onların sınmış qəlblərinin yanındayam."
İlahi! Qəlb hüzursuz, göz də nursuzdur.
Bu dünyanı görmür, o biri də üqbanı (axirəti).

❁ ••┈┈•• ❁🌺❁ ••┈┈•• ❁

https://t.me/SubhanAllah_313
😢8👍5❤4
ARZULARA ÇATMAQ ÜÇÜN DUA

Ayətullah Bəhaiddin buyurmuşdur: "Müşküllərdən nicat tapıb arzulara çatmaq üçün çoxlu təcrübə etdiyimiz bu 4 şey çox təsirlidir:
1️⃣Fəqirlərə qoyun nəzr etmək
2️⃣Daim" Hədisi-Kisa"nıoxumaq
3️⃣Sədəqə vermək
4️⃣Salavat zikr etmək


Ariflərin sınanmış zikrləri, cild 1, səh 77.

https://t.me/SubhanAllah_313
❤13👍6
Ayətullah Muctehidi Tehrani

"Hədisdə vardır ki, öz xəstələrinizi sədəqə verməklə müalicə edin. Qədimdə xəstə olan zaman dərmanların qiymətini əczaxanadan öyrənib, o miqdarda pulu sədəqə verərdilər."
👍29❤4👏1
Gözdəymənin təsirini aradan aparmaq üçün:

Sədəqə vermək;

"Kafirun", "İxlas", "Fələq" və "Nas" surələrini və Ayətəl-kürsünü (hər gün) oxumaq;

Bədnəzər ayəsini çox oxumaq (və in yəkadulləziinə kəfəruu ləyuzliquunəkə biəbsarihim ləmma səmiuzzikrə və yəquuluunə innəhu ləməcnuun və ma huvə illa zikrun lil aləmiin)

Çox salavat zikr etmək;

"Ma şaəllah la hovlə və la quvvətə illa billahil Əliyyil Əzim" zikrini çox demək;

Üzərrik yandırmaq;

Hər ay bir xoruz kəsib kasıba vermək;

Sühb və axşam "Huməzə" surəsini 7 dəfə oxumaq.
👍24❤7
İmam Sadiq (ə) buyurur:

Hər kəs Rəcəb ayının səhəri və axşamı 70 dəfə "Əstəğfirullahə və ətubu iləyh” desə və zikr qurtardıqdan sonra əlini göyə qaldırıb,

“Əlahumməğfirli və tub ələyyə” desə, Allah günahlarını bağışlayar.

📚Mənbə: Fəzailuş-şəhrus-səlasə, səh-152.
🥰16👍8
İlahi,
Qəlbim örtülü, ruhum eybli, ağlım məğlub, nəfsi istəklərim qalib, günahlarım çox, itaətim isə azdır. Bəs mənim sonum necə olacaq? Ey eybləri örtən, ey qəmləri aradan aparan...

İmam Əliyə (ə) mənsub bir duadan...

"Biharul-ənvar", c. 91, səh. 246
❤18👍2
👹Nə vaxt Şeytanın vəsvəsəsinə tabe olduğunuzu görsəniz yeddi dəfə

📜"BİSMİLLƏHİR-RAHMƏNİR-RAHİM LƏ HƏVLƏ VƏ LƏ QUVVƏTƏ İLLƏ BİLLƏHİL-ƏLİYYİL-ƏZİM" zikrini deyin .

🌴Hədisdə deyilir ki, bu zikri desəniz yeddi mələk köməyinizə gələr. Doğrudan bu zikri oxuyanda insan bir başqa qüvvənin ona hakim olduğunu hiss edir .

📿Hətda 7 dəfə sidqən desəniz imanla keçecek.
Keçmese keçene qədər deyin




❁•📿﷽🪔•📿﷽🪔•❁
﷽ ℓฉ iℓฉhฉ iℓℓฉ Аℓℓฉh ﷽


( 📿Zikr - kəlməsi yad etmək, dildə oxumaq, xatırlamaq, zikir etmək, oxumaq, sitayiş, dua, və...s, mənalarda işlənir)
(🤲🏻 Dua - Allahı çağırmaq)
👍20❤7
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🤲SALLALLAHU ALEYK YA ƏBA ƏBDİLLAH 🥀🏴(Salam olsun sənə Ağacan.)

❁ ••┈┈•• ❁🌺❁ ••┈┈•• ❁

https://t.me/SubhanAllah_313
❤13👍9
İlahi, günahlarımdan tutsan, əfvindən yapışacam; qəbahətlərimdən tutsan, məğfirətindən yapışacam; cəhənnəmə atsan, ordakılara Sənə olan eşqimi elan edəcəm! İlahi, etməli olduğumdan az itaət etsəm də, Sənə olan ümidimdən gözləntim çoxdur. İlahi, rəhmətinə və xilasına qovuşmaq üçün gözümü Sənin kərəminə dikmişəmsə, qapından məhrum və əliboş qayıdacağımı necə ağlıma gətirim? İlahi, ömrümü Sənə qarşı etdiyim səhvlərin pisliyi ilə puç elədim, gəncliyimi Səndən uzaq düşməyimin məstliyi ilə məhv etdim...✍🏻

Şabaniyyə munacatından
❤19👏6😢2
Qəm və kədərin aradan getməsi üçün

Peyğəmbər (s.ə.s) buyurur hər kim bu duanı oxusa Allah qəm və qüssəni ondan uzaqladar və onu şad və sevincə çevirər..

Əllahummə inni əbdukə və əbni əbdikə və əbnu ummətikə

Nasiyəti biyədikə. Mazi fiyyə hukmukə, ədlun fiyyə qəzavukə, əsəlukə bikullun esmi huvə lukə səmməytə bihi nəfsəkə, əv ənzəltəhu fi kitəbikə, əv əlləmtəhu əhədən min xəlqikə ivəstəsərtə bihi fi ilmil-ğəybi indəkə ən təc'ələl-Quranə Rabi'ə qəlbi və nura sazri və cəla'ə xuzni və zəhabə həmmə

Biharul-ənvar cild 92, səh. 193
❤25👍12😍3
İSTİĞFAR (bağışlanma diləmək) namazı...

✨Allah Rəsulu (s) buyurur:✨
"Əgər yaşayışında sıxıntı, işlərində isə pərakəndəlik yaranarsa, hacətini Allah-taalaya ərz et və "İstiğfar" namazı qıl.

👉 Bu namaz iki rəkətdir;

"Təkbir" dən sonra hər rəkətdə "Fatihə" dən sonra "Qədr" surəsini oxu. Qiraətdən sonra on beş dəfə "Əstağfirullah" söylə və rukuya gedib, on dəfə də "Əstağfirullah" de. Allah bütün işlərini sahmana salacaq".
👍20❤5
🌹Namazda 3⃣0⃣ müstəhəb əməllər...🌿


↪️1). Birinci rəkətdə Həmddən qabaq “Əuzu billahi minəş- şəytanir- racim” demək;

↪️2). Zöhr və əsr namazlarının birnci və ikinci rəkətlərində “Bismillahir-rəhmanir-rahim”i ucadan demək;

↪️3). Həmd və Surəni aram-aram və tələsmədən oxumaq;

↪️4). Hər ayənin sonunda vəqf etmək, yəni sonrakı ayəyə bitişdirməmək;

↪️5). Həmd və Surəni oxuyarkən ayələrin mənalarına diqqət etmək;

↪️6). Həmdi oxuduqdan sonra “Əlhəmdu lillahi rəbbil aləmin” demək; istər camaat namazında, istər də tək halda (furada) qılınan namazda.İstər pişnamaz olsun, istərsə də iqtida edən.

↪️7). “İxlas” surəsini oxuduqdan sonra, 1, 2 və ya 3 dəfə “kəzalikə rəbbi” cümləsini demək;

↪️8). Həm Həmdi, həm də Surəni oxuduqdan sonra bir qədər dayanmaq, sonra namazı davam etdirmək;

↪️9). Üçüncü və dördüncü rəkətdə Təsbihati-ərbəəni dedikdən sonra Bağışlanma diləmək və demək:
“Əs-təğfirullahə rəbbi və ətubu iləyh” Yaxud “Allahumməğfir li”.

↪️10). Rükuya getməzdən öncə ayaq üstə ikən təkbir (Allahu Əkbər) demək.

↪️11). Əgər namazqılan şəxs kişidirsə, dizlərini geriyə versin, əgər qadındırsa, geriyə verməsin.

↪️12). Başını aşağı salmamaq və bədəni istiqamətində düz saxlamaq.

↪️13). Əlin içini dizlərin üstünə qoymaq.

↪️14). İki ayağın arasına baxmaq.


↪️15). Rükunun zikrindən öncə və ya sonra salavat demək.

↪️16). Rükudan qalxıb ayaq üstə dayanan vaxt “Səmiəllahu limən həmidəh” demək

↪️17). Əgər namazqılan şəxs qadındırsa, əllərini dizlərindən yuxarıya qoysun.

↪️18).Səcdədən əvvəl və sonra “Təkbir” demək müstəhəbdir. Bir şərtlə ki, təkbir deyərkən bədən hərəkətsiz olmalıdır.

↪️19).İki səcdə arasında “Əstəğfirullahə rəbbi və ətubu iləyh” demək müstəhəbdir. Yenə də bu sözləri deyərkən bədən hərəkətsiz olmalıdır.

↪️20). Səcdəni uzatmaq, zikrlər demək, dünya və müstəhəb əməlləri axirət hacətlərini istəmək və salavat göndərmək müstəhəbdir.

↪️21).Səcdədən qalxıb sol ayaq üzərində əyləşmək və sağ ayağın üstünü sol ayağın altına qoymaq müstəhəbdir.

↪️22).Namazdan sonra şükr səcdəsi etmək müstəhəbdir. Yəni, bütün nemətlərə görə, həmçinin namazı bizə nəsib etdiyinə görə Allaha şükr etmək niyyəti ilə alnı yerə qoymaq müstəhəbdir. Yaxşı olar ki, bu səc-dədə üç dəfə “şukrən lillah” deyilsin.

↪️23).Qiyam halında Bədəni düz saxlamaq

↪️24). Çiyinləri sallamaq

↪️25). Əlləri ayaqların üstünə qoymaq

↪️26). Əl barmaqları bir-birinə bitişdirmək

↪️27). Səcdə məkanına baxmaq

↪️28). Bədənin ağırlığını iki ayağın üstünə bərabər şəkildə salmaq


↪️29). Xüzu və xüşu halında olmaq

↪️30). Ayaqların birini irəli, digərini geri qoymamaq...

OXUYAN GÖZLƏRİNİZ VAR OLSUN 🤲🏻ALLAH CƏMİƏN QILDIĞIMIZ NAMAZLARI QƏBUL BUYURSUN...
👍26❤10
Bu dua Rəcəb ayının bütün günlərində oxunur. Bu dua, İmam Zeynulabidindən (ə) nəql olunub ki, həzrət onu Hicri-İsmaildə bütün ay boyu oxuyardı:

Ya mən yəmliku həvaicəs sailin, və yə
ləmu zəmirəs sa-mitin, likulli məsələtin minkə səmun hazirun və cəvabun ətid, Əllahummə və məvaidu-kəs sadiqətu və əyadikəl fazilətu və rəhmətukəl vasiəh, fəəsəlukə ən tusəlliyə əla Mu-həmmədin və ali Muhəmməd, və ən təqziə həvaici lid dunya vəl axirəh, innəkə əla kulli şəy`in qədir.

Ey möhtacların istəklərinə sahib və ey sakit olanların sirlərini bilən, hər bir istəyi həmin anda eşidən və cavab verənsən! İlahi, Sənin vədlərinin hamısı doğru, nemətlərin çox və rəhmətin genişdir! İlahi, Səndən istəyirəm ki, Məhəmməd və onun Əhli-beytinə salam yetirəsən, mənim istəklərimi dünya və axirətdə verəsən. Çünki, Sən hər şeyə qadirsən!
👍29❤11😢4
Ya Rəbb, Sənə sonsuz və böyük bir ümiddəyik! Səndən əzəmətli bir gözləntidəyik! Günah edəndə bağışlayacağına ümid edirik, çağıranda cavab verəcəyinə ümid edirik. Ey bizim Sahibimiz, ümidlərimizi gerçək et! Əməllərimizin qarşılığının nə olduğunu yaxşı bilirik. Amma Sən bizim halımıza bələd olduğun kimi, biz də Sənə yaxşı bələdik ki, rəhmətinə layiq olmasaq belə bizi qovmazsan. Çünki bizi və günahkarları sonsuz fəzlinlə bolluğa qərq etmək Sənə yaraşır. Özünə yaraşan tərzdə bizə lütf və kərəm et, axı biz Sənin nemətlərinə möhtacıq!

Əbu Həmzə Sumali duasından
👍19🥰4🎉1
Forwarded from ・ᴅᴀʀɪ " ᴅᴜ̈ɴʏᴀ
🏴 Xanım Zeynəbin (s) vəfatı münasibətilə başda İmam Zaman (ə.f) olmaqla bütün Əhli-Beytseverlərə dərin hüznlə başsağlığı veririk. 🥀

Qeyd: Sistani ağaya görə bu gün Rəcəb in 14-dü.

Bu axşam şam azanından sonra şəhadət daxil olur.

❁ ••┈┈•• ❁🌺❁ ••┈┈•• ❁

@dinimm
👍12😢11
 Ey kərim olan, kərəminə xatir mənə nicat ver, rəhmətinə xatir məni həlak olmaqdan xilas et, ey ehsan edən, ey xeyirxah, ey nemət və fəzilət sahibi! Sənin əzabından xilas olmaqda əməllərimizə deyil, yalnız fəzlinə arxalanırıq. Çünki Sən çəkinilmək və bağışlamağa daha layiqsən. Əvvəlcə ehsan etməklə nemət verir, sonra kərəminlə günahları bağışlayırsan. Bizim üçün artırdığın yaxşılıqlaramı, yoxsa, eyiblərimizin üstünü örtməyinəmi, şiddətli imtahan və sınaqları bizə asanlaşdırmağın və bizi qorumağınamı, yoxsa, çoxlu bəlalardan bizə nicat verərək amanda saxlamağınamı şükür edək?! Bunların hansının şükrünü yerinə yetirəcəyimizi bilmirik.

Əbu Həmzə Sumali duasından
👍24👏4🥰1