Ən Gözəl Dualar😍🤲🏻
18.4K subscribers
389 photos
96 videos
6 files
213 links
🌹İmam Əli (əleyhissəlam) buyurub:

“Əgər Allah bir şəxsə dua etmək nemətini əta edərsə, onu bu duasının cavabından məhrum etməz.”

📖Mənbə: Uddətud-Dai kitabı
Download Telegram
🤲Bir gözəl xəbər almağı üçün bir bacimizin hacetine göre Hacətlər qapisi olan Əbəlfəzl Ağamiza 5 salavat hediyye edek əzizlərim.Bu mübarək geceye xatir Rebbim bacimiza şad xeber qismet elesin.Amin Allah sizlerden razi olsun.
❤27👏4👍2🌚1
༻𝙂𝙪𝙣𝙪𝙣 𝙖𝙮𝙚𝙨𝙞༺

وَاَقِيۡمُوا الصَّلٰوةَ وَاٰتُوا الزَّکٰوةَ  ‌ؕ وَمَا تُقَدِّمُوۡا لِاَنۡفُسِكُمۡ مِّنۡ خَيۡرٍ تَجِدُوۡهُ عِنۡدَ اللّٰهِ ‌ؕ اِنَّ اللّٰهَ بِمَا تَعۡمَلُوۡنَ بَصِيۡرٌ

⫷𝙉𝙖𝙢𝙖𝙯 𝙦ı𝙡ı𝙣, 𝙯ə𝙠𝙖𝙩 𝙫𝙚𝙧𝙞𝙣! 𝙊𝙯𝙪𝙣𝙪𝙯𝙙ə𝙣 𝙤𝙩𝙧𝙪 (ə𝙫𝙫ə𝙡𝙘ə) 𝙚𝙩𝙙𝙞𝙮𝙞𝙣𝙞𝙯 𝙭𝙚𝙮𝙧𝙞 (𝙮𝙖𝙭şı ə𝙢ə𝙡𝙡ə𝙧𝙞𝙣 ə𝙫ə𝙯𝙞𝙣𝙞) 𝘼𝙡𝙡𝙖𝙝 𝙮𝙖𝙣ı𝙣𝙙𝙖 𝙩𝙖𝙥𝙖𝙧𝙨ı𝙣ı𝙯. 𝙃ə𝙦𝙞𝙦ə𝙩ə𝙣, 𝘼𝙡𝙡𝙖𝙝 𝙣ə 𝙚𝙩𝙙𝙞𝙠𝙡ə𝙧𝙞𝙣𝙞𝙯𝙞 𝙜𝙤𝙧ə𝙣𝙙𝙞𝙧!⫸

(𝘽ə𝙦ə𝙧ə 𝙨𝙪𝙧ə𝙨𝙞, 𝙖𝙮ə 110)

(dinimizislami)
📚Kanalımızın linki: @SubhanAllah_313
🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃
❤14👍4
i𝕊𝕃𝔸𝕄𝔻𝔸 ℚ𝔸𝔻𝕀ℕ

🌺🌿𝑃𝐸𝑌ğə𝑀𝐵ə𝑅i𝑁 (𝑆) 𝐹𝐴𝑇i𝑀𝐸𝑌𝐼-𝑍ə𝐻𝑅𝐴𝑌𝐴
𝑀ə𝐻ə𝐵𝐵ə𝑇i
🌿🌺

Rəsuli-Xuda dəfələrlə buyurardı ki, Fatimə (s.ə) mənim
ruhumun və bədənimin bir hissəsidir. O, mənə hamıdan əzizdir.
Fatimə hər dəfə ata evinə gələndə, Peyğəmbər (s) onun
hörmətinə ayağa durar, əllərindən öpərdi. Əlbəttə bu məhəbbət
təkcə atalıq vəzifəsindən ibarət deyildi, çünki Peyğəmbərimizin
Fatimədən savayı üç qızı da var idi. Lakin ondakı ləyaqət və yüksəklik Fatimeyi-Zəhraya olan məhəbbətini daha da artıq etmişdi. Fatimeyi-Zəhraya Peyğəmbərimizin məhəbbəti təkcə anasından yetim qalmasına görə deyil, bu məhəbbət Həzrət Əliyə ərə gedəndən sonra və ömrünün axırına kimi davam etmişdir.(dinimizislami)
📚Kanalımızın linki: @SubhanAllah_313
🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃
🥰16👍6❤5
Rəhman və Rəhim Allahın adı ilə

🔰Fitrə zəkatının ödənişini düzgün yerinə yetirmədiyini sonradan bilən şəxsin vəzifəsi nədir?

✅Ayətullah Sistani və Ayətullah Xamenei: Əgər bir şəxsin fəqir olduğunu düşünərək ona fitrə verərsə və ya seyid olmayan şəxs səhvən seyidə fitrə verərsə və sonradan onun fəqir olmadığı və ya seyid olduğu məlum olarsa, əgər verdiyi fitrənin özü mövcuddursa onu geri alıb fitrə alma haqqına malik olan şəxsə verməlidir.
Əgər verdiyi fitrənin özü aradan getmiş olarsa bu halda əgər fitrə verilən şəxs ona verilən şeyin fitrə olduğunu bilirdisə o şeyin əvəzini verməlidir. Yox əgər fitrə olduğunu bilmirdisə əvəzini verməsi vacib deyil və bu halda insan yenidən fitrə verməlidir.

✅Ayətullah Məkarim Şirazi: Əgər bir şəxsin fəqir olduğunu düşünərək ona fitrə verərsə və sonradan onun fəqir olmadığı məlum olarsa, verdiyi fitrəni geri alıb fitrə alma haqqına malik olan şəxsə verməlidir. Geri almasa fitrəni öz malından ödəməlidir. Əgər verdiyi fitrənin özü aradan getmiş olarsa bu halda əgər fitrə verilən şəxs ona verilən şeyin fitrə olduğunu bilirdisə o şeyin əvəzini verməlidir. Yox əgər fitrə olduğunu bilmirdisə əvəzini verməsi vacib deyil. Belə olduğu surətdə fitrə verən şəxs fəqirin araşdırılmasında səhlənkarlıq etməyibsə boynunda bir vəzifəsi yoxdur.

🔰Fitrə zəkatının vacib olmadığını güman edən və ya unutqanlıq üzündən fitrə verməyən şəxs sonradan öyrənərsə vəzifəsi nədir?

✅Bütün müctəhidlərin rəyi: Fitrə zəkatını ayırdığınız təqdirdə həmin  fitrəni ödəməlisiz. Əgər fitrə zəkatını ayırmasaz vacib-ehtiyata əsasən fitrəni "ma fiz-zimmə" niyyəti ilə, yəni, "Allah yanında vəzifəm ədadırsa əda, qəzadırsa qəzadan sayılsın" niyyəti ilə  verməlisiz.

"Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti)

📚Kanalımızın linki: @SubhanAllah_313
🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃
👍5❤2
🔰Fitrə zəkatının vacib olma şərtləri

❓Sual: Fitrə zəkatını ödəmək kimlərə vacibdir?

✅Ayətullah Sistani və Ayətullah Xamenei: Fitr bayramı axşamı gün batan vaxtı aşağıdakı şərtlərə malik olan mükəlləfə özünün və insanlar arasında onun çörək yeyəni hesab edilən şəxslərin fitrə zəkatını verməsi vacibdir:
1⃣ Həddi-büluğa çatmış olsun;
2⃣ Aqil olsun; 
3⃣ Huşsuz olmasın; 
4⃣ Yoxsul olmasın.

✅Ayətullah Məkarim Şirazi: Fitr bayramı axşamı gün batandan öncə aşağıdakı şərtlərə malik olan mükəlləfə özünün və ürfən onun çörək yeyəni hesab edilən şəxslərin fitrə zəkatını verməsi vacibdir:
1⃣ Həddi-büluğa çatmış olsun
2⃣ Aqil olsun
3⃣ Yoxsul olmasın

"Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti)

📚Kanalımızın linki: @SubhanAllah_313
🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃
👍6❤3
🔰Fitrə zəkatı verilən şəxsin xüsusiyyətləri

1⃣ Fitrə zəkatı verilən şəxs vacib-ehtiyata əsasən fəqir[1] olmalıdır.
2⃣ On iki imam şiəsi olmalıdır.
3⃣ Fitrəni haramda sərf edən şəxs olmamalıdır.
4️⃣ Ehtiyacları, başqası tərəfindən  təmin edilən şəxs olmamalıdır[2].
5️⃣ Fitrə verən seyid olmasa, fitrə alan seyid olmamalıdır[3].
6️⃣ Aşkarca günah edən şəxs olmamalıdır (Bu bəndin təfərrüatına diqqət edin⬇️)

✅Ayətullah Xamenei və Ayətullah Məkarim Şirazi: Vacib-ehtiyata əsasən içki içən olmasın (istər aşkarca, istər gizli) və vacib-ehtiyata əsasən aşkarca günah etməsin.

✅Ayətullah Sistani: Vacib-ehtiyata əsasən içki içən həmçinin namazı tərk edən şəxs olmasın [4] və vacib-ehtiyata əsasən aşkarca digər günahları da yerinə yetirməsin.

Nəticədə, aşkarca oruc tutmayan, hicab bağlamayan və s. kimi şəxslərə fitrə vermək olmaz.

📌Dipnotlar:

1- İllik qazancı, illik xərclərini ödəməyən şəxsə fəqir deyilir
2- Məsələn ailədə xanımın və övladların ehtiyacları, ailə başçısı tərəfindən təmin edilirsə nəticədə onlar fəqir sayılmadığına görə bu qəbildən olan şəxslərə fitrə vermək olmaz
3- Yəni seyid olan şəxs qeyri-seyiddən fitrə zəkatı ala bilməz
4- Namaz qılmamağı və içki içməyi bilsə həmin şəxsə fitrə vermək olmaz. İstər bu şəxsin aşkarda içki içməsi ya namaz qılmaması bilinsin ya yox.

"Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti)

📚Kanalımızın linki: @SubhanAllah_313

🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃
👍8❤1
﷽

Ramazan ayı ilə vida duası

Cabir ibn Abdullah Ənsari (rə) deyir ki, mübarək Ramazan ayının son cüməsində Peyğəmbərin (s) hüzuruna yetişdim, Həzrət məni görən kimi belə buyurdu: Ey Cabir bu gün Ramazan ayının son cüməsidir, onunla vidalaş və belə de:

اللّهُمَّ لا تَجعَلهُ آخِرَ العَهدِ مِن صِيامِنا إيّاهُ ، فَإِن جَعَلتَهُ فَاجعَلني مَرحوماً ، ولا تَجعَلني مَحروماً . فَإِنَّهُ مَن قالَ ذلِكَ ظَفِرَ بِإِحدَى الحُسنَيَينِ ، إمّا بِبُلوغِ شَهرِ رَمَضانَ وإمّا بِغُفرانِ اللّهِ ورَحمَتِهِ

“İlahi, bu ayı bizim son Ramazan orucumuz qərar vermə! Əgər belə (sonuncu Ramazanımız) müqəddər etmisənsə, onda məni rəhmətinə şamil olanlardan qərar ver, rəhmətindən məhrum olanlardan yox!”
Həqiqətən, kim bu duanı etsə, iki xeyirdən birinə nail olar: ya növbəti Ramazan ayına yetişər, ya da Allahın məğfirət və rəhməti ona nəsib olar.

📗“Fəzailu əşhuris-səlasə”, səh.139
👍13
Bayram namazı iki rükətdir. Bu namaz doqquz qunutla belə qılınır: birinci rəkətdə həmd-surədən sonra beş təkbir deyilməli, hər təkbirdən sonra bir qunut tutulmalıdır. Beşinci qunutdan sonra isə bir təkbir deyib rükü və iki səcdəni yerinə yetirmək lazımdır.
İkinci rükətdə isə həmd surədən sonra dörd təkbir deyilməli, hər təkbirdən sonra bir qunut tutub beşinci təkbirdən sonra rükü, səcdəni yerinə yetirib təşəhhüd və salamı demək lazımdır.


©"Nurus Seqeleyn" kanalı

⚠️ Linki paylaşaraq daha çox kəsin Dualardan zikrlərdən və bu kimi gözəl dini məlumatlardan faydalanmasına vəsilə ola bilərsiz ⤵️

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinimm
👍14
Əlvida, yoldaşlığından bezmək, ünsiyyətindən doymaq mümkün olmayan ay!
Əlvida, ey özü ilə bərəkət gətirən və çirkinlikləri yuyub aparan!
Əlvida! Səndən doymasaq da, orucundan yorulmasaq da - əlvida!
Əlvida, ey gəlmədən intizarı, getmədən qəmi çəkilən ay!
Əlvida, ey neçə-neçə pislikləri dəf, neçə-neçə xeyirləri isə cəzb edən ay!
Əlvidə sənə də, min aydan üstün olan Qədr gecəsinə də!
Əlvida, dünən iki əlli yapışdığımız, sabah həsrətini çəkəcəyimiz ay!
Əlvida sənə də, əlimizdən çıxan fəzlinə də, məhrum qaldığımız bərəkətlərinə də!

Allah bu ilin son Ramazan orucunu qəbul etsin İn şa Allah
❤12😢10👍3
BU DÜNYADA KİMLƏR ALDANDI?

- Cəhənnəmi hesaba qatmayan dindar aldandı..!
( Zümər, 47 )

- Cənnətdəki yerini hazır bilən hər kəs aldandı..!
( Nisa, 123 )

- Ölüm yoxmuş kimi yaşayan dünyapərəst aldandı..!
( Nisa, 78 )

- Əməlinə güvənən abid (çox ibadət edən) aldandı..! riakar (ikiüzlü) aldandı..!

- Aləmə nəsihət verib özünü unudan aldandı..!
( Bəqərə, 44)

- Rəbbini buraxıb, nəfsinə qulluq edən aldandı..!
( Furqan, 43-44 )

- ALLAHın Rəhmətinə güvənib özünü təhlükəyə salan fasiq (günahkar) aldandı..!
( Əraf, 98 )

- Getdiyi yolun əyriliyindən şübhə etməyən qafil aldandı..!
( Kəhf, 104 )

- Özünü xidmətdə bilib, ibadətə tükünü belə tərpətməyənlər aldandı..!
( Nisa, 95 )

- Namazı olmayan aldandı..!
( Müddəsir, 39-43 )

Kim özünü yandırdı, kimlər aldandı..?
- “..Mən bundan sonra xilas ola bilmərəm..” deyən me'yus (ümidsiz) aldandı..!
( Zümər, 53-54 )

- “..ALLAH diləməsəydi günahkar olmazdım..” deyən, qədəri yalan sayan aldandı..!
( Zümər, 56-57 )

- Kiçik günahlara göz yumanlar aldandı..!

- “..İbadət etməməyimə baxmayee, ürəyim təmizdi..” deyən, saleh əməlsiz aldandı..!
( Əsr, 1-3 )

- “..Quran oxumaq, Namaz qılmaq, Oruc tutmaq dövrü keçdi artıq,
Bu dövrdə hər şey puldur..!” deyən, zəngin aldandı!
( Təkasur )

Daha Kimlər aldandı..?

- Yadlardan örtünməyən qadınlar aldandı,
- Şəhvətinə uyan cahillər aldandı,
- Faiz yeyən iblislər aldandı,
- Vaxtını boş-boş keçirən qafillər aldandı,
- Axirətini unudanlar aldandı,
- "..Hələ gəncəm.." deyənlər aldandı,
- Fani olduğunu unudanlar aldandı,
- Başqalarının hicab geyinib günah işlədiyini görən,
özünün hicab geyinməsədə xeyir üstə olduğunu sananlar aldandı..!
- Başqasının namaz qılıb günah işlədiyini görən,
Özünün namaz qılmasada xeyir üstə olduğunu sananlar aldandı..!
- Axirətdə, hərənin özünə cavabdeh olduğunu unudanlar aldandı..!
- Zamanın durmadığını, unudanlar aldandı..!
- Əcəlin vaxtsız gəldiyini unudanlar aldandı..!
- Quranı bir kərədə olsun oxumayanlar aldandı..!
- Haqqa göz yumanlar aldandı..!

Daha Kimlər aldandı..?

- Bunu oxuyub,özümüze nəticə çıxarmayan bizler aldandıq..!


📚Kanalımızın linki: @SubhanAllah_313

🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃
👍16👏6❤2
Bayram namazının qunutunda hər hansı dua oxunsa, kifayətdir. Amma daha yaxşı olar ki, aşağıdakı dua oxunsun:

"Allahummə əhləl kibriyai vəl əzəməti və əhləl cudi vəl cəbərut. Və əhləl əfvi vər rəhməti və əhlət təqva vəl məğfirəti əsəlukə bi həqqi hazəl yovm. Əlləzi cəəltəhu lil musliminə iyda . və li Muhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzida. Ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd. Və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd. Sələvatukə ələyhi və ələyhim. Allahummə inni əsəlukə xəyrə ma sələkə bihi ibadukəs salihun, və əuzu bikə mimməstəazə minhu ibadukəl muxləsun.

⚠️ Linki paylaşaraq daha çox kəsin Dualardan zikrlərdən və bu kimi gözəl dini məlumatlardan faydalanmasına vəsilə ola bilərsiz ⤵️

➡️ https://t.me/SubhanAllah_313 ❤️🕌
❤14
Nədənsə nigəran olsan, bu duanı oxu

✅ Həsbi Allahu la ilahə illa huvə əleyhi təvəkkəltu və huvə rabbil-ərşil-əzim.


Qəlbin darxarsa bu duanı oxu.

✅ La ilahə illəllahu və la hovlə və la quvvətə illa billah


Tənha olduğun vaxt bu duanı oxu

✅ Rabbi həb li min lədunkə sultanən nəsira.


Xoşhal olduğun vaxt bu duanı oxu.

✅ Əlhəmdulillahi həmdən kəsira.


Arzularının həyata keçməsini istədiyin vaxt həmişə bu duanı oxu

✅ Əstəğfirullahə Rabbi və ətubu ileyh.
❤21👍7🥰4🤔1
İmam Səccad (əleyhis-səlam)
buyur 🌹:


•┈┈•• ❁﷽❁ ••┈┈• ❁﷽❁ ••┈┈•

"Qiyamət günü Allah-taala əvvəldən axıradək bütün insanları bir səhraya yığdıqda, carçı car çəkər: "Haradadır fəzilət əhli?" Bundan sonra bir dəstə adam ayağa qalxar. Mələklər onları qarşılamağa gedər və soruşarlar: "Sizin fəzilətiniz nə idi?" Deyərlər:
"Bizimlə əlaqələrini kəsən şəxslə əlaqə yaradardıq, bizi məhrum edən şəxsə bəxşiş edərdik, bizə zülm edən kəsə güzəşt edərdik".Onlara deyilər: "Doğru deyirsiniz. Cənnətə daxil olun".

Mənbə: 📚 əl-Kafi, c. 2, səh. 107, hədis 4

•┈┈•• ❁﷽❁ ••┈┈• ❁﷽❁ ••┈┈•
😢7👍4
HZ MƏHƏMMƏD (S.Ə) BUYURMUŞDUR: 🌹

Ey müsəlmanlar ! Əməllərinizi Allah-təala üçün saf niyyətlə yerinə yetirin, çünki Allah yalnız safniyyətli əməli qəbul edir.

Mənbə:📚 Təfsiri-Qürtəbi
👍26🥰4
Yeddi şəxsin yanında yeddi şeyi gizlətsəniz səadətə çatarsınız🤍

1- Fəqir insanın yanında, zənginlikdən bəhs etməyin.

2- Xəsdənin yanında sağlıqdan bəhs etməyin.

3- Gücsüz insanın yanında gücdən bəhs etməyin.

4- Kədərli insanın yanında sevincdən bəhs etməyin.

5- Zindanda olanın yanında azadlıqdan bəhs etməyin.

6- Övladı olmayanın yanında övladınızdan bəhs etməyin.

7- Yetimin yanında Ata və Ananızdan bəhs etməyin.
❤22👍11👏2😢1
Cüməyə keçən gecədə ata-anaya xüsusi hədiyyə namazı

Namazın qaydası:👇🏻

İki rükətdir:
1 ci rükətdə Həmd surəsindən sonra hər hansı bir surə oxumaq əvəzinə bu ayəni 10 dəfə oxusun:
"Rabbənəğfirli və livalidəyyə və lil-mumininə yəvmə yəqumul-hisab". (İbrahim surəsi, ayə 41)

2-ci rükətdə Həmd surəsindən sonra bu ayəni 10 dəfə oxusun:
"Rabbiğfir li və livalidəyyə və limən dəxalə bəytiyə muminən və lil-mumininə vəl-muminat". (Nuh surəsi, ayə 28)
Namazın salamlarını verib qurtarandan sonra namaz halından çıxmadan 10 dəfə bu ayəni oxusun:
"Rabbirhəmhuma kəma rabbəyani sağira". (İsra surəsi, ayə 24)
Mənbə:Məfatihul-cinan.

Hər kəs bu namazı qılarsa Allah onların günahlarını bağışlayar
bu namaz ata və ananın o qədər sevincinə səbəb olar ki, arzu edərlər yenidən dirilib övladlarının ayağından öpsünlər və....

yaxşı olar ki, cüməyə keçən gecədə bu namaz tərk olunmasın.
👍14❤5👏1😢1
CÜMƏ GÜNÜNÜN XÜSUSİ SALAVATI..

✨Hz İmam Baqir(ع)buyurub:✨

Cümə günü əsr namazından sonra belə de:

Əllahummə salli ə'lə Muhəmmədin və ə'li Muhəmməd əl-əvsiyail-mərdiyyin biəfdali səlavatukə və bərik ələyhim biəfdali bərəkatikə vəssələmu ələyhim və əla ərvahihim və əcsadihim və rəhmətullahi və bərəkatuh”.

Kim bu salavatı əsr namazından sonra yerindən qalxmadan desə Allah ona yüz min həsənə (yaxşılıq) yazar, yüz min günahını silər, yüz min hacətini yerinə yetirər və yüz min dərəcə məqamını yüksəldər.
👍19❤5
CÜMƏ GÜNÜNÜN DUASI

بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ

_اَلْحَمْدُ لِلّٰهِ الْاَوَّلِ قَبْلَ الْاِنْشَاۤءِ وَالْاِحْيَاۤءِ وَالْاٰخِرِ بَعْدَ فَنَاۤءِ الْاَشْيَاۤءِ الْعَلِيْمِ الَّذِىْ لَا يَنْسٰى مَنْ ذَكـَرَهٗ وَ لَا يَنْقُصُ مَنْ شَكـَرَهٗ وَ لَا يَخِيْبُ مَنْ دَعَاهُ وَ لَا يَقْطَعُ رَجَاۤءَ مَنْ رَجَاهُ اَللّٰهُمَّ اِنِّىْ اُشْهِدُكَ وَ كَفٰى بِكَ شَهِيْدًا وَّ اُشْهِدُ جَمِيْعَ مَلَاۤئِكَتِكَ وَ سُكَّانَ سَمٰوَاتِكَ وَ حَمَلَةَ عَرْشِكَ وَ مَنْ بَعَثْتَ مِنْ اَنْبِيَاۤئِكَ وَ رُسُلِكَ وَ اَنْشَاْتَ مِنْ اَصْنَافِ خَلْقِكَ اَنِّىْ اَشْهَدُ اَنَّكَ اَنْتَ اللهُ لَاۤ اِلٰهَ اِلَّا اَنْتَ وَحْدَكَ لَا شَرِيْكَ لَكَ وَ لَا عَدِيْلَ وَ لَا خُلْفَ لِقَوْلِكَ وَ لَا تَبْدِيْلَ وَ اَنَّ مُحَمَّدً صَلَّى اللهُ عَلَيْهِ وَ اٰلِهٖ عَبْدُكَ وَ رَسُوْلُكَ اَدّٰى مَا حَمَّلْتَهٗ اِلَى الْعِبَادِ وَجَاهَدَ فِىْ اللهِ عَزَّ وَ جَلَّ حَقَّ الْجِهَادِ وَ اَنَّهٗ بَشَّرَ بِمَا هُوَ حَقٌّ مِنَ الثَّوَابِ وَ اَنْذَرَ بِمَا هُوَ صِدْقٌ مِنَ الْعِقَابِ اَللّٰهُمَّ ثَبِّتْنِىْ عَلٰى دِيْنِكَ مَا اَحْيَيْتَنِىْ وَ لَا تُزِغْ قَلْبِىْ بَعْدَ اِذْ هَدَيْتَنِىْ وَ هَبْ لِىْ مِنْ لَدُنْكَ رَحْمَةً اِنَّكَ اَنْتَ الْوَهَّابُ صَلِّ عَلٰى مُحَمَّدٍ وَّ عَلٰى اٰلِ مُحَمَّدٍ وَّاجْعَلْنِىْ مِنْ اَتْبَاعِهٖ وَ شِيْعَتِهٖ وَاحْشُرْنِىْ فِىْ زُمْرَتِهٖ وَ وَفِّقْنِىْ لِاَدَاۤءِ فَرْضِ الْجُمُعَاتِ وَ مَا اَوْجَبْتَ عَلَىَّ فِيْهَا مِنَ الطَّاعَاتِ وَ قَسَمْتَ لِاَهْلِهَا مِنَ الْعَطَاۤءِ فِىْ يَوْمِ الْجَزَاۤءِ اِنَّكَ اَنْتَ الْعَزِيْزُ الْحَكِيْمُ۔_

CÜMƏ GÜNÜNÜN DUASI

Rəhman və Rəhim Allahın adı ilə.

Həmd-səna əvvəl olan Allaha məxsusdur ki, yaratmaqdan və diriltməkdən qabaqdır;_ _həmd-səna axır olan Allaha məxsusudur ki, hər şey fani olduqdan sonradır; həmd-səna alim olan Allaha məxsusdur ki, Onu yad edəni unutmur, Ona şükür edəndən (nemətini) əskiltmir, Onu çağıranı naümid etmir, Ona ümid bağlayanın ümidini qırmır. Ey Allahım, mən Səni şahid tuturam və Sənin şahidliyin mənə yetər, Sənin bütün mələklərini, səmalarının sakinlərini və ərşini daşıyanları, göndərdiyin peyğəmbərləri və elçiləri, yaratdığın bütün məxluqatı şahid tuturam və şəhadət verirəm ki, Sən o Allahsan ki, Səndən qeyri İlah yoxdur, yeganəsən və şərikin, tayın-bərabərin yoxdur, sözünə xilaf çıxmaz və onu dəyişməzsən; (həmçinin şəhadət verirəm ki,) Məhəmməd – Allahın salamı olsun ona və xanidanına – Sənin bəndən və elçindir, o, bəndələrə çatdırmaq üçün ona tapşırdıqlarını çatdırdı, izzətli və cəlalətli Allah yolunda layiqincə cihad etdi, haqq olan savabı müjdə verdi, haqq olan əzab ilə qorxutdu. Ey Allahım, nə qədər ki sağam, məni Öz dinində sabitqədəm et, məni hidayət etdikdən sonra azdırma, Öz tərəfindən mənə rəhmət bəxş et, həqiqətən Sən çox bəxş edənsən; Məhəmmədə və Ali-Məhəmmədə salam göndər, məni onun davamçılarından və ardıcıllarından qərar ver, məni onun zümrəsində məhşur et (məhşərə gətir), cümə günlərində vacib əməlləri və mənə vacib etdiyin itaətləri yerinə yetirməyə, həmçinin Qiyamət günü cümə əhlinə qismət etdiyinə məni müvəffəq et, həqiqətən Sən izzət və hikmət sahibisən.

CÜMƏ GÜNÜNDƏ İMAM ZAMANIN (Ə.F) ZİYARƏTİ

_اَلسَّلَامُ عَلَيْكَ يَا حُجَّةَ اللّٰهِ فِيْ اَرْضِهِ اَلسَّلَامُ عَلَيْكَ يَا عَيْنَ اللّٰهِ فِي خَلْقِهِ اَلسَّلَامُ عَلَيْكَ يَا نُوْرَ اللّٰهِ الَّذِيْ يَهْتَدِيْ بِهِ الْمُهْتَدُوْنَ وَ يُفَرِّجُ بِهِ عَنِ الْمُؤْمِنِيْنَ اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الْمُهَذَّبُ الْخَاۤئِفُ اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الْوَلِيُّ النَّاصِحُ اَلسَّلَامُ عَلَيْكَ يَا سَفِيْنَةَ النَّجَاةِ اَلسَّلَامُ عَلَيْكَ يَا عَيْنَ الْحَيَاةِ اَلسَّلَامُ عَلَيْكَ صَلَّى اللهُ عَلَيْكَ وَ عَلٰى اٰلِ بَيْتِكَ الطَّيِّبِيْنَ الطَّاهِرِيْنَ اَلسَّلَامُ عَلَيْكَ عَجَّلَ اللهُ لَكَ مَا وَعَدَكَ مِنَ النَّصْرِ وَ ظُهُوْرِ الْاَمْرِ اَلسَّلَامُ عَلَيْكَ يَا مَوْلَايَ اَنَا مَوْلَاكَ عَارِفٌ بِاُوْلَاكَ وَ اُخْرَاكَ اَتَقَرَّبُ اِلَى اللّٰهِ تَعَالٰى بِكَ وَ بِاٰلِ بَيْتِكَ وَ اَنْتَظِرُ ظُهُوْرَكَ وَ ظُهُوْرَ الْحَقِّ عَلٰى يَدَيْكَ، وَ اَسْاَلُ اللهَ اَنْ يُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ وَ اَنْ يَجْعَلَنِيْ مِنَ الْمُنْتَظِرِيْنَ لَكَ وَ التَّابِعِيْنَ وَ النَّاصِرِيْنَ لَكَ عَلٰى اَعْدَاۤئِكَ وَ الْمُسْتَشْهَدِيْنَ بَيْنَ يَدَيْكَ فِيْ جُمْلَةِ اَوْلِيَاۤئِكَ يَا
❤14👍4
مَوْلَايَ يَا صَاحِبَ الزَّمَانِ صَلَوَاتُ اللّٰهِ عَلَيْكَ وَ عَلٰى اٰلِ بَيْتِكَ هٰذَا يَوْمُ الْجُمُعَةِ وَ هُوَ يَوْمُكَ الْمُتَوَقَّعُ فِيْهِ ظُهُوْرُكَ وَ الْفَرَجُ فِيْهِ لِلْمُؤْمِنِيْنَ عَلٰى يَدَيْكَ وَ قَتْلُ الْكَافِرِيْنَ بِسَيْفِكَ وَ اَنَا يَا مَوْلَايَ فِيْهِ ضَيْفُكَ وَ جَارُكَ وَ اَنْتَ يَا مَوْلَايَ كَرِيْمٌ مِنْ اَوْلَادِ الْكِرَامِ وَ مَأْمُوْرٌ بِالضِّيَافَةِ وَ الْاِجَارَةِ فَاَضِفْنِيْ وَ اَجِرْنِيْ صَلَوَاتُ اللّٰهِ عَلَيْكَ وَ عَلٰى اَهْلِ بَيْتِكَ الطَّاهِرِيْنَ۔

Seyid ibn Tavus bu ziyarətnamənin şərhində deyir: ziyarəti deyərkən hisslərimi daha yaxşı ifadə etmək üçün bu iki beyt şeiri gətirirəm:

نَزِيْلُكَ حَيْثُ مَا اتَّجَهَتْ رِكَابِيْ وَ ضَيْفُكَ حَيْثُ كُنْتُ مِنَ الْبِلَادِ

CÜMƏ GÜNÜNDƏ İMAM ZAMANIN (Ə.F) ZİYARƏTİ

Seyid ibn Tavus bu ziyarətnamənin şərhində deyir: ziyarəti deyərkən hisslərimi daha yaxşı ifadə etmək üçün bu iki beyt şeiri gətirirəm:


CÜMƏ GÜNÜNDƏ İMAM ZAMANIN (Ə.F) ZİYARƏTİ

Salam olsun sənə ey yer üzündə Allahın hüccəti. Salam olsun sənə ey məxluqat arasında Allahın görən gözü. Salam olsun sənə ey Allahın nuru: o nur ilə hidayət olunanlar hidayət olunar və möminlərin işi avand olar. Salam olsun sənə ey islah olunmuş və Allahdan xofu olan. Salam olsun sənə ey xeyirxah başçı. Salam olsun sənə ey nicat gəmisi. Salam olsun sənə ey həyat çeşməsi. Salam olsun sənə, Allahın salamı olsun sənə və sənin pak-pakizə xanidanına. Salam olsun sənə, Allah kömək və zühur barədə sənə verdiyi vədin gerçəkləşməsini tezləşdirsin. Salam olsun sənə ey mövlam, mən sənin dostunam, sənin işinin başlanğıcını və sonunu bilirəm, sənin və xanidanın vasitəsilə mütəal Allaha yaxınlaşmaq istəyirəm, sənin zühurunun və sənin əlinlə haqqın zühurunun intizarındayam. Allahdan istəyirəm ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərsin, məni sənin intizarını çəkənlərdən, düşmənlərinin qarşısında sənin ardıcıllarından və köməkçilərindən, dostlarının arasında sənin qarşında şəhid olanlardan qərar versin. Ey mövlam, ey Sahibəz-zaman – Allahın salamı olsun sənə və sənin xanidanına – bu gün cümə günüdür və sənin günündür. Bu gündə sənin zühurun, sənin əlinlə möminlərin işinin həlli və sənin qılıncınla kafirlərin həlakı gözlənilir. Ey mövlam, bu gün mən sənin qonağınam və sənə pənah gətirmişəm. Sən, ey mövlam, kərimlərin nəslindən olan kərimsən, qonaqpərvərliyə və pənah verməyə əmr olunmusan, elə isə, məni qonaq et və mənə pənah ver. Allahın salamı olsun sənə və sənin pak xanidanına.

CÜMƏ GÜNÜNDƏ İMAM ZAMANIN (Ə.F) ZİYARƏTİ

Seyid ibn Tavus bu ziyarətnamənin şərhində deyir: ziyarəti deyərkən hisslərimi daha yaxşı ifadə etmək üçün bu iki beyt şeiri gətirirəm:


CÜMƏ GÜNÜNDƏ İMAM ZAMANIN (Ə.F) ZİYARƏTİ

Əssəlamu əleykə ya huccətallahi fi ərzih, əssəlamu əleykə ya əynəllahi fi xəlqih, əssəlamu əleykə ya nurəllahilləzi yəhtədi bihil muhtədun, və yufərricu bihi ənil muminin, əssəlamu əleykə əyyuhəl muhəzzəbul xaif, əssəlamu əleykə əyyuhəl vəliyyun nasih, əssəlamu əleykə ya səfinətən nəcat, əssəlamu əleykə ya əynəl həyat, əssəlamu əleykə sallallahu əleykə və əla ali bəytikət təyyibinət tahirin. Əssəlamu əleykə əccələllahu ləkə ma və ədəkə minən nəsri və zuhuril əmri. Əssəlamu əleykə ya məvlayə ənə məvləkə arifun bi uləikə və uxrəikə ətəqərrəbu iləllahi təala bikə və bi ali bəytikə və əntəziru zuhurəkə və zuhurəl həqi əla yədəykə və əs əlullahə ən yusalliyə əla Muhəmmədin və ali Muhəmmədin və ən yəc ələni minəl muntəzirinə ləkə vət tabiinə vən nasirinə ləkə əla ədaikə vəl mustəşhədinə bəynə yədəykə fi cumləti əvliyaik, ya məvlayə ya Sahibəzzaman, salavatullahi ələykə və əla ali bəytik, haza yəvmul cumuəti və huvəl yəvmukəl mutəvəqqəu fihi zuhurukə vəl fərəcu fihi lil mumininə əla yədəykə və qətlul kəfirinə bi səyfikə, və ənə ya məvlayə fihi zayfukə və carukə, əntə ya məvlayə kərimun min əvladil kərim, və məmurun biz ziyafəti və icarəti fə əzifni və əcirni, salavatullahi əleykə və əla əhli bəytikət tahirin.

📿Günün zikri :

Oxunuşu

Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd(100-dəfə)

Mənası :

İlahi, Muhəmməd və onun ailəsinə salam və salavat göndər
👍14❤3