Ödənişsiz Kurikulum testləri. Tahir Haşimi
1.8K subscribers
20 photos
1 file
26 links
Bu kanalda metodikaya aid testlər paylaşılır
Download Telegram
Müəllim mövzu ilə bağlı sual verir. Lakin şagirdlərə düşünmə vaxtı vermir. Düşünmək üçün bir qədər vaxta ehtiyacı olan şagirdlərin özlərinə inamə azalır, bir müddət sonra tamamilə passiv olurlar. Müəllim pedaqoji prosesin hansı prinsipini pozub
Anonymous Quiz
7%
A) şəxsiyyətyönümlülük
25%
B ) fəaliyyətin stimullaşdırılması
31%
C) təlimdə bərarbər imkanların yaradılması
17%
D) inkişafyönümlülük
20%
E) pedaqoji prosesin tamlığı
Ətraflı məlumat üçün yaza bilərsiniz
Müəllim şagirdlərə şifahi təqdimat hazırlamağı tapşırdı. Təqdimatın qiymətləndirilməsi meyarlarını isə əvvəlcədən şagirdlərin diqqətinə çatdırdı. Belə etməklə o, kurikulumun hansı prinsipinə əməl etmiş sayılır?
Anonymous Quiz
22%
A ) şagirdyönümlülük
2%
B ) şəxsiyyətyönümlülük
4%
C ) inteqrasiya
12%
D ) tələbyönümlülük
61%
E ) nəticəyönümlülük
İngilis dili dərsində müəllim şagirdlərin dinləyib-anlama bacarıqlarını yoxlamaq istəyir, lakin sinif otağında linqafon olmadığına görə müəllimin bu istəyi baş tutmur. Burada pedaqoji tələblərdən hansı daha çox pozulmuşdur?
Anonymous Quiz
6%
A) Təhsildə bərabər imkanların yaradılması
16%
B) Pedaqoji prosesin tamlığı
72%
C) Dəstəkləyici mühitin yaradıılması
4%
D) Fəaliyyətin stimullaşdırılması
1%
E) Şəxsiyyətyönümlülük
Müəllimin verdiyi ev tapşırıqlarını yerinə yetirən Camal müəyyən müddətdən sonra özündə yorğunluq hiss edir və düşünür ki, yorğun beyinlə səhv etməkdənsə indi yatıb sabah tezdən duraraq açıq beyinlə işləyərəm. Camal hansı biliyə sahibdir.
Anonymous Quiz
6%
A) Konseptual
6%
B) Faktoloji
76%
C) Metakoqnitiv
7%
D) Prosedural
5%
E) Koqnitiv
Müəllim şagirdlərə ”müxtəsər vurma düsturları”ndan istifadə etməklə verilmiş məsələləri həll etməyi tapşırır. Formalaşacaq olan bilik növünü müəyyən edin.
Anonymous Quiz
66%
A) Prosedural
14%
B) Konseptual
7%
C) Deklorativ
6%
D) Metakoqnitiv
6%
E) İdarki
Müəllim şagirddən Gülüstan sülh müqaviləsinin Azərbaycan üçün nəticələrini izah etməsini istədi. Tapşırıq Blum taksonomiyasının hansı səviyyəsinə aiddir?
Anonymous Quiz
20%
A. Xatırlamaq
48%
B. Anlamaq
21%
C. Dəyərləndirmək
10%
D. Tətbiq etmək
1%
E. Yaratmaq
Müəllim dərs zamanı şagirdləri müstəqil düşünməyə təşviq edir, onların ideyalarını dinləyir və qiymətləndirir. Şagirdlərin fərdi xüsusiyyətlərinə uyğun təlim metodları tətbiq edir. Bu hal pedaqoji prosesin təşkilinə verilən hansı tələbə uyğundur?
Anonymous Quiz
14%
A) Fəaliyyətin stimullaşdırılması
20%
B) Dəstəkləyici mühitin yaradılması
51%
C) Şagirdyönümlülük
6%
D) Şəxsiyyətyönümlülük
9%
E) Pedaqoji prosesin tamlığı
Laboratoriyada şagirdlər verilmiş təlimata əsasən kimyəvi reaksiyanı təhlükəsiz şəkildə həyata keçirirlər. Onlar bu proses zamanı cihazlardan düzgün istifadə edir və ardıcıllığı pozmurlar. Bu situasiya Psixomotor sahənin hansı mərhələsinə ən çox uyğundur?
Anonymous Quiz
7%
A) İmitasiya
9%
B) Artikulasiya
30%
C) Manipulyasiya
47%
D) Dəqiqlik
7%
E) Təbiiləşmə
Debatda iştirak edən şagirdlər müəyyən bir sosial problem haqqında fərqli fikirləri dinləyir, öz mövqelərini bildirir və digər iştirakçıların arqumentlərinə hörmətlə yanaşırlar. Bu fəaliyyət Affektiv sahənin hansı mərhələsini əks etdirir?

@Tahir_Haşimi
Anonymous Quiz
18%
A) Qəbuletmə
18%
B) Cavabvermə 
49%
C) Dəyərləndirmə 
5%
D) Təşkiletmə 
10%
E) Xarakterizəetmə
Salam, dəyərli qrup üzvləri 4 dərsdən sonra testlər paylaşmağa başlayacağam yenidən. Kanalın linkini yoldaşlarınızla da paylaşın, onlar da faydalansınlar.

Link: https://t.me/tahir_hasimi_kurikulum