Tarix hazırlığı 📚
1.21K subscribers
2.32K photos
26 videos
595 files
312 links
TARİX HAZIRLIĞI
📌 MİQ və Sertifikasiya
🎓 Abituriyent hazırlığı
📌 Təkmilləşdirmə
📞 ƏLAQƏ: 055 827-34-60
RAMİL MÜƏLLİM.
Download Telegram
Vakansiya seçiminin nəticələri şəxsi səhifələrə göndərildi 📢

26-27 iyul tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəhid ailəsi üzvləri üçün vakansiya seçiminin nəticələri namizədlərin şəxsi səhifəsinə göndərilib. Qeyd edək ki, 32 namizəd müsahibə mərhələsində iştirak hüququ qazanıb.

#ElmVəTəhsilNazirliyi #Müəllim #İşəQəbul #MİQ2025
👍3
Əlaqə üçün : @PDFadmini
👍2
Faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirləri tətbiq olunan müəssisələr üzrə vakansiya seçimi mərhələsinə start verilir📢

31 iyul saat 11:00-dan etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətsiz müqavilə ilə faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisələr üzrə vakansiya seçimi mərhələsi həyata keçiriləcək.

ℹNəzərinizə çatdırırıq ki, şəxsi səhifədə namizədlər tərəfindən qeyd edilən faktiki yaşayiş rayonuna uyğun olaraq həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisələr üzrə vakansiya seçimi təşkil olunacaq. Vakansiya seçimində bütün fənlər üzrə test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər 4 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.

#ElmVəTəhsilNazirliyi #MİQ #Müəllim #İşəQəbul #MİQ2025
👍3
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə start verilir📢

6 avqust saat 11:00-dan etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətsiz müqavilə ilə vakansiya seçimi mərhələsi həyata keçiriləcək.

ℹNəzərinizə çatdırırıq ki, bütün fənlər üzrə test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər 11 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.

❗Məlumat üçün qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Vakansiya seçimi mərhələsi ilə bağlı ən çox ünvanlanmış sualların cavabları ilə https://miq.edu.az/faq linkinə daxil olaraq tanış ola bilərsiniz.

#MİQ #Müəllim #İşəQəbul #MİQ2025
👍3
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bütün ixtisas qrupları üzrə 2025‑ci il avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq.

“Abituriyent” jurnalının 4 saylı buraxılışı, həmçinin “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” kitabçaları seçim başlanana qədər nəşr olunacaq.

#ixtisasseçimi #abituriyent #qəbul #TarixHazırlığı
____
S
ınaqlar haqqında məlumat əldə etmək üçün Sınaq qrupumuza qoşula bilərsiniz.
📲 Qrup linki: https://chat.whatsapp.com/LdIrXAdsiMn5qRwKq7VLCt
👍3
Abituriyent 9CS №3 2025.pdf
13.7 MB
📚Abituriyent jurnalı 3, 2025-ci il
🎓 9 illik təhsil bazasında TƏLƏBƏ QƏBULU APARILAN İXTİSASLAR
@TarixDimMiq
#DİM #Abituriyent #Jurnal
_______
Sınaqlar və digər yeniliklər haqqında məlumat əldə etmək üçün Sınaq qrupumuza qoşula bilərsiniz.
📲 Qrup linki: https://chat.whatsapp.com/LdIrXAdsiMn5qRwKq7VLCt
👍4
Tələbələrin köçürülməsi üzrə nəticələrə dair bildiriş şəxsi kabinetlərə göndərilib

15-22 iyul tarixlərində tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulunda iştirak etmiş tələbələrin şəxsi kabinetlərinə qəbulun nəticələri ilə bağlı müvafiq bildiriş göndərilib.

✅ Tələbələr 3 gün ərzində şəxsi kabinetlərinə daxil olaraq köçürülmənin nəticəsinə dair qəbul edilmiş qərarı təsdiq etməlidirlər.

⏳ Son tarix: 8 avqust 2025-ci il.

❗Qərar təsdiq edilmədiyi halda tələbələrin əmrləşməsi müvafiq təhsil müəssisələri tərəfindən həyata keçirilməyəcək və müraciət ləğv ediləcəkdir.
👍3
Ümumi vakansiya seçimi mərhələsinə start verildi📢

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanıldı. Namizədlər 6 avqust saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.

ℹNəzərinizə çatdırırıq ki, bütün fənlər üzrə test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər 11 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.

Namizədlər vakansiya seçimi zamanı diqqətli olmalı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməlidirlər.

Xatırladaq ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.


#ElmVəTəhsilNazirliyi #MİQ #Müəllim #İşəQəbul #MİQ2025
👍3
2025 MİQ Tarix vakansiyaları.pdf
408.1 KB
2025 MİQ Tarix vakansiyaları
________
Sınaqlar və digər yeniliklər haqqında məlumat əldə etmək üçün Sınaq qrupumuza qoşula bilərsiniz.
📲 Qrup linki: https://chat.whatsapp.com/LdIrXAdsiMn5qRwKq7VLCt
👍2❤1
👍3❤1
9 avqust tarixindən “Abituriyent” jurnalının 4-cü nömrəsi, “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı kitabçalar, “Subbakalavr” peşə-ixtisas dərəcəsi almış və ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq istəyən şəxslər üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı satışda olacaq.
👍2
Apellyasiya müraciətləri barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərildi

18-20, 24 və 25 iyun tarixlərində təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətləri barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərildi.

Müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla apellyasiya nəticələri ilə tanış ola bilərlər.

#MİQ #Müəllim #Sertifikatlaşdırma
👍3