𝙏𝙖𝙧𝙞𝙭𝙞𝙣𝙛𝙤 🇦🇿
17.7K subscribers
2.07K photos
110 videos
5 files
92 links
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi. ✅
Download Telegram
📌Bunu bilirdiniz?
☀️Günəş, bəzən "mavi günəş" olaraq adlandırılır, amma bu sadəcə atmosferin şərtləri ilə əlaqəlidir. Günəşin işığı, mavi rəngdə görünə bilər bu halda, ancaq həqiqətən sarı və ya ağdır.
✅@Tarixinf0
❤9
📌"Niyə yatmamışdan əvvəl telefonla oynamaq yuxuya zərərlidir?"
👑Çünki ekranın mavi işığı beynin melatonin (yuxu hormonu) istehsalını azaldır. Bu da yuxusuzluğa səbəb olur.
✅@Tarixinf0
👍16❤3
📌"Tarixin ən qısa müharibəsi"
1896-cı ildə Zənzibar və Böyük Britaniya arasında baş verən müharibə cəmi 38 dəqiqə davam edib.
✅@Tarixinf0
❤21👍1
Bunu bilirdiniz ?
📌"Ən uzun ömürlü canlı hansıdır?"
“İmmortal” (ölməz) adlanan Turritopsis dohrnii meduzası genetik olaraq yaşlanmanı dayandıra bilir!
✅@Tarixinf0
❤10👍5
🍄‍🟫Dünyanın Ən Bahalı Göbələyi

Trüf göbələyi meşəlik ərazilərdə torpağın altında bitən xüsusi qoxulu göbələk növüdür. 50 sm-ə qədər torpağın dərinliyində yetişə bilir. Ağac köklərinə yaxın yerlərdə yetişmə səbəbi isə ağac köklərini əmərək oradan şəkər və başqa bir çox turşu və lazımi maddələri çəkməsidir. Yetişməsi üçün rütubət lazımdır. Çox dərində yetişdiyi üçü onu tapmaq çətin olur. Bu səbəbdən də trüf göbələyinin qiyməti dünya bazarında çox bahadır. Böyüklüyü təxminən 100 qram civarıdır və ən gözəl dadı təzə olarkən olur. Bu səbəbdən də 5 gün ərzində istifadə edilməsi məsləhət görülür. Soyuq və quru məkanda saxlanması vacibdir. Su ilə təmas etməməlidir. Əks təqdirdə çürüyür. Trüf göbələyinin istifadə olunmayacağı yemək yoxdur. Çox aromalı olduğu üçün bütün yeməklərə xüsusi dad qatır. Xüsusən ağ truffle göbələyinin çəkisi 10-20 min dollar arasıdır. Bu qədər dəyərli olduğuna görə Avropada hərrac yolu ilə satılır.

✅ @Tarixinf0 📍📚
❤9👍4
👶Ən Erkən Doğulan Körpə

Dünyanın ən erkən doğulan və həyatda qalan körpəsi 2020-ci ildə ABŞ-ın Alabama ştatındakı Birmingem Xəstəxanasında dünyaya gəlib. Belə ki, Curtis adlı körpə cəmi, 21 həftə 1 günlük (5 aya yaxın) ikən anadan olub. Doğulanda Curtis cəmi 420 qram ağırlığında idi və həkimlər onun sağ qalma şansını 1%-dən az qiymətləndirirdi. Lakin möcüzəvi şəkildə körpə həyatda qaldı və hələ də yaşayır. Qeyd edək ki, körpələrin normal doğuş vaxtı təxminən 39-40 həftə hesab olunur.

@Tarixinf0 📍📚📨
❤14👍2
😳Ən Uzun İngilis Sözü 189 Min Hərfdən İbarətdir

İngilis dilində ən uzun söz 189 min 819 hərfdən ibarətdir. Burada bu sözü tam yazmağımız mümkün deyil. Çünki, bu sözü tam oxuyub tələffüs etməyiniz üçün 3 saatdan çox vaxt lazımdır. Həmin bu söz titin ləqəbli zülalın tam adıdır. 

@Tarixinf0
😱10😁8👍7❤4🔥2🤯2
🚂Dünyanın Ən Uzun Dəmiryol Xətti

Trans-Sibir Dəmiryolu xətti, Moskvadan Vladivostoka qədər 9288 km uzunluğundakı dünyanın ən uzun dəmir yoludur. Qatarla səyahət yeddi gün çəkir və bu müddət ərzində sərnişinlər çox sayda şəhərləri görüb, fərqli mənzərələr seyr edib və səkkiz müxtəlif vaxt qurşağından keçirlər. Səyahət sizi Rusiyanın qəlbi olan tayqa meşələri, rus çöllərinin geniş əraziləri və mənzərəli Baykal gölünə aparır. Bu uzun səyahət zamanı qatarlar 3901 körpüdən keçməli olur.

✅ @Tarixinf0 🌟
❤12👌6👍2🥰2
🇧🇹Qəribə Qanunları Olan Maraqlı Ölkə

Butan Krallığı çox maraqlı bir ölkədir. Cəmi 788 min əhalisi var. Ölkədə tütün satışı qadağandır. Butan dünyada TV yayımını xalqına təqdim edən ən son ölkədirlər (1999-cu il). Butan ətraf mühitə çox önəm verir. Qanunlarına görə həmişə ölkənin ən az 60%-i meşə ilə örtülü olmalıdır. Hazırda bu göstərici 71%-dir. Ölkədə nəsli kəsilməkdə olan heyvanları öldürməyin cəzası ömürlük həbsdir... Butanlılar demək olar ki, hər gün öz milli geyimlərini geyinirlər. Cinayət halları burada çox azdır. Buddistdilər. Dünyanın ən zəif ordusuna sahibdirlər. Cəmi 7500 əsgərləri və 2 helikopterləri var. Butanı gəzmək istəyirsinizsə, bir az çətin məsələdir. Ciddi turizm siyasətləri var. Az turist qəbul edirlər və qiymətlər baha olur. (İstinad: WorldWildLife, Worldometers, WorldBank, DrukAsia, GlobalFirePower, Albert Eynişeydi)

✅ @Tarixinf0 🇦🇿
❤12👍6🤔4
🍸İnsanı Dəli Edən, İntihara Sövq Edən Spirtli İçki

Absent olduqca tünd olan (70-75%) spirtli içkidir. Bu içki uzun müddətli istifadə zamanı dəliliyə və intihara meyllilik yaratdığı üçün 20-ci əsrin əvvəllərində əksər ölkələrdə qadağan olunmuşdur. İçkinin ən çox rastlanan əks təsiri isə onu içən insanda müxtəlif halusinasiyaların yaranması idi. Hazırda bəzi Avropa ölkələrində  hələdə absent istehsal edilir. Müasir absent ötən əsrin əvvəllərindəki absentdən xeyli fərqlənir. İndiki dövrdə içkidə absitinolun miqdarının toksik təsiri olmasa da yüksək faizli spirt hər halda orqanizmə dağıdıcı təsir göstərir. Adətən absent xüsusi dəlikləri olan qaşığa bir baş kəllə qənd qoyub üzərindən su töküldükdən sonra içilir. Su qəndi əridərək absentlə qarışır. Şirin su absentin acılığını itirir. (İstinad: Kulis Az)

@TARİXİNF0 📌
❤12🤯4👍3
📱Telefonlardan Əldə Olunan Qızıl

Hər 1 ton smartfondan ən az 200 qram qızıl əldə etmək mümkündür. Müqayisə üçün deyək ki, mədənlərdə 1 ton daşdan təxminən 5 qram qızıl çıxartmaq mümkün olur. Statistikaya görə, dünyada elektronik zibillikdən əldə edilən qızıl il ərzində çıxarılan ümumi qızılın 11%-i təşkil edir. Qızıldan əlavə 1 ton mobil telefondan təxminən 100 kq mis, 3 kq gümüş əldə etmək mümkündür. 1 ədəd smartfonda orta hesabla 1/35 qram qızıl olur. (İstinad: 4PDA, SD Bullion, Albert Eynişeydi)

✅ @Tarixinf0 🌿
❤7👍5
Bu cür vəziyyətlər sadəcə gülməli görünmür, eyni zamanda real yanğın və qısaqapanma riski yaradır.

Heç kim düşünmür ki, bir gün bu prizlərdən tüstü çıxacaq… amma çıxır.
🤯7🤔3
📌 «Donmuş saçlar, amma alov kimi iradə.”

Bu, çinli oğlan Vanq Fumandır. O, -15 dərəcə şaxtada nazik gödəkçədə və papaqsız, 5 km yol gedərək imtahana çatmışdı. Saçları donmuş, yanaqları qızarmışdı. Evində və məktəbində istilik yox idi, amma Vanq oxumaqla yoxsulluqdan qurtulmaq istəyirdi.

O, imtahanda 100-dən 99 bal topladı. Müəllimi onun şəklini paylaşandan sonra insanlar 3 milyon yuan ianə topladılar. Məktəbdə istilik sistemi quraşdırıldı, uşaqlara isti geyimlər alındı.

Pekinə dəvət olunan Vanq belə dedi:
“Biz evdə kömür yandırırıq və gödəkçə ilə yatırıq. Burada isə köynəklə gəzirəm — istilik möcüzədir!”

‼️ Bəzən sahib olduqlarımızın dəyərini anlamırıq, çünki çox şey istəyirik — halbuki xoşbəxtlik çoxdan yanımızdadır. Ona görə də heç vaxt ruhdan düşmə, hər zaman irəli get.
❤29👍8🔥2🙏1
Şəkildə gördüyünüz açıq havada oteldir və Çində yerləşir. Burda yatmaq istəyən var?)))
🤯9👍4😱2
Bu oğlanın adı Peterdi. Masai tayfasının üzvüdür. Məni ox atmağa, bitkiləri tanımağa, xırda ovla məşquı olmağa öyrədirdi.
Peter əmindir ki,
QARABAĞ AZƏRBAYCANDIR! ✌🏻
👌7❤4👍3😁3
Qırmızgöz qurbağa...

Uzunluğu 6-8sm olan bu qurbağaların məskəni Cənubi Amerikadır.🐸
Qırmızı gözlü ağac qurbağaları (Agalychnis callidryas) əsl şoumendirlər.
Təhlükə hiss etdikləri zaman qırmızı gözlərini bərəldir, narıncı ayaqlarını parladır və rəngli tərəflərini qabarıq şəkildə düşmənə göstərir.
Bunlar hamısı müdafiə üçündür. Təbii ki, burada qorxulu heç nə yoxdur və düşmən də ondan qorxmur. Məqsəd bir anlığa düşməni çaşdırmaqdır.
Bu kiçik müddət isə qurbağaya qaçmaq üçün fürsət verir.

✅ https://t.me/Tarixinf0 🔔
❤9👍2🤡1
Bəzi balıq növlərinin və sürünənlərin başları üzərində 3-cü göz var. Xırda olduğu üçün biz onu görə bilmirik. Digər gözlər yumulsa da, bu göz yumulmur, daim fəaliyyətdədir ...
👍11
🦐 Karides (bildiyimiz krevetka) bişəndə niyə boz rəngdən narıncı-qırmızı rəngə keçir❓

Canlı krevetkada Astaksantin adlı piqment zülallarla bağlı vəziyyətdə olur. 🧪Buna görə rəng daha solğun və boz görünür.

🔥 Qızdırıldıqda zülalların quruluşu dəyişir və piqment sərbəst qalır.

Məhz buna görə krevetka bişəndə parlaq narıncı-qırmızı rəng alır.

📌 Maraqlı fakt:
Rəng sonradan yaranmır — o, əvvəldən var idi. Sadəcə görünmürdü.

Bəzən istilik yeni rəng yaratmır. Sadəcə gizlənəni görünən edir. ✨
❤7👍6
➡️ Gəmi səfərlərində təxmini 6-10 nəfərlik real morq olur, xüsusilə yaşlı sərnişinlər və təbii ölümlər üçün.
➡️ Hər il orta hesabla 20-25 nəfər kruizlərdə itkin düşür. Gecə dənizə düşən şəxsi tapmaq çox çətindir.
➡️ İtkin hadisəsi olarsa, panika yaranmasın deyə səssiz axtarış protokolu tətbiq olunur. Tez bir şəkildə kameralar yoxlanılır , gərəkdiyi zaman gəmi sahilə geri dönür.
➡️ Hər gəmidə kiçik bir həbsxana (brig) olur. Kiçik, pəncərəsiz, metal otaqdır. Şəxs növbəti limanda polisə təhvil verilir.
➡️ Sərnişinlər arasında “adi yolçu kimi gəzən” gizli mühafizəçilər var. Hadisə zamanı müdaxilə edirlər.
➡️ Gəminin alt hissəsi nəhəng bir labirint kimidir, sərnişinlər gəminin yalnız təxminən %30-unu görür.
➡️ Gecə okeanın dibi 5 km dərinlikdə, dünyanın ən qaranlıq yerlərindən biridir.
➡️ Gəmi daxilində 1000-dən çox inkişaf etmiş kamera var, demək olar ki, kor nöqtə yoxa hesabdır.
➡️ Karantin protokolları qatı şəkildə tətbiq olunur, hadisələr açıqlanmır. Karantinə alınan şəxslər izolasiya otaqlarında saxlanılır.
❤8👍3
Yumurtanın ağ hissəsi niyə bişəndə şəffafdan ağ rəngə keçir❓

Çiy yumurtada zülallar suda bükülmüş halda olur.

🔥 Qızdırıldıqda bu quruluş açılır və zülal molekulları bir-birinə bağlanmağa başlayır.

İşıq artıq əvvəlki kimi keçmir — ona görə yumurtanın ağı ağ görünür.

📌 Maraqlı fakt:
Bu, yeni maddənin yaranması deyil. Sadəcə molekulların quruluşu dəyişir.

Bəzən rəng dəyişəndə kimya da formasını dəyişir. ✨
👍8❤1