𝙏𝙖𝙧𝙞𝙭𝙞𝙣𝙛𝙤 🇦🇿
17.7K subscribers
2.07K photos
110 videos
5 files
92 links
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi. ✅
Download Telegram
🗺️ Dünyanın ən qəribə və qorxulu göle Tanzaniyadakı Natran gölüdür (Natran Lake). Burada tələf olan heyvanlar susuzlaşma nəticəsində heykələ çevrilir. Göldə natrium bikarbonatın miqdarı çox olduğuna görə bura düşən bütün orqanizmlər mumiyaya çevrilir.

📚📍@Tarixinf0
🤯19❤1🤔1
Dünyanın ən uzun filmi "Ambiance" dir. İsveçli rejissor Anders Weberqin rejissoru olduğu bir eksperimental filmdir. Film əvvəlcədən proqnozlaşdırılan 31 dekabr 2020-ci il tarixində nümayiş etdirilmişdir. 720 saat və ya 30 sutka davam etmə müddəti ilə dünyanın ən uzun filmi olmuşdur.🎞

@Tarixinf0
🤔17🤯5👍4😁2
Su əvəzinə Qan içərək qidalanan Bodi qəbiləsi 🩸

Bodi qəbiləsi dünyanın ən qəribə qəbilələrindən biridir. Bu qəbiləni digər İbtidai qəbilələrdən ayıran xüsusiyyəti altı ay boyunca inək qanı ilə qidalanmalarıdır .

🔎 Yaxşı, bəs niyə inək qanı?

Efiopiyanın Omo vadisində yaşayan və yarı köçəri həyat yaşayan Bodi qəbiləsi “Enqai” adlı tanrıya inanır. Qəbilə içində qaydaları isə yaşlılar müəyyən edir. Aralarında mübahisə yarandıqda dava etmək yerinə bir-birlərinə iribuynuzlu heyvan hədiyyə edir, münaqişəni bu şəkildə həll edirlər.

✅ https://t.me/Tarixinf0 🔔
👍7🤯7😁2🤔1
🧐 Bataqlıqda bataraq ölmək mümkündürmü?

🎬 Film səhnələrində təsvir olunan səhnələrdəki iddialar belədir:

ℹ️ Bataqlıqlar insanları içinə doğru çəkir. Bataqlıq içində mübarizə aparmaq mənasızdır, çünki qüvvət böyük olduğu üçün bataqlıq insanı içinə çəkir və boğularaq ölməsinə səbəb olur.

📢 Amma reallıq tamamilə fərqlidir. Bataqlıqlar “yırtılma qüvvəsi ilə incələn qeyri-Nyuton mayesi (shear thinning non-Newtonian fluid) kateqoriyasına daxildirlər. Yəni üzərində hər hansı təzyiq olmadığı təqdirdə qatı görünürlər (əslində isə gel kimidir). Amma üzərindəki təzyiqin 1% dəyişməsi belə bu gelin axıcılıq müqavimətinin azalamasına səbəb olur (yəni maye kimi davranmasına gətirib çıxarır). Buna görə də kimsə bataqlığın üzərində yeriməyə çalışsa, bataqlıq ilk addımın atıldığı anda maye kimi davranacaq və fərdin batmasına səbəb olacaq.

✅ https://t.me/Tarixinf0 🖇
👍11🤔10
🌿 Gün ərzində nələr düşünürüksə, həmin düşüncə bizim necə bir gün keçirdəcəyimizi müəyyənləşdirir. Əgər nə düşünəcəyimizi müəyyənləşdirməsək, şansa buraxsaq və ya qazet, radio, televiziya kimi vasitələrə buraxsaq, zehnimiz üzərindəki nəzarət gücünü böyük miqdarda itirmiş olarıq...
❤30👍11🥰4
Dəhşətli işkəncə aləti - Kafir çəngəli.⛓

Bir qayışla tutturulmuş iki ucu da iti çəngəl şəklində olan metal işkəncə aləti.çəngəlin bir ucu insanın çənsinə dayanarkən,bir ucu da sinsindəki sümüyə dayanır.Bu alət qayış yardımıyla tavana asılmış adamın boynuna bağlanır. Ölməmək üçün yatmamalıdır.Əgər yatarsa və ya boynu bir şəkildə düşərsə çəngəl həm çənəsini həm də sinəsini deşib keçir.
😱35👍5😁1
İlk dəfə bazar günün istirahət günü olmasını 7 mart 321-ci ildə Roma imperatoru Böyük Konstantin sərəncamla rəsmi olaraq elan etmişdir. ✍🏻️

Əfsanəyə görə imperator Konstantin bazar günü başlanacaq döyüşdən əvvəl, gecə yuxusunda Günəşin üstündə xaç və imperatorun qələbəsinə işarə edən yazı görür. Səhər döyüş Konstantinin qələbəsi ilə nəticələnir. Evə qayıdan kimi imperator bazar gününü qeyri iş günü elan edir və həmin gün ümumiyyətlə, işləmək qadağan olunur. Hətta həftənin həmin günü ticarət obyektləri və dövlət müəssisələri belə işləmirdi. Amma torpaqda çalışanlara heç bir məhdudiyyət və qadağa yox idi.

✅ https://t.me/Tarixinf0 🔔
👍22🤔4
🌿Görmək istədiyiniz dəyişiklik özünüz olun»

Düşüncələri ancaq müsbət istiqamətdə dəyişdirin. İcazə verməyin ki, keçmiş xatirələr sizdən mənfi bir qəhrəman yaratsın. Müsbət emosiyalara və fikirlərə üstünlük verin ki, həyatınızı əsaslı şəkildə dəyişəsiniz. Sizin vəzifəniz xəyal qurmaq və hərəkət etmək, həyatınızda baş verən möcüzələri salamlamaqdır. Və əgər nə isə istədiyiniz kimi alınmırsa, demək ki, sizin üçün daha yaxşı olacaq. Sadəcə, rahatlanın və həzz alın!
🥰19👍12❤9👏2
📌 İngilis mastifləri dünyanın ən böyük itləridir. Yetkin bir dişi təxminən 113 kiloqram ağırlığında. Yetkinlərdə hündürlük 76 santimetrdir.

🐶 Bu cins 1883-cü ildə İngiltərədə yaradılmışdır. Əvvəlcə İngilis mastifləri gladiatorial döyüşlərdə və iri heyvanları güllələmək üçün istifadə olunurdu. Onlardan həm hərbi xidmətdə, həm də qulların nəzarəti üçün istifadə olunurdu

@Tarixinf0 📍🗺️
🤯15❤6🥰2
✏️Bir vaxtlar mütəxəssisləri çaşdıran sualtı sirrlərdən biri də Yaponiya sahillərində dəniz dibində tapılan, demək olar ki, mükəmməl dairəvi naxışlara malik qumda qəribə rəsmlərin tapılması idi. Onların nə üçün yarandığını və nə üçün birdən-birə ortaya çıxıb yoxa çıxdıqlarını öyrənmək üçün on il vaxt lazım oldu, nəhayət bunu kəşf edə bildilər..

Demək olar ki, 2 metr genişlikdə olan bu heyrətamiz “naxışların müəllifi” 12 santimetrdən çox olmayan yeni kəşf edilmiş kirpi balığı növü idi.Sonrakı araşdırmalar isə bu bəzəkli dairələrin məqsədini onların cütləşmə tərəfdaşlarını cəlb etmək üçün olduğunu müəyyən etdi..

Erkəklər yalnız bir neçə saniyə cütləşmək üçün su altında bu dairələri qurmaq üçün altı həftə sərf edirlər. Onları hazırlamaq üçün kurqanlara (oval şəkildə yerə) incə qum yığır və tapdığı dəniz qabıqları ilə bəzəyir.
👍21❤5😁3😍3🤯1
🖌Mürəkkəb Necə Əldə Edilir.

✅Mürəkkəb bir sıra rəngləndirici istifadə edilərək əldə edilən maddədir. Xüsusi ilə dəmir, sulfat və asit qarışımından əldə edilməkdədir. Tündləşdirmək üçün toz halında anilin maddəli boyadan istifadə edilməkdədir.
İlk mürəkkəbin 4.500 il əvvəl Çində icad edildiyi qəbul edilmişdir. O qara rəngli mürəkkəb olmuş, bir sıra maddələrin birlikdə yandırılması ilə əldə edilmişdir. İlk mürəkkəb fabrikasını isə, mətbəəçi Fransız Pierre Lorilleouxa məxsusdur.
Ən qədim mürəkkəb maddəsi izlərinə Asurlarda, Yunanlarda və Misirlilərdə də rastlanılmışdır. Misirin yeraltı qaynaqlarında hətta qara və qırmızı rəngli mürəkkəb maddələrə də rast gəlinmişdir.

https://t.me/Tarixinf0 🔔
👏11👍7❤3
🤯6🥰1
𝙏𝙖𝙧𝙞𝙭𝙞𝙣𝙛𝙤 🇦🇿
🖌Mürəkkəb Necə Əldə Edilir. ✅Mürəkkəb bir sıra rəngləndirici istifadə edilərək əldə edilən maddədir. Xüsusi ilə dəmir, sulfat və asit qarışımından əldə edilməkdədir. Tündləşdirmək üçün toz halında anilin maddəli boyadan istifadə edilməkdədir. İlk mürəkkəbin…
☕️Azərbaycanlılar xeyirdə də, şərdə də çay içirlər. Heç bir hadisə çaysız başa gəlmir. Azərbaycanda armudu stəkanlarda samovar çayı sevilir. Ona görə ki, armudu stəkanı əldə tutmaq rahat olur, çay stəkanın ağız hissəsindəkinə nisbətən dib hissəsində gec soyuduğuna görə həmişə isti qalır.
Hər bir Azərbaycan ailəsində gələn qonağa ilk növbədə çay gətirirlər. Qonaqlıq çay ilə başlayır, çay ilə də qurtarır. Evə ev sahibi ilə bir neçə dəqiqəliyə görüşmək üçün gələnə də çay gətirirlər. Azərbaycanda çayı dişləmə qəndlə içirlər. İlk qurtumdan qabaq qəndi çaya batıraraq ağızlarına salırlar. Bu, çox qədimdən qalan adətdir.
Çay həm də elçilik rəmzidir. Azərbaycanda qız almağa gələn elçilər ordan-burdan söhbət salır, eyhamla danışırlar. Daha birbaşa demirdilər ki, "gəlmişik qızınızı oğlumuza alaq". Qız evinə elçi gələcəyi barədə əvvəlcədən xəbər göndərilir. Qız evinin başçısı verilən təklifə razılığını şirin çay gətirilməsi ilə bildirir. Rədd cavabı vermək istəyəndə süfrəyə ayrı-ayrılıqda dişləmə qənd və çay qoyurlar. Həmin ritual hər iki tərəfin adamlarının münasibətlərini pozmur, heç kim heç kimdən incimir. Elə çıxırdı ki, qız atasının yanına gələnlər çay içmək və söhbət etmək üçün gəliblərmiş.


✅ https://t.me/Tarixinf0 🔔
👍15❤3🙏3
🖇️Bir gün Mərakeş əsilli Amerikalı İlan bəsləyən bir adam, çox sevdiyi illanının artıq yemək yemədiyini görüb narahat olur. Nə edərsə etsin 2 metrə boya çatmış ilanı yemək yemirdi. Vəziyyətə çarə tapmaq istəyən adam illanını veterinar həkimin yanına götürür. Baş verən halı veterinara izah edir və veterinar ona : " İllan sənə tez-tez sarılırmı, yanında yatırmı? " Deyə soruşur. "Bəli " deyə adam cavab verir. Vəziyyəti anlayan veterinar həkim davam edir : "Baxın ilanınız xəstə, filan deyil. O sizi yeməyə hazırlaşır, bu üzdən sizə tez-tez sarılaraq nə qədər böyüməsi gərəkdiyini ölçür. Və yemek yeməməsinin də səbəbi sizin üçün mədəsində yer açmaqdır"🐍
P.S. Ətrafınızdakı ilanları yaxşı tanıyın. Bir insan sizə həddindən artıq yaxın davranırsa, bu onun xoş niyyətli olduğunu göstərməz. Ayıq olun. Xəyanət daima qapıda ola bilər.

✅
https://t.me/Tarixinf0 🔔
👍42🤯11❤5😱5🤡5🤔3
🤓Maraqlı optik illüziya

🪅Neqativ çəkilmiş fotoda qadının burnunun üzərindəki 3 nöqtəyə 30 saniyə diqqətlə baxın, daha sonra başınızı qaldırın və gözünüzü bir neçə dəfə qırparaq tavana baxın. Qadının əsl (neqativ olmayan) görüntüsünü görəcəksiniz.

🌟🙋🏻‍♀️ @Tarixinf0
👍15🔥15👏6❤2❤‍🔥1😍1
Bir qütb ayısının dərisi qaradır və kürkləri ağ deyil, şəffafdır. Dilləri isə qara, bənövşəyi və mavi kimi görünə bilər.🐻
🔥11🤔10❤2👍2
Dünyada ən uzun müddət davam edən yağış Norveçin Berqen şəhərinə yağıb.

💡 Belə ki, buraya 1986-cı ildə 83 gün dayanmadan yağış yağıb. Şəhər hazırda da dünyanın ən çox yağış yağan yaşayış məntəqlərindən hesab edilir.
❤33😍11👍8🔥3🥰3