Tarix~Murad Əlili🔰
20.3K subscribers
426 photos
40 videos
191 files
104 links
📚 Abituriyentlər, müəllimlər və müdavimlər üçün tarix kanalı.
📖 Testlər • Konspektlər • Mövzu izahları • Metodik materiallar • MİQ və Sertifikasiya hazırlığı.
🎯 Məqsədimiz tarixi daha dərindən öyrənmək, öyrətmək və uğura birlikdə addımlamaqdır.
Download Telegram
Deməli, sizə danışım bu testdən.
2023-cü ilin may ayı idi. Ağlıma bu formada bir test hazırlamaq gəldi. Bir növ Venn-diaqramını xatırladan testə bir az çətinlik qatmaq istəmişdim. Boynumuza alaq ki, çətin də testdir. Həmin dövrdə tarixdə doğru-yalnış tipli nümunələr təzə-təzə istifadə olunmağa başlayırdı. Böyük səs-küyə də səbəb olmuşdu. Hətta bu testə görə izah videosu da çəkib paylaşmışdım. İndi baxıram test toplularında, sınaq imtahanlarında və bəzi müəllimlərin hazırladığı şəxsi sınaqlarda bunun sadə versiyası istifadə olunur. Hardasa görüblər😉😁.
Əlbəttə ki, bu ayıb bir şey deyil. Gör-götür dünyasıdır. Sadəcə yenilik adı ilə "sırımağa" çalışmaları qıraqdan bir az gülünc görsənir. Yəqin nə demək istədiyimi başa düşdünüz🤝
Sadəcə xatırlatma etmək istədim. Bu da qalsın burda.
👍13❤2
Sınaq qrupundakı nümunələrdən.
👏3🔥2😇1
Sınaq qrupundakı nümunələrdən.
👏4🏆1
❤2
MIQ_qiymətləndirmə-cərcivəsi_2026.pdf
1.1 MB
Xeyli əlavə olunmuş mövzular var
❤2
Əlavə olunmuş mövzular:
✅Fransa inqilabı , yəni Fransa bütöv (XVII-XX əsr)
✅Böyük Britaniya 1918-1945
✅İtaliya 1918-1945
✅İkinci dünya müharibəsindən sonra İraq və İraq türkmənləri
✅İkinci dünya müharibəsindən sonra Koreya

Çıxarılan mövzular:
✅Finikiya
✅Oğuz dövləti
👎5❤2😨2
Forwarded from Tarix~Murad Əlili🔰 (Murad Əlili)
🔊Hər il olduğu kimi bu il də MİQ və SERTFİKASİYAYA hazırlaşanlar üçün sınaq qrupumuza start veririk.
Qrupa daxildir:
✅60-dan çox ümumi sınaqlar
✅Heç yerdə görmədiyiniz cədvəl,diaqram, oxşar və fərqli xüsusiyyətləri özündə əks etdirən spesifik testlər.
✅Etalon cavablar və video izahlar
✅7/24 aktiv olan Whatsapp müzakirə qrupumuz.
✅Qeydiyyat ilin sonuna qədər davam edəcək.
✅Qrup dekabr ayından etibarən fəaliyyətə başlayacaqdır. Qoşulub mütləq şəkildə yararlana bilərsiniz.
✅Qrupa hamını nəzərə alaraq, çəkilən əziyyətlərin cüzi miqdarını ödəməklə qoşula bilərsiniz.

🔺Qeyd: Əlavə olaraq xüsusi mövzuların konspektləşdirilmiş pdfləri ilə də təmin olunacaqsınız. Yoxdur belə təklif. Qoşulmağa tələsin.

📲Əlavə məlumat və əlaqə üçün: @muradelili
👏3❤1👎1
Tarix~Murad Əlili🔰
🤔
Düzgün cavab: B variantı.
❤‍🔥5
https://youtu.be/byKguMrdTxY?si=wy5IHJGECvcnGPei

Keçən il sınaq qrupunda istifadə etdiyimiz sınaqdan nümunə. Bəzi testlərdə yüngülvari redaktələr olunub. Pdflə tanış olmaq istəyənlər əlaqə saxlaya bilər.
👍2
Bu gün biz Azərbaycan tarixinin ən şanlı, ən qürurlu səhifələrindən birini qeyd edirik – 8 Noyabr Zəfər Gününü!
2020-ci il noyabrın 8-də Azərbaycan ordusu Şuşa şəhərini işğaldan azad edərək, Vətən müharibəsində parlaq qələbə qazandı. Bu qələbə təkcə hərbi uğur deyil, həm də xalqımızın birliyinin, vətənpərvərliyinin və milli iradəsinin təntənəsidir.
Zəfər Günü Azərbaycan xalqının 30 illik həsrətinə son qoyduğu, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın xatirəsinə ehtiram günüdür. Biz bu gün qazilərimizə minnətdarlıqla, şəhidlərimizə isə dərin hörmət və sonsuz ehtiramla baş əyirik.
❤8🕊3
Hindistana yürüş etmiş türk hökmdarları içərisində göstərilə bilməz:
Anonymous Quiz
5%
A) Mihiraqul xan
6%
B) Əmir Teymur
9%
C) Nadir şah
72%
D) Çingiz xan
8%
E) Sultan Mahmud
👏5
Salam, axşamınız xeyir olsun kanal sakinlərimiz! 🙂

Dərslər ümid edirəm ki, yaxşıdır. Ciddi şəkildə imtahana hazırlaşmaq lazımdır. Keçən il demişdim, bu il də deyim ki, imtahan çox fərqli olacaq. Bu abituriyentlərə də aiddir, müəllimlərə də. Mən həmişə olduğu kimi yenə də sizlərə dəstək olmağa çalışacam. Müəyyən mənada həyatınıza müsbət toxunuşlar edəcəm. Bəziləri bunun fərqində olur, bəziləri isə yox. Önəmli olan həmin o toxunuşlardır.
Bu aralar başım biraz qarışıq olur. Amma bu kanalın öz dəst-xətti var. Onu pozmamağa çalışacam. Bu kanalın digər kanallardan da fərqi budur elə😌

🪧Xülasə , sizin üçün qəşəng konspekt paylaşacam. Həmişəki kimi Azərbaycanda belə bir konspekt yoxdur😉
Çox möhtəşəmdir. İşinizə də çox yarayacaq. Yanvardan sonra isə çoxlu quizlər, video izahlar və daha nələr-nələr. Odur ki, izləmədə qalın.

Allah zehin açıqlığı versin!
❤25🙏6⚡2🆒2