Tarix~Murad Əlili🔰
20.3K subscribers
426 photos
40 videos
191 files
104 links
📚 Abituriyentlər, müəllimlər və müdavimlər üçün tarix kanalı.
📖 Testlər • Konspektlər • Mövzu izahları • Metodik materiallar • MİQ və Sertifikasiya hazırlığı.
🎯 Məqsədimiz tarixi daha dərindən öyrənmək, öyrətmək və uğura birlikdə addımlamaqdır.
Download Telegram
👌3
🎅5
🔰Qrupun məqsədi MİQ və Sertfikasiyaya hazırlaşanlara dəstək olmaqdır. Testlər paylaşa və müzakirə edə bilərsiniz. Eyni zamanda sual-cavablar da mümkündür.

https://chat.whatsapp.com/KU4JUo3I4v5F1hLesjp8JM
Forwarded from Tarix~Murad Əlili🔰 (Murad Əlili)
Sınaq qrupumuzda paylaşdığımız testlərdən kiçik bir fraqment..
⚡3
Forwarded from Tarix~Murad Əlili🔰 (Murad Əlili)
Cavab:
Anonymous Quiz
9%
A
30%
B
27%
C
24%
D
10%
E
Güvən sınaq 5 blok tarix.pdf
5.7 MB
23.11.2025
Güvən sınağı
XI sinif
III qrup A variantı
👍2🔥2
👍3😇3
✅Yanvar qruplarına qeydiyyat başlamışdır.
✅ Ətraflı məlumat üçün şəxsidə yaza bilərsiniz.
❤3👍1
🪧"Qara ölüm" epidemiyası.

1346-cı ildə monqollar Krımdakı Kaffa şəhərinə hücum etmişdilər.
Aylarla davam edən mühasirə boyunca düşərgənin içində ağır bir vəba epidemiyası baş qaldırdı.Monqol ordusu yüzlərlə əsgərini itirdi və mühasirəni qaldırmaq üzrə idi.
Lakin Monqol komandanı tarixdə daha əvvəl görünməmiş bir üsula əl atdı:
Vəbadan ölən əsgərlərinin cəsədlərini mancanaqla şəhərin içinə atdırdı. Bu hadisə bir çox tarixçi tərəfindən
“tarixin bilinən ilk bioloji müharibəsi” kimi qəbul edilir.

Kaffa əhalisi və genuyalı tacirlər arasında vəba tez bir zamanda yayıldı.Sağ qalmaq istəyənlər limandan sürətlə gəmilərə minib qaçdılar.
Ancaq bilmədikləri bir şey var idi:
Xəstəliyi daşıyan gənələr və siçanlar artıq çoxdan gəmilərin anbarlarına yerləşmişdi.Bu gəmilər 1347-ci ildən etibarən Aralıq dənizinin böyük limanlarına çatdı:
Messina, Genuya, Venesiya, Marsel…

Hər limanda eyni nəticə ortaya çıxdı:
Cəmi bir neçə gün içində yüksək hərarət, şişmiş limfa düyünləri və kütləvi ölümlər…
Avropaya yayılan “Qara Ölüm” belə başladı.

1347–1351-ci illər arasında Avropa əhalisinin təxminən üçdə biri həyatını itirdi.
Kaffadakı Monqol hücumunda mancanaqdan atılan bir neçə cəsəd
dünya tarixinin ən böyük fəlakətlərindən birini alovlandırdı.
👍7🤯5✍3❤2
🪧Çingiz xanın qısası..

1221-ci ildə Monqol İmperiyasının şərq hissəsində elə bir hadisə baş verdi ki, bütün Orta Asiyanın taleyi dəyişdi.
Çingiz xanın orduları Əfqanıstanın dağlıq bölgələrində irəlilədikcə, qarşılarına möhkəm qala divarlarına sahib bir şəhər çıxırdı: Bamyan.
Bu şəhər adi bir hədəf deyildi.Çünki burada baş verən tək bir ölüm tarixin ən sərt əmrlərindən birinə çevriləcəkdi.

Monqol ordusu şəhəri mühasirəyə alarkən, oxçuların atdığı bir ox Çingiz xanın ən çox sevdiyi nəvəsi Mutukanı öldürdü.
Mutukan sadəcə bir sərkərdə deyildi; o, Çingiz xanın gələcəyə miras qoyduğu nəsilin təmsilçisi idi. Məhz həmin anda Çingiz xanın içindəki qasırğa qopdu.
Normalda monqollar işğal etdikləri şəhərlərdə alimləri, sənətkarları, ustaları və savadlı insanları bağışlayıb öz nizamlarına daxil edirdilər.
Amma Bamyanda heç bir qayda işləməyəcəkdi.
Heç bir mərhəmət göstərilməyəcəkdi.
Heç kimə fərq qoyulmayacaqdı.

Çingiz xanın ordularına verdiyi əmri tarix belə qeyd etdi:
“Bamyanda nəfəs alan heç nə sağ qalmayacaq.”

Və qiyamət belə başladı.

Monqol qoşunları şəhərə girərkən qapılar sındırıldı, divarlar çökdü.
Qılınclar təkcə döyüşçülərə yox, qadınlara, qocalara, uşaqlara, hətta yeni doğulmuş körpələrə də aman vermədi. Evlər yandırıldı.Tarlalar külə döndü.Məhəllələr toza çevrildi.

Amma ən dəhşətlisi tarixçilərin qeyd etdiyi o kiçik, lakin sarsıdıcı detal idi: Monqollar Bamyanda pişikləri, itləri, inəkləri, hətta qarışqa və böcəkləri belə öldürdülər. Yerdə tərpənən hər canlı ölüm əmrinin içində idi.
Bu sadəcə bir şəhər qırğını deyildi;
Çingiz xanın şəxsi yasının savaş meydanına əks olunması idi.
Bamyanın adı o gündən sonra monqol qeydlərində “Mao Baligh” kimi yazıldı:
“Ölüm Şəhəri.”

İllər boyunca bu torpaqlarda doğru-dürüst həyat olmadı.
Xalq şəhəri tərk etdi, tarlalar əkilmədi, küçələr səssizləşdi.

Çingiz xanın mesajı dünyaya belə çatdı:
“Xan soyuna toxunsan, təkcə bir şəhər deyil, bir millətin taleyi yox olar.”

Tarix kitabları Bamyan hadisəsini sadəcə bir mühasirə kimi deyil,
qisas mərasimi kimi yazır.
❤7😨6🏆5
😇2
Güvən Sınaq 6 sinif X blok II Tarix-Sənan Qurbanov.pdf
1.2 MB
Güvən Sınaq-6
X sinif Tarix
II qrup A variantı
❤2