Tarix~Murad Əlili🔰
20.3K subscribers
426 photos
40 videos
191 files
104 links
📚 Abituriyentlər, müəllimlər və müdavimlər üçün tarix kanalı.
📖 Testlər • Konspektlər • Mövzu izahları • Metodik materiallar • MİQ və Sertifikasiya hazırlığı.
🎯 Məqsədimiz tarixi daha dərindən öyrənmək, öyrətmək və uğura birlikdə addımlamaqdır.
Download Telegram
Sema Aliyeva Arti Sertifikasiya sualları.pdf
4.9 MB
3 iyun -ARTİ Sertfikasiya
Tarix
❤2
Tarix-Azərbaycan-bolməsi.pdf
463.7 KB
✅3 iyun Tarix fənni üzrə Sertfikasiya sınaq imtahanı
❤2
Sınaq testlərimizdən daha bir nümunə

Cavabınız nə olardı?
👍5❤1👏1
Cavabınız👇🏻
👏4❤2✍1🙏1
📌 Dəstək olmaq çətindir, köstək olmaq isə çox asan...

İmtahan dövründə müəllimlərin bir-birinə dəstək olması çox qiymətlidir. Test paylaşan, konspekt hazırlayan, izah edən insanlar əslində yalnız material paylaşmırlar — həm də motivasiya verirlər. Bu cür əməkdaşlıq ümumi mühitə müsbət təsir edir və bir çox müəllimin yükünü azaldır.

Tənqid isə normaldır, amma konstruktiv olanda faydalıdır. Sadəcə hər işi bəyənməmək, daim nöqsan axtarmaq və özü heç bir töhfə verməmək mühiti yorur. Xüsusilə stresli imtahan dönəmində insanların daha çox anlayışa və dəstəyə ehtiyacı olur.

Bir şeyi də unutmaq olmaz: heç kim ideal material hazırlamır. Səhv də ola bilər, çatışmazlıq da. Amma əsas məsələ niyyətdir və ortaya əmək qoymaqdır. Kənardan yalnız irad bildirmək asandır, faydalı olmaq isə zəhmət tələb edir.

Belə vəziyyətlərdə ən doğru mövqe:

“Bəyənmirsənsə, daha yaxşısını paylaş. Tənqid edirsənsə, həll yolu da göstər.”

Çünki inkişaf rəqabətlə yox, sağlam əməkdaşlıqla olur.

Müəllimlər üçün bu çətin dövrdə əlindən gələni əsirgəməyən müəllimlər, hər birinizə təşəkkürümü bildirirəm.
❤9👏8
📢 Hörmətli müəllimlər!

Sertifikasiya imtahanına hazırlıq məqsədilə özünüzü yoxlamağınız üçün növbəti sınaq materialını PDF formatında sizlərə təqdim edəcəyəm.

Bu material vasitəsilə biliklərinizi qiymətləndirə, mövzular üzrə hazırlıq səviyyənizi müəyyən edə və çatışmazlıqlarınızı aşkarlaya bilərsiniz.

Ümid edirəm ki, imtahana hazırlıq prosesinizdə faydalı olacaq.

Hər birinizə uğurlar arzulayıram! 📚

Tarix müəllimi: Murad Əlili
🙏2
https://chat.whatsapp.com/KU4JUo3I4v5F1hLesjp8JM?s=cl&p=i&mlu=0

Whatsapp qrupumuza keçid edərək sınaqla tanış ola bilərsiniz.
ÜSİ-27 (MURAD ƏLİLİ).pdf
699.5 KB
Qaranlıq qalan məqam və ya səhv sual olarsa, zəhmət olmasa, yazın müzakirə edək. Sertfikasiyaya hazırlaşan müəllimlər üçün sonuncu dəstək məqsədilə paylaşdığım sınaqdır.

Uğurlar, arzulayıram !
👏4🙏3❤2
Əziz müəllimlər, sertifikasiya öncəsi öz fikirlərimi sizinlə bölüşmək istəyirəm. Məlum məsələdir ki, hamımız imtahanın necə olacağı ilə bağlı narahatlıq keçiririk.Bu imtahan sizin müəllimlik dəyərinizi müəyyən etmir. O, sadəcə müəyyən bilik və bacarıqları ölçən bir qiymətləndirmə vasitəsidir. İllərlə qazandığınız təcrübə bir neçə saatlıq imtahandan daha qiymətlidir. Sinifdə formalaşdırdığınız həyatlara təsir heç bir bal ilə ölçülə bilməz. Narahatlıq zəiflik deyil. Əksinə, məsuliyyət hissinin və işinizə verdiyiniz önəmin göstəricisidir. Mükəmməl olmağa çalışmayın, hazırlıqlı olmağa çalışın. Hər şeyi bilmək mümkün deyil, amma bildiklərinizi doğru tətbiq etmək mümkündür. Özünüzü başqaları ilə müqayisə etməyin. Hər müəllimin hazırlıq yolu, təcrübəsi və imkanları fərqlidir. Bu günə qədər yüzlərlə şagirdə uğur qazanmağı öyrətmisiniz. İndi həmin tövsiyələri özünüzə tətbiq etməyin vaxtıdır. Bir sualın cavabını bilməmək uğursuzluq deyil. Əsas olan ümumi nəticə və göstərilən səydir. İmtahana qədər gördüyünüz hər kiçik hazırlıq işi nəticənizə təsir edir. Heç bir zəhmət itmir.

Hər birinizə bol-bol uğur və müvəffəqiyyətlər arzulayıram... Allah hər birimizin əməyini hədər etməsin.
🙏17❤8👏5🤗1
Bugünkü imtahanda uğur qazanan hər bir müəllimi təbrik edirəm.
Nəticəm: 50/50 ixtisas, 10/4 kurikulum. Ümumi 60 baldan 54 bal🤝

Kurikulum suallarını tərtib edən müəllimlərdə istisnasız ki, insaf problemi var. Bu qədər haqsızlıq olmaz. Tarixçilərə qarşı xüsusi ayrı-seçkilik tətbiq olundu.
👏19👍6❤4❤‍🔥2⚡1
Adətən nəticə paylaşmağı sevən insan deyiləm. Çünki hər uğurun arxasında ilk növbədə həmin insanın zəhməti dayanır. Amma bu dəfə məsələ bir qədər fərqlidir. Sertifikasiya imtahanı tarix müəllimləri üçün sadəcə bir imtahan deyildi. Bu, həm peşəkarlığın, həm iradənin, həm də özünəinamın sınağı idi. Aylarla davam edən gərgin hazırlıq, stress, narahatlıq və böyük məsuliyyət hissi…
Yüksək nəticə göstərən müəllimlərimiz həmin sınaqdan üzüağ çıxdılar. Onlar öz biliklərini, zəhmətlərini və peşələrinə olan sevgilərini bir daha sübut etdilər. Mən də bu yolda birgə çalışdığımız müəllimlərin uğuruna görə sevinir, hər birini ürəkdən təbrik edirəm. Bu nəticələr sadəcə ballar deyil, əzmkarlığın və zəhmətin qələbəsidir.

Dərs və sınaq qrupunda fəaliyyət göstərən müəllimlərimizin bir hissəsi:

1. Mahmudova Aytac – 58 bal
2. Zeynalova Nurlana – 57 bal
3. İbrahimova Aytən – 56 bal
4. Etibar Həsənov – 56 bal
5. Musayeva Sübhanə – 56 bal
6. Pərvanə Məmmədova – 56 bal
7. Günay Quliyeva – 55 bal
8. Göyüşova Sevinc – 55 bal
9. Həşimova Günay – 55 bal
10. Sadiq Rzayev – 55 bal
11. Könül Əliyeva – 54 bal
12. Elgün Qarayeva – 54 bal
13. Əfsanə Bünyadzadə – 54 bal
14. Gülvin Babayeva – 53 bal
15. Könül Mehtiyeva – 53 bal
16. Çinarə Qurbanova – 52 bal
17. Vəliyeva Sədaqət – 52 bal
18. Səbinə Tağıyeva – 52 bal
19. Məmmədova Aynurə – 52 bal
20. Ötkəm Bağırov – 52 bal
21. Abdullayeva Gülzar – 51 bal
22. Nurəliyeva Aytən – 50 bal
23. Fəridə Əhmədova – 49 bal
24. Günay Osmanova – 48 bal
25. Əliyeva Gülər – 46 bal
26. Nuranə Bədirova – 44 bal
👏9❤5
Forwarded from Xaqani Tarix
Tarix Sertifikasiya - 2026 sualları (Xəqani Bəylərli).pdf
1.3 MB
✅ Tarix sertifikasiya imtahanı - 2026 sualları

❗️Əlavələriniz və ya yanlışlıqlar olduğu halda bildirin düzəldək.

📲 Telegram kanalı: https://t.me/XaqaniTarix
🫡1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1
✅Tarix fənnindən sertifikatlaşdırmaya cəlb olunan 5571 müəllimdən 1377 nəfəri kəsilib.
😨4
Girib baxa bilərsiniz.
Hər kəsə xeyirli-uğurlu olsun !
❤3🙏2👍1