Tarix~Murad Əlili🔰
20.3K subscribers
426 photos
40 videos
191 files
104 links
📚 Abituriyentlər, müəllimlər və müdavimlər üçün tarix kanalı.
📖 Testlər • Konspektlər • Mövzu izahları • Metodik materiallar • MİQ və Sertifikasiya hazırlığı.
🎯 Məqsədimiz tarixi daha dərindən öyrənmək, öyrətmək və uğura birlikdə addımlamaqdır.
Download Telegram
✅III qrup situasiya: ABŞ, İstiqlaliyyət müharibəsi.
✅II qrup situasiya: Səfəvi son dövrlər, Muğan qurultayı, Nadir.
❤5
05.07.2026 Blok İmtahanı 3-cü qrup Bütün Fənlər.pdf
6.9 MB
05.07.2026 DİM Blok İmtahanı 3-cü qrup Bütün Fənlər
✅06 iyul 2026-cı il saat 15:00-dan 09 iyul 2026-cı il saat 15:00-dək Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktiv olacaq.
Xeyirli-uğurlu olsun hər kəsə
📚 Əziz tarix müəllimləri!

Sabah MİQ imtahanıdır. Özünüzə inanın, həyəcanı deyil, biliyinizi önə çıxarın. Hər sualı diqqətlə oxuyun və tələsmədən cavablandırın. Aylarla çəkdiyiniz zəhmətin bəhrəsini almaq vaxtıdır. Allah hər birinizin zəhmətini yerdə qoymasın!

Hamınıza yüksək nəticələr və uğurlar arzulayıram! 🤲
❤14👍4
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
MİQ balım 88.75.

Tarix orta-çətin idi, metodika isə sertifikasiyadan da çətin, uzun, yorucu hətta bezdirici idi..
👍5👏4
🙏4❤1
"Uğurlu olmaq başqadır, başqasının əməyinə göz dikərək uğurlu olmaq başqa"

Son illər maraqlı bir mənzərə ilə qarşılaşıram. Bəziləri uğur qazanmaq üçün illərlə oxuyur, araşdırır, təcrübə toplayır, səhvlərindən nəticə çıxarır. Bəziləri isə bütün bunların qısa yolunu tapdıqlarını düşünürlər. Nədir o? Başqasının əməyinə sahib çıxmaq və ya çıxdığını zənn etmək. Mən heç vaxt uğuru təkcə nəticə ilə ölçməmişəm. Mənim üçün uğurun ən vacib tərəfi ona hansı yolla çatmağımdır. Çünki insanı böyüdən əldə etdiyi nəticə yox, o nəticəyə aparan zəhmətdir.
Bu gün sosial şəbəkələrdə elə bir mənzərə yaranıb ki, sanki hər kəs uğurludur. Amma bir az diqqətlə baxanda görürsən ki, həmin uğurun arxasında çox vaxt başqasının zəhməti dayanır. Kimisi başqasının hazırladığı materialı özününkü kimi təqdim edir, kimisi başqasının ideyasını mənimsəyir, kimisi isə başqasının əziyyəti hesabına özünə nüfuz qazandırmağa çalışır. Ad dəyişir, üz dəyişir, amma əməyin sahibi dəyişmir. Mən belə “uğur”a heyran olmuram. Çünki bilirəm ki, alqış almaqla hörmət qazanmaq eyni şey deyil. Alqış bir anlıqdır, hörmət isə illərlə qazanılır. Hörmət yalnız zəhmətin, dürüstlüyün və peşəkarlığın bəhrəsidir. Ən qəribəsi isə odur ki, başqasının əməyindən istifadə edənlər bunu bacarıq hesab edirlər. Halbuki başqasının qurduğu pilləkənlə yuxarı qalxmaq zirvəyə çatmaq demək deyil. Zirvənin həqiqi sahibi onu öz əlləri ilə inşa edən insandır.
Vaxt hər şeyi öz yerinə qoyur. Saxta uğur səs-küy yarada bilər, amma qalıcı olmur. Əsl zəhmət isə bəzən gec görünür, amma heç vaxt itib getmir.
Mənim üçün dəyişməyən bir həqiqət var: uğurlu olmaq böyük dəyərdir. Amma başqasının əməyinə göz dikərək uğurlu görünmək nə qələbədir, nə də fəxr ediləcək bir yol. Çünki insanın ən böyük vizit kartı adı deyil, vicdanıdır.
👏11❤‍🔥7⚡2❤1
Sertfikasiya apellyasiya nəticələri şəxsi səhifələrə göndərilib. Hər kəsə 1 və ya 2 bal əlavə edilib.
👍3
Portal çöküb.. Səbirli olun. 2 sual müəllimlərin xeyirinə hesablanıb👏🏻👏🏻👏🏻
Maraqlıdır bəzilərinə 1 bal , bəzilərinə isə 2 bal əlavə edilib. Mən hələ daxil ola bilmirəm..
❤3
Sistemə girə bilənlər baxdılar mı hansı suallara bal verilib?
1 bal da mənə əlavə edilib... Gözlədiyim kimi
⚡8👏2
✅Yeni tədris ili üçün qeydiyyat davam edir.
👏2