ChatGPT süni intellektlə qarşılıqlı əlaqə üçün universal interfeys hesab olunur və hətta ən introvert istifadəçilər belə onda canlı ünsiyyətə alternativ tapıblar. OpenAI-nin daxili statistikasına görə, ChatGPT-dən həftəlik istifadə edənlərin 100 minlərlə nəfəri psixi pozğunluq əlamətləri göstərir, 1 milyondan çox insan isə intihar barədə düşünür. Ümumilikdə, OpenAI rəhbərliyinin məlumatına əsasən, startapın xidmətlərindən hər həftə təxminən 800 milyon insan, yəni Yer əhalisinin təxminən 10%-i istifadə edir. Şirkət aktiv istifadəçilərdə müşahidə olunan narahatedici halların statistikasını açıqlayıb. Bu hallar psixi pozğunluq əlamətləri, çat-bota qarşı həddindən artıq asılılıq və intihar düşüncələrini əhatə edir. Məsələn, ChatGPT-nin həftəlik auditoriyasının 0.07%-i müxtəlif növ psixoz və maniya əlamətləri göstərir, 0.15%-i intihar meyillərinə malikdir.
https://technote.az/proqram-teminati/100-minlerle-chatgpt-istifadecisi-her-hefte-psixi-pozgunluq-elametleri-sergileyir
https://technote.az/proqram-teminati/100-minlerle-chatgpt-istifadecisi-her-hefte-psixi-pozgunluq-elametleri-sergileyir
😱1
Səhmlərin qiyməti 5.2% artaraq 211.47$-a yüksəlib, bu da NVIDIA-nın bu mərhələni keçməsinə imkan verib. Şirkətin bazar dəyərinin 4 trilyon dolları aşmasından cəmi 4 ay keçib. NVIDIA-nın bazar dəyəri Nokia, Samsung, Hyundai Motor və digər şirkətlərlə imzalanmış sazişlərin elanından sonra kəskin şəkildə artıb. Süni intellektin dünya iqtisadiyyatında inqilabi dəyişikliklərə səbəb olacağına dair optimizmlə idarə olunan bazarda NVIDIA xüsusi yer tutur. Bu il şirkətin səhmlərinin 50% bahalaşması S&P 500 indeksinin 17% artımının təxminən 1/5-ni təmin edib. Hazırda növbəti ən iri şirkətlər Microsoft və Apple hesab olunur, onların kapitallaşması təxminən 4 trilyon dollar təşkil edir. “Bir neçə il əvvəl 5 trilyon dollarlıq bazar dəyəri təsəvvüredilməz olardı. Bazar şübhəsiz ki, süni intellekt transformasiyası ideyasına böyük ümidlər bəsləyir” - deyə Truist Advisory Services-in investisiya direktoru Keith Lerner bildirib.
https://technote.az/tech-biznes/nvidia-bazar-deyeri-5-trilyon-dollara-catmis-ilk-sirket-oldu
https://technote.az/tech-biznes/nvidia-bazar-deyeri-5-trilyon-dollara-catmis-ilk-sirket-oldu
Ötən il Google axtarış sistemində süni intellekt tərəfindən yaradılan icmal funksiyasını istifadəyə verdi - ilk mərhələdə o qədər də uğurlu olmayan bu təcrübə göstərdi ki, bu xidmətin nəticələri onilliklərdir istifadəçilərə təqdim edilən ənənəvi keçidli axtarış nəticələrindən xeyli fərqlənir. Alimlərin müəyyən etdiklərinə görə, süni intellekt əsaslı axtarış sistemləri ümumiyyətlə daha az məşhur saytlara və mənbələrə istinad etməyə meyllidirlər - yəni elə saytlara ki, onlar Google-un orqanik axtarış nəticələrinin ilk yüzlüyünə belə düşməzdi. Almaniyalı tədqiqatçılar ənənəvi Google axtarışının nəticələrini onun AI Overview funksiyası və Gemini-2.5-Flash çat-botunun cavabları ilə müqayisə ediblər. Əlavə mənbə kimi onlar OpenAI GPT-4o axtarış xidmətini və həmin modelin xüsusi rejimini də istifadə ediblər.
https://technote.az/suni-zeka-ve-elm/suni-intellekt-esasli-axtaris-sistemleri-meshur-olmayan-menbelere-daha-cox-ustunluk-verirler
https://technote.az/suni-zeka-ve-elm/suni-intellekt-esasli-axtaris-sistemleri-meshur-olmayan-menbelere-daha-cox-ustunluk-verirler
👀2
OpenAI şirkəti dərin öyrənmə sistemlərinin sürətli inkişafı barədə bəyan edib. Şirkətin məlumatına görə, bu sistemlər 2026-cı ilin sentyabrına qədər tədqiqatçı-təcrübəçi səviyyəsində elmi araşdırma funksiyalarını yerinə yetirə biləcək, 2028-ci ilə qədər isə tamamilə müstəqil “süni intellekt tədqiqatçısı” səviyyəsinə çatmaq mümkündür. Bu barədə şirkətin baş direktoru Sam Altman açıqlama verib. Ambisiyalı vaxt çərçivəsi OpenAI-nin qeyri-kommersiya strukturundan “ictimai fayda şirkəti” (public benefit corporation) statusuna keçidini başa vurduğu gün elan edilib. Bu restrukturizasiya OpenAI-ni əvvəlki nizamnamə məhdudiyyətlərindən azad edir və kapital cəlb etmək üçün yeni imkanlar açır.
https://technote.az/suni-zeka-ve-elm/openai-2028-ci-ile-qeder-suni-intellekt-tedqiqatcisini-yaratmagi-planlasdirir
https://technote.az/suni-zeka-ve-elm/openai-2028-ci-ile-qeder-suni-intellekt-tedqiqatcisini-yaratmagi-planlasdirir
Bu model rekord göstəriciyə malik 8300 mAh silikon-karbon batareyası ilə təchiz edilmiş möhkəm cihazdır.
HONOR X9d qabaqcıl texnologiyaları, gücləndirilmiş korpusu, yüksək qoruma sistemi və gündəlik istifadə üçün ağıllı funksiyaları özündə birləşdirir.
https://technote.az/mobil-cihazlar/8300-mah-batareyaya-malik-sarsilmaz-honor-x9d-artiq-satisdadir
HONOR X9d qabaqcıl texnologiyaları, gücləndirilmiş korpusu, yüksək qoruma sistemi və gündəlik istifadə üçün ağıllı funksiyaları özündə birləşdirir.
https://technote.az/mobil-cihazlar/8300-mah-batareyaya-malik-sarsilmaz-honor-x9d-artiq-satisdadir
👍1
Çində Milli İnkişaf və İslahat Komissiyası xəbərdarlıq edib ki, yüzlərlə şirkət eyni tip, real faydası olmayan humanoid robotlar istehsal edir və bu, innovasiya əvəzinə boş qabartma effekti yaradır.
📰 Xəbəri daha ətraflı oxu.
📰 Xəbəri daha ətraflı oxu.
❤3
Apple-ın AI rəhbəri Con Ciannandrea vəzifəsindən ayrılır. Dəyişikliyin səbəblərindən biri kimi Apple-ın uzun müddətdir problemlərlə üzləşən Siri-nin yenilənmiş AI versiyasını gecikdirməsi göstərilir.
📰 Xəbəri daha ətraflı oxu.
📰 Xəbəri daha ətraflı oxu.
👍1
Samsung nəhayət ki, uzun müddətdir gözlənilən üçqat qatlana bilən smartfonunu — Galaxy Z Trifold-u rəsmi olaraq təqdim etdi. Şirkətin 1 dekabr 2025-ci il açıqlamasına görə, yeni model ilk olaraq 12 dekabrda Cənubi Koreyada satışa çıxacaq.
📰 Xəbəri daha ətraflı oxu.
📰 Xəbəri daha ətraflı oxu.
👏3
Google istifadəçiləri daha dərindən tanıyan və daha individual cavablar təqdim edən yeni AI sistemi üzərində işləyir. Şirkət Gmail, Drive, Photos kimi xidmətlərdən topladığı məlumatları AI modellərinə inteqrasiya edərək nəticələri daha şəxsi hala gətirməyi planlaşdırır.
📰 Xəbəri daha ətraflı oxu.
📰 Xəbəri daha ətraflı oxu.
👏4
Instagram 2026-cı ildən tam ofis rejiminə keçəcəyini açıqlayıb. Adam Mosserinin sözlərinə görə, ABŞ-də çalışan bütün əməkdaşlar 2 fevraldan etibarən hər gün ofisdə olmalıdır. Şirkət yalnız məcburi hallarda məsafədən işləməyə qısamüddətli icazələr verəcək.
📰 Xəbəri daha ətraflı oxu.
📰 Xəbəri daha ətraflı oxu.
❤1👍1
Sam Altman OpenAI-da fövqəladə “code red” rejimi elan edib və şirkətin bir çox yan layihələri dayandırılır. Bütün diqqət ChatGPT-nin daha sürətli, stabil və fərdiləşdirilməsi istiqamətinə yönəlib.
📰 Xəbəri daha ətraflı oxu.
📰 Xəbəri daha ətraflı oxu.
👍4
Google Android 16-nı rəsmi olaraq təqdim edərək AI tərəfindən yaradılan qısa mesaj xülasələri, daha ağıllı bildiriş idarəetməsi və yeni təhlükəsizlik funksiyalarını istifadəyə verdi. Şirkət həmçinin illik yeniləmə modelindən imtina edərək daha çevik yeniləmə strategiyasına keçir.
📰 Xəbəri daha ətraflı oxu.
📰 Xəbəri daha ətraflı oxu.
👍1👏1
İrlandiya TikTok və LinkedIn-in qanunsuz məzmunun bildirilməsi sisteminin DSA tələblərini pozub-pozmadığını araşdırmaq üçün rəsmi istintaqa başlayıb. İlkin təhlilə əsasən, hər iki platformada istifadəçini səhv istiqamətləndirə biləcək interfeys elementləri mövcuddur.
📰 Xəbəri daha ətraflı oxu.
📰 Xəbəri daha ətraflı oxu.
Apple Music “Replay 2025” funksiyasını istifadəyə verib və istifadəçilər artıq illik musiqi statistikasını “Home” bölməsindən görə bilirlər. Xüsusilə maraqlı məqam ondan ibarətdir ki, Replay bu dəfə ilin bitməsini gözləmədən aktiv edilib və nəticələr real vaxtda yenilənir.
📰 Xəbəri daha ətraflı oxu.
📰 Xəbəri daha ətraflı oxu.
OpenAI ChatGPT-də mövzudan kənar tətbiq təklifləri səbəbilə istifadəçilərin ciddi tənqidi ilə qarşılaşıb. Həmçinin, Pro Plan istifadəçiləri arasında da Peloton tətbiqinin əlaqəsiz şəkildə tövsiyə edilməsi narazılıqları artırıb. Şirkət bunun test mərhələsində olan avtomatik tətbiq tövsiyəsi funksiyası olduğunu bildirib.
📰 Xəbəri daha ətraflı oxu.
📰 Xəbəri daha ətraflı oxu.
Amazon re:Invent konfransında kod idarəetməsi, DevOps və təhlükəsizlik yoxlamalarını insan nəzarəti olmadan avtomatik yerinə yetirə bilən yeni frontier AI agentlərini açıqlayıb. Kiro, AWS Security Agent və AWS DevOps Agent kimi yeni alətlər proqramçıların iş yükünü ciddi şəkildə azaltmağı hədəfləyir. Şirkət bu agentlərin saatlarla və hətta günlərlə fasiləsiz işləyə bildiyini bildirir.
📰 Xəbəri daha ətraflı oxu.
📰 Xəbəri daha ətraflı oxu.
Waymo Filadelfiyada təhlükəsizlik sürücüsünün müşayiəti ilə avtonom taksi sınaqlarına start verib və yeni şəhərlərdə məlumat toplamağa hazırlaşır. Şirkət kommersiya xidmətinin nə vaxt işə düşəcəyini açıqlamasa da, 2026-cı ilin sonuna qədər həftəlik 1 milyon sərnişin daşımağı planlaşdırır.
📰 Xəbəri daha ətraflı oxu.
📰 Xəbəri daha ətraflı oxu.
Gemini AI dəstəyi ilə Google Photos-un 2025 Recap funksiyası artıq bütün istifadəçilər üçün əlçatandır. Gemini AI şəkillərin kontekstini anlayaraq ən önəmli anları seçir, CapCut inteqrasiyası isə paylaşımı daha da asanlaşdırır.
📰 Xəbəri daha ətraflı oxu.
📰 Xəbəri daha ətraflı oxu.
Yer orbitində sürətlə artan peyklər Hubble və digər teleskopların çəkdiyi görüntülərə ciddi ziyan vurur. “Nature” jurnalında dərc olunan araşdırma peyk izlərinin növbəti on ildə kosmik müşahidələrin 40–96%-ni korlayacağını göstərir. Bu, həm asteroidləri aşkarlamağı, həm də yeni planetlərin kəşfini xeyli çətinləşdirir.
📰 Xəbəri daha ətraflı oxu.
📰 Xəbəri daha ətraflı oxu.