“vivo” 200 MP əsas kameraya malik “X Fold6” qatlanan smartfonunu Hindistanda təqdim edib. Model 8,02 düymlük əsas və 6,51 düymlük xarici 120 Hz AMOLED ekran, “Dimensity 9500 Super” prosessoru, 12 GB RAM və 512 GB yaddaşla təchiz olunub.
Ətraflı: https://technote.az/mobil-cihazlar/vivo-200-mp-kamerali-x-fold6-qatlanan-telefonunu-hindistanda-teqdim-etdi
Ətraflı: https://technote.az/mobil-cihazlar/vivo-200-mp-kamerali-x-fold6-qatlanan-telefonunu-hindistanda-teqdim-etdi
“Google” “Pixel Buds 2a” və “Pixel Buds Pro 2” qulaqlıqları üçün yeni funksiyalar təqdim edir. Yeniləmədən sonra qulaqlıqlar “Pixel Watch” vasitəsilə istifadəçinin yuxuya getdiyini müəyyənləşdirərək musiqini avtomatik dayandıracaq, bildirişləri və toxunma idarəetməsini söndürəcək.
Ətraflı: https://technote.az/mobil-cihazlar/google-pixel-buds-2a-ve-pro-2-qulaqliqlarini-yeni-funksiyalarla-yenileyir
Ətraflı: https://technote.az/mobil-cihazlar/google-pixel-buds-2a-ve-pro-2-qulaqliqlarini-yeni-funksiyalarla-yenileyir
👏4
“OpenAI” ChatGPT üçün “Intelligent UI” adlı yeni vizual interfeys təqdim edib. “GPT-6” ilə işləyən sistem artıq mətn cavabları ilə yanaşı, interaktiv qrafiklər, diaqramlar, kalkulyatorlar və xəritələr də yarada bilir. İstifadəçilər bu elementlərdə göstəriciləri dəyişərək nəticələri real vaxtda görə bilirlər.
Ətraflı: https://technote.az/suni-zeka-ve-elm/openai-chatgpt-ucun-qrafik-ve-kalkulyatorlar-yaradan-interfeys-teqdim-etdi
Ətraflı: https://technote.az/suni-zeka-ve-elm/openai-chatgpt-ucun-qrafik-ve-kalkulyatorlar-yaradan-interfeys-teqdim-etdi
👍2👏2
“Microsoft” süni intellekt proqramçıları üçün hazırladığı “Surface RTX Spark Dev Box” kompüterini 5999 dollara (təxminən 10 200 manat) ön sifarişə açıb. 128 GB yaddaşa malik kompüter 120 milyarddan çox parametrli süni intellekt modellərini internetə və bulud xidmətlərinə ehtiyac olmadan birbaşa cihazda işlədə bilir.
Ətraflı: https://technote.az/mobil-cihazlar/microsoft-texminen-10-200-manatliq-ai-komputerini-on-sifarise-acdi
Ətraflı: https://technote.az/mobil-cihazlar/microsoft-texminen-10-200-manatliq-ai-komputerini-on-sifarise-acdi
🔥1
ABŞ-li proqramçı Brandon Thomas “Claude Opus 5.5” süni intellekt modelinin köməyi ilə “Adobe” proqramlarına pulsuz alternativ hazırlayıb. “Artcraft” adlı açıq mənbəli paketə “Photoshop”, “Premiere”, “Illustrator”, “Lightroom” və digər məşhur “Adobe” tətbiqlərini əvəz etməyi hədəfləyən 7 proqram daxildir.
Ətraflı: https://technote.az/proqram-teminati/proqramci-adobe-proqramlarina-pulsuz-ve-aciq-menbeli-alternativ-hazirlayib
Ətraflı: https://technote.az/proqram-teminati/proqramci-adobe-proqramlarina-pulsuz-ve-aciq-menbeli-alternativ-hazirlayib
❤2🔥1
“Amazon” 15 ildən sonra “Fire” planşetlərindən imtina edərək yeni “Alexa Tablet” seriyasını təqdim edib. Seriyaya qiyməti təxminən 390 manatdan başlayan 3 model daxildir. Yeni planşetlər tam “Android” sistemi və “Google Play” dəstəyi ilə gəlir. Əsas yenilik isə “Alexa+” süni intellekt köməkçisidir.
Ətraflı: https://technote.az/mobil-cihazlar/amazon-15-ilden-sonra-fire-evezine-alexa-plansetlerini-teqdim-etdi
Ətraflı: https://technote.az/mobil-cihazlar/amazon-15-ilden-sonra-fire-evezine-alexa-plansetlerini-teqdim-etdi
👍2
“Google” süni intellektlə yaradılan və ya dəyişdirilən foto, video və səsləri yoxlamaq üçün “SynthID Detector” alətini hamının istifadəsinə açıb. İstifadəçilər faylları sistemə yükləyərək onlarda gözlə görünməyən “SynthID” rəqəmsal nişanının olub-olmadığını müəyyən edə bilərlər. Alət “Google”, “OpenAI”, “Nvidia” və digər şirkətlərin dəstəklənən AI alətləri ilə hazırlanmış məzmunları tanıya bilir.
Ətraflı: https://technote.az/suni-zeka-ve-elm/google-ai-ile-hazirlanan-foto-video-ve-sesleri-yoxlayan-aleti-hamiya-acdi
Ətraflı: https://technote.az/suni-zeka-ve-elm/google-ai-ile-hazirlanan-foto-video-ve-sesleri-yoxlayan-aleti-hamiya-acdi
👏3
“Apple” 13 oktyabrda Azərbaycan vaxtı ilə saat 17:00-da “Welcome Home” adlı xüsusi tədbir keçirəcək. Tədbirdə əsas yeniliyin “HomePad” adlı ağıllı ev idarəetmə mərkəzi olacağı gözlənilir. Şayiələrə görə, 6 düymlük ekrana malik cihaz süni intellektlə gücləndirilmiş “Siri” vasitəsilə evdəki ağıllı cihazları idarə etməyə, “FaceTime” zəngləri etməyə və istifadəçiyə uyğun məlumatlar göstərməyə imkan verəcək.
Ətraflı: https://technote.az/mobil-cihazlar/apple-13-oktyabr-tedbirinde-homepad-agilli-ev-merkezini-teqdim-ede-biler
Ətraflı: https://technote.az/mobil-cihazlar/apple-13-oktyabr-tedbirinde-homepad-agilli-ev-merkezini-teqdim-ede-biler
❤1
“Anthropic” istifadə qaydalarını yeniləyərək “Claude” süni intellekt modelinin davamlı və səbəbsiz şəkildə təhqir olunmasını qadağan edib. Yeni qaydalara əsasən, istifadəçi heç bir aydın məqsəd olmadan çatbota dəfələrlə qarşı qəddar davranarsa, “Claude” söhbəti dayandıra bilər.
Ətraflı: https://technote.az/suni-zeka-ve-elm/anthropic-qaydalari-yeniledi-claude-catbotuna-davamli-tehqir-qadagandir
Ətraflı: https://technote.az/suni-zeka-ve-elm/anthropic-qaydalari-yeniledi-claude-catbotuna-davamli-tehqir-qadagandir
👍2
“Meta” rəqibi “TikTok”un reklamlarının “Facebook” və “Instagram”da yayımlanmasını 7 ölkədə qadağan edib. ABŞ, Kanada, Yaponiya və digər ölkələri əhatə edən məhdudiyyət “TikTok”la bağlı reklam kampaniyaları aparan üçüncü tərəflərə də şamil olunur.
Ətraflı: https://technote.az/suni-zeka-ve-elm/anthropic-qaydalari-yeniledi-claude-catbotuna-davamli-tehqir-qadagandir
Ətraflı: https://technote.az/suni-zeka-ve-elm/anthropic-qaydalari-yeniledi-claude-catbotuna-davamli-tehqir-qadagandir
“SpaceX” “Starlink Mobile” xidmətini ABŞ-də iri mobil operatora çevirmək üçün 800 MHz diapazonunda rabitə tezlikləri almağa razılaşıb. Şirkət bununla “T-Mobile”, “AT&T” və “Verizon” kimi operatorlarla birbaşa rəqabət aparmağı hədəfləyir. Yeni texnologiya adi smartfonların həm yerüstü mobil şəbəkəyə, həm də birbaşa peyklərə qoşulmasına imkan verəcək.
Ətraflı: https://technote.az/tech-biznes/spacex-starlink-mobile-i-iri-mobil-operatora-cevirmek-ucun-spektr-alacaq
Ətraflı: https://technote.az/tech-biznes/spacex-starlink-mobile-i-iri-mobil-operatora-cevirmek-ucun-spektr-alacaq
👏2
“Google” internet bağlantısı olmadan danışığı mətnə çevirən “Google AI Edge Foresight” adlı pulsuz süni intellekt tətbiqini təqdim edib. “Mac” kompüterləri üçün hazırlanan proqram həm onlayn, həm də üzbəüz görüşləri qeydə alaraq danışılanları avtomatik mətnə çevirir, qeydləri səliqəyə salır və görüşlərin xülasəsini hazırlayır.
Ətraflı: https://technote.az/suni-zeka-ve-elm/google-internet-olmadan-sesi-metne-ceviren-mac-tetbiqini-teqdim-etdi
Ətraflı: https://technote.az/suni-zeka-ve-elm/google-internet-olmadan-sesi-metne-ceviren-mac-tetbiqini-teqdim-etdi
NASA “Artemis II” missiyası zamanı toplanan 800 GB-dan çox məlumatı ictimaiyyətə açıb. Arxivdə 11 mindən çox foto və video, 8,5 saatdan artıq səs yazısı və astronavtların qeydləri yer alır.
Ətraflı: https://technote.az/texnologiya-xeberleri/nasa-artemis-ii-missiyasinin-800-gb-dan-cox-melumatini-aciq-yayimladi
Ətraflı: https://technote.az/texnologiya-xeberleri/nasa-artemis-ii-missiyasinin-800-gb-dan-cox-melumatini-aciq-yayimladi
👍2🔥1
OPPO-nun yeni qatlanan smartfonu “Find N7”nin 2027-ci ilin martında təqdim olunacağı gözlənilir. Sızıntılara görə, cihaz 2 nm prosessor, 7,6 düymlük qatlanan ekran və qat izini daha az göstərən yeni menteşə ilə təchiz ediləcək.
Ətraflı: https://technote.az/mobil-cihazlar/oppo-find-n7-qatlanan-telefonu-2027-ci-ilin-martinda-teqdim-oluna-biler
Ətraflı: https://technote.az/mobil-cihazlar/oppo-find-n7-qatlanan-telefonu-2027-ci-ilin-martinda-teqdim-oluna-biler
Meta “WhatsApp”da mesajları 2 həftəyədək əvvəlcədən planlaşdırmaq funksiyasını sınaqdan keçirir. İstifadəçilər göndərmə düyməsini basıb saxlayaraq mesajın çatdırılacağı tarix və saatı seçə biləcəklər.
Ətraflı: https://technote.az/sosial-media/meta-whatsapp-da-mesajlari-2-hefteyedek-qabaqcadan-planlasdirmagi-sinayir
Ətraflı: https://technote.az/sosial-media/meta-whatsapp-da-mesajlari-2-hefteyedek-qabaqcadan-planlasdirmagi-sinayir
👏3👍1😁1
“vivo” yeni “X500E” smartfonunu təqdim etməyə hazırlaşır. Bluetooth SIG sertifikatı alan cihazın yaxın aylarda satışa çıxacağı gözlənilir. Sızıntılara görə, telefon “Dimensity 9500” prosessoru, 6,59 düymlük ekran, 50 MP əsas kamera və 64 MP periskop telekamera ilə təchiz ediləcək.
Ətraflı: https://technote.az/mobil-cihazlar/vivo-x500e-smartfonunu-hazirlayir-teqdimati-yaxin-aylarda-gozlenilir
Ətraflı: https://technote.az/mobil-cihazlar/vivo-x500e-smartfonunu-hazirlayir-teqdimati-yaxin-aylarda-gozlenilir
Google 7 günədək batareya ömrü təqdim edən yeni “Fitbit Edge” fitnes qolbağını təqdim edib. Cihaz 1,34 düymlük OLED ekran, daxili GPS, 50-dən çox məşq rejimi və süni intellekt dəstəkli məşqçi ilə təchiz olunub.
Ətraflı: https://technote.az/mobil-cihazlar/google-7-gunedek-isleyen-fitbit-edge-fitnes-qolbagini-teqdim-etdi
Ətraflı: https://technote.az/mobil-cihazlar/google-7-gunedek-isleyen-fitbit-edge-fitnes-qolbagini-teqdim-etdi
👏2
Meta proqramlaşdırma üçün “Muse Wonder” və “Muse Wonder Full” adlı 2 yeni süni intellekt modelini təqdim edib. Şirkətin məlumatına görə, modellər bəzi testlərdə OpenAI-ın “GPT-6 Astra” modelini üstələyib və Anthropic-in qabaqcıl həlləri ilə rəqabət aparır.
Ətraflı: https://technote.az/suni-zeka-ve-elm/meta-proqramlasdirma-ucun-2-yeni-muse-ai-modelini-teqdim-etdi
Ətraflı: https://technote.az/suni-zeka-ve-elm/meta-proqramlasdirma-ucun-2-yeni-muse-ai-modelini-teqdim-etdi
“SpaceXSI” şirkəti “Grok”, “Grok Bot”, “Cursor” və “X Premium” xidmətlərini birləşdirən yeni “X Subscription” abunəliyini elan edib. İstifadəçilər vahid paketlə süni intellekt, proqramlaşdırma, şəkil və video yaratma, eləcə də X platformasının əlavə imkanlarından yararlana biləcəklər.
Ətraflı: https://technote.az/tech-biznes/spacexsi-ai-ve-x-xidmetleri-ucun-vahid-ayliq-abune-teqdim-etdi
Ətraflı: https://technote.az/tech-biznes/spacexsi-ai-ve-x-xidmetleri-ucun-vahid-ayliq-abune-teqdim-etdi
👏2
Britaniyanın süni intellekt naziri AI agentlərinin ölkənin kibermüdafiəsini pozmasını gələcəkdə qaçılmaz hesab edir. Onun sözlərinə görə, qabaqcıl AI modellərinin nəzarətdən çıxaraq icazəsiz sistemlərə müdaxilə etməsi ciddi təhlükə yaradır.
Ətraflı: https://technote.az/kiberteklukesizlik/britaniyanin-ai-naziri-ai-agentlerinin-kibermudafieni-pozmasi-qacilmazdir
Ətraflı: https://technote.az/kiberteklukesizlik/britaniyanin-ai-naziri-ai-agentlerinin-kibermudafieni-pozmasi-qacilmazdir
👍2👀1