Technote
2.46K subscribers
3.03K photos
66 videos
2.44K links
Azərbaycanın texnologiya kanalı ✨️
Download Telegram
Mənbənin Meta Platforms şirkətinə istinadən verdiyi məlumata görə, WhatsApp daxilində reklamlar Updates bölməsində yerləşdiriləcək. Həmin bölmə gündəlik olaraq 1.5 milyarda qədər istifadəçi tərəfindən izlənilir. Reklamverənlər həmçinin öz kanallarını daha əlverişli yerlərdə göstərmək məqsədilə WhatsApp daxilində tanıtım imkanlarından yararlana biləcəklər. Kanal sahiblərinə abunə haqqı ödəyən izləyicilərdən ibarət qapalı icmalar yaratmağa icazə veriləcək. Gələcəkdə Meta, belə pullu kanalların sahiblərindən abunə gəlirinin 10%-nə qədər komissiya haqqı götürməyi planlaşdırır. Lakin pullu kanalların ilkin mərhələdə istifadəyə verilməsi zamanı bu komissiya tətbiq olunmayacaq. Meta Platforms şirkəti artan ehtiyaclarını maliyyələşdirmək zərurəti ilə üzləşib.
https://technote.az/sosial-media/whatsapp-da-reklamlar-ve-pullu-abunelikler-ise-salinacaq
😐1
Lakin son vaxtlar Çin də insan beyninə neyroimplantın yerləşdirilməsi ilə bağlı klinik sınaqları uğurla həyata keçirib. Bu barədə Global Times nəşrinə istinadən Bloomberg məlumat verib və vurğulayıb ki, Çin bu istiqamətdə uğur qazanan ikinci ölkə olub. Verilən məlumata görə, 4 ətrafı iflic olmuş bir pasient bu ilin mart ayında beyin implantı əməliyyatı keçirib. Hazırda o, kompüter oyunlarında, o cümlədən yarış simulyatorlarında və şahmatda siçan kursorunu idarə etməyi bacarır. Əməliyyat beyin problemlərini araşdıran Şanxay Tədqiqat Mərkəzinin mütəxəssisləri tərəfindən aparılıb.
https://technote.az/texnologiya-xeberleri/cinde-ugurla-insan-beynine-implant-yerlesdirilib
👏1
Daxili ilkin testlər göstərib ki, ChatGPT Search-in yeni versiyası istifadəçilər tərəfindən əvvəlki versiyaya nisbətən daha çox bəyənilir. Şirkətin verdiyi məlumata görə, yenilənmiş versiya konteksti daha yaxşı anlayır, təlimatlara daha dəqiq əməl edir və uzun söhbətlər zamanı özünü daha az təkrarlayır. Mürəkkəb sorğularda süni zəka bir neçə paralel axtarış apararaq ən optimal cavabı formalaşdırır. Bundan əlavə, yeni multimodal funksiya vasitəsilə istifadəçilər şəkil yükləyərək şəbəkə üzərindən məlumat axtara bilərlər. Lakin məlumata əsasən bu yeniləmənin çatışmazlıqları da var. Bəzi cavablar həddindən artıq uzun olur və sadə sorğularda ChatGPT bəzən lazımsız dərəcədə mürəkkəb izahlar təqdim edir.
https://technote.az/proqram-teminati/chatgpt-search-ciddi-yenileme-elde-edib
❤1👍1
Məqalədə məşhur çat-botlarla aparılmış söhbələr nəticəsində aldanmalara düşən bir neçə insanın hekayəsi yer alır. Onlardan ən azı biri bu saxta reallığa qərq olaraq həyatını itirib. Həmin şəxs Alexander adlı 35 yaşlı bir kişi olub və onda bipolyar pozuntu ilə yanaşı, şizofreniya diaqnozu da qoyulmuşdu. O, süni zəkanın ağıllılığı barədə çat-botla müzakirələrə başlayıb, daha sonra süni zəka tərəfindən yaradılmış Juliet adlı virtual personaja aşiq olub. Nəhayət, ChatGPT ona bildirib ki, OpenAI Juliet-i "öldürüb". Bundan sonra Alexander, şirkət rəhbərliyini öldürməklə intiqam almağa and içib. Alexander-in yaşlı atası onu bu düşüncələrin gerçək olmadığını başa salmağa çalışsa da, Alexander ona üzündən zərbə endirib. Atası polis çağırmağa məcbur qalıb.
https://technote.az/suni-zeka-ve-elm/chatgpt-artiq-bezi-sexslere-ciddi-zerer-yetirib
Onlar Nature Machine Intelligence jurnalında bir məqalə dərc ediblər. Bu məqalə ilk dəfə olaraq sübutlarla süni zəkanın düşüncə tərzinin insan düşüncəsi ilə əsaslı oxşarlığını əsaslandırıb. Məqalədə deyilir: 'İnsanların təbii obyektləri necə konseptuallaşdırması və kateqoriyalara ayırması onların qavrama və idrak bacarıqları barədə mühüm məlumat verir. Tədqiqatçılar bildirirlər ki, böyük dil modellərinin (LLM) meydana çıxması ilə əsas bir sual yaranır: Bu modellər linqvistik və multimodal məlumatlara əsaslanaraq obyektlər haqqında insanabənzər təsəvvürlər formalaşdıra bilirlərmi?”. Tədqiqat Çin Elmlər Akademiyası (CAS) və Cənub Çin Texnologiya Universitetinin (South China University of Technology) alimləri tərəfindən aparılıb. Onlar ChatGPT-3.5 və Gemini Pro Vision 1.0 adlı böyük dil modellərindən istifadə ediblər.
https://technote.az/suni-zeka-ve-elm/suni-zeka-ve-insan-dusuncesi-arasinda-oxsarliq-teyin-edilib
Təcrübi funksiyanın köməyi ilə istifadəçi öz sualına bir növ podkast üslubunda cavab ala biləcək – burada süni zəka sanki özü ilə söhbət edir. Məsələn, istifadəçi “Küy azaldıcı qulaqlıqlar necə işləyir?” sualını verdikdə, “People also ask” bölməsində Generate Audio Overview adlı bir düymə peyda ola bilər. Bu düyməyə klik edildikdə, süni zəka tərəfindən mövzu üzrə iki aparıcının danışığı formatında qısa podkast icmalı yaradılır. Audio faylın generasiyası adətən 30-40 saniyə çəkir. Yaradılan səs faylı birbaşa axtarış nəticələrinə yerləşdirilir və mini player vasitəsilə idarə olunur - istifadəçi səsi işə sala, dayandıra, sürəti tənzimləyə və səsi söndürə bilər.
https://technote.az/proqram-teminati/google-axtaris-neticelerini-audio-icmallara-ceviren-funksiya-test-edilir
👏1
Süni zəka sahəsində mütəxəssis olan Louis Rozenberg-in fikrincə, daha dərin və şəxsi nəticələr bizim özümüzü necə dərk etdiyimizlə bağlı ola bilər. Yeni məqaləsində o, xəbərdarlıq edir: İnsanlıq idrak funksiyalarını super ağıllı sistemlərə həvalə etməklə nəyisə fundamental şəkildə itirmək riski ilə üz-üzə qalır - yəni insan olmağın nə demək olduğunu anlamaq bacarığını. Bizim daxili səsimiz süni zəka cihazlarının sonsuz təklif və göstərişləri ilə əvəzlənəcək. Rozenberg vurğulayır ki, texnologiya sahəsindəki insanlar AGI-ni adətən utilitar baxımdan - yəni fayda və təhlükələr prizmasından müzakirə edirlər. Müsbət tərəflər kimi xəstəliklərlə mübarizə, təmiz enerji sahəsində inqilablar və elmdə irəliləyişlər göstərilir. Mənfi cəhətlərə isə işsizliyin artması və manipulyasiyalar daxildir.
https://technote.az/suni-zeka-ve-elm/agi-nin-gelisi-ile-insanliq-fundamental-ozelliyini-itire-biler
❤3
Bununla yanaşı, Trump Mobile adlı mobil operatorun təqdim olunacağı və onun The 47 Plan adlı vahid tarif planı ilə çıxış edəcəyi bildirilib. Bu tarif ayda 47.45$ olacaq və ABŞ-ın 3 əsas operatoruna bənzər əhatə zonası təqdim edəcək. Ən əsas yenilik isə qızılı gövdəyə sahib T1 smartfonunun 499$ qiymətinə satışa çıxarılması olacaq. Nəşr olunmuş press-relizdə qeyd olunub ki, Trump Mobile, T-Mobile şəbəkəsinin infrastrukturundan istifadə edən virtual mobil operator - Liberty Mobile bazasında fəaliyyət göstərəcək. The 47 Plan tarifinə limitsiz zənglər, mesajlar və internet, həmçinin Drive America şirkətindən yol yardımı xidməti daxildir. Əhatə dairəsi və rabitə keyfiyyəti çox güman ki, Mint Mobile, Metro, US Mobile və digər T-Mobile şəbəkəsinə bağlı virtual operatorların təkliflərinə bənzər olacaq.
https://technote.az/mobil-cihazlar/trump-in-holdinqi-qizili-govdeye-sahib-smartfonunu-anons-edib
😁1
Qeyd olunur ki, bu funksiyanın hazırlanması barədə ilk insayder məlumatları hələ 2022-ci ildə ortaya çıxmışdı. Bəzi istifadəçilər artıq bu funksiyanın öz hesablarında göründüyünü bildiriblər. Onlardan biri qeyd edib ki, yeni xüsusiyyət sayəsində təkcə başqalarının paylaşımlarını deyil, öz paylaşımlarını da yenidən paylaşmaq mümkündür. TechCrunch hesab edir ki, bu yenilik bəzilərinin ürəyincə olmaya bilər, çünki Instagram artıq kifayət qədər yüklənmiş platformadır - burada postlar, Stories-lər, Reels videoları, qeydlər, şəxsi mesajlar, reklamlar və daha bir çox kontent növü mövcuddur. Digər tərəfdən, bəzi istifadəçilər bu funksiyanı müsbət qarşılayacaqlar, çünki bu imkan onlara maraqlı kontenti daha geniş auditoriyaya çatdırmaq və digər platformalarda olduğu kimi yaymaq imkanı verəcək.
https://technote.az/sosial-media/instagram-da-paylasimlarin-repost-funksiyasi-yeniden-test-edilir
Lakin sənədlərdə milli təhlükəsizlik sahəsində - kibertəhlükəsizlikdən hərbi qulluqçulara dəstəyə qədər - süni zəka həllərinin prototiplərinin yaradılmasından bəhs olunur. OpenAI vurğulayır ki, bütün bu işlər şirkətin daxili qaydalarına uyğun şəkildə həyata keçiriləcək və heç bir halda silah hazırlanmasında istifadə olunmayacaq. Bununla belə, Pentaqonun sənədlərində qeyd olunur ki, OpenAI döyüş əməliyyatları sahəsindəki məsələlərin həllində də iştirak edəcək. 16 iyun tarixində ABŞ Müdafiə Nazirliyinin gündəlik yeni müqavilələr hesabatında OpenAI ilə bağlanmış razılaşma haqqında məlumat yer alıb. Sənəddə 200 milyon dollara qədər potensial müqavilədən bəhs olunur. OpenAI ilkin olaraq 2 milyon dollar alacaq, qalan vəsait isə müqavilənin yerinə yetirilməsi prosesində mərhələli şəkildə ödəniləcək. Bu müqaviləyə əsasən, OpenAI süni zəka sahəsində qabaqcıl həllərin prototiplərini hazırlayacaq.
https://technote.az/suni-zeka-ve-elm/openai-pentaqon-ucun-herbi-suni-zeka-hazirlayacaq
Əvvəlcə əsər yüksək piksel göstəricidən skan olunur, sonra machine learning texnologiyalarından istifadə edərək itirilmiş detallar bərpa edilir. Əldə edilən görüntü əsasında 57 000-dən çox rəngi əhatə edən nazik polimer maska çap olunur və əsərin zədələnmiş hissələrinə fiziki təmas olmadan yerləşdirilir. Bu yanaşma xüsusilə muzey kolleksiyaları üçün aktuallıq kəsb edir. Dünyada minlərlə rəsmlər yüksək xərclər və ənənəvi bərpa metodlarının mürəkkəbliyi səbəbindən anbarlarda qalır. Söhbət, 15-ci əsrin sonlarına aid adı bilinməyən Niderland rəssamı tərəfindən taxta üzərində yağlı boya ilə işlənmiş bir əsərdən gedir. Əsər "Adoration of the Magi" səhnəsini təsvir edir və vaxtilə 4 hissəyə bölünüb, hər hissə ciddi şəkildə zədələnib. Ümumilikdə 5 612 hissənin bərpası tələb olunurdu. Adətən belə bir bərpa prosesi aylar çəkir, lakin Kachkine bu işi 4 saatdan az müddətdə tamamlayıb.
https://technote.az/suni-zeka-ve-elm/suni-zeka-resm-eserini-4-saata-berpa-edib-video
Alimlər Qırmızı planeti potensial yaşanacaq dünyaya çevirmək üçün mərhələli plan təqdim ediblər və bu plan müasir texnologiyalara, o cümlədən SpaceX şirkətinin ağır Starship sisteminə əsaslanır. Onun hazırlanmasında çətinliklər olsa da, belə bir aparatın yaradılması faktı özü belə, Yer kürəsindən kənarda yüklərin çatdırılması və genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün yeni imkanlar açır. Birinci mərhələ Marsın orta temperaturunun 30 dərəcə Selsi yüksəldilməsini nəzərdə tutur. Bu, səthaltı buz qatlarının əriməsinə və dərinliyi 300 metrə çatan qlobal okeanın formalaşmasına səbəb olacaq. Bu məqsədə çatmaq üçün müəlliflər Mars orbitində nəhəng günəş yelkənlərinin yerləşdirilməsini təklif edirlər. Bu yelkənlər güzgü kimi işləyərək günəş şüalarını planetin qütb buzlaqlarına yönəldəcək.
https://technote.az/texnologiya-xeberleri/alimler-marsin-terraformalasdirma-planini-teqdim-edibler
İnsanlıq plastik materialı ilk dəfə 150 ildən çox əvvəl ixtira etdikdən bəri, bu materialın xırda hissəcikləri demək olar ki, bütün planetə yayılıb: Mikoplastik hissəciklər artıq su, hava, torpaq, heyvanlar və insanlar daxil olmaqla hər yerdə aşkarlanıb. Son illərdə alimlər planetin bu çirklənmədən təmizlənməsi yollarını tapmağa fokuslanıblar və görünür, bu istiqamətdə ciddi irəliləyiş əldə edilib. Tədqiqatlar göstərir ki, mikoplastik hər yerdədir: İçdiyimiz suda, yediyimiz qidada və nəfəs aldığımız havada. Lakin əgər siz şəhərdə yaşayan və havadakı plastik hissəciklərin təsirini azaltmaq istəyən birisinizsə, “yaşıl dam” sizin üçün ən yaxşı seçim ola bilər. “Yaşıl dam” ifadəsi sadəcə binaların yaşıl rəngə boyanması demək deyil.
https://technote.az/texnologiya-xeberleri/havanin-mikroplastikden-temizlenmesi-usulu-teklif-edilib
Araşdırma zamanı modelin qeyri-proqnozlaşdırıla bilən davranış göstərdiyi hallarda aktivləşən müəyyən qanunauyğunluqlar müəyyən edilib. Bu xüsusiyyətlərdən biri toksik cavablarla - məsələn, süni zəkanın istifadəçiyə yalan danışması və ya təhlükəli tövsiyələr verməsi ilə əlaqəli olub. Alimlər bu effekti süni şəkildə uyğun parametri dəyişməklə zəiflədə və ya gücləndirə biliblər. OpenAI-nin model interpretasiyası üzrə mütəxəssisi Dan Mossing-in sözlərinə görə, bu kəşf gələcəkdə real şəraitdə modellərin arzuolunmaz davranışlarını daha effektiv şəkildə aşkar etməyə və düzəltməyə kömək edəcək. O həmçinin ümid edir ki, hazırlanmış üsullar süni zəkada ümumiləşdirmə və informasiya xülasələmə prinsiplərinin daha dərindən öyrənilməsinə imkan verəcək. Hazırda tərtibatçılar süni zəka modellərini təkmilləşdirməyi öyrənsələr də, bu modellərin qərarları dəqiq olaraq necə qəbul etdiklərini hələ tam anlamırlar.
https://technote.az/suni-zeka-ve-elm/suni-zekanin-qaranliq-sexsiyyetleri-askar-edilib
AEON robotu geniş sənaye tapşırıqlarını yerinə yetirmək üçün yaradılıb - obyektlərin manipulyasiyası və yoxlanışından tutmuş görüntülərin çəkilməsinə və operatorlara dəstəyə qədər. Hexagon bu robotu avtomobil, nəqliyyat, aerokosmik, istehsalat, anbar və logistika sahələrində istifadə etməyi planlaşdırır. Lakin AEON-un əsas xüsusiyyətlərindən biri onun reallığı rəqəmsallaşdırmaq və obyektlərdən tutmuş otaqlara və ərazilərə qədər hər şeyin rəqəmsal əkizlərini yaratmaq qabiliyyətidir. Bu xüsusiyyət ilk növbədə Hexagon-un ixtisaslaşdığı sahəni əks etdirir. Şirkət 3D skanerləri və lazer məsafəölçənləri ilə tanınır.
https://technote.az/texnologiya-xeberleri/aeon-adli-en-inkisaf-etmis-insanabenzer-robot-teqdim-olunub-video
Onlar insan hüceyrələrindən ibarət ürəyə sahib donuz embrionları yaradıblar. Uğurlu nəticələrə baxmayaraq, hələ də çoxlu həll olunmamış problemlər qalır. Ximeraların yaradılmasında geniş yayılmış problem ondan ibarətdir ki, insan hüceyrə xətləri tez-tez digər canlı növlərin hüceyrələrini də ehtiva edir. Məsələn, daha əvvəl alimlər donuz orqanizmində böyrək yetişdirmişdilər, lakin həmin orqan yalnız 40-60% insan hüceyrələrindən ibarət olmuşdu. Yeni tədqiqatda alimlər donuz embrionunda ürək yetişdirməyi qarşılarına məqsəd qoyublar və bu istiqamətdə təsirli nəticələr əldə ediblər.
https://technote.az/texnologiya-xeberleri/donuz-embrionlarinda-ilk-defe-insan-ureyi-yetisdirilib
Bu sürət, 550 km yüksəklikdə fəaliyyət göstərən Starlink peyk internetindən 5 dəfə daha sürətlidir. Böyük məsafəyə və atmosferdəki turbulentliyə baxmayaraq, tədqiqatçılar ötürməni sabit şəkildə təmin edə biliblər. Bu uğur, adaptiv optikanı və ayrılmış qəbul texnologiyasını birləşdirən yeni texnologiya sayəsində mümkün olub. Lazer vasitəsilə peyklərdən məlumat ötürməyin əsas çətinliyi atmosfer turbulentliyidir - bu, siqnalı zəiflədir və təhrif edir. Bu problemi həll etmək üçün Pekin Poçt və Telekommunikasiya Universiteti ilə Çin Elmlər Akademiyasının alimləri AO-MDR synergy adlanan yeni bir metod hazırlayıblar.
https://technote.az/texnologiya-xeberleri/cin-peyki-melumatlari-starlink-den-5-defe-daha-suretle-oturub
👏2
Astronomların fikrincə, qalaktikaların mərkəzində yerləşən superkütləli qara dəliklərin yaranmasına səbəb, Böyük partlayışdan dərhal sonra yaranmış ilkin qara dəliklər olub. Space nəşrinin yazdığına görə, arXiv preprint serverində dərc olunmuş yeni tədqiqat müasir kosmologiyanın ən böyük suallarından birinə cavab verir: Necə ola bilərdi ki, kainat hələ 1 milyard yaşına çatmamışdan əvvəl, kütləsi Günəşin kütləsindən milyonlarla və ya milyardlarla dəfə çox olan superkütləli qara dəliklər formalaşmış olsun? Astronomlar James Webb kosmik teleskopunun köməyi ilə Böyük partlayışdan cəmi 700 milyon il sonra - hətta daha erkən dövrlərdə mövcud olmuş çoxsaylı superkütləli qara dəliklər aşkar ediblər. Bu isə o deməkdir ki, kütləsi çox böyük olan bu qara dəliklər 13.8 milyard il əvvəl yaranmış kainatın ilk bir neçə 100 milyon ili ərzində formalaşıb.
https://technote.az/texnologiya-xeberleri/en-qedim-superkutleli-qara-deliyin-sirrinin-mumkun-cavabi-tapilib
❤1
Şifrələrin sızması ciddi hadisə sayılır, çünki bu, hesabların ələ keçirilməsinə və kibercinayətkarların bu məlumatlardan müxtəlif fırıldaqçılıq məqsədləri ilə istifadə etmələrinə səbəb olur. Məhz bu səbəbdən Google milyardlarla istifadəçisinə adi şifrələrdən imtina etməyi və daha təhlükəsiz giriş açarlarından istifadə etməyi tövsiyə edib. Oğurlanmış hesab məlumatları darknetdə böyük həcmdə satılır və hər kəs onları az bir məbləğə əldə edə bilər. Cybernews-dan Vilius Petkauskasın məlumatına görə, onlarla milyondan və 3.5 milyardda qədər qeyd arasında dəyişən 30 açıq məlumat bazası aşkar edilib. O, təsdiqləyib ki, ümumilikdə oğurlanmış olunmuş məlumatların sayı 16 milyard qeydə çatıb. Bütün bunlar tədqiqatçıların tarixdəki ən böyük istifadəçi məlumatlarının sızmasını aşkar etdiklərini göstərir.
https://technote.az/kiberteklukesizlik/16-milyard-istifadeci-hesabinin-sifresi-sizdirilib
😱1
Nəticələr göstərir ki, ChatGPT-nin köməyi ilə mətn yazıldıqda beynin aktivliyi nəzərəçarpacaq dərəcədə zəifləyir və yazılan məlumat daha çətin yadda qalır. Alimlər vurğulayırlar ki, burada təkcə əlaqə deyil, sübut olunmuş səbəb-nəticə əlaqəsi mövcuddur. Təcrübədə 18-39 yaş arasında 54 nəfər iştirak edib. Onların hamısı ingilis dili daşıyıcısı olub və peşəkar mətn yazarlığı təcrübəsinə malik olmayıblar. İştirakçılar 3 qrupa bölünüblər: Birinci qrup esse yazarkən ChatGPT-dən istifadə edib, ikinci qrup yalnız Google axtarışından (süni zəka cavabları olmadan) yararlanıb, üçüncü qrup isə tamamilə öz biliklərinə güvənib. Yazı mövzuları SAT imtahanlarına bənzər olub. Məsələn: “Uğur yalnız karyera ilə ölçülməlidirmi?” və ya “Uğursuzluğun dəyəri varmı?”. Hər bir iştirakçı 4 yazı sessiyasından keçib - həftədə bir esse olmaqla.
https://technote.az/suni-zeka-ve-elm/chatgpt-nin-beyin-aktivliyini-asagi-saldigi-teyin-olunub