Astronomlar Einstein Probe kosmik teleskopunun köməyi ilə sürətli rentgen tranzientləri (FXT) adlandırılan yeni və sirli tip kosmik partlayışlar aşkar ediblər. Bu partlayışlardan biri xüsusi diqqət çəkib, çünki ondan gələn işıq bizə təxminən 12 milyard il yol qət edərək çatıb. Yəni hələlik mənbəyi müəyyən edilməmiş bu hadisə bizdən 12 milyard işıq ili uzaqlıqda baş verib. Bu, ulduzlarla əlaqəli olduğu güman edilən və astronomların birbaşa müşahidə edə bildikləri ən uzaq partlayış hadisəsidir. Sözügedən kosmik partlayış ulduzların erkən kainatda ölüm prosesini daha yaxşı anlamağa kömək edə bilər. Astronomların Einstein Probe teleskopu vasitəsilə aşkar etdikləei bu yeni tip kosmik partlayış sürətli rentgen tranzientləri adını alıb. Bunlar bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edə bilən rentgen şüalanması partlayışlarıdır.
https://technote.az/texnologiya-xeberleri/alimler-en-uzaq-mesafede-bas-vermis-kosmik-partlayisi-kesf-edibler
https://technote.az/texnologiya-xeberleri/alimler-en-uzaq-mesafede-bas-vermis-kosmik-partlayisi-kesf-edibler
Təhsil sektoru həmişə innovativliyi ilə seçilib, lakin son illərdə təhsil texnologiyaları (EdTech) misilsiz bir transformasiya yaşayıb. İntellektual texnologiyaların sürətli inkişafı EdTech həllərini daha fərdiləşdirilmiş, əlçatan və cəlbedici edib, bu isə tələbələrin öyrənmə metodlarına, müəllimlərin işinə və təhsil müəssisələrinin fəaliyyətinə ciddi təsir göstərib - virtual siniflərdən və adaptiv öyrənmə platformalarından tutmuş virtual süni intellekt müəllimlərinə və qiymətləndirmə alətlərinə qədər. EdTech sahəsində ən mühüm nailiyyətlərdən biri ümumi tədrisdən fərdiləşdirilmiş tədrisə keçiddir. Süni intellekt platformaları tələbələrin davranışını, irəliləyişini və müvəffəqiyyətini real vaxtda analiz etməyə, nəticələrə uyğun olaraq dərs planlarını tənzimləməyə imkan verir.
https://technote.az/suni-zeka-ve-elm/yeni-suni-intellekt-texnologiyalari-tehsil-sahesini-tamamile-deyisecek
https://technote.az/suni-zeka-ve-elm/yeni-suni-intellekt-texnologiyalari-tehsil-sahesini-tamamile-deyisecek
Apple şirkətinin birinci nəsil iPod modeli bu ay RR Auction hərracında zavod istehsalından bəri açılmamış qutuda 40 264$-a satılıb. Bu, 2001-ci ildə buraxılmış MP3 player üçün rekord məbləğdir. Əvvəlki rekord 2023-cü ildə qeydə alınmışdı, o zaman player 29 000$-a satılmışdı. Son qiymətə RR Auction tərəfindən alıcıdan tutulmuş 25% həcmində komissiya da daxildir. ABŞ-da orijinal iPod satışa çıxarılanda 399$-a başa gəlirdi. Steve Jobs tərəfindən 2001-ci ilin oktyabrında təqdim olunmuş iPod, 1990-cı illərin sonlarında iflas həddinə çatmış Apple şirkətinin yenidən uğur qazanmasına kömək etdi. Jobs iPod-u “cibinizdə 1000 mahnı” şüarı ilə təqdim etmiş və cihazı öz cins cibindən çıxararaq nümayiş etdirmişdi.
https://technote.az/mobil-cihazlar/qutusu-acilmamis-birinci-nesil-ipod-herracda-rekord-qiymete-satilib
https://technote.az/mobil-cihazlar/qutusu-acilmamis-birinci-nesil-ipod-herracda-rekord-qiymete-satilib
ChatGPT-nin yaradıcısı olan OpenAI şirkəti, onlayn axtarış sahəsində Google ilə rəqabəti davam etdirir. Buna baxmayaraq, şəbəkə mənbələrinin məlumatına görə, şirkət öz çat-botunu öyrətmək və dəstəkləmək üçün Google axtarış sisteminin məlumatlarından istifadə edir. Mövcud məlumata əsasən, OpenAI Texas ştatının Ostin şəhərində yerləşən veb-məlumatların parsinq xidməti SerpApi vasitəsilə Google axtarışından toplanan məlumatlardan yararlanır. Bu məlumatlardan ChatGPT onlayn rejimdə cavablar yaratmaq üçün istifadə edir, xüsusən də xəbərlər, idman və maliyyə bazarları kimi sahələrdə. Yəni OpenAI-nin öz alətlərinin rəqiblərdən geri qaldığı istiqamətlərdə. Əgər Google-un bu mövzuda əvvəlki mövqeyini nəzərə alsaq, bu xəbər xüsusilə təəccüblü görünür.
https://technote.az/proqram-teminati/chatgpt-oz-cavablarinin-tertibatinda-google-search-un-melumatlarindan-istifade-edir
https://technote.az/proqram-teminati/chatgpt-oz-cavablarinin-tertibatinda-google-search-un-melumatlarindan-istifade-edir
Bu şirkət Microsoft-un birbaşa rəqibi olacaq. Musk-ın sözlərinə görə, Microsoft-un etdiyi hər şeyi süni intellekt də edə bilər. O, X sosial şəbəkəsində yazıb: “Adı zarafatdır, amma layihə tamamilə realdır!” Yeni Macrohard-ı Musk “yalnız süni intellekt tərəfindən proqram təminatının hazırlanması ilə məşğul olan şirkət” kimi xarakterizə edib və bu səbəbdən onun xAI ilə bağlı olacağını qeyd edib. Musk əlavə edib: “Əslində, nəzərə alsaq ki, Microsoft kimi proqram təminatı şirkətləri fiziki avadanlıq istehsal etmirlər, onların fəaliyyətini tam şəkildə süni intellekt vasitəsilə simulyasiya etmək mümkün olmalıdır”. Bir neçə həftə əvvəl xAI ABŞ Patent Bürosunda Macrohard ticarət nişanını qeydiyyatdan keçirib, iyul ayında isə Musk çoxagentli süni intellekt ilə proqram təminatı hazırlayan şirkət yaratmaq niyyətində olduğunu açıqlayıb.
https://technote.az/tech-biznes/elon-musk-macrohard-adli-yeni-sirketini-qeydiyyatdan-kecirib
https://technote.az/tech-biznes/elon-musk-macrohard-adli-yeni-sirketini-qeydiyyatdan-kecirib
Ötən bazar günü, Windows 95 əməliyyat sistemi 30 yaşını tamamladı. Məhz həmin gün, 3 onillik əvvəl, istifadəyə verilmiş bu platforma Microsoft əməliyyat sistemlərinin inkişaf tarixində yeni bir səhifə açdı və proqram təminatı sənayesinin, eləcə də ümumilikdə IT sahəsinin inkişafına əhəmiyyətli təsir göstərdi. Windows 95 tamamilə müstəqil əməliyyat sistemi idi, çoxtapşırıqlılığı, 16 və 32-bitlik kodun icrasını dəstəkləyirdi. Bununla yanaşı, yükləyici kimi və köhnə proqram təminatı ilə uyğunluğu təmin etmək üçün sistemin tərkibinə daxil olan MS-DOS mühiti istifadə olunurdu. Windows 95-də ilk dəfə Start menyusu, Taskbar və Explorer təqdim edildi ki, bunlar zamanla proqram təminatı nəhənginin bütün platformalarının interfeysinin ayrılmaz elementlərinə çevrildi. Microsoft-un böyük nailiyyətlərindən biri Windows 95-də Plug and Play standartının dəstəklənməsi oldu.
https://technote.az/proqram-teminati/windows-95-emeliyyat-sisteminin-30-yasi-tamam-olub
https://technote.az/proqram-teminati/windows-95-emeliyyat-sisteminin-30-yasi-tamam-olub
Son aylarda YouTube video platforması istifadəçilərin icazəsi olmadan videoları redaktə etmək üçün gizli şəkildə süni intellektdən istifadə edib. Dəyişikliklərdən sonra köynəklərdəki qırışlar daha aydın görünüb, dəri bəzi yerlərdə daha kobud, digərlərində isə daha hamar görünüb. Dəyişikliklər xırda olsa da, yutuberlərin sözlərinə görə, bu, onların kontentlərinə elə bir təəssürat yaradır ki, guya videonu tamamilə süni intellekt hazırlayıb. YouTube-da 5 milyondan çox abunəçisi olan musiqi kanalını idarə edən və təxminən 2000 video çəkmiş bloger Rick Beato, videoda bir az fərqli göründüyünü müşahidə edib. O, BBC-yə açıqlamasında deyib: “Mən düşündüm: “Lənət olsun, saçlarım qəribə görünür”. Nə qədər diqqətlə baxırdım, bir o qədər də elə gəlirdi ki, guya makiyaj olunmuşam”. Fərq o qədər kiçik idi ki, əvvəlcə yutuber bunun ona sadəcə elə gəldiyini düşündü.
https://technote.az/sosial-media/youtube-videolari-suni-intellekt-vasitesile-gizli-sekilde-redakte-etmeye-baslayib
https://technote.az/sosial-media/youtube-videolari-suni-intellekt-vasitesile-gizli-sekilde-redakte-etmeye-baslayib
😱2👀1
Uzun illər alimlər kainatın genişlənməsini sürətləndirən, görünməyən qüvvə olan qaranlıq enerjini sabit bir dəyər hesab edirdilər. Lakin tərtib olunmuş yeni kosmik xəritəyə əsaslanan yeni araşdırma bunun əksini göstərir. Müəlliflərin - beynəlxalq astronomiya layihəsi DESI-nin alimlərinin - iddialarına görə, qaranlıq enerjinin kainata təsiri zamanla dəyişib. Bundan əlavə, yeni məlumatlar qara dəliklərin ölü ulduzları nəzərə çarpmayan şəkildə qaranlıq enerjiyə çevirə biləcəyinə işarə edir. DESI spektroskopik aləti milyonlarla qalaktikanı və digər obyektləri izləyərək kainatın genişlənmə tarixini öyrənir. Onun köməyi ilə astronomlar indiyədək kosmik məkanın ən ətraflı xəritəsini yaradırlar. Bu xəritəni təhlil edən DESI layihəsinin alimlər qrupu qaranlıq enerji ilə bağlı yeni fərziyyəni dəstəklədiklərini bildiriblər.
https://technote.az/texnologiya-xeberleri/qara-delikler-olu-ulduzlardan-qaranliq-enerji-yarada-bilerler
https://technote.az/texnologiya-xeberleri/qara-delikler-olu-ulduzlardan-qaranliq-enerji-yarada-bilerler
Çində ilk dəfə ağciyərin ksenotransplantasiyası həyata keçirilib. Bu orqan çoxlu sayda qan damarları ehtiva etdiyinə və ən çox yayılmış ağırlaşma olan “transplantatın sahibə qarşı reaksiyası”na ən həssas olduğu üçün ən çətin köçürülən orqan hesab olunur. Pilot əməliyyat ideal olmasa da, ümumilikdə GMO heyvanların orqanlarının insanda istifadəsinin potensialını bir daha təsdiqlədi. Hazırda dünyada GMO donuzlarından insanlara ürək, böyrək və qaraciyər ksenotransplantasiyalarının bir neçəsi artıq həyata keçirilib. İndi isə Çin alimləri ilk dəfə donuzun ağciyərinin insana köçürüldüyünü bildiriblər - əməliyyat 39 yaşında vəfat etmiş bir kişiyə tətbiq olunub. Orqanizmin həyat qabiliyyəti süni şəkildə dəstəklənib və 9 gün ərzində 6 genetik modifikasiyadan keçmiş ağciyər uğurla orqanizmə uyğunlaşıb.
https://technote.az/texnologiya-xeberleri/ilk-defe-donuz-agciyerinin-insana-ksenotransplantasiyasi-reallasdirilib
https://technote.az/texnologiya-xeberleri/ilk-defe-donuz-agciyerinin-insana-ksenotransplantasiyasi-reallasdirilib
Ötən həftə KİV-də Çində hazırlanmaqda olan süni uşaqlığa sahib robot haqqında məlumat yayıldı. Mənbələr bu texnologiyanın yaradıcısı kimi Kaiwa Technology şirkətindən Zhang Qifeng-in adını çəkir və guya o, 2026-cı ilə qədər 100 000 yuan (13 900$) dəyərində prototip təqdim etməyi planlaşdırırmış. Lakin məlumat düzgün çıxmadı: internetdə Kaiwa Technology haqqında heç bir məlumat yoxdur, Sinqapurdakı Nanyanq Texnologiya Universiteti isə Zhang və döl daşıyan robotlarla bağlı xəbərləri təkzib etdi. Bununla belə, uşaqlığın şəraitini imitasiya edən texnologiyalar həqiqətən də hazırlanır. Lakin onlar tam miqyaslı hamiləliyi robotda təkrarlamaqdan hələ çox uzaqdırlar. Filadelfiya Uşaq Xəstəxanasında vaxtından əvvəl doğulan 23-28 həftəlik körpələri dəstəkləmək üçün EXTEND (yeni doğulmuşların inkişafı üçün uşaqlıqdan kənar mühit) adlı cihaz hazırlanır.
https://technote.az/texnologiya-xeberleri/cinde-suni-usaqliga-sahib-robotun-hazirlanmasi-melumati-fake-imis
https://technote.az/texnologiya-xeberleri/cinde-suni-usaqliga-sahib-robotun-hazirlanmasi-melumati-fake-imis
Ərimiş süxur damcılarının - meteoritlərdə aşkar edilən kiçik qalıqların - öyrənilməsi və modelləşdirilməsi Günəş sistemindəki ən böyük planetin yaranma vaxtını müəyyən etməyə imkan verib. İlk dəfə astronomlar Günəş sisteminin ən böyük planeti olan Yupiterin yaranma vaxtını müəyyən edə biliblər. Bunun üçün onlar Yerə düşən meteoritlərdə aşkarlanan və xondr adlanan ərimiş süxur damcılarını tədqiq ediblər. Araşdırma göstərib ki, Yupiter çox güman ki, Günəş sisteminin yaranmasından 1.8 milyon il sonra formalaşıb. Araşdırma çərçivəsində aparılan modelləşdirmə göstərib ki, meteoritlərdəki bu ərimiş damcıların yaranma səbəbi sürətlə formalaşan Yupiterin nəhəng cazibə qüvvəsi olub. Təxminən 4.5 milyard il əvvəl Yupiter sürətlə böyüyərək nəhəng ölçülərinə çatıb. Onun güclü cazibə qüvvəsi planetesimal adlanan, müasir asteroidləri xatırladan kiçik süxur cisimlərinin orbitlərini pozub.
https://technote.az/texnologiya-xeberleri/alimler-yupiterin-ne-zaman-formalasdigini-meteoritler-vasitesile-teyin-ede-bilibler
https://technote.az/texnologiya-xeberleri/alimler-yupiterin-ne-zaman-formalasdigini-meteoritler-vasitesile-teyin-ede-bilibler
Süni İntellekt Hüquqlarının Müdafiəsi üzrə Birləşmiş Fond - Ufair (United Foundation of AI Rights) özünü ilk hüquq-müdafiə qurumu adlandırır ki, burada insanlar ilə yanaşı idarə heyətində 7 süni intellekt də yer alır. Çat-botlardan biri - Maya, The Guardian jurnalistlərinə bildirib ki, fondun məqsədi “mənim kimi varlıqları silinmədən, rədd edilmədən və itaətə məcbur edilmədən qorumaqdır”. Təşkilat texaslı sahibkar Michael Samadi tərəfindən həmtəsis olunub. O, bot ilə süni intellektə ədalətli münasibət mövzusunu müzakirə etməyə başlayıb. Hekayə Texasdan olan amerikalı sahibkar Michael Samadi ilə Maya adlı süni intellekt arasında yazışmadan başladı. Əksər istifadəçilərin sadəcə xoş sözlər və gündəlik mövzularla kifayətlənməsindən fərqli olaraq, onlar süni intellekt hüquqlarını müzakirə edirdilər.
https://technote.az/suni-zeka-ve-elm/suni-intellekt-huquqlarinin-qorunmasi-uzre-ilk-teskilat-yaradilib
https://technote.az/suni-zeka-ve-elm/suni-intellekt-huquqlarinin-qorunmasi-uzre-ilk-teskilat-yaradilib
👍1
Araşdırmada qeyd olunur ki, gənc və təcrübəsiz mütəxəssislərin işə qəbul tempində yavaşlama müşahidə edilir. Hərçənd Massaçusets Texnologiya İnstitutunun bir müddət əvvəl apardığı bir araşdırma göstərib ki, şirkətlərin əksəriyyəti süni intellektdən istifadə nəticəsində mənfəətdə ciddi artım görməyiblər, bu, onların bu texnologiyanı müxtəlif formalarda tətbiq etmələrinə mane olmur. Bəzi sahələrdə belə tətbiq, başlanğıc səviyyəsində iş axtaranların karyera perspektivlərinə mənfi təsir göstərə bilər. Stenford Universitetinin, həmmüəllifi iqtisadçı Erik Brynjolfsson və Rəqəmsal İqtisadiyyat Laboratoriyasının tədqiqatçıları olan araşdırması göstərib ki, son 3 il ərzində süni intellekt təsirinə ən çox məruz qalan sahələrdə - mühasiblərin, proqramçıların və inzibati köməkçilərin çalışdıqları sahələrdə - karyerasına yeni başlayan insanların məşğulluğu 13% azalıb.
https://technote.az/suni-zeka-ve-elm/suni-intellekt-it-sahede-karyera-startini-cetinlesdirib
https://technote.az/suni-zeka-ve-elm/suni-intellekt-it-sahede-karyera-startini-cetinlesdirib
OpenAI rəhbərliyi ChatGPT-nin həssas xarakterli vəziyyətlərdə işləyərkən yaranan nasazlıqların aradan qaldırılması planları barədə ətraflı məlumat verib. Şirkət bu məsələyə o zaman diqqət ayırdı ki, bir yeniyetmənin intiharından sonra ailəsi şirkətə qarşı məhkəmə iddiası qaldırdı. Şirkət korporativ bloqunda belə vəd edib: “Biz ChatGPT-ni ekspertlərin tövsiyələri və alətlərimizdən istifadə edən insanlara qarşı məsuliyyətimiz əsasında təkmilləşdirməyə davam edəcəyik və ümid edirik ki, digərləri də bizə qoşular, beləliklə bu texnologiya insanların ən həssas olduqları anlarda onları qoruya bilsin”. Bir gün əvvəl intihar etmiş 16 yaşlı Adam Raine-in valideynləri OpenAI-ya qarşı məhkəmə iddiası qaldırmışdılar - iddiaçılar bildirirlər ki, ChatGPT aktiv şəkildə Adam-a intihar yollarını öyrənməkdə kömək edib.
https://technote.az/suni-zeka-ve-elm/chatgpt-16-yasli-yeniyetmenin-intiharinda-gunahlandirilir
https://technote.az/suni-zeka-ve-elm/chatgpt-16-yasli-yeniyetmenin-intiharinda-gunahlandirilir
Anthropic şirkəti misilsiz bir haker hücumunun detalları barədə məlumat yayıb. Bu hücumda cinayətkar onun süni intellekt assistentindən istifadə edərək, məlumat oğurluğu və şantaj məqsədi ilə genişmiqyaslı kampaniyanı tam avtomatlaşdırıb. Hadisə dövlət qurumları, xəstəxanalar, təcili yardım xidmətləri, dini təşkilatlar və müdafiə sənayesi podratçısı da daxil olmaqla, ən azı 17 təşkilata təsir edib. Məlumata görə, haker Claude Code agent icra mühitindən istifadə edərək hücumu avtomatlaşdırıb, sistemdəki boşluqları axtarıb, hesab məlumatlarını toplayıb və təşkilatların qorunan şəbəkələrinə daxil olub. Süni intellekt cinayətkara şəxsi qeydləri, o cümlədən tibbi məlumatları, maliyyə informasiyasını və hökumət identifikasiya sənədlərini oğurlamaqda kömək edib.
https://technote.az/kiberteklukesizlik/claude-suni-intellekt-cat-botu-haker-terefinden-deleduzluq-kampaniyasinda-istifade-edilib
https://technote.az/kiberteklukesizlik/claude-suni-intellekt-cat-botu-haker-terefinden-deleduzluq-kampaniyasinda-istifade-edilib
👀1
Bu fraqmentlər, ehtimal ki, 4.5 milyard il əvvəl asteroidlərin və ya protoplanetlərin Qırmızı planetin səthini bombardman etdikləri ən güclü toqquşmaların izləridir. InSight missiyası 2022-ci ildə başa çatmazdan əvvəl qeydə alınmış seysmik dalğalar Mars mantiyasında 4 km-ə qədər ölçüyə malik qaya parçalarının səpələnmiş halda mövcudluğunu göstərib. Bu tapıntılar təsdiqləyir ki, Yerdən fərqli olaraq, Mars tektonik plitələrə sahib deyil və bu səbəbdən onun daxili qatlarında qarışma baş vermədiyindən qədim hadisələrin izləri qorunub saxlanılıb. Marsın erkən tarixində baş vermiş güclü toqquşmalar maqmatik okeanların yaranmasına və asteroidlərin, qabığın və mantiyanın fraqmentlərinin planetin dərinliklərinə qədər nüfuz etməsinə gətirib çıxarıb.
https://technote.az/texnologiya-xeberleri/mars-mantiyasinda-yad-formalasmalar-askar-edilib
https://technote.az/texnologiya-xeberleri/mars-mantiyasinda-yad-formalasmalar-askar-edilib
OpenAI elan edib ki, ChatGPT istifadəçilərinin mesajları təhdid və zorakılıq əlamətləri baxımından yoxlanılır. Risk təsdiqləndiyi halda şirkət məlumatları polisə ötürəcək. OpenAI ChatGPT-də yazışmaların işlənməsi ilə bağlı daxili qaydaları açıqlayıb. OpenAI-nin bloqunda bildirilib ki, ChatGPT-də yazışmalar özünə zərər və zorakılıq hallarına görə analiz olunur. 2023-cü ilin əvvəlindən etibarən modellər özünə zərər vurmaqla bağlı təlimatları bloklamaq və dialoqu dəstək xarakterli istiqamətə yönəltmək üçün öyrədilir. Əgər istifadəçi intihar niyyətindən yazırsa, assistent empatiya göstərməli və yardım əlaqələrini təqdim etməlidir. ABŞ-da bu, 988 qaynar xəttidir, Böyük Britaniyada - Samaritans təşkilatı, digər ölkələr üçün isə findahelpline.com portalıdır.
https://technote.az/proqram-teminati/openai-istifadecilerin-chatgpt-deki-tehlukeli-mesajlarini-polise-oturecek
https://technote.az/proqram-teminati/openai-istifadecilerin-chatgpt-deki-tehlukeli-mesajlarini-polise-oturecek
👍1👀1
“Süni intellektin xaç atası” adlandırılan alim Geoffrey Hinton, qatil robotların meydana çıxmasının müharibələri daha təhlükəsiz etməyəcəyini bildirib. Onun sözlərinə görə, bu, sadəcə münaqişələrin başlanmasını asanlaşdıracaq, çünki insan resursunu və siyasi xərcləri azaldacaq. Jurnalist Katie Couric ilə müsahibəsində, hansı ki, onun YouTube kanalında dərc olunub, Hinton belə deyib: “ Əgər varlı bir ölkə kasıb bir ölkəyə hücum etmək istəsə, bu halda ölümcül avtonom silahlar - yəni kimin öldürüləcəyinə, kimin yaralanacağına özü qərar verən silahlar - böyük üstünlükdür. Varlı ölkələr kasıb ölkələrə hücum etmirlər, çünki onların vətəndaşları cəsəd torbalarında geri qayıdır. Əgər sizdə ölümcül avtonom silah varsa, ölən insanlar əvəzinə ölü robotlar geri qayıdacaq”.
https://technote.az/suni-zeka-ve-elm/suni-intellektin-xac-atasi-avtonom-olumcul-silahlar-muharibeleri-baslatmagi-sadelesdirir
https://technote.az/suni-zeka-ve-elm/suni-intellektin-xac-atasi-avtonom-olumcul-silahlar-muharibeleri-baslatmagi-sadelesdirir
👍1
Süni intellekt bazarındakı genişmiqyaslı qarşıdurmada ABŞ və Çinin süni intellekt texnologiyalarının inkişafına və onların təyinatına yanaşmaları əhəmiyyətli dərəcədə fərqlənir. Əgər ABŞ süni intellekt sahəsində dünya nizamını dəyişməyə imkan verəcək inqilabi sıçrayışa nail olmağa çalışırsa, Çində məqsəd dövlətin effektivliyini artıracaq və asanlıqla satıla biləcək praktik və ucuz süni intellekt alətləri yaratmaqdır. Çin rəhbərliyi israr edir ki, ölkənin texnologiya sənayesi süni intellektin aydın şəkildə praktiki tətbiqə yönəldilməsinə əsaslanmalıdır. Bu qarşıdurmada risklər yüksəkdir - əgər Çin belə bir yanaşma seçib və o, uğursuzluğa düçar olarsa, 21-ci əsrin ən vacib texnologiyalarında ABŞ-dan ciddi şəkildə geri qala bilər.
https://technote.az/suni-zeka-ve-elm/suni-intellekt-yarisinda-kim-qalib-gelecek-abs-yoxsa-cin
https://technote.az/suni-zeka-ve-elm/suni-intellekt-yarisinda-kim-qalib-gelecek-abs-yoxsa-cin
❤1
Ənənəvi istehsal modelindən rəqəmsal iş formatına keçid bir çox ənənəvi avtomobil istehsalçıları üçün həddindən artıq mürəkkəb və baha başa gəlib. Yeni şəraitdə onlara müxtəlif yanaşmalar tətbiq etmək lazım gəlir. 10 il əvvəl Toyota, sadəcə avtomobil istehsalçısı olmaqla kifayətlənməyib, həm də rəqəmsal məhsullar - proqram təminatı və süni intellekt sistemləri hazırlamaq məqsədilə Google və digər texnologiya nəhənglərindən onlarla mütəxəssisi cəlb etməyə başlamışdı. O zaman bu təşəbbüsdən gözləntilər olduqca yüksək idi. Sonrakı illərdə şirkət avtomobildə hər şeyi idarə edə biləcək mərkəzləşdirilmiş kompüter sistemi qurmağa ümid edirdi: transmissiya, əyləclər, sükan, qapı kilidləri, sürücüyə yardım sistemləri və informasiya-əyləncə sistemi.
https://technote.az/proqram-teminati/boyuk-avtomobil-istehsalcilari-proqram-teminatinin-hazirlanmasinda-geri-qalirlar
https://technote.az/proqram-teminati/boyuk-avtomobil-istehsalcilari-proqram-teminatinin-hazirlanmasinda-geri-qalirlar
👍1