Technote
2.47K subscribers
3.01K photos
66 videos
2.41K links
Azərbaycanın texnologiya kanalı ✨️
Download Telegram
Apple iPhone 17 Pro seriyasından portret rejimindəki “night mode” seçimini çıxarıb. Bu, aşağı işıqlı portret çəkilişlərini əvvəlki modellərlə müqayisədə daha məhdud edir. Apple isə hələ ki, bu funksiyanın niyə çıxardığı barədə heç bir açıqlama verməyib.

📰 Xəbəri daha ətraflı oxu.
Apple-ın uzun illər UI dizaynına rəhbərlik edən Alan Dye şirkətdən ayrılaraq Meta-ya baş dizayn direktoru kimi keçib. Meta yeni dizayn studiyasını məhz onun rəhbərliyi ilə qurur və avadanlıq, proqram təminatı və süni intellekt inteqrasiyasının dizaynını ona tapşırır. Apple isə Alan Dye-ın yerinə tanınmış dizayner Steve Lemay-ı təyin edib.

📰 Xəbəri daha ətraflı oxu.
"Cloudflare" platformasında yenidən baş verən problemlərə görə ölkə ərazisində bir çox vebsayt və bank tətbiqlərinin fəaliyyətində dayanmalar müşahidə olunur.
👎1😢1
Tesla-nın FSD (Supervised) sisteminə edilən son yeniləmə sürücülərə avtomobil hərəkətdə olarkən mesaj yazmağa icazə verir. Halbuki ABŞ-da demək olar ki, bütün ştatlarda sürücülərin telefonla mesajlaşması qadağandır. Və nəticədə bu funksiya ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub.

📰 Xəbəri daha ətraflı oxu.
👍1
YouTube Avstraliyada qüvvəyə minəcək sosial şəbəkələr haqqında qanununa əsasən, 16 yaşdan aşağı istifadəçilərin girişini məhdudlaşdıracağını bildirib. Platformalar yaş təsdiqi üçün üz tanıma və şəxsiyyət sənədi yükləmə kimi üsullar tətbiq edə bilər. Qanuna əməl etməyən platformaları isə milyonlarla dollarlıq cərimələr gözləyir.


📰 Xəbəri daha ətraflı oxu.
👍2👏1
OnePlus 15 ABŞ bazarında ön sifarişə çıxarılıb və 899 dollardan başlayan qiymətlə təklif olunur. Həmçinin, sifariş edənlər Watch 3 və ya Buds 3 Pro kimi hədiyyələr seçə bilərlər.

📰 Xəbəri daha ətraflı oxu.
TikTok istifadəçilərin yaşadıqları və olduqları bölgəyə uyğun videoları kəşf etməsi üçün “Nearby Feed” funksiyasını istifadəyə verib. Bu funksiya yerli restoranların tapılması, tədbirlərin izlənməsi və səyahət zamanı ətrafdakı hadisələrdən xəbərdar olmaq üçün əlverişlidir. Videolar istifadəçinin lokasiyası və məzmun mövzusu əsasında seçilir, məkan paylaşımı isə tamamilə könüllüdür.

📰 Xəbəri daha ətraflı oxu.
Google “Year in Search 2025” hesabatını paylaşıb və ilin ən trend axtarış sorğusu “Gemini” olub. Bu il süni intellekt alətləri, filmlər, idman və podkastlar üzrə maraqlı trend dəyişiklikləri qeydə alınıb.

📰 Xəbəri daha ətraflı oxu.
🔥2
Netflix-in həmtəsisçisi Ted Sarandos Warner Bros.-un satın alınması planı ərəfəsində Ağ Evdə Donald Trump ilə görüşüb. Halhazırda şirkət 82,7 milyard dollarlıq təklif ilə rəqiblərini geridə qoyub.

📰 Xəbəri daha ətraflı oxu.
🤔1
Şəhərlərdə robotaksi xidməti şəbəkəsi intensiv formada genişlənir, lakin təhlükəsizliklə bağlı tənqidlər də paralel olaraq artır. Waymo bir neçə şəhərdə testlərə başlayıb, Uber və Avride isə Dallasda fəaliyyətə start verib.

📰 Xəbəri daha ətraflı oxu.
👍1
Apple-ın Hardware Technologies bölməsinin rəhbəri Johny Srouji yaxın vaxtlarda şirkətdən ayrılmağı düşünür və bununla bağlı Tim Cook-u da məlumatlandırıb. Bu addım, son aylarda şirkətin rəhbər heyətində baş verən böyük dəyişikliklərə daha biri kimi əlavə oluna bilər.

📰 Xəbəri daha ətraflı oxu.
SpaceX yeni ikincil səhmlərin satışı üzrə danışıqlara başlayıb. Bu satış şirkətin dəyərini 800 milyard dollara çatdıra və onu ABŞ-nin ən dəyərli özəl şirkəti edə bilər. Hazırda isə ABŞ-nin ən dəyərli şirkəti OpenAI-dır

📰 Xəbəri daha ətraflı oxu.
❤2
Meta AI xəbər suallarına daha dəqiq cavab vermək üçün bir neçə aparıcı media şirkəti ilə əməkdaşlıq edib. USA Today, CNN, People və digər tanınmış nəşrlərdən məzmundan istifadə olunacaq. AI çatbotları cavab verərkən birbaşa məqalələrə link göstərəcək, bu da nəşrlərə əlavə oxucu trafiki gətirə bilər.

📰 Xəbəri daha ətraflı oxu.
👍1👏1
OpenAI və Instacart alış-verişi birbaşa ChatGPT-yə inteqrasiya edib. İstifadəçilər resept tapmaqdan tutmuş ödəniş etməyə qədər bütün prosesi bir dialoqla həyata keçirə biləcəklər. Amma süni intellekt bəzən tərkiblər barədə halüsinasiyalar yaradır. Bu səbəbdən resept siyahılarını sifarişdən əvvəl yenidən yoxlamaq vacibdir.

📰 Xəbəri daha ətraflı oxu.
👍1👏1
Paramount, Warner Bros Discovery-ni almaq üçün 108,4 milyard dollarlıq təklif irəli sürüb və bununla Netflix-in 72 milyard dollarlıq müqaviləsini geridə qoyub. Şirkət bu sövdələşmənin Hollivudu və rəqabəti gücləndirəcəyini bildirir. WBD isə hələlik əvvəlki tövsiyəsini dəyişməyib.

📰 Xəbəri daha ətraflı oxu.
Google və Apple Android və iOS arasında keçidi daha rahat etmək üçün birlikdə yeni məlumat köçürmə funksiyası hazırlayır. Funksiya ilkin quraşdırma zamanı daha geniş məlumat kateqoriyalarını transfer edə bilər. Detallar isə hələ açıqlanmayıb.

📰 Xəbəri daha ətraflı oxu.
👍4🔥2👏2❤1
Tesla Optimus-un Mayamidəki tədbirdə yıxıldığı anların videosu sosial şəbəkələrdə geniş yayılıb. Robot içki təqdim edərkən balansı itirərək səhnədə yıxılıb. Hadisə Optimus-un hələ tam müstəqil işləmədiyi ilə bağlı sualları yenidən gündəmə gətirib.

📰 Xəbəri daha ətraflı oxu.
Google 2026-cı ildə iki fərqli AI eynəyi təqdim etməyə hazırlaşır. Display olmayan ilk model istifadəçiyə kamera və mikrofon vasitəsilə Gemini ilə qarşılıqlı əlaqə imkanı verir. İkinci model isə şüşəyə inteqrasiya olunmuş ekranla şəxsi məlumatları real vaxtda göstərəcək.

📰 Xəbəri daha ətraflı oxu.
👍1👏1
Uber mobil tətbiq olmadan taksi sifarişi etməyə imkan verən yeni kiosklarını istifadəyə təqdim edib. İlk kiosk LaGuardia Hava Limanında quraşdırılıb və sərnişinlər ünvan və xidmət növünü daxil edib çap olunmuş qəbz alırlar. Şirkət sistemi digər hava limanı və otellərə də tətbiq etməyi planlaşdırır.

📰 Xəbəri daha ətraflı oxu.
👏2
Ford və Renault Avropa bazarı üçün əlçatan qiymətli iki yeni elektrikli avtomobil hazırlamaq üçün strateji əməkdaşlıq qurub. Dizayna Ford rəhbərlik edəcək, istehsal isə Renault-nun Fransadakı Ampere platformalı zavodunda həyata keçiriləcək. Bu addım Ford-un Çin rəqiblərinə qarşı mövqeyini gücləndirməyə yönəlib.

📰 Xəbəri daha ətraflı oxu.
👍3