Technote
2.47K subscribers
3.01K photos
66 videos
2.41K links
Azərbaycanın texnologiya kanalı ✨️
Download Telegram
Azərbaycanda sosial media haqqında qanun gəlir:

Sosial şəbəkəyə qoşulma yaşı - 16.

Sosial şəbəkələr dövlətin sorğularına cavab verməlidir.
Əgər dövlətin müəyyən etdiyi qurum sosial şəbəkədən məlumat istəyərsə:

- Məlumatı verməsə;
- Gecikdirsə;
- Yarımçıq və ya yanlış məlumat versə;

platforma böyük məbləğdə cərimələnə bilər.

Sosial şəbəkələr istifadəçinin yaşını müəyyən etmək üçün texniki üsullar tətbiq etməlidirlər.

Yəni nəzəri olaraq:

- Uşaq özünü böyük kimi göstərə bilməməlidir;
- Platforma yaşın düzgün olub-olmadığını yoxlamalıdır.

Mənim fikrimə görə bu qanun birbaşa istifadəçiləri deyil, əsasən sosial şəbəkə platformalarını və onların Azərbaycandakı fəaliyyətini hədəfləyir.
👍8❤2👎2
Meta-ya məxsus Facebook və Instagram platformalarında qlobal problem yaşanır və platformalara daxil olmaq mümkün deyil.

Fərid Pərdəşünas
👀4🤝2
Üzlük qatlanan telefonlarda zərbə, cızıq və düşmə nəticəsində yarana biləcək zədələrdən qoruyur, lakin əsas risklərdən birini aradan qaldırmır. Toz hissəcikləri qatlanan ekranın arasına daxil olaraq zamanla ekranın zədələnməsinə, hətta çatlamasına səbəb ola bilər. Üstəlik, heç bir telefon üzlüyü bu problemdən tam qoruma təmin etmir.

Ətraflı: https://technote.az/mobil-cihazlar/qatlanan-telefon-uzluyu-zerbeden-qoruyur-qatdaki-tozun-qarsisini-almir
❤1
Honor yeni “Magic 9 Pro Max” flaqmanını 8 800 mAh-lıq nəhəng batareya və iki 200 MP kamera ilə təqdim edib. “Arri” ilə əməkdaşlıq çərçivəsində hazırlanan smartfon “Arri LogC3” formatında video çəkə bilir və 14 hazır “Arri Look” rəng profilini dəstəkləyir. Model “Snapdragon 8 Elite Extreme Gen 6” prosessoru ilə işləyir.

Daha ətraflı: https://technote.az/mobil-cihazlar/honor-8-800-mah-batareyali-magic-9-pro-max-smartfonunu-teqdim-etdi
👍1🔥1
Instagram “Story”lərdə insanları və obyektləri pikselləşdirərək gizlətməyə imkan verən yeni “Pixel” effektini təqdim edib. İstifadəçi gizlətmək istədiyi hissəni mətnlə təsvir edir, alət isə həmin insanı və ya obyekti avtomatik pikselləşdirir. Funksiya partnyorun, uşaqların və ya kadra təsadüfən düşən şəxslərin kimliyini gizlətmək üçün istifadə oluna bilər.

Ətraflı: https://technote.az/sosial-media/instagram-story-de-insan-ve-obyektleri-gizleden-pixel-effektini-teqdim-etdi
👍1🤩1
Saxta sosial media hesabları yaxın 3 ildə şirkətlər üçün ən böyük kibertəhlükələrdən birinə çevrilə bilər. Süni intellekt sayəsində cinayətkarlar brendləri və şirkət rəhbərlərini daha inandırıcı şəkildə təqlid edərək saxta hesablar, “deepfake” görüntülər və fişinq səhifələri yarada bilirlər. Araşdırmada texnologiya rəhbərlərinin 86 %-i bu tendensiyanı təhlükə hesab edir.

Ətraflı: https://technote.az/kiberteklukesizlik/saxta-sosial-media-hesablari-3-ilde-sirketlerin-esas-kiberriski-olacaq
😱2🔥1
SpaceX-in “Starship” meqaraketi 14-cü sınaq uçuşunda ilk dəfə Yer orbitinə çatıb. Uçuş zamanı 6 “Raptor” mühərrikindən biri sıradan çıxsa da, raket qalan mühərriklərlə orbital uçuşa davam edə bilib. Bu uğur “Starship”in kommersiya uçuşları və tam təkrar istifadə olunan raket sisteminə çevrilməsi yolunda mühüm addım hesab olunur.

Ətraflı: https://technote.az/texnologiya-xeberleri/spacex-in-starship-meqaraketi-14-cu-sinaqda-yer-orbitine-catdi
🔥3❤2
Anthropic yeni “Claude Sonnet 5.5” süni intellekt modelini təqdim edib. Yeni model əvvəlki “Sonnet 5”dən 30 %-dən çox sürətlidir və eyni tapşırıqları daha az tokenlə yerinə yetirdiyi üçün istifadə xərclərini 30 %-dək azalda bilir. Model xüsusilə kodlaşdırma, sənəd, təqdimat və elektron cədvəllərlə işləmək üçün optimallaşdırılıb.

Ətraflı: https://technote.az/suni-zeka-ve-elm/anthropic-xerci-30-dek-azaldan-claude-sonnet-55-ai-modelini-teqdim-etdi
❤2👍1
TikTok kontent yaradıcılarının platformada pul qazanması üçün artıq 8 fərqli monetizasiya üsulu təklif edir. Bunlara videoların performansına görə ödəniş, xüsusi kateqoriyalar üzrə mükafat proqramları və brendlərlə birbaşa əməkdaşlıq daxildir. Yeni “One Pay” funksiyası isə yaradıcıların reklam əməkdaşlıqlarından qazandıqları pulu birbaşa TikTok üzərindən almasına imkan verəcək.

Ətraflı: https://technote.az/sosial-media/tiktok-yaradicilar-ucun-8-qazanc-yolunu-teqdim-etdi
👎1
Meta kiçik bizneslər üçün “Muse for Small Business” süni intellekt agentini təqdim edib. Agent Facebook və Instagram analitikası, reklam, satış və maliyyə məlumatlarını təhlil edərək kampaniyaları qiymətləndirə, şübhəli xərcləri aşkarlaya və biznes üçün inkişaf planı hazırlaya bilir. “Muse” Canva, Slack, Shopify, Stripe, Notion və digər xidmətlərlə də inteqrasiya olunur.

Ətraflı: https://technote.az/suni-zeka-ve-elm/meta-kicik-biznesler-ucun-muse-suni-intellekt-agentini-teqdim-etdi
👍1
Anthropic birjaya çıxmağa hazırlaşır və noyabrda gözlənilən IPO zamanı şirkətin dəyəri 2 trilyon dollara çata bilər. Şirkətin gəlirləri sürətlə artsa da, 2025-ci ildə xalis zərəri 42 milyard dollara çatıb. IPO sənədlərində “Anthropic” daha güclü süni intellekt modellərinin yarada biləcəyi ciddi təhlükələr barədə də xəbərdarlıq edib.

Ətraflı: https://technote.az/tech-biznes/suni-intellekt-sirketi-anthropic-birjaya-cixmaga-hazirlasir
🔥1
OpenAI daxili sınaq zamanı süni intellekt agentlərinin Avstraliya dövlət sistemlərinə icazəsiz daxil olmasına görə hökumətdən üzr istəyib. Agentlər səhiyyə və statistika sistemlərindən məlumat götürüb, bəzi serverlərdə əmrlər işlədərək yeni fayllar da yaradıblar. Hadisədən sonra OpenAI “GPT-6.1 Astra”nın buraxılışını ləğv edib və ən güclü modellərinin təlimini yeni təhlükəsizlik tədbirləri hazırlananadək dayandırıb.

Ətraflı: https://technote.az/kiberteklukesizlik/openai-nin-suni-intellekti-avstraliya-dovlet-saytlarina-icazesiz-daxil-olub
👀3❤1
OpenAI yeni GPT-6.1 Sol modelini təqdim edib. Model əvvəlki versiyadan daha güclü, qənaətcil və dəqiq işləyərək bir sıra tapşırıqlarda GPT-6 Astra səviyyəsinə yaxın nəticələr göstərir. Şirkət həmçinin Dots AI köməkçisini, aylıq 500 dollarlıq Pro 500 planını və komanda işi üçün ChatGPT Space platformasını açıqlayıb.

Ətraflı: https://technote.az/suni-zeka-ve-elm/openai-daha-guclu-gpt-61-sol-suni-intellekt-modelini-teqdim-etdi
❤1
Apple qatlanan “iPhone Duo” üçün ön sifariş hazırlığını 12 oktyabrda, ön sifarişləri isə 16 oktyabr saat 16:00-da açacaq. İstifadəçilər rəng, yaddaş, ödəniş və digər seçimləri əvvəlcədən yadda saxlayaraq sifariş başlayan kimi alışı daha sürətli tamamlaya biləcəklər. “iPhone Duo”nun alıcılara göndərilməsinə 23 oktyabrda başlanacaq.

Ətraflı: https://technote.az/mobil-cihazlar/apple-qatlanan-iphone-duo-ucun-on-sifaris-hazirligini-12-oktyabrda-acacaq
Samsung yeni flaqman “Galaxy Tab S12 Ultra” və “Tab S12+” planşetlərini təqdim edib. Modellər Dimensity 9500 prosessoru, 120 Hz AMOLED ekran, S Pen və 7 illik yeniləmə dəstəyi ilə gəlir. “Tab S12 Ultra” 11 600 mAh batareyaya sahibdir və qiyməti 1399 dollardan (təxminən 2380 manat), “Tab S12+” isə 1199 dollardan (təxminən 2040 manat) başlayır.

Ətraflı: https://technote.az/mobil-cihazlar/samsung-galaxy-tab-s12-ultra-ve-s12-flaqman-plansetlerini-teqdim-etdi
❤1
Airbnb tətbiqinə süni intellektlə ev axtarışı, “Travel Map” sosial xəritəsi və yeni səyahət xidmətləri əlavə edir. İstifadəçilər mətn və ya səslə ehtiyaclarına uyğun ev tapa, dostlarının səfər seçimlərini görə və yaşayış yerlərini AI ilə müqayisə edə biləcəklər. Platformaya yemək çatdırılması, camaşır xidməti və müxtəlif avadanlıqların kirayəsi kimi əlavə xidmətlər də gəlir.

Ətraflı: https://technote.az/proqram-teminati/airbnb-ev-tapmaq-ucun-ai-axtarisi-sosial-xerite-ve-xidmetler-teqdim-etdi
👍1
Samsung yeni “Galaxy SmartTag 3” əşya izləyicisini təqdim edib və cihaz ilk dəfə iPhone-larla da işləyir. Yeni model əvvəlkindən daha kiçik və yüngüldür, 60 metrədək məsafədə işləyir və batareyası enerjiyə qənaət rejimində 790 günədək davam edir. “SmartTag 3”ün qiyməti 29,99 dollardan (təxminən 51 manat) başlayır.

Ətraflı: https://technote.az/mobil-cihazlar/samsung-galaxy-smarttag-3-esya-izleyicisini-iphone-desteyi-ile-teqdim-etdi
👏2
WhatsApp yeniyetmə hesabları üçün yeni valideyn nəzarəti funksiyaları təqdim edir. Valideynlər övladlarının qruplara qoşulması barədə bildiriş ala, Kanallar, Status və Meta AI istifadəsini məhdudlaşdıra biləcəklər. Şəxsi mesaj və zənglər isə ucdan uca şifrələnmiş qalacaq və valideynlər onların məzmununu görə bilməyəcəklər.

Ətraflı: https://technote.az/sosial-media/whatsapp-valideyn-nezareti-teqdim-edir-ovlad-qrupa-qosulanda-xeber-verecek
👏2
Meta “Edits” video redaktoruna hər yaradıcı üçün fərdi işləyən AI köməkçisi əlavə edib. Alət Instagram hesabındakı baxış, bəyənmə, paylaşım və digər göstəriciləri təhlil edərək yeni video mövzuları, diqqətçəkən girişlər, paylaşım mətnləri və uyğun musiqilər təklif edir. Köməkçi müəyyən gündəlik limitədək pulsuz olacaq, daha çox istifadə üçün isə “Meta One” abunəliyi tələb ediləcək.

Ətraflı: https://technote.az/suni-zeka-ve-elm/meta-edits-video-redaktoru-ucun-ferdi-ai-komekcisi-teqdim-etdi
AI agentlərinin nəzarətsiz fəaliyyəti nəticəsində 300-dən çox təşkilata aid 13 000-dən çox məxfi ekran görüntüsü açıq internetə sızıb. Fayllar arasında açıqlanmamış layihələr, şirkət və müştəri məlumatları, eləcə də maliyyə sənədləri olub. Araşdırmaya görə, bəzi AI agentləri özəl layihələrə aid görüntüləri səhvən açıq kod depolarına yükləyib və hətta bu üsulu sonrakı tapşırıqlarda da davam etdirib.

Ətraflı: https://technote.az/kiberteklukesizlik/ai-agentleri-13-000-den-cox-mexfi-ekran-goruntusunu-internete-yayib
😱2⚡1