Təhsil Xəbərləri
16.6K subscribers
2.11K photos
207 videos
200 files
1.75K links
Operativ Xəbər kanalı

Təhsil ilə bağlı rəsmi məlumatlar
Online və əyani şəkildə bütün növ təhsil xidmətləri göstərilir.

Əlaqə üçün: 0504132082
Download Telegram
⚡️2024/2025-ci tədris ilinin statistikasına əsasən Azərbaycanda 146 381 müəllim fəaliyyət göstərib.
❗️Onlardan 🔴120 633-ü qadın, 🔵25 748-i kişi olub.
😱Eyni tədris ilində məktəbəqədər təhsil müəssisələrində 1 nəfər kişi müəllim olmayıb.

✅@tehsil_xeber
👍3
Nazir Emin Əmrullayev: 5-10 şagirdi olan məktəbdə keyfiyyətli təhsil vermək qeyri-mümkündür

✅@tehsil_xeber
👎1🤔1
Nazir Emin Əmrullayev:
"Uzun illər ali təhsil müəssisələri daha çox tələbə cəlb etməklə maliyyə resurslarını artırmağa çalışıb. Amma bu, keyfiyyətin azalmasına gətirib çıxarıb: “İndi biz istiqaməti dəyişirik. Tələbə sayının yox, bir tələbəyə düşən xərclərin artması prioritetdir. Keyfiyyətli kadr hazırlığı üçün universitetlərin yükü azaldılacaq, amma hər bir tələbəyə daha çox investisiya qoyulacaq”.

✅@tehsil_xeber
❤2🤔1
Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) oktyabr ayında 467 müraciət daxil olub. Onlardan 326-sı barədə müsbət, 141-i barədə isə mənfi qərar verilib.

Mənfi qərarların əsas səbəbləri kimi tədris yükünün normadan az olması, kredit fərqləri, akkreditasiyasız təhsil müəssisələri və autentik olmayan diplomlar göstərilib.

Ən çox müraciət Türkiyə (153), Rusiya (132) və Ukraynadan (93) olan məzunlar tərəfindən edilib.

Populyar ixtisaslar sırasında iqtisadiyyat, menecment, maliyyə, biznesin idarə edilməsi və hüquqşünaslıq olub.
Noyabrın 16-dan 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrində payız tətili başlayacaq.

✅@tehsil_xeber
😁6🥰4
Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən incəsənət məktəblərində yaradıcı sahələrdə peşəkar kadr hazırlığının gücləndirilməsi və innovativ tədris metodlarının tətbiqi məqsədilə növbəti tədris ilindən bir sıra pilot ixtisasların tədrisinə başlanacaq.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yeni ixtisaslara rəqəmsal incəsənət çərçivəsində qrafik və dəb dizaynı, elektron musiqi, foto və videoqrafiya, dekorativ tətbiqi sənət daxildir.
Bu ixtisaslar incəsənət məktəbləri ilə Yaradıcılıq Mərkəzinin birgə fəaliyyəti əsasında, yeni kurikulum tətbiq edilərək tədris olunacaq. Seçim zamanı həm müasir dövrün tələbləri, həm də valideynlərin çoxsaylı müraciətləri nəzərə alınıb.
👍3❤1
🚔Sosial şəbəkələrdə “9990” və “7770” nömrələrindən gələn zəngləri cavablandıran şəxslərin məlumatlarının oğurlandığı barədə iddialar yayılıb. (DİN)

✅@tehsil_xeber
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2
Emin Əmrullayev: Uşaqların təxminən 40-50%-i ibtidai sinifdən sonra təhsilini davam etdirməyə çətinlik çəkir

“Biz keyfiyyətli təhsil istəyiriksə, müəllimdən də yüksək standart tələb etməliyik. Biz təhsillə bağlı gözləntilərimizi qaldırmalıyıq. Bu standartlar tədricən xüsusilə ali təhsil sahəsində artacaq. İbtidai təhsili düzəltmədən orta təhsili, tam orta təhsili, ali təhsili düzəltmək mümkün deyil. Təxminən 40-50 % uşaq ibtidai təhsildən sonra təhsilini davam etdirməyə çətinlik çəkir. Düz yol budur. Burada qısa yollara gedib görüntülü layihələr etməkdənsə, ibtidai təhsili düzəltməliyik. Burada iki amil var: müəllim və ev, ailə”, - deyə nazir qeyd edib.
👍10❤3👎1
📌 Nazir: Təhsil kreditini tələbənin təhsil haqqı və qida xərclərinə də yönəldə bilərik.

✅@tehsil_xeber
🤔1
Payız tətilindən sonra ilk dərs günü noyabrın 21-də olacaq.
❤15
🏢 Orta məktəbi bitirə bilməyənlər üçün sənəd qəbulu sabahdan başlayacaq.

✅@tehsil_xeber
Təhsil Xəbərləri
🏢 Orta məktəbi bitirə bilməyənlər üçün sənəd qəbulu sabahdan başlayacaq. ✅@tehsil_xeber
Bildirilib ki, eksternat imtahanlarında iştirak etmək istəyən şəxslər 17 noyabr- 1 dekabr (saat 18:00-dək) tarixlərində müvafiq sənədlərini BŞTİ-yə təqdim edə bilərlər.
⚡️"Kapital Bank" öz ATM-lərindən pul nağdlaşdırmaya görə 1 faiz komissiya tutacaq

✅@tehsil_xeber
Tələbələr Yeni kart sifariş edin✅
8 AZN QAZANIN

Bura Tıklayın 👈
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3
🔴 “Tam ştatlı müəllimin maaşı orta əməkhaqqından 2 dəfə yüksək olmalıdır”.

- Nazir Emin Əmrullayev

✅@tehsil_xeber
🤔3
Emin Əmrullayev: Əksər kənd məktəblərində müəllim çatışmazlığı var.

✅@tehsil_xeber
👎1
“Əslində müəllimlərimiz var, sadəcə kənd məktəblərində dərs saatları o qədər az olur ki, orada çalışmaq müəllimlərə iqtisadi cəhətdən fayda vermir. Ona görə həmin məktəblərə yaxşı müəllim göndərmək bir qədər çətindir”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.

✅@tehsil_xeber
👍1👎1
Məhkəmələrdə məhkəmə iclas katibi vəzifəsinə qəbul olunan şəxslərin dairəsi genişləndirilir.

Bu barədə İqtisadiyyat.az-a Məhkəmə-Hüquq Şurasından məlumat verilib.

Bildirilib ki, Şura tərəfindən ölkəmizin əksər bölgələrində hüquqşünas kadrlarının çatışmazlığı, həmçinin yaranmış zərurətlə əlaqədar birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə iclas katibi vəzifəsinin tutulma şərtləri araşdırılıb.

Belə ki, müvafiq vəzifə təlimatının "Təhsilə dair tələblər" bölməsində Hüquqşünaslıq ixtisası ilə yanaşı, Filologiya, Fəlsəfə, Tərcümə (dillər üzrə), Jurnalistika, Kitabşünaslıq, Tarix, Politologiya, Psixologiya, Sosiologiya, Regionşünaslıq (regionlar üzrə), Beynəlxalq münasibətlər, Kitabxanaçılıq və informasiya, Dövlət və ictimai münasibətlər, Dövlət və bələdiyyə idarəetməsi və Sosial iş ixtisasları da daxil edilib.

Qeyd edək ki, bundan əvvəl məhkəmə iclas katibi vəzifəsinə yalnız “hüquqşünaslıq” ixtisası üzrə ali təhsili olan şəxslər qəbul olunurdu.
❤5
Salaammm,dostlar,necəsiz,necə gedir?
👎8❤5👍3😱3😢1
🔖#UNEC QS Dayanıqlılıq 2026 reytinqində də Azərbaycan Universitetləri üzrə #BİRİNCİDİR! ⚡

🔴Dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri olan QS tərəfindən açıqlanan “Dünya Universitetlərinin reytinqi: Dayanıqlılıq 2026” nəticələrinə əsasən, UNEC dünyada ən yaxşı 726-cı, Asiyada 221-ci, Azərbaycanda isə 1-ci universitetdir.

🌏Reytinqə dünyanın 108 ölkəsindən 2001 universitet daxil olub.

📌#Qiymətləndirmə: ali təhsil müəssisələrinin Ətraf mühitə təsiri, Sosial məsuliyyəti və İdarəetmə fəaliyyətləri əsasında aparılıb. UNEC 3 istiqamətin hər biri üzrə 1-ci yerə yüksələrək, #dayanıqlılıq sahəsində ölkənin #ən #yüksək göstəriciyə malik ali təhsil müəssisəsi olub.

✅ @tehsil_xeber
❤10👍1