Təhsil Xəbərləri
16.6K subscribers
2.11K photos
208 videos
200 files
1.75K links
Operativ Xəbər kanalı

Təhsil ilə bağlı rəsmi məlumatlar
Online və əyani şəkildə bütün növ təhsil xidmətləri göstərilir.

Əlaqə üçün: 0504132082
Download Telegram
Emin Əmrullayev: Əksər kənd məktəblərində müəllim çatışmazlığı var.

✅@tehsil_xeber
👎1
“Əslində müəllimlərimiz var, sadəcə kənd məktəblərində dərs saatları o qədər az olur ki, orada çalışmaq müəllimlərə iqtisadi cəhətdən fayda vermir. Ona görə həmin məktəblərə yaxşı müəllim göndərmək bir qədər çətindir”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.

✅@tehsil_xeber
👍1👎1
Məhkəmələrdə məhkəmə iclas katibi vəzifəsinə qəbul olunan şəxslərin dairəsi genişləndirilir.

Bu barədə İqtisadiyyat.az-a Məhkəmə-Hüquq Şurasından məlumat verilib.

Bildirilib ki, Şura tərəfindən ölkəmizin əksər bölgələrində hüquqşünas kadrlarının çatışmazlığı, həmçinin yaranmış zərurətlə əlaqədar birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə iclas katibi vəzifəsinin tutulma şərtləri araşdırılıb.

Belə ki, müvafiq vəzifə təlimatının "Təhsilə dair tələblər" bölməsində Hüquqşünaslıq ixtisası ilə yanaşı, Filologiya, Fəlsəfə, Tərcümə (dillər üzrə), Jurnalistika, Kitabşünaslıq, Tarix, Politologiya, Psixologiya, Sosiologiya, Regionşünaslıq (regionlar üzrə), Beynəlxalq münasibətlər, Kitabxanaçılıq və informasiya, Dövlət və ictimai münasibətlər, Dövlət və bələdiyyə idarəetməsi və Sosial iş ixtisasları da daxil edilib.

Qeyd edək ki, bundan əvvəl məhkəmə iclas katibi vəzifəsinə yalnız “hüquqşünaslıq” ixtisası üzrə ali təhsili olan şəxslər qəbul olunurdu.
❤5
Salaammm,dostlar,necəsiz,necə gedir?
👎8❤5👍3😱3😢1
🔖#UNEC QS Dayanıqlılıq 2026 reytinqində də Azərbaycan Universitetləri üzrə #BİRİNCİDİR! ⚡

🔴Dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri olan QS tərəfindən açıqlanan “Dünya Universitetlərinin reytinqi: Dayanıqlılıq 2026” nəticələrinə əsasən, UNEC dünyada ən yaxşı 726-cı, Asiyada 221-ci, Azərbaycanda isə 1-ci universitetdir.

🌏Reytinqə dünyanın 108 ölkəsindən 2001 universitet daxil olub.

📌#Qiymətləndirmə: ali təhsil müəssisələrinin Ətraf mühitə təsiri, Sosial məsuliyyəti və İdarəetmə fəaliyyətləri əsasında aparılıb. UNEC 3 istiqamətin hər biri üzrə 1-ci yerə yüksələrək, #dayanıqlılıq sahəsində ölkənin #ən #yüksək göstəriciyə malik ali təhsil müəssisəsi olub.

✅ @tehsil_xeber
❤10👍1
📌Universitetlərdə pedaqoji fakültələrin sayının azaldılması təklif edilir.

✅ @tehsil_xeber
👍14👎7
Emin Əmrullayev: Sertikasiyadan keçən müəllimlərin maaşına əlavələr ilin sonuna qədər ödəniləcək.

✅ @tehsil_xeber
👍4❤1
Tələbələrin nəzərinə❗️

Təhsil tələbə krediti götürmək üçün müraciətlər davam edir

0504132082
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
📍Buraxılış İmtahanına tarix fənni əlavə olunmayacaq.

✅ @tehsil_xeber
👍25👎1
❗️Abituriyentlər, valideynlər!
Salamlayırıq hər birinizi. Bu il tələbə adını qazanmaq arzusunda olanlar üçün xidmətlərimiz az sonra başlayacaq. İlk iş buraxılış imtahanlarına qeydiyyatdır. Daha sonra, növbəti imtahan mərhələləri üzrə xidmətlərimizdən yararlana bilərsiz. Qeydiyyatımız aktivdir. Qəbulumuza yazılıb, gələcəyiniz olan təhsilinizi bizə etibar edin!🎯

Whtsapp: 050-413-20-82
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8
📌Hərbi tibb ixtisası üzrə qəbul olmuş şəxslər 4-cü kursadək,

📌Stomatologiya ixtisası üzrə qəbul olmuş şəxslər 3-cü kursadək təhsil aldıqdan sonra hərbi andı qəbul edirlər və bütün növ təminatlarla təmin edilirlər.

Hərbi tibb ixtisası üzrə qəbul olmuş şəxslər 4-cü kursadək, (Stomatologiya ixtisası 3-cü kursadək) ayda 90 AZN, son 2 ili isə ayda 181 AZN məbləğində müavinət alırlar. Təhsili və intizamı ilə fərqlənən əlaçı kursant və tələbələrin aylıq müavinətlərinə müvafiq qaydalara uyğun əlavələr edilir.

📌Hərbi feldşer işi ixtisası üzrə:
Təhsil müddəti - 3 il
Hərbi feldşer işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul olanlar təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 243 AZN məbləğində müavinət alırlar.

Yaş həddi: Hərbi tibb, Stomatologiya və Hərbi feldşer işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə cari ildə ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan, habelə 18 yaşından 23 yaşınadək müddətli həqiqi hərbi xidmət keçmiş hərbi vəzifəli Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları qəbul edilirlər.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5
Müəllim məktəbə "müştəri yeri" kimi baxırsa, o mənim üçün müəllim deyil.

"
Bakues.az" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "İTV"də yayımlanan "Diqqət Mərkəzi" proqramında deyib.

"Əgər müəllim 6 sinifdə dərs deyirsə və düşünürsə ki, hər sinifdən 15 uşaq repetitorluğa müraciət edəcək və onun da həyat səviyyəsi yüksələcək, bu adam mənim üçün müəllim deyil. Müəllim məktəbə gəlir, əməkhaqqını alır, amma onun əvəzini birbaşa sinifdə verməlidir. Kim istəsə, dərsdən sonra özəl sektorda işləyə bilər. Bu hər bir vətəndaşın hüququdur. Amma dövlət sektorunda çalışan müəllimin əsas məqsədi şəxsi qazancını artırmaq yox, məktəbə və uşaqlara xidmət etmək olmalıdır. Əgər kimsə bu prinsipləri pozursa və özəl qazancı məktəbin qarşısında üstün tutursa, o zaman bu, müəllimlik mövqeyi deyil. Çünki müəllimlik vicdan, münasibət və məsuliyyət tələb edən bir peşədir", - nazir bildirib.

E.Əmrullayev qeyd edib ki, müəllimdən əsas gözlənti uşağa olan münasibətlə ölçülür: "Biz heç vaxt demirik ki, müəllim sertifikasiyada mütləq 60 bal toplamalıdır. Məsələ sadəcə balda deyil. Məsələn, müəllim hər gün bir uşağa 5 bal, digərinə 10 bal qazandırır. Bu, fəaliyyətin simvolik tərəfidir. Məktəb müəllimindən əsas gözlənti yüz faiz biliklə yox, uşağa olan münasibətlə ölçülür. Bizdə həyatını məktəbə və şagirdlərə həsr edən insanlar var. Məhz bu cür müəllimləri tapıb məktəbə qaytarmaq istəyirik".
1❤7👍7👎2😁1
⚡️Qərbi Kaspi Universitetinin tələbələrindən NARAZILIQ

❗️Tələbələr dərslərin həftəsonuna keçirilməsi, bufetin fəaliyyət göstərməməsi və mobil telefonların dərs zamanı yığılması ilə bağlı narazılıq bildiriblər.

📌Universitet rəhbərliyi isə səsləndirilən iddiaların həqiqəti əks etdirmədiyini açıqlayıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👎5
62 yaşlı Rəhman Cəlilov Mingəçevir Dövlət Universitetindən məzun olub.

Bildirilib ki, bu gün ona bakalavriat səviyyəsi üzrə diplom təqdim edilib.

O, MDU-da “İqtisadiyyat” ixtisası üzrə qiyabi formada təhsil alıb.

Qeyd edək ki, R.Cəlilov əvvəllər kollec məzunu olub. Hazırda o, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində çalışır
👍17❤4🥰1
🇦🇿🇹🇷 Azərbaycan İlahiyyat İnstitutu ilə İğdır Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.

✅ @tehsil_xeber
👎2🤔2
❗DİM: Martın 1-də buraxılış imtahanının keçirilməsi xəbəri doğru məlumat deyil.
🖇️ "İmtahan tarixləri adətən ilin əvvəllərində açıqlanır",- deyə DİM-dən məlumat verilib.

✅ @tehsil_xeber
👍6
📌 Tələbələr bildirirlər ki, hər il qiymətlər artır, amma yeməklərin keyfiyyəti düşür.
👍13❤7
❌❌❌ Elm və Təhsil Nazirliyi bu kitaba qadağa qoyub

Elm və Təhsil Nazirliyi D. Deyl Karneginin "Yeniyetmə qızlar: Dostları necə qazanmalı və insanlara necə təsir etməli" kitabının məktəb kitabxanalarına daxil edilməsinə qadağa qoyub.

Milli.аz xəbər verir ki, bu barədə "Qanun" Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu məlumat verib.

Xuduoğlunun sözlərinə görə, Qərar nazirlik yanında fəaliyyət göstərən komissiya tərəfindən qəbul olunub.

Naşir bu addımı "qəribə, izahı çətin və yeniyetmə qızlara qarşı ədalətsiz yanaşma" adlandırıb:

"Karneginin əsərləri uzun illərdir ki, bütün dünyada insan münasibətlərini, sosial bacarıqları, yumşaq gücü və şəxsi inkişafı öyrədən əsas mənbələrdən biridir. Onun kitabları demək olar ki, bütün dillərə tərcümə olunub və geniş istifadə edilir. Mən əminəm ki, Təhsil Nazirliyində çalışan mütərəqqi insanlar da Karnegidən yararlanıblar. Bəs indi nə baş verdi? Bu qadağa niyə və hansı məntiqlə tətbiq olunur?", - deyə o bildirib.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu göndərilib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4👎2
📌Türkiyə təhsilində
valideynlərin şikayətləri əsasında
tətillər(payız, qış, yaz) aradan qalxa bilər.

Səbəb: İşləyən ana və atalar problem yaşayır.
Uşaq fasilədən sonra məktəbə qayıtmaq istəmir.

✅ @tehsil_xeber
👎6😁2
⚡️İlham Əliyevin 8 yaşında çəkdiyi RƏSM və yazdığı təbrik

📌 Sabiq DTK rəsmisi Semyon Sviqunun ailə arxivində Prezident İlham Əliyevin uşaqlıq şəkli və 1969-cu ildə yazdığı təbrik məktubu aşkarlanıb.

📌 Balaca İlhamın çəkdiyi şəkildə SSRİ bayrağı altında hərbi səhnə təsvir olunub və o, bu hədiyyəni Roza xalasına ünvanlayıb. Sviqun və Əliyev ailələrinin dostluğu uzun illər davam edib.

📌 Hətta balaca İlhamın çimərlikdə xilas edilməsi də ailəvi yaxınlığın bir nümunəsidir.

#arxiv #rəsm #ilhaməliyev
❤6👎2👍1