Təhsil Xəbərləri
16.6K subscribers
2.11K photos
206 videos
200 files
1.75K links
Operativ Xəbər kanalı

Təhsil ilə bağlı rəsmi məlumatlar
Online və əyani şəkildə bütün növ təhsil xidmətləri göstərilir.

Əlaqə üçün: 0504132082
Download Telegram
AzTU Dekabr ayının təqaüdünü ödədi.✅
Xeyirli olsun❗️

✅️@tehsil_xeber
❤6
MDU Dekabr ayının təqaüdünü ödədi.✅
Xeyirli olsun❗️

✅️@tehsil_xeber
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3
❗️Köməkçi vasitələrlə imtahana girən 11 abituriyentin 9-un nəticəsi ləğv edilib

✅️
@tehsil_xeber
⚖️ BDU-nun Hüquq fakültəsinin tələbələri məktəblilər üçün təlim keçiblər.

✅️@tehsil_xeber
❤10
AİA Dekabr ayının təqaüdünü ödədi.✅
Xeyirli olsun❗️

✅️@tehsil_xeber
👍2
BANM Dekabr ayının təqaüdünü ödədi.✅
Xeyirli olsun❗️

✅️@tehsil_xeber
👍3
🔴"İndiyə kimi bir nəfər belə dərslikdən kənar sual salındığını sübut edə bilməyib, göstərə bilməyib, əks halda bizi məhkəməyə verərdilər. Bütün suallar məktəb dərsliklərindən salınır".

- DİM sədri Məleykə Abbaszadə

✅️@tehsil_xeber
❤4
Qazax Dövlət Sosial-İqtisadi Kollecində nöqsanlar aşkarlanıb.

✅️@tehsil_xeber
❤1
🏢 ADNSU-da “105 ildən gələn birlik: Məzunlar Assosiasiyasının görüşü” keçirilib.

✅️@tehsil_xeber
🔴Bu gün cənab Prezident İlham Əliyevin doğum günüdür.

Ürəkdən təbrik edirik!👏
1❤16👍3👎1🤔1
Paytaxt məktəbliləri idman yarışlarında 4168 medal qazanıb.

✅️@tehsil_xeber
BDU Dekabr ayının təqaüdünü ödədi.✅
Xeyirli olsun❗️

✅️ @tehsil_xeber
❤10
Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak ödənişli olacaq.

Tehsil.Xeberleri Oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələ “Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müsabiqə yolu ilə həyata keçiriləcək.

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak (ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailənin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər istisna olmaqla) ödənişli olacaq.

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Sənəddə vurğulanır ki, “Ümumi təhsil haqqında” Qanuna əsasən, dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi Elm və Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə “Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən tənzimlənir. Həmin qaydalara uyğun olaraq müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqə yolu ilə həyata keçirilir.

Layihədə müəllimlərin işə qəbulunda iştirakçıların məsuliyyətinin artırılması, dövlət büdcəsi vəsaitlərinə qənaət edilməsi və maliyyə yükünün müəyyən bir hissəsinin iştirakçılar tərəfindən qarşılanması məqsədilə sözügedən müsabiqədə iştirakın ödənişli olması təklif edilir.

Təqdim olunan dəyişikliklərə əsasən, ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.

Qeyd edilib ki, layihənin qəbul edilməsi dövlət büdcəsinin qənaətlə istifadə edilməsinə və müsabiqə iştirakçılarının məsuliyyətinin artırılmasına xidmət göstərəcək.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
❤3
Dövlət İmtahan Mərkəzi tərəfindən 18 yanvar 2026-cı il tarixində magistraturaya qəbul olmaq istəyənlər üçün Bakı və regionlarda elektron formada sınaq imtahanı keçiriləcək, qeydiyyat 24 dekabr 2025-ci il saat 17:00-dan 7 yanvar 2026-cı il saat 23:59-dək dim.gov.az saytı üzərindən aparılacaq, iştirak haqqı 40 AZN təşkil edəcək və imtahan məntiqi təfəkkür, informatika və xarici dil (esse daxil olmaqla) üzrə ümumilikdə 3 saat 30 dəqiqə davam edəcək.

Qeyd: Magistratura səviyyəsinə qəbul imtahanının (I cəhd) 2026-cı il fevral ayında keçirilməsi nəzərdə tutulur.
Çoxsaylı sualları nəzərə alaraq hər kəsə dəstək olmaq məqsədilə ixtisasınızı bizə yazın, hansı universitetləri və ixtisasları seçə bilərsiniz?- sizə qeyd edək!

Bizimlə əlaqə: 055-413-20-82
Whatsapp: 050-413-20-82
Salam. Bu gun nehayet ki, bir mesele haqqinda danişmaq istedim. Bu mesele artiq 2-3 ildir ki meni narahat edir, bu sebebden qerar aldim ki artiq herkes bilsin. Men Baki Slavyan Universitetinde tehsil almişam (2-ci korpusda). Hazirda Almaniyada yeniden tehsil aliram. Ve burda tehsil aldiğim muddetde, cox ama cooox teesuf edirem ki, her defesinde meni BSU-da aldiğim travmalarim narahat edir. Indiye qeder getdiyim, tehsil aldiğim, iştirak etdiyim heeer yerde ve her zaman en secilen ve en terife laiq edilen bir insan olmuşam. Ister insani keyfiyyetlerim, ister terbiyyem, her mövzuda sozun esl menasinda ad ile deyilen olmuşam(yaxşi menada). BSU-ya qebul olmazdan önce tamam ferqli bir insan idim… Çox ozguvenli, çox cesaretli… Ama BSU meni çox deyişdi. Ve bir zamanlar, mene, seçdiyim ixtisasin en yaxşi tedris olundugunu BSU deyenlere inandigim uçun çox pesmanam. Indi ki yaşimda ve indi ki ağlimda anlayiram ki, esas olan tehsil deyilmiş, esas olan insani davranişlar imiş. Her universitet özüne gore tehsili ile yaxşidir, ama her universitetde “insan”kimi pedaqoqlar olmurmuş…
Daha çox pedaqoqika, psixologiya, metodika öyredilen bir tehsil müessisesinde-bunlarin hamisindan xebersiz olan “Pedaqoq”-lar var imiş. Biz mektebden çixib Universitete başladiq, ama bizimle ele davrandilar ki, belkede bu aldiğimiz travmalar hec bir zaman keçmeyecek…
Koridorlarda toplanan rüşvet növbeleri, her imtahanin kesr olmamasi üçün müeyyen mebleğler. Imtahandan önce bir mebleğ, kesilenden sonra bir mebleğ… Daha neler-neler. Ama Universitetden önce herşeyin heyatda toz pembe olduğunu duşunurdum.
Ama bu gun tamam başqa bir hadiseden danişmaq isteyirem.
Günlerin birinde, imtahanlar zamani idi. Bir dersden 16 ball ile kesr aldim. Hal bu ki o ders en yaxşi bildiklerimden idi. Artiq qebullandim kesildiyimi. Ama qrupumda olan herkes mene dedi ki Apellyasiyaya müraciet et, mütleq ki 1 ball qaldiracaqlar, niye kesilesen ki 1 ball uçun?
Mende artiq ilk kurs deyildim, ama ilk defe idi ki Apellyasiyaya muraciet edecekdim, ve etdim. 5saat meni koridorlarda gözletdiler ayaq uste. Nehayet bir “müellimin” qebuluna düşdüm. O günümü hec ama hec vaxt unutmayacam.

Ardı şərhdə 👇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5😱3
Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin 21 illik direktoru Mətanət Səfər qızı Piriquliyeva vəzifəsindən azad olunub.

Qeyd edək ki, Mətanət Piriquliyeva 2004-cü ildə Təhsil Nazirinin sərəncamı ilə Sumqayıt Dövlət Texniki Kollecinin direktoru təyin edilib.

//Xeberlecom
👍4
📣⚡️ Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin müvafiq əmri ilə, bayramlarla əlaqədar universitetin bütün əməkdaşlarına əməkhaqqının 50%-i həcmində mükafat verilib.

✅️ @tehsil_xeber
❤9👎1😁1🤔1
Xəzər Universiteti Dekabr ayının təqaüdünü ödədi.✅
Xeyirli olsun❗️

✅️@tehsil_xeber
❤10🔥1😱1😢1
❌️ “Attestatla qəbul olunan, heç bir qiymətləndirmə mərhələsindən keçməyən şəxslərin sonrakı təhsil və peşə taleyi əksər hallarda mənfi olur”.

- TKTA sədri Tural Əhmədov

✅️@tehsil_xeber
❤4👍3🤔1😢1