Təhsil Xəbərləri
16.6K subscribers
2.11K photos
207 videos
200 files
1.75K links
Operativ Xəbər kanalı

Təhsil ilə bağlı rəsmi məlumatlar
Online və əyani şəkildə bütün növ təhsil xidmətləri göstərilir.

Əlaqə üçün: 0504132082
Download Telegram
⚡️İndiyə qədər 7 mindən çox şəxs kolleclərə qəbul üzrə ixtisas seçimində iştirak edib

Düzgün ixtisas seçimi üçün: wa.me/994504132082
📢 Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb

⚪️ İmtahanda iştirak hüququ qazanan 827 abituriyentdən 189-u imtahana qatılmayıb.

⚪️ İmtahanda iştirak edənlərdən 543 nəfər məqbul qiymət alıb.

⚪️ Məqbul qiymət alan abituriyentlər avqustun 12-19-da keçiriləcək ixtisas seçimində jurnalistika ixtisasını seçə biləcəklər.

⚪️ Nəticələrdən narazı olanlar avqustun 10-11-də Apellyasiya Komissiyasına müraciət edə bilərlər.

✅t.me/tehsil_xeber
❤4
⚡️Müəllimlərin faktiki yaşayış rayonuna uyğun olaraq vakansiya seçimi başladı

⚪️Həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu məktəblər üzrə vakansiya seçimi bu gün saat 11:00-dan başlayıb.

▪️ Namizədlər şəxsi səhifələrindən seçim edə bilərlər.

⏰ Son tarix: 10 avqust, saat 11:00.

Müraciət üçün: wa.me/994504132082
❤1👎1
⚡️Azərbaycan Dövlət Neft və Sənaye Universiteti bakalavriat 2026/2027-ci tədris ili üzrə qəbul planı:

32 ixtisas üzrə 3295 yer ayrılıb✅

🇦🇿Azərbaycan bölməsi üzrə 1950 yer
🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿İngilis bölməsi üzrə 1165 yer
🇷🇺Rus bölnəsi üzrə 180 yer

✅t.me/tehsil_xeber
Necəsiz dostlar? Yay Necə keçir?
👎12👍1
📚 Sabahdan etibarən “Abituriyent 4” jurnalı, və “Subbakalavr” uyğunluq jurnalı satışda olacaq.

✅ t.me/tehsil_xeber
👍6❤2
Hörmətli III qrup üzrə 350-400 bal toplayan abituriyentlər, o qədər bal toplamısınız, ixtisas seçimində 15 ixtisasın hamısını pulsuz yazmayın, kəsilərsiniz. 🙂

✅ t.me/tehsil_xeber
❤9😁7👎3😢3
🔴 Rezidentura imtahanının 2-ci mərhələsinin nəticələri açıqlanacaq

⚪️DİM avqustun 9-da rezidenturaya qəbul imtahanının 2-ci mərhələsini keçirib. İmtahanda iştirak edən 991 namizəddən 827-si müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb.

📌 İxtisas seçimi 12–16 avqust tarixlərində aparılacaq.
❤1
Forwarded from Təhsil Xəbərləri (İsayev)
Abituriyent_2_2026.pdf
32.4 MB
"Abituriyent 2" 2026 İsayev Bəhruz

✅ t.me/tehsil_xeber
❤20🔥3
🔴 Azərbaycan Tibb Universitetində təhsil haqları azaldıldı

2026/2027-ci tədris ilində ATU-da IV qrup üzrə illik təhsil haqları 4500–5000 manat olacaq.

🩺 Tibb – 5000 manat
🦷 Stomatologiya – 4500 manat
💊 Əczaçılıq – 4500 manat
Fizioterapiya – 4500 manat
İctimai səhiyyə – 4500 manat
Tibb bacısı işi – 4500 manat

Tibb və stomatologiyada təhsil haqqı ötən illə müqayisədə 1500 manat azalıb. Qarabağ Universitetində isə IV qrup üzrə 246 plan yerinin hamısı dövlət sifarişlidir.

✅ t.me/tehsil_xeber
❤6
🎓 Azərbaycanda universitetlərdə təhsil haqları: 1100 manatdan 8000 manatadək

DİM-in 4 nömrəli jurnalında yer alan məlumatlara əsasən, bəzi ali təhsil müəssisələrində ixtisaslar üzrə illik təhsil haqları belədir:

🔴 Ən yüksək təhsil haqqı – 8000 manat
📍 ADA Universiteti

Maliyyə – 8000 manat
Hüquq – 8000 manat
Tədris dili: ingilis dili

🟢 Ən aşağı təhsil haqqı – 1100 manat
📍 Naxçıvan Dövlət Universiteti

Xarici dil müəllimliyi (ingilis, alman, rus dili) – 1100 manat

📍 Gəncə Dövlət Universiteti

Kimya müəllimliyi – 1100 manat
Psixologiya – 1200 manat

✅t.me/tehsil_xeber
❤2🔥1
🎓 Universitetlərdə ən az plan yeri ayrılan ixtisaslar açıqlanıb

🔴 5 plan yeri

ADA Universiteti - Heyvandarlıq (ingilis dili)
Xəzər Universiteti - Fizika müəllimliyi (ingilis dili)

🟠 10 plan yeri

Azərbaycan Texniki Universiteti — Kompüter mühəndisliyi (ingilis dili)
Azərbaycan Memarlıq və İnşaat Universiteti - Yerquruluşu və daşınmaz əmlakın kadastri
ADPU - Fizika müəllimliyi (Ağcabədi filialı)
ADA Universiteti - Riyaziyyat (ingilis dili)
Bakı Ali Neft Məktəbi - İnformasiya təhlükəsizliyi (ingilis dili)

Azərbaycan Dövlət Aqrar Universiteti - Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
Balıqçılıq (qiyabi)
Xəzər Universiteti - Fizika müəllimliyi

🟡 15 plan yeri
Bir sıra universitetlərdə, o cümlədən BDU, ADNSU, AzTU, ADPU, UNEC, BMU, NDU, MDU və digər ali məktəblərdə müxtəlif ixtisaslar üzrə 15 plan yeri ayrılıb.

📌 Ən az plan yeri isə ADA Universitetində Heyvandarlıq və Xəzər Universitetində Fizika müəllimliyi ixtisaslarına ayrılıb - cəmi 5 yer.

✅ t.me/tehsil_xeber
❤2
⚡️Qarabağ Universitetində ən çox və ən az plan yeri ayrılan ixtisaslar

⚪️ I ixtisas qrupu

Ən çox: Riyaziyyat müəllimliyi - 60 yer
Ən az: Mexatronika və robotexnika mühəndisliyi (alman dili) - 20 yer

⚪️ II ixtisas qrupu

Ən çox: Turizm işinin təşkili - 40 yer
Ən az: Biznesin idarə edilməsi (ingilis dili) - 25 yer
Mühasibat (ingilis dili) - 25 yer

⚪️ IV ixtisas qrupu

Ən çox: Tibb - 72 yer
Ən az: Əczaçılıq - 24 yer
Stomatologiya - 24 yer

⚪️ V ixtisas qrupu

Ən çox: Dizayn - 40 yer
Ən az: Bəstəkarlıq - 2 yer

📌 Qeyd: Qarabağ Universitetində göstərilən ixtisaslar üzrə təhsil dövlət sifarişi əsasında həyata keçirilir.

✅ t.me/tehsil_xeber
❤5
⚡️Pedaqoji ixtisasların plan yerləri və təhsil haqları - TAM SİYAHI

⚪️ I qrup

BDU - Fizika müəllimliyi: 120 yer, 2500 AZN
BDU - Riyaziyyat müəllimliyi: 120 yer, 2600 AZN
ADPU - Fizika müəllimliyi: 90 yer, 2400 AZN
GDU - Texnologiya müəllimliyi: 40 yer, 1700 AZN
NDU - Fizika müəllimliyi: 15 yer, 1600 AZN
MDU - Riyaziyyat və informatika müəllimliyi: 20 yer, 1600 AZN
Xəzər Universiteti - Fizika müəllimliyi: 10 yer, təhsil haqqı 0-4500 AZN

⚪️ II qrup

BDU - Coğrafiya müəllimliyi: 60 yer, 2200 AZN
ADPU - Coğrafiya müəllimliyi: 90 yer, 2400 AZN
GDU - Tarix və coğrafiya müəllimliyi: 20 yer, 2000 AZN
LDU - Tarix və coğrafiya müəllimliyi: 30 yer, 2000 AZN
Qarabağ Universiteti - Coğrafiya müəllimliyi: 30 yer, dövlət sifarişi

⚪️ III qrup

ADPU - İbtidai sinif müəllimliyi: 180 yer, 2400 AZN
ADPU - Azərbaycan dili və ədəbiyyatı müəllimliyi: 150 yer, 2400 AZN
ADU - Xarici dil müəllimliyi (ingilis dili): 475 yer, 3000 AZN
BSU - Xarici dil müəllimliyi (rus dili): 130 yer, 2400 AZN
NDU - Xarici dil müəllimliyi (fransız, alman, rus): 10 yer, 1100 AZN
Xəzər Universiteti - İbtidai sinif müəllimliyi: 20 yer, təhsil haqqı 0-4500 AZN

⚪️ IV qrup

ADPU - Biologiya müəllimliyi: 130 yer, 2400 AZN
ADPU - Kimya müəllimliyi: 100 yer, 2400 AZN
BDU - Kimya müəllimliyi: 100 yer, 2600 AZN
LDU - Kimya və biologiya müəllimliyi: 30 yer, 2000 AZN
Qarabağ Universiteti - Biologiya müəllimliyi: 30 yer, dövlət sifarişi
Qarabağ Universiteti - Kimya müəllimliyi: 30 yer, dövlət sifarişi

⚪️ V qrup

Azərbaycan İdman Akademiyası - Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi: 275 yer, 3000 AZN
ADPU - Təsviri incəsənət müəllimliyi: 90 yer, 2400 AZN
ADMİU - Təsviri incəsənət müəllimliyi: 40 yer, 2200 AZN
ADR Akademiyası - Təsviri incəsənət müəllimliyi: 40 yer, 2300 AZN
NDU - Fiziki tərbiyə müəllimliyi: 30 yer, 1700 AZN
Qarabağ Universiteti - Musiqi müəllimliyi: 20 yer, dövlət sifarişi

📌 Ən aşağı təhsil haqqı: 1100 AZN
📌 Ən yüksək: 4500 AZN
📌 Ən çox plan yeri: ADU-da ingilis dili müəllimliyi - 475 yer
📌 Ən çox fiziki tərbiyə müəllimliyi: Azərbaycan İdman Akademiyası - 275 yer
❤7
Abiturient 4 (2026) İsayev Bəhruz (1).pdf
11.2 MB
"Abiturient 4" (2026) İsayev Bəhruz

✅ t.me/tehsil_xeber
❤10
📢 MİQ üzrə ümumi vakansiya seçimi başlayır

🗓️ Müəllimlərin işə qəbulu üzrə ümumi vakansiya seçimi 12 avqust saat 15:00-da başlayacaq və 15 avqust saat 15:00-dək davam edəcək.

📌 Namizədlər ən çox 8 vakant yer seçə biləcəklər. Seçim namizədin göstərdiyi ardıcıllıqla aparılacaq.

❗️Yerləşdirildiyi vakant yerdən imtina edən namizəd növbəti vakansiya seçimlərində iştirak edə bilməyəcək.

✅t.me/tehsil_xeber
❤4👎1
⚡️I ixtisas qrupu üzrə 16 265 dövlət sifarişli plan yeri ayrılıb

⚪️2026–2027-ci tədris ili üçün ali məktəblərin bakalavriat səviyyəsində I ixtisas qrupu üzrə dövlət sifarişi ilə 16 265 plan yeri ayrılıb.

⚪️Məlumat “Abituriyent” jurnalının 4-cü sayında dərc olunub.

⚪️I qrup üzrə müsabiqəyə ümumi balı 200-dən, ikinci mərhələ üzrə balı isə 100-dən az olmayan abituriyentlər buraxılacaqlar.

✅t.me/tehsil_xeber
❤4
⚡️II və III qruplar üzrə qəbul şərtləri açıqlanıb

⚪️2026–2027-ci tədris ili üçün II ixtisas qrupu üzrə 4 185 dövlət sifarişli plan yeri ayrılıb.

⚪️Ödənişli yerlər üçün minimum 150, dövlət sifarişi üçün isə 200 bal tələb olunur. İkinci mərhələ üzrə minimum bal müvafiq olaraq 50 və 100-dür.

✅t.me/tehsil_xeber
❤2