Təhsil Xəbərləri
16.6K subscribers
2.11K photos
206 videos
200 files
1.74K links
Operativ Xəbər kanalı

Təhsil ilə bağlı rəsmi məlumatlar
Online və əyani şəkildə bütün növ təhsil xidmətləri göstərilir.

Əlaqə üçün: 0504132082
Download Telegram
🌐 Hər il 300-dən çox gənc İT və kibertəhlükəsizlik üzrə xaricdə təhsil alır

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, 5, 8 və ya 10 illik perspektivdə bu, minlərlə mütəxəssis deməkdir.

Onun sözlərinə görə, bu gənclərin hər biri gələcəkdə böyük təsir yarada, rol modeli ola və təhsilə töhfə verə bilər.

✅ t.me/tehsil_xeber
❤2
⚡️ Xaricdə ali təhsil alıb diplomu tanınmayan şəxslər 18 ay hərbi xidmət edəcək

● Xaricdə universitet bitirən şəxslərin hərbi xidmət müddəti diplomun Azərbaycanda rəsmi tanınıb-tanınmamasından asılıdır.

● Tanınmış ali təhsil diplomu olan şəxslər 1 il, diplomu tanınmayanlar isə 1 il 6 ay müddətinə hərbi xidmətə çağırılır.

● Diplomun tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edilməlidir.

● Diplomun tanınması barədə sənəd vaxtında təqdim edilmədikdə və ya müraciətə mənfi cavab verildikdə şəxs ali təhsilsiz çağırışçı kimi 18 aylıq xidmətə cəlb olunur.

✅ t.me/tehsil_xeber
👎1
⚖️ “Təhsil eksperti” kimi tanınan Əşrəf Əşrəfliyə hökm oxundu

🚨 Vətəndaşlara qarşı külli miqdarda dələduzluqda təqsirləndirilən Əşrəf Əşrəflinin məhkəməsi başa çatıb.

Hökmə əsasən, Əşrəf Əşrəfli 6 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

✅ t.me/tehsil_xeber
Yaxın günlərdə DİM tərəfindən tam orta (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi başlanacaq.

Orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

İxtisas seçimi üçün:
0504132082

wa.me/994504132082
❤5
⚡️ Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

● Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir.

● Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

● Naxçıvan Dövlət Universiteti institutun hüquqi varisi olacaq və bütün hüquq, öhdəlik və əmlak universitetə keçəcək.

● Qərardan irəli gələn məsələlərin həlli Elm və Təhsil Nazirliyinə tapşırılıb.

✅ t.me/tehsil_xeber
❤2
⚡️UNEC və BANM-də bu həftə dərslər onlayn keçiriləcək.

▪️Qərar Formula 1 Bakı Qran-Prisi ilə əlaqədar tətbiq edilən hərəkət məhdudiyyətləri səbəbindən qəbul edilib.

✅t.me/tehsil_xeber
❤3
⚡️ Nazirlər Kabineti şagirdlərin geyim qaydalarını təsdiqləyib

● Məktəblərdə müəyyən edilmiş geyim formasının vahidliyini pozan və dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəyə yol verilməyəcək.

● Milli-mənəvi dəyərlərlə bağlı tədbirlərdə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilə bilər.

● Valideynlər övladlarının geyim forması tələblərinə riayət etməsini təmin etməlidirlər.

● Geyim qaydalarına riayətlə bağlı məsələlər məktəbin Pedaqoji Şurası tərəfindən həll olunacaq.

✅ t.me/tehsil_xeber
❤3
Bizi facebook-da izləyin❗️ 👇👇👇👇
https://www.facebook.com/profile.php?id=61584619492171
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
⚡️“Formula 1”ə görə Bakıda 5 məktəb distant təhsilə keçib

● Bakı Şəhər Halqasının əhatə etdiyi küçə və prospektlərdə nəqliyyat məhdudiyyətləri ilə əlaqədar 5 məktəbdə tədris distant formada təşkil ediləcək.

● Distant təhsil 22–26 sentyabr tarixlərində keçiriləcək.

● Distant təhsilə keçən məktəblər arasında 6, 8, 23 nömrəli məktəblər, 132-134 nömrəli lisey və İlyas Əfəndiyev adına Elitar gimnaziya var.

✅ t.me/tehsil_xeber
⚡️ Tələbə təqaüdlərinin artırılması gözlənilir

● Deputat Ceyhun Məmmədov bildirib ki, tələbə təqaüdlərinin artırılması məsələsi dövlətin diqqətindədir və bu istiqamətdə yeni qərarların qəbul edilməsi gözlənilir.

● Onun sözlərinə görə, pensiyaların artırılması və sosial paketin genişləndirilməsi də prioritet istiqamətlərdəndir.

● Təhsil eksperti Əmrah Həsənli isə bakalavr, magistr və doktorantların təqaüdlərinin artırılmasını dövlətin ali təhsilə və gənclərə dəstəyinin davamı kimi qiymətləndirib.

● Yeni qərarlar qəbul olunacağı təqdirdə, bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

✅ t.me/tehsil_xeber
👍5❤4🤔1
⚡️Sabahdan “Xocəsən” və “Avtovağzal” stansiyalarına giriş ödənişsiz olacaq

● Sentyabrın 23-dən “Xocəsən” və “Avtovağzal” stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz olacaq.

● Sərnişinlər bu stansiyalardan daxil olaraq “8 Noyabr”, “Dərnəgül”, “Azadlıq prospekti”, “Nəsimi”, “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar”, “Elmlər Akademiyası” və “Nizami” stansiyalarına qədər ödənişsiz hərəkət edə biləcəklər.

● Məqsəd xətlərin ayrılması layihəsi çərçivəsində alternativ hərəkət imkanları yaratmaq və nəqliyyat axınlarını optimallaşdırmaqdır.

● Həmçinin bir sıra avtobus marşrutlarının birbaşa “Xocəsən” və “Avtovağzal” stansiyalarına yönləndirilməsi nəzərdə tutulur.

✅ t.me/tehsil_xeber
❤4
⚡️⚡️BDU-da bəzi fakültələrdə dərslər sabahdan onlayn keçiriləcək

Bakı Dövlət Universitetinin bəzi fakültələrində dərslər şəhərdəki tıxaclarla əlaqədar həftəsonuna qədər onlayn keçiriləcək. Tələbələr artıq məlumatlandırılıb.

✅ t.me/tehsil_xeber
⚡️Bakıda ali təhsil müəssisələrində tədris distant olacaq

● Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar 23–25 sentyabr tarixlərində Bakıdakı ali təhsil müəssisələrində tədris distant formada təşkil olunacaq.

● Qərar Elm və Təhsil Nazirliyinin əmri ilə qəbul edilib.

● Məqsəd yarış günlərində tədris prosesinin fasiləsizliyini təmin etməkdir.

✅ t.me/tehsil_xeber
❤4
⚡️QEYD: Kollec və peşə məktəbləri distant təhsilə keçmir

⚪️Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar 23–25 sentyabr tarixlərində Bakıda ali təhsil müəssisələrində tədrisin distant formada təşkil olunması qərarı kollec və peşə təhsili müəssisələrinə şamil edilmir.

⚪️Qərar yalnız ali təhsil müəssisələrini əhatə edir.

✅t.me/tehsil_xeber
❤3
Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 11-ci nömrəsini nəşr edib.

Jurnalın pdf üçün:
👇👇👇👇
wa.me/994554132082

PDF 4 AZN təşkil edir
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilir

İxtisas seçimi üçün: wa.me/994504132082
❤1
11 İLLİK KOLLECLƏR ÜÇÜN BOŞ QALAN YERLƏRƏ İXTİSAS SEÇİMİ BAŞLAYIB

📅 23–27 sentyabr
📚 Tam (11 illik) orta təhsil bazasında

📞 İxtisas seçimi üçün: wa.me/994504132082
⚡️ Naxçıvan Müəllimlər İnstitutunun tələbələri təhsillərini NDU-da davam etdirəcəklər

● Naxçıvan Müəllimlər İnstitutunun tələbələri Naxçıvan Dövlət Universitetində təhsil alacaqlar.

● NDU rektoru Elbrus İsayev bildirib ki, institutun NDU-ya birləşdirilməsi ilə bağlı Elm və Təhsil Nazirliyində müvafiq komissiya yaradılıb.

● Tələbələr öz ixtisasları üzrə təhsillərini davam etdirəcək və NDU diplomu alacaqlar.

● Komissiyanın fəaliyyəti ilə bağlı məlumatların yaxın günlərdə açıqlanacağı bildirilib.

✅ t.me/tehsil_xeber
❤1
⚡️İndiyədək 1300-dən çox şəxs kolleclərin boş qalan yerlərinə ixtisas seçimi üçün ərizəsini təsdiqləyib

Boş qalan plan yerlərinə ixtisas seçimi 27 sentyabr saat 23:59-dək davam edəcək.

Qeydiyyat üçün bizə yazın: 0504132082
⚠️Bizi facebook-dan izləyin❕

👇👇👇👇
https://www.facebook.com/share/1KrvaFkYLp/?mibextid=wwXIfr
Please open Telegram to view this post
VIEW IN TELEGRAM