Təhsil Xəbərləri
16.6K subscribers
2.11K photos
206 videos
200 files
1.74K links
Operativ Xəbər kanalı

Təhsil ilə bağlı rəsmi məlumatlar
Online və əyani şəkildə bütün növ təhsil xidmətləri göstərilir.

Əlaqə üçün: 0504132082
Download Telegram
⚡️Uşağın qanında psixotrop maddə aşkarlandığı iddia olunan bağçanın müdiri işdən çıxarılıb - RƏSMİ

● Bakı şəhəri 98 saylı uşaq bağçasında aparılan araşdırma nəticəsində bir sıra nöqsanlar aşkarlanıb.

● Nöqsanlar təlim-tərbiyə prosesinin təşkili, idarəetmə və uşaqlar üçün təhlükəsiz mühitin təmin olunması ilə bağlı olub.

● Bağçanın müdiri ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

● Qeyd edək ki, daha əvvəl həmin bağçada azyaşlının qanında psixotrop maddə aşkarlanması ilə bağlı iddialar yayılmışdı.

✅ t.me/tehsil_xeber
❤2
Media is too big
VIEW IN TELEGRAM
"Diplom heç nədir, bilin. Əgər bilik olmasa, savad olmasa müasir dünyada bu, əhəmiyyətsiz bir şeydir."

Prezident İlham Əliyevin 7 il əvvəl Bakı Dövlət Universitetinin tələbələri ilə görüşdəki çıxışı sosial şəbəkələrdə yenidən gündəmə gəlib.

✅ t.me/tehsil_xeber
❤4👎1😁1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
⚡️Bəzi kolleclərin ləğv olunması gözlənilir

● Bəzi kolleclərin profilinə uyğun universitetlərin tərkibinə verilməsi, digərlərinin isə ləğv edilməsi nəzərdə tutulur.

● Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov bildirib ki, bu planlar “Ali təhsil haqqında” qanun layihəsi çərçivəsində müzakirə olunur.

● Onun sözlərinə görə, məsələn, Tibb Universitetinin nəzdində tibb kolleci, eləcə də Azərbaycan Dövlət Pedaqoji Universitetinin tərkibində Pedaqoji Kollec ola bilər.

✅ t.me/tehsil_xeber
❤3👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️AZTV məktəbli geyim qaydaları ilə bağlı video yayımlayıb

▪️Videoda şagirdlərin məktəbli geyim qaydalarına riayət etməsinin vacibliyi vurğulanıb.

▪️Qeyd edək ki, Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli qərarına əsasən, məktəbli formasının vahidliyini pozan və dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərinə icazə verilmir. Valideynlər uşaqlarının bu qaydalara əməl etməsini təmin etməlidirlər.
❤5👎3😁3
⚡️Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək

● Ölkə üzrə dövlət ümumi təhsil müəssisələrində vahid məktəbli formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır.

● Monitorinqlər zamanı şagirdlərin məktəbli forması tələblərinə və müəllimlərin geyim qaydalarına əməl etməsi yoxlanılacaq.

● Geyim qaydalarına nəzarət məktəb rəhbərliyi tərəfindən həyata keçiriləcək, müvafiq məsələlər isə Pedaqoji Şuralarda müzakirə olunacaq.

● Şagirdlərin məktəbli formasında dərsə gəlməsini təmin etmək valideynlərin məsuliyyətidir.

✅ t.me/tehsil_xeber
👎5❤1
❗️Qadağan olunan məktəbli elementləri:
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👎7❤6😁1🤯1
⚡️Bu il bəzi kolleclərin bağlanacağı gözlənilir. Bağlanan kolleclərin tələbələri digər kolleclərə köçürüləcək.

✅ t.me/tehsil_xeber
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️Hansı məktəbdə oxuyardınız? - Seçim sizindir
❤2👍2👎1
⚖️Qarabağ Universitetinin müəllimi Nuranə Məmmədova Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi təyin edilib.

✅ t.me/tehsil_xeber
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤9👍8
⚡️Azərbaycan Milli QHT Forumu məktəblərdə şagird və müəllimlərin geyim qaydaları ilə bağlı bəyanat yayıb.

▪️ Bəyanatda bildirilib ki, son günlər İran və digər xarici ölkələrin internet resurslarında Azərbaycanın dünyəvi dövlətçilik modelini hədəfə alan və cəmiyyətdə qarşıdurma yaratmağa yönəlmiş informasiya hücumları müşahidə olunur.

▪️ Forum xüsusilə məktəblərdə şagird və müəllimlərin geyim qaydaları ətrafında aparılan müzakirələrin məqsədyönlü şəkildə siyasiləşdirilməsini və məsələnin dini qarşıdurma müstəvisinə keçirilməsinə yönələn cəhdləri qətiyyətlə pisləyib.

✅ t.me/tehsil_xeber
❤1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍12👎11❤2
⚡️Azərbaycanda TikTok, Instagram və Facebook platformalarına girişdə problemlər yaranıb.

✅ t.me/tehsil_xeber
❤7😢3👎2
⚡️Təhsil Şurası:

● Dini hisslərdən və geyim azadlığından siyasi vasitə kimi istifadə edərək cəmiyyətdə qarşıdurma yaratmaq, gənclərin milli şüuruna təsir göstərmək və xarici maraqlara xidmət edən gündəmləri ölkəyə yönəltmək cəhdləri yolverilməzdir

● Azərbaycanın gələcəyi xarici dairələrin planlarından deyil, müstəqil dövlətin tərəqqisindən, gənclərin elmi və intellektual inkişafından asılıdır.

✅ @tehsil_xeber
❤16👎11👍9🔥1
⚡⚡⚡İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

● Bakı şəhərində bir qrup şəxs vahid geyim qaydalarının tətbiqi ilə bağlı məktəblərdə təhsil işçiləri ilə münaqişəli vəziyyət yaradıb, dövlət təhsil müəssisələrinə zərər vurub, ictimai qaydanı kobud şəkildə pozan, nəqliyyatın hərəkətinə və təhsil müəssisəsinin normal fəaliyyətinə mane olan hərəkətlərə cəhd edib.

● Faktla bağlı DİN-in müvafiq istintaq qurumlarında Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılaraq 37 nəfər həbs edilib.

✅ t.me/tehsil_xeber
2👎21👍12❤6
⚡️⚡️Bir qrup tələbəyə Prezident təqaüdü verilib

✅ t.me/tehsil_xeber
❤2😢1
Bizi facebookdan izləyin
👇👇👇👇👇
https://www.facebook.com/share/19U9BCM5yk/?mibextid=wwXIfr
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❗️ Bakıda 12 yaşlı şagird məktəbdə intihara cəhd edib

▪️ Hadisə 94 nömrəli məktəbdə baş verib. İkinci mərtəbədən özünü atan şagird Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

▪️ Məlumata görə, onun çantasında psixotrop dərmanlar aşkarlanıb. Son bir ayda şagird üçün məktəbə bir neçə dəfə təcili tibbi yardım çağırılıb.

▪️ Şagirdin qohumu tərəfindən zorakılığa cəhd edildiyini rəfiqəsinə danışdığı iddia olunur.

▪️ Hazırda uşağın vəziyyəti orta ağır qiymətləndirilir.
❤4
⚡️Media və Yayım Şurası:

● Azərbaycanda təhsilalanlar və təhsilverənlər üçün vahid geyim qaydalarının təsdiq edilməsi dünyəvi təhsil prinsipinin, habelə təhsil mühitində vahid yanaşmanın təmin olunmasına xidmət edir.

● Bununla belə, bəzi dairələr tərəfindən məsələnin mahiyyətinin qərəzli şəkildə siyasiləşdirilməsi, dini müstəviyə çəkilməsi və süni ictimai gərginlik predmetinə çevrilməsi istiqamətində cəhdlər müşahidə olunur

● Ayrı-ayrı hesablar vasitəsilə eyni məzmunlu və ya oxşar xarakterli paylaşımların, o cümlədən neqativ şərh və reaksiyaların kütləvi şəkildə və qısa zaman intervallarında yayılması, insanları ictimai qaydanı pozmağa təşviq edən çağırışların edilməsi diqqət çəkir.

● Bu kimi müdaxilələrin əsas məqsədi real ictimai rəyin təhrif olunması, ayrı-ayrı hesabların süni aktivliyi hesabına kütləvi narazılıq görüntüsünün yaradılması, diqqətin məsələnin mahiyyətindən yayındırılması və mövzunun müəyyən siyasi məqsədlərin alətinə çevrilməsidir.

✅ t.me/tehsil_xeber
❤3👍2