Test-us.az - Tebriz Salmanov
1.76K subscribers
105 photos
17 videos
7 files
47 links
Dövlət qulluğuna hazırlaşanlar üçün nəzərdə tutulub
Download Telegram
KLM + + = + + olarsa, X neçədir? (burada KLM, LMK, MLK üçrəqəmli ədədlərdir)
Anonymous Quiz
13%
37
19%
45
25%
36
31%
85
13%
29
Gözlü tərəzidə butulka nəlbəki və stəkanla tarazlığa gəlir.İki dolça üç nəlbəki ilə tarazlığa gəlir.Butulka və stəkan dolça ilə tarazlığa gəlir.Neçə stəkan butulka ilə tarazlığa gəlir?
Anonymous Quiz
6%
4
28%
8
22%
10
33%
5
11%
2
🙏1
Uzunluğu 200 m olan bir qatar 1300 m uzunluğunda bir tunelə girir. Qatarın sürəti 180 km/saat-dır. Qatar tuneli neçə saniyəyə keçər?
Anonymous Quiz
3%
39
52%
30
17%
29
10%
33
17%
45
Elektron saat 17:24-ü göstərirsə, divar saatında saat və dəqiqə əqrəbləri arasındakı bucağı tapın.
Anonymous Quiz
38%
18
27%
16
11%
24
13%
36
11%
44
🙏1
2, 4, 9, 6, 12, 17, 14, 28, 33 Verilmiş ardıcıllığa uyğun olaraq 3-cü həddi 7 olan ardıcıllığın 9-cu həddini tapın.
Anonymous Quiz
3%
20
24%
35
21%
30
6%
50
45%
25
🙏1
Malın qiyməti əvvəlcə 30% azaldıldı, sonra isə 30% artırıldı. Malın birinci qiyməti neçə faiz azaldı?
Anonymous Quiz
68%
9
4%
18
18%
4
7%
8
4%
12
Üç ardıcıl ədədin cəmi 39 olarsa, bu ədədlərdən böyüyü ilə kiçiyinin hasili neçəyə bərabərdir?
Anonymous Quiz
0%
174
5%
186
79%
168
13%
196
4%
204
Binanın altıncı mərtəbəsinə çıxmaq üçün 150 pillə çıxmaq lazımdır. Bütün mərtəbələr arasındakı pillələrin sayı eynidirsə, səkkizinci mərtəbəyə qalxmaq üçün necə pillə çıxmaq lazımdır?
Anonymous Quiz
13%
240
6%
420
15%
380
52%
210
15%
180
🙏1
https://www.instagram.com/p/DcVdP0sM-WF/?igsi=b2xhczZiNWVmdmo4


🎯 Səncə cavab hansıdır?
Instagram səhifəmizə keç ➡️ izlə ➡️ testi tap ➡️ cavabını şərhdə yaz! 💬
⚡️ İlk düzgün cavabı yazanlardan biri ol!
Dovlet_qullugu_us 📚🧠
‼️‼️‼️ Dövlət qulluğu imtahanına hazırlaşan bütün namizədlərə və müəllimlərə çağırış!

Başlatdığım bu kampaniyada hər birinizi aktiv iştirak etməyə dəvət edirəm.



Dövlət qulluğu imtahanına hazırlaşan namizədlərdən xahişim budur ki, bu məsələyə biganə qalmayaq və birlikdə səsimizi çatdıraq. Müəllimlərdən isə tələbələrini bu kampaniyaya qoşulmağa təşviq etmələrini rica edirəm.



Məlum olduğu kimi, dövlət qulluğu üzrə keçirilən test imtahanlarının interfeysində hazırda hesablayıcı proqram (kalkulyator) və suallar üzərində elektron şəkildə qeyd aparmağa imkan verən qələm funksiyası mövcud deyil.



Halbuki hesablayıcı proqram 2025-ci ilə qədər imtahan interfeysində mövcud idi. 2025-ci ildən etibarən bu funksiya deaktiv edildi. Bununla yanaşı, son dövrlərdə imtahanlarda rəqəmsal təhlil, çoxmərhələli hesablama və yazılı qeyd aparılmasını tələb edən sualların sayı artıb.



Belə sualların bir qismini yalnız şifahi hesablama ilə həll etmək olduqca çətindir. Namizədin ekranda sual üzərində qeydlər apara bilməməsi və hesablayıcıdan istifadə imkanının olmaması isə əlavə çətinlik yaradır və onun real bilik və potensialını tam şəkildə göstərməsinə mane ola bilər.



Məqsədimiz imtahanın asanlaşdırılması deyil. Məqsədimiz imtahan interfeysinin sualların xarakterinə uyğunlaşdırılması, daha funksional və namizədlər üçün daha əlverişli hala gətirilməsidir.



Bunun üçün birlikdə hərəkət etməli və təkliflərimizi Dövlət İmtahan Mərkəzinə çatdırmalıyıq. 🤝



Bir neçə gün əvvəl bu məsələ ilə bağlı göndərdiyimiz müraciətlər artıq nəticəsiz qalmayıb. Bu gün DİM-dən cavab gəlib və bildirilib ki, irad və təkliflərimiz nəzərə alınıb, imtahan interfeysinin daha da təkmilləşdirilməsi istiqamətində iş aparılacaq.



Bu, göstərir ki, səsimizi birlikdə çatdıranda nəticə əldə etmək mümkündür.



Ona görə də davam edirik. Daha çox namizəd və müəllim bu müraciətə qoşulsun ki, problemin miqyası daha aydın görünsün.



Əl-ələ verək, daha funksional və ədalətli imtahan mühitinin yaradılmasına birlikdə töhfə verək!



📩 Aşağıda paylaşacağım mətni kopyalayaraq yalnız ad və soyad hissəsini dəyişib DİM-ə göndərməyinizi xahiş edirəm.



Mətni şərh bölməsinə də əlavə edəcəm.

..............................................



Dövlət İmtahan Mərkəzinin diqqətinə hörmətlə!



Dövlət qulluğu üzrə keçirilən imtahanlarda son dövrlər namizədlərin qarşılaşdığı bəzi ciddi problemləri ictimai şəkildə diqqətə çatdırmaq istəyirəm. Məqsədimiz tənqid etmək deyil, imtahan prosesinin daha ədalətli, şəffaf və bilik ölçən formada təşkilinə töhfə verməkdir.



Müşahidələrimizə əsasən, 2023-cü ilin oktyabr ayından bu günə qədər BA kateqoriyası üzrə Məntiq fənnindən 30/30 nəticə göstərən namizədin olmaması təsadüfi hal kimi görünmür. Burada əsas problem sualların sadəcə “çətin” olması deyil. Əsas çətinlik Məntiq fənninə rəqəmsal təhlil tipli sualların və şifahi həlli mümkün olmayan şəkil tipli tapşırıqların daxil edilməsidir.



Bu tip suallar (rəqəmsal təhlil) PMS, vergi orqanlarına qəbul imtahanı, Yüksəliş imtahanı kimi imtahanlarda da istifadə olunur. Lakin həmin imtahanlarda namizədlərə hesablayıcı qurğudan istifadə hüququ verilir. Dövlət qulluğu imtahanında isə eyni tipli suallar təqdim olunur, amma imtahan interfeysində kalkulyator funksiyası aktiv olmur.



Halbuki 2025-ci ilə qədər kompüter vasitəsilə keçirilən dövlət qulluğu imtahanlarında hesablayıcı proqramdan istifadə etmək mümkün idi. 2025-ci ildən etibarən isə heç bir məntiqli və əsaslandırılmış açıqlama verilmədən bu funksiya imtahan interfeysindən çıxarılıb. Buna baxmayaraq, hesablayıcı proqram olmadan həlli ya mümkünsüz görünən, ya da həddindən artıq vaxt aparan suallar imtahana salınmağa davam edir.



Digər ciddi məsələ isə ekranda işləməsi çətin olan fiqur testləridir. Xüsusilə 5 pilləli qatlama testləri, məntiqi oyunlar və oxşar tapşırıqlar şifahi formada həll ediləcək suallar deyil. Bu tip suallarda namizədin qeyd aparmağa, işarələmə etməyə, variantları vizual şəkildə yoxlamağa ehtiyacı olur. Buna görə imtahan interfeysində qələm və ya qeyd aparmaq funksiyasının aktivləşdirilməsi çox vacibdir.



İnformasiya texnologiyaları, yəni İnformatika fənni üzrə də ciddi narahatlıqlar var. Bu fənn üzrə materialın həcmi onsuz da kifayət qədər böyükdür. 1000 səhifədən artıq material olan bir fənndə sualların təhrif olunmuş, qarışıq və bəzən mənası aydın olmayan formada təqdim edilməsi namizədlərin real biliyini ölçmür, əksinə, onları çaşdırır.



Savadı ölçməyən, daha çox ifadə səhvi və qeyri-dəqiqlik üzərində qurulan suallar Dövlət İmtahan Mərkəzinin obyektivlik və peşəkarlıq imicinə kölgə salır.



Bundan əlavə, proqramdan kənar salınan bəzi sualların digər mövzularla əlaqələndirilərək “proqram daxilindədir” kimi təqdim olunması da namizədləri ruhdan salan əsas məqamlardan biridir. Namizəd proqram üzrə hazırlaşır, amma imtahanda proqramda açıq şəkildə izah olunmayan və ya ümumiyyətlə vəsaitdə əksini tapmayan mövzularla qarşılaşır.



Ədəbiyyat siyahısında verilən bəzi mənbələrin və linklərin düzgün işləməməsi, lakin həmin mənbələr əsasında sualların salınması da ciddi problemdir. Əgər mənbə namizəd üçün əlçatan deyilsə, həmin mənbədən sual salınması ədalətli yanaşma hesab oluna bilməz.



Proqrama yeni əlavə olunan mövzularla bağlı DİM-in İnformatika vəsaitində kifayət qədər izahın olmaması da ayrıca diqqət tələb edir. Yeni mövzular proqrama əlavə edilir, lakin DİM-in İnformatika kitabının yeni versiyasında həmin mövzular ətraflı şəkildə əks olunmur. Ədəbiyyat siyahısında isə bəzən yalnız sayt linkləri və ya xarici dildə mənbələr verilir. Bu isə Azərbaycan dilində hazırlaşan namizədlər üçün ciddi çətinlik yaradır.



Xahiş edirik ki, Dövlət İmtahan Mərkəzi bu məsələlərə yenidən baxsın:



Məntiq fənnində rəqəmsal təhlil tipli suallar saxlanılacaqsa, imtahan interfeysində kalkulyator funksiyası bərpa edilsin.



Fiqur testləri və vizual məntiq tapşırıqları üçün ekranda qələm və ya qeyd aparmaq funksiyası aktivləşdirilsin.



İnformatika fənni üzrə sualların ifadə forması, dəqiqliyi və proqramla uyğunluğu ciddi şəkildə yoxlanılsın.



Proqrama yeni əlavə olunan mövzular DİM-in rəsmi vəsaitində aydın və Azərbaycan dilində izah edilsin.



Ədəbiyyat siyahısında verilən linklərin işləkliyi yoxlanılsın və əlçatan olmayan mənbələr əsasında sual salınmasın.



Proqramdan kənar mövzuların dolayı yolla proqram daxilində təqdim olunmasının qarşısı alınsın.



Bizim istəyimiz imtahanların asanlaşdırılması deyil. İstəyimiz odur ki, imtahan həqiqətən bilik, məntiq və hazırlıq səviyyəsini ölçsün. Namizəd texniki məhdudiyyətlərə, qeyri-dəqiq sual ifadələrinə və əlçatan olmayan mənbələrə görə deyil, öz biliyinə görə nəticə göstərsin.



Dövlət İmtahan Mərkəzinin bu iradları nəzərə alacağına və imtahan prosesini daha ədalətli, daha şəffaf və daha peşəkar səviyyəyə qaldıracağına inanırıq.

Hörmətlə : Təbriz Salmanov
👍7
Test-us.az - Tebriz Salmanov pinned «‼️‼️‼️ Dövlət qulluğu imtahanına hazırlaşan bütün namizədlərə və müəllimlərə çağırış! Başlatdığım bu kampaniyada hər birinizi aktiv iştirak etməyə dəvət edirəm. Dövlət qulluğu imtahanına hazırlaşan namizədlərdən xahişim budur ki, bu məsələyə biganə qalmayaq…»
Kompüterin resurslarını – mərkəzi prosessoru, yaddaşı, giriş-çıxış qurğularını idarə etmək üçündür:
Anonymous Quiz
46%
A) sistem proqramlar
13%
B) tetbiqi proqramlar
1%
C) alqoritmlər
35%
D) aparat təminati
5%
E) proqramlaşdırma alətləri
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM