ALLAHA DOĞRU
5.97K subscribers
785 photos
164 videos
16 files
1.68K links
Allaha doğru

Bütün paylaşımları götürməyə icazə verilir.

Qurupun linki👇
https://t.me/+f1Nkniezo-hmNDAy
Download Telegram
ALLAHA DOĞRU
Photo
Qeydiyyatın bitməsinə az qaldı
❤14👍2🥰2
Allah rəhmət eləsin. Cəddin Peyğəmbərə (s) qonaq olasan.
😢25❤7👍5
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ

"Həqiqətən biz Allahınıq və həqiqətən Ona doğru qayıdacağıq"

Dəyərli qardaşımız Seyyid Mirağadadaşın əziz və hörmətli atası dünən gecə haqqın rəhmətinə qovuşmuşdur. Allah-Təaladan mərhuma rəhmət və məğfirət, yaxınlarına isə səbr istəyirik.

Ps: Böyük arif molla Fəthəli Sultanabadi buyurub: 3 şeyə əməl edin.
1) Ayın əvvəlinin xüsusi namazını qılın.
2) Hər gün "Aşura" ziyarətini oxuyun.
3) Hər axşam iki rəkət vəhşət namazı qılıb mömin bacı qardaşlarınızın ruhuna hədiyyə edin.

Siz əziz ustad və tələbə qardaşlardan xahişimiz budur ki imkanı olan hər kəs bu gecə mərhum Seyyid üçün vəhşət namazı qılsın. Mərhumun adı: Mirağa Mirsadiq oğlu.
❤23😢14👍3
👍14❤5🔥3😢1
✍ Qunutun savabı və fəziləti nədir?

🌷 Allah Rəsulu (s) buyurmuşdur:

«Sizlərdən dünyada qunutu daha uzun olan kəs Qiyamət günü məhşər dayanacağında digərlərindən daha çox rahatlıq içində olacaqdır.»

«أَطْوَلُكُمْ قُنُوتاً فِي دَارِ الدُّنْيَا أَطْوَلُكُمْ رَاحَةً يَوْمَ الْقِيَامَةِ فِي الْمَوْقِفِ»

📚 Mənbə: Şeyx Səduq, Səvabul-Əmal və İqabul-Əmal səh. 33.
❤23🔥3👍2
❤20👍4🔥3
😢44
Öndə gedən kişilər...Ulaikəl muqərrəbun!
❤25👍5🔥4
Hicabsızlıq və kişinin məsuliyyəti
Hicabsızlıq məsələsində ilk növbədə kişinin yaxasından tutmaq lazımdır.
Bir rəvayətdə deyilir ki, Əmirəl-möminin Əli (ə) buyurub:
— Kufənin kişiləri! Mənə xəbər çatıb ki, bazarın izdihamlı küçələrində qadınlarınız kişilərlə çiyin-çiyinə hərəkət edir.
Sonra Həzrət (ə) buyurdu:
— Siz utanmırsınız? Allah lənət eləsin o kəsə ki, qeyrəti yoxdur.
Əmirəl-möminin (ə) Kufənin kişilərinin yaxasından tutdu!
Biz isə öz ölkəmizdə bir səhvə yol veririk: məscidlərdə, minbərlərdə yalnız “Xanımlar, hicaba riayət edin” deyirik. Halbuki əvvəlcə kişilərə qeyrəti xatırlatmalıyıq.
Əmirəl-möminin (ə) kişilərin yaxasından tutdu və dedi:
— Siz utanmırsınız? Qadınlarınız küçələrdə belə gəzirlər?!
Hər bir hicabsız və ya pis örtünən qadının arxasında ya qeyrətsiz bir kişi dayanır, ya da qeyrəti az olan bir kişi.
Düşmən qadının hicabına hücum etməzdən əvvəl kişinin qeyrətini hədəf alır!
Ustad Ali

https://t.me/turalceferi
👍12❤5👏4🔥2
✳️ Ən böyük sünnət

🔹Həzrət Peyğəmbər (s):
"Ya Əli! Hər Cümə günü qüsl et! Hətta, (qüsl verməyə) su almaq üçün o günün ruzisini satmalı olsan və ac qalsan belə, bunu et. Çünki, bundan böyük sünnət yoxdur."

📘Məfatihul-cinan, səh 82

https://t.me/turalceferi
❤15👍2
✨﷽✨

✅ Allahın hikməti ⇩

✍ Həzrət Musa (ə) bir yoxsul gördü. O, son dərəcə kasıb olduğundan çılpaq halda səhranın qumları üzərində uzanmışdı. Musa (ə) ona yaxınlaşdıqda yoxsul dedi:
— Ey Musa (ə)! Dua et ki, Allah-Təala mənə azacıq ruzi versin. Yoxsulluğun ağırlığından artıq taqətim qalmayıb.
Musa (ə) onun üçün dua etdi və oradan münacat etmək üçün Tur dağına getdi.
Bir neçə gün sonra Musa (ə) həmin yolla geri qayıdarkən gördü ki, o yoxsulu tutublar və ətrafına çoxlu insan toplaşıb. Soruşdu:
— Nə hadisə baş verib?
Orada olanlar dedilər:
— İndiyədək onun heç bir pulu yox idi. Bu yaxınlarda əlinə bir qədər mal-dövlət keçib. Şərab içib, sərxoş halda hay-küy salıb, dava edib və bir nəfəri öldürüb. İndi onu tutublar ki, qisas hökmü ilə edam etsinlər!
💥 Allah-Təala Quranda buyurur:
“Əgər Allah Öz bəndələrinin ruzisini bol etsəydi, onlar yer üzündə həddi aşar və azğınlıq edərdilər...”
💎 Bundan sonra Musa (ə) ilahi hikməti təsdiq etdi və etdiyi xahişə görə Allahdan bağışlanma diləyib tövbə etdi.
📚 “Əgər Allah Öz bəndələrinin ruzisini bol etsəydi...”

Şura surəsi, 27-ci ayə

https://t.me/turalceferi
❤13👍2🥰1
Qəribə bir dərman

نَظَرُ الْوَلَدِ إِلَى وَالِدَیْهِ حُبّاً لَهُمَا عِبَادَةٌ

“Övladın ata-anasına sevgi və məhəbbətlə baxması ibadət sayılır.”

▶️ Ata-ananın üzünə baxmaq insanda tarazlıq yaradır və enerji verir. Əgər ata-ana mömin olarsa, bu enerji və tarazlığın daha da artdığı, ruh və bədən sağlamlığına müsbət təsir göstərdiyi, həmçinin övladların gözlərinin nurunun artmasına səbəb olduğu bildirilir.
📚 Mənbələr:
Tuhəful-uqul, səh. 44;
Kəşful-ğummə, səh. 243;
Biharul-ənvar, c. 72, səh. 80;
Ən-Nəvadir (Ravəndi), səh. 5 — “ən-Nəzəru iləl-validəyn”.

https://t.me/turalceferi
❤14👍2🥰2
✍️ İmam Zeynəlabidin (ə) buyurub:

✅ Allah yanında bu iki addımdan daha sevimli heç bir addım yoxdur:

1️⃣ İnsanın Allah yolunda cihad etmək üçün atdığı addım.
2️⃣ Küsdüyü qohumu ilə barışmaq üçün atdığı addım.

✅ Allahın çox sevdiyi iki qurtum:

1️⃣ Möminin səbir və təmkinlə udduğu qəzəb qurtumu.
2️⃣ Möminin səbir və dözümlə içdiyi müsibət qurtumu.

✅ Allah yanında bu iki damladan daha sevimli heç bir damla yoxdur:

1️⃣ Allah yolunda tökülən qan damlası.
2️⃣ Gecənin qaranlığında bəndənin yalnız Allah üçün gözündən axan göz yaşı.

📚 Şeyx Səduq, “Əl-Xisal”, c. 1, səh. 50

https://t.me/turalceferi
❤15👍4🥰2
☑️ İnsanı yoldan azdıran 10 amil.

✍ Ustad Cəfər Sübhani insanı yolundan azdıran amillər haqqında demişdir:
Quran müxtəlif münasibətlərdə müxtəlif amillərin adını çəkir ki, ancaq zəlalət amili olub, Allah bəndələrini haqq yolundan azdırmaqdan başqa nəticəsi olmaz. Bu amilləri tanımaq insanı təkamül etdirər və din və əxlaq köklərini möhkəmləndirər. Bu amillər ibarətdir:

1. Şeytan. (“Həcc” 4), (“Yasin” 62).

2. Havayi-həvəs. (“Sad” 26), (“Casiyə” 23).

3. Əxlaqsız dost. (“Furqan” 28-29).

4. Qəbilə başçılarına kor-koranə təqlid etmək. (“Əhzab” 67).

5. Atalarına kor-koranə təqlid etmək. (“Loğman” 15).

6. İns və cindən olan dəstənin ardınca getmək. (“Fussilət” 29).

7. Günahkarlar. (“Şuəra” 99).

8. Bütlər. (“İbrahim” 36).

9. Ehtiyacsızlıq hissi. (“Furqan” 18), (“Ələq” 6-7).

10. Agahsız toplumun ardınca getmək. (“Ənam” 116).

https://t.me/turalceferi
❤16👍3🥰3
Dünyapərəstlərdən uzaq durun:

#Nəhcül_Bəlağə

▫️ تَجَهَّزُوا، رَحِمَکُمُ اللّهُ، فَقَدْ نُودِيَ فِيکُمْ بِالرَّحِيلِ، وَ أَقِلُّوا الْعُرْجَةَ عَلَى الدُّنْيَا

🟠 “Allah sizə rəhm etsin! Köçməyə (bu dünyadan getməyə) hazırlaşın. Çünki aranızda köç çağırışı artıq səslənmişdir. Dünyaya olan bağlılığınızı və ona arxalanmağınızı azaldın.”

✍ İmam Əli (ə) bu kəlamında bəşər cəmiyyətini qarşısında mühüm bir mənzil olan karvana bənzədir. O, karvanın rəhbəri kimi bütün karvan əhlinə səslənir ki, ayağa qalxın və hərəkətə hazırlaşın.

“Rəhil” köç etmək mənasındadır. Burada məqsədin axirətə doğru hərəkət, yoxsa Allaha doğru seyrü-süluk olması barədə şərhçilərin əsərlərində hər iki təfsir qeyd edilmişdir. Heç bir maneə yoxdur ki, adi insanlar Qiyamətə doğru hərəkətə hazırlaşmağa, seçilmiş və mənəvi məqam sahibləri isə Allaha doğru seyrü-süluka xitab edilmiş olsunlar.

📘 #Xütbə_204

https://t.me/turalceferi
❤12🔥3👍2
❤14👍3🔥2
ALLAHA DOĞRU
Photo
Bəzən dostlar bu cür şəkillər paylaşaraq yazırlar ki, hicab təhsilə maneə deyil. Bəli, doğrudur, hicab təhsilə maneə deyil. Bu bacılarımız da bizim baş tacımızdır. Lakin burada diqqət yetirilməli daha mühüm bir məsələ var: hicabı qadağan edənlərin əsas qayğısı, əslində, təhsil məsələsi deyil. Əksinə, onların siyasətinin nəticəsi savadlı və müstəqil düşünən cəmiyyətin formalaşması deyil, insanların kor-koranə itaət etdiyi bir kütlənin meydana çıxmasıdır.
Bunun bariz nümunəsini məktəblərdəki mövcud vəziyyətdə və dövlətin təhsilə göstərdiyi “qayğı”da görmək mümkündür. Məktəb və universitetlərdə rüşvət hallarının geniş yayılması barədə davamlı şikayətlər səslənir. Dövlət şagirdə lazımi maddi dəstəyi göstərmək əvəzinə, aşağı siniflərdən başlayaraq “fond pulu”, “süpürgə pulu”, “Müəllimlər Gününə pul” və digər adlar altında şagird və valideynlərdən müxtəlif vəsaitlərin toplanmasına göz yumur.
Burada məntiqli bir sual meydana çıxır: necə olur ki, bir gün “dolya”nı gecikdirən hansısa icra başçısı dərhal Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən “iş başında” tutulur, ofisindən külli miqdarda pul aşkarlanır və o, vəzifəsindən azad edilir, lakin illərlə məktəb və universitetlərdə baş verən proseslərdən dövlətin xəbəri olmur?! Əgər dövlət idarəetmə sisteminin digər sahələrində baş verən korrupsiya hallarını müəyyən etmək mümkündürsə, təhsil sistemində baş verən proseslərin diqqətdən kənarda qalması ciddi suallar doğurur.
Deməli, məsələ yalnız təhsil məsələsi deyil.
Bu gün Azərbaycanda, demək olar ki, əlavə hazırlığa getmədən universitetə qəbul olmaq son dərəcə çətindir. Bu faktın özü orta məktəb təhsilinin effektivliyi haqqında ciddi düşünməyi tələb edir. Universitetlərin vəziyyəti də ürəkaçan deyil. Belə bir şəraitdə hicabı təhsilin qarşısında problem kimi təqdim etmək təhsilin həqiqi və daha fundamental problemlərini arxa plana keçirmək deməkdir.
Təhsilli Azərbaycan xalqı bu hakimiyyətə sərf etmir. Çünki təhsilli, savadlı və müstəqil düşünən insan hadisələri təhlil edir, suallar verir, baş verən proseslərin səbəb və nəticələrini araşdırır və ona təqdim edilən hər bir fikri kor-koranə qəbul etmir.
Azərbaycanda yalnız yəhudilər üçün xüsusi təhsil və imtiyazlar vardır. Əgər müəyyən dini və etnik icmalar üçün onların kimliyini, mədəniyyətini və dini xüsusiyyətlərini nəzərə alan xüsusi təhsil imkanlarının yaradılması mümkün hesab edilirsə, eyni yanaşmanın müsəlman əhalinin dini etiqad və dəyərlərinə münasibətdə niyə tətbiq edilmədiyi də əsaslı sual kimi ortaya çıxır. Hüquq və imkanların tətbiqində bərabərlik prinsipi bütün vətəndaşlara münasibətdə eyni şəkildə qorunmalıdır.
Sadəcə olaraq, həqiqət bundan ibarətdir ki, namussuz və qeyrətsiz biri əxlaqlı, həyalı bir insanı görəndə daxilən narahat olur. Çünki özünün kim olduğu və hansı mənəvi keyfiyyətlərə sahib olduğu hər kəsə bəllidir. Buna görə də istəyir ki, başqaları da onun qəbul etdiyi əxlaqi çərçivəyə uyğunlaşsın, cəmiyyətin mənəvi və dini dəyərləri zəifləsin və nəticədə xalqımızın qızlarının istismarı üçün daha əlverişli sosial mühit yaransın.
Lakin Allahın lütfü və Azərbaycan xalqının qeyrətli kişilərinin himməti ilə düşmən heç vaxt bu hədəfinə çata bilməyəcək. Azərbaycan xalqının dini-mənəvi dəyərləri, ailə institutu, həya və iffət anlayışı əsrlər boyu onun ictimai kimliyinin mühüm tərkib hissəsi olub. Bu dəyərlərin qorunması isə bütövlükdə cəmiyyətin öz mənəvi kimliyini və gələcək nəsillərə ötürmək istədiyi dəyərləri qoruması məsələsidir və hicab bu mənəvi kimliyin, həya və iffət anlayışının ən mühüm və görünən təzahürlərindən biridir və ən əsası da bizi xəlq edən mütəal Allahın göstərişidir.

T.me/turalceferi
❤14👍3🔥3
Ayətullah Müctəhidi buyurur:

Bir gün Həzrət İmam Rzanın (ə) hərəmində bir gənc yaxınlaşıb soruşdu :
"Qəlbimi paklamaq üçün nə etməliyəm?"

Mən də ona iki şey dedim:

1. Səhər tezdən Quran oxumaq
2. Çoxlu istigfar etmək

https://t.me/turalceferi
❤21👍5🔥2
Ayətullah Cavad Amuli:

Gecələr bir az tez yatın, yüngül yeməklərlə kifayətlənin,
sübh vaxtını əldən verməyin.
Sübh o qədər dəyərlidir ki, insan onu heç nəyə dəyişməməlidir.
Sübh vaxtını qənimət bilin, Allahla münacat edin.
Əgər bir insan gecə oyanıb ən azı qırx mömini dua etsə,
gündüz o insanların fikrində olar ki, çətinliklərini həll etsin.

Əgər bir cəmiyyət sübh vaxtlarına əhəmiyyət verən bir cəmiyyət olsa,
gecələr başqaları üçün dua edən bir toplum olsa,
gündüz başqalarının yolunu bağlamaz.

Belə bir cəmiyyət – dəyərli bir cəmiyyət olar"

https://t.me/turalceferi
❤24👍5🔥2
Əgər ailə üzvləri  süfrə ətrafında toplaşıb birlikdə yemək yesələr (yəni ayrı-ayrı yeməsələr), Allah onlara nəzər edər.

Peyğəmbər Əkrəm (s) buyurur:

Allahın ən çox sevdiyi  şey kişinin ailəsi ilə birlikdə süfrə başında oturub yemək yeməsidir. Süfrə başında birlikdə olduqları zaman Allah onlara mərhəmətlə baxır və yeməyə başlamazdan öncə onları bağışlayır."

Ustad Ali

https://t.me/turalceferi
❤23👍5🔥2