Musavat.com
✔
11.5K subscribers
70.8K photos
35.1K videos
11 files
54.6K links
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨🚨🚨 Ukrayna şəhərləri PUA-ların hədəfində: binalar dağıldı, 6 yaralı var
😢4❤3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️⚡️⚠️ Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.

Belə ki, "Toyota Prius" markalı avtomobil digər minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
❤2
🇺🇸 ABŞ-nin daha bir hərbi gəmisi 🇮🇷 İrana yaxınlaşır

Abraham Linkoln Donanmasının esmineslərindən biri olan Peterson (DDG 121) bir neçə saat əvvəl BƏƏ-nin Fujayra limanına çatıb.

İranın ən yaxın sahilindən (Cask) məsafə 150 ​​kilometrdən azdır!
❤4🤮1
⁉️Böyük Britaniyanın Baş naziri Kir Starmerin Aparat rəhbəri Morqan Maksuini pedofiliyada ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynlə dostluq etmiş Piter Mandelsonun ABŞ-a səfir təyin edilməsi ətrafında yaranmış qalmaqalla əlaqədar istefa verib
❤1
❌❌ Türkiyədə fevralın 9-dan etibarən toyuq ixracı dayandırılacaq.

Bu qərarın verilməsində məqsəd qiymətlərin tənzimlənməsidir.
❤5
Sabah külək əsəcək, duman olacaq📢

Fevralın 9-da gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Bildirilib ki, fevralın 9-da Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.
❤3
🇮🇱 İsrail 🇺🇸 ABŞ-ni 🇮🇷 İrana qarşı birtərəfli hücumlara hazır olduğu barədə xəbərdar etdi

İsrail müdafiə rəsmiləri ABŞ-ni xəbərdar edib ki, ölkə lazım gələrsə, İrana qarşı birtərəfli hərəkətə keçməyə hazırdır.

Bu barədə "The Jerusalem Post" təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmiləri amerikalı həmkarlarına İranın ballistik raket proqramının mövcudluq təhlükəsi yaratdığı barədə xəbərdarlıq ediblər.

Qeyd olunur ki, İsrailin İranın raket imkanlarını və istehsal müəssisələrini dağıtmaq niyyəti bir sıra yüksək səviyyəli görüşlər zamanı səsləndirilib.
Hərbi rəsmilər əsas istehsal müəssisələrinə zərbələr də daxil olmaqla, Tehranın raket proqramını zəiflətmək üçün əməliyyat konsepsiyalarını açıqlayıblar.
❤3🤮3👍2
Dünya bu fotodan danışır: Epşteyn, Zukerberq və Mask...
😁8👎1😱1🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️Cıdır düzündən füsunkar görüntülər
❤4
❗️Leyla Əliyeva və Alena Əliyeva Gəncə şəhər 45 nömrəli xüsusi ümumtəhsil məktəbində olublar.

Onlar bu təhsil ocağında yaradılmış şəraitlə yaxından tanış olub, şagirdlərin tədris prosesi və reabilitasiya imkanları ilə maraqlanıblar.

Diqqətə çatdırılıb ki, Gəncə şəhər 45 nömrəli xüsusi ümumtəhsil məktəbində 297 şagird təhsil alır. Xüsusi qayğıya ehtiyacı olan uşaqlardan 188-i məktəbdə, 109-u isə evdə təhsilə cəlb olunub.

Təhsil müəssisəsi informatika və texnologiya, loqopediya otaqları, ekoloji sinif, tibb kabineti, kitabxana, idman zalı və digər zəruri infrastrukturla təmin edilib.

Sonda Leyla Əliyeva və Alena Əliyeva uşaqlara hədiyyələr təqdim edib, onlarla xatirə şəkilləri çəkdiriblər.
❤6🤮5👎4👍2
🇷🇺 Rusiya və 🇴🇲 Oman xarici işlər nazirləri 🇮🇷 İran- 🇺🇸 ABŞ danışıqlarını müzakirə ediblər

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Lavrov və Əl-Busəidi bir neçə gün əvvəl Maskatda Omanın vasitəçiliyi ilə keçirilən İran və Amerika nümayəndələri arasında dolayı danışıqların son mərhələsi çərçivəsində İran ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Bu baxımdan, tərəflər silahlı qarşıdurma risklərini azaltmağa və bölgədə sabitliyi təmin etməyə kömək edə biləcək bütün tərəflər üçün məqbul olan razılaşmaların tapılması məqsədilə danışıqlar prosesinin davam etdirilməsinə kömək etməyin vacibliyini vurğulayıblar.

Sergey Lavrov Omanın bu istiqamətdəki səylərini çox müsbət və təqdirəlayiq hal kimi qiymətləndirib. (Middle East News)
❤1🤮1
⚠️⚠️ Tailandın Phuket kurort adası yaxınlığında konteynerdaşıyan gəmisi qəzaya uğradıqdan sonra neft sızması baş verib.

Panama bayrağı altında Malayziyadan Banqladeşə üzən "Sealloyd Arc" gəmisi Andaman dənizində qəzaya uğrayıb. Gəmidə təxminən 300 konteyner olub ki, onlardan 14-də təhlükəli maddələr yer alıb. Qəzadan sonra dənizdə 7.2 km uzunluğunda və 1.6 km enində yanacaq ləkəsi aşkar edilib.
❤1
📢 Xameneidən gözlənilməz QƏRAR - 47 ildə İLK DƏFƏ

❌❌❌

❇️ Bu gün İranın ali rəhbəri Əli Xamenei “19 Bəhmən” (8 fevral) münasibətilə Hərbi Hava Qüvvələri komandirləri ilə ənənəvi görüş keçirməyib.

⤵️⤵️⤵️

👉🏻https://musavat.com/news/xameneiden-gozlenilmez-qerar-47-ilde-ilk-defe_1238540.html
😁3❤1👍1🤮1
❗️⚡️⚠️✍🏻 Göygöl rayonunda dörd gün əvvəl baş verən qətlin təfərrüatları məlum olub.

Mollacəlilli kənd ərazisindəki dərədən meyiti aşkarlanan 1986-cı il təvəllüdlü Sabiq Quliyevlə hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Rasim Quliyevlə həmkəndli olublar.

Hadisə günü isə onlar bir yerdə yeyib-içiblər. Belə ki, iki sərxoş arasında baş verən mübahisə tanışlardan birinin ölümü ilə nəticələnib.

Xatırladaq ki, fevralın 4-də S.Quliyevin üzərində xəsarət izləri olan meyiti kənd ərazisində olan dərədən tapılıb. Faktla bağlı Göygöl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
👍1
🗓 Fevralın 9‑da bu bayram qeyd olunur

⛓️‍💥 Azərbaycanda fevralın 9‑u Xıdır Nəbi bayramı qeyd olunur.

⤵️⤵️⤵️⤵️

https://musavat.com/news/fevralin-9-da-bu-bayram-qeyd-olunur_1238576.html
❤6