THİK Məlumat Mərkəzi
4.16K subscribers
2.24K photos
112 videos
17 files
1.8K links
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) rəsmi telegram kanalı

📌Sual, təklif və iradlarınızı müzakirə qrupuna keçid edərək bildirə bilərsiniz⤵️
https://t.me/muracietveteklifler
Download Telegram
📢 Əziz UNEC tələbələri,

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi və Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə möhtəşəm “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il”-ə özəl əyləncəli konsert proqramı keçiriləcəkdir. 🤩

Yeni il öncəsi möhtəşəm ifaçıların çıxışları və istedadlı UNEC tələbələrinin əsrarəngiz rəqs nömrələri ilə dolu bir gün sizi gözləyir.🤍💙

🔗 Tədbirimizdə iştirak etmək üçün link vasitəsilə qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyat üçün aşağıdakı linkə keçid edə və ya QR kodu skan edə bilərsiniz.

Qeydiyyat linki: https://forms.gle/q67XvCLQwUmUGwDn8

⏰️ Saat: 11:30
🗓 Tarix: 23.12.2025
📍Məkan: UNEC-in əsas tədris binası, böyük akt zalı

Gəlin, Yeni ilin sevincini birlikdə yaşayaq! 🎄
👎3❤2
Bu gün UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Səbuhi İmanovun doğum günüdür.

UNEC THİK ailəsi olaraq, Səbuhi bəyi doğum günü münasibətilə təbrik edir, həyatında və fəaliyyətində uğurlar arzu edirik!
👎4
📢 Hörmətli UNEC tələbələri! 

Dekabr ayı üçün nəzərdə tutulmuş təqaüdlər ödənilmişdir. Gün ərzində kart hesablarınıza yüklənəcəkdir. 

Xeyirli işlərə xərcləyəsiniz!
❤14👍2
Doğum gününüz mübarək, cənab Prezident!

Azərbaycanımızın inkişafı yolunda gördüyünüz işlər üçün təşəkkür edirik. Uğurlarınız daim olsun! 🇦🇿
👎9❤3
Dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür. 🥀

Hadisə nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verir, onları dərin hüznlə yad edirik.
👍3🙏2
24 dekabr 2025-ci il tarixində Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Tələbə Həmkarlarının I Həmrəylik Forumu keçirilib. İlk dəfə təşkil olunan forum 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və tarixi Zəfərimizin 5-ci ildönümünə həsr edilib.

Forumda UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Həsən Həşimov və Komitənin fəal idarə heyəti üzvləri də iştirak ediblər.

Daha ətraflı: https://www.instagram.com/p/DSsZMQQjPY3/?igsh=MTQyZWl1M2NpYnd5Ng==
👎5❤2
UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr müşaviri təyin olundu!

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) 18 dekabr 2025-ci il tarixində keçirilən iclasında Zərifə Əliyeva sədr müşaviri vəzifəsinə təyin edilib.

Zərifə xanımı təbrik edir, yeni vəzifəsində uğurlar arzulayırıq!
👍1
Əziz UNEC tələbələri!

Azərbaycan Dövlət İqtisad Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə “İlin Dekanı 2025” müsabiqəsinə start verilir!

ℹ️ Səs verək, ilin dekanını seçək!

🔗Səs vermək üçün link:
https://forms.office.com/r/NaJFj1sn8D

❗Səsvermədə yalnız UNEC tələbələri iştirak edə bilər. Hər tələbə yalnız bir səs vermək hüququna malikdir. Səsvermə üçün sizə universitet tərəfindən təqdim edilmiş korporativ mailinizlə daxil olmalısınız.

📆 Səsvermənin bitmə tarixi: 30.12.2025
🕐 Saat: 15:00
👍1
Hörmətli UNEC tələbələri,

Bu gündən etibarən artıq UNEC-də payız semestri üzrə imtahan sessiyası başlayır. Sessiya imtahanları 29 dekabr - 31 yanvar tarixləri aralığında keçiriləcəkdir.

Hər birinizə imtahanlarda uğurlar və müvəffəqiyətlər arzulayırıq!
👍1
UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi və UNEC Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə bayram tədbiri keçirilib.

Tədbir UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilovanın açılış nitqi ilə başlayıb. Bayram proqramı çərçivəsində rəqs nömrələri, Yaradıcılıq Mərkəzinin üzvlərinin ifasında fləşmob və müxtəlif musiqi ifaları təqdim olunub.

Şaxta baba və Qar qızın maraqlı çıxışları tədbirə xüsusi rəng qatıb, Şah Band qrupunun canlı ifaları isə bayram əhval-ruhiyyəsini daha da yüksəldib. Proqram boyunca keçirilən viktorinalarda fəallığı ilə seçilən tələbə və əməkdaşlara hədiyyələr təqdim olunub.

Daha ətraflı:
1. https://www.instagram.com/p/DS2jveWDImz/?igsh=MThmZ25pbGZxN3phaA==
2. https://news.unec.edu.az/xeber/125-universitet/14354-unec-de-hemreylik-gunu-ve-yeni-i-l-coshgusu
👎1
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirik! 🎄

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi adından Yeni ildə hər birinizə xoşbəxtlik, sevgi və uğurlar arzulayırıq!✨
👍2👎1
UNEC-də Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə keçirilən “İLİN DEKANI 2025” səsverməsi yekunlaşıb.

13 fakültənin təmsil olunduğu səsvermədə “Rəqəmsal İqtisadiyyat” fakültəsinin dekanı, tex.f.d., dos. Elman Cəfərov 491 səslə 1-ci yerin sahibi olub.

Səsvermənin nəticələrinə görə, 2-ci yerin sahibi 391 səslə “Maliyyə və mühasibat” fakültəsinin dekanı, i.e.n., dos. Hafis Hacıyev, 3-cü yerin sahibi isə 127 səslə “Biznes və menecment” fakültəsinin dekanı, i.e.n., dos. Mirağa Əhmədov olub.

Dekanlarımızın hər birini təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik!
👍5
UNEC “Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE)” üzrə Tələbə Həmkarlar İttifaqı Komitəsinin yeni sədri II kurs tələbəsi Şükür Elyazov seçilmişdir.

UNEC THİK adından Şükür bəyi sədr seçilməsi münasibətilə təbrik edir, fəaliyyətində uğurlar arzu edirik!
👍4
Qanlı yanvar faciəsinin 36-cı ildönümüdür.

1990-cı il 20 Yanvar gecəsi azadlıq uğrunda canlarını fəda edən qəhrəmanlarımızın göstərdiyi şücaət xalqımızın yaddaşında əbədi iz buraxdı.

Bu gün şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edir, onların azadlıq uğrunda mübarizəsini qürurla xatırlayırıq.

Unutmadıq, Unutmayacağıq!
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📢 Əziz UNEC tələbələri!

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “2 Fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş imtahan sonrası Əyləncəli konsert proqramı sizləri gözləyir! 🎉

Möhtəşəm əyləncə dolu konsertimizin ilk qonağını sizlərə təqdim edirik - MƏRDAN KAZIMOV 🥳

🔗 Tədbirimizdə iştirak etmək üçün link vasitəsilə qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyat linki yaxın günlərdə paylaşılacaqdır.

Sosial media hesablarımızı izləmədə qalaraq, digər qonaqlarımızıda yaxından tanıya bilərsiniz! 🤍💙

⏰️ Saat: 10:30
🗓 Tarix: 29.01.2026
📍 Məkan: UNEC-in əsas tədris binası, böyük akt zalı

İmtahanlar bitdi — əyləncə indi başlayır!
Gəlin, gəncliyimizi birlikdə qeyd edək! 💙🔥
🤩3👍1👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📢 Əziz UNEC tələbələri!

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “2 Fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş imtahan sonrası Əyləncəli konsert proqramı sizləri gözləyir! 🎉

Möhtəşəm əyləncə dolu konsertimizin növbəti qonağını sizlərə təqdim edirik - FERİD MERD 🥳

🔗 Tədbirimizdə iştirak etmək üçün link vasitəsilə qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyat linki yaxın günlərdə paylaşılacaqdır.

Sosial media hesablarımızı izləmədə qalaraq, digər qonaqlarımızıda yaxından tanıya bilərsiniz! 🤍💙

⏰️ Saat: 10:30
🗓 Tarix: 29.01.2026
📍 Məkan: UNEC-in əsas tədris binası, böyük akt zalı

İmtahanlar bitdi — əyləncə indi başlayır!
Gəlin, gəncliyimizi birlikdə qeyd edək! 💙🔥
❤1👎1
📢 Əziz UNEC tələbələri,

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə “2 Fevral – Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş əyləncəli konsert proqramı sizi gözləyir! 🎉

Tədbir iki hissədən ibarət olacaq:

1) Rəsmi hissə
Rəsmi hissədə UNEC-in hər fakültəsindən seçilən bir nəfər tələbə təhsil, ictimai fəallıq və nümunəvi davranışına görə “İlin Ən Yaxşı Tələbəsi” nominasiyası ilə təltif olunacaq. 🌟

2) Bədii hissə
Bədii hissədə isə sevilən ifaçıların möhtəşəm çıxışları, eləcə də bir-birindən rəngarəng və enerjili rəqs nömrələri ilə dolu unudulmaz anlar sizləri gözləyir. 🤩

🔗 Tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyat linkinə aşağı hissədən və ya QR kodu skan edərək keçid edə bilərsiniz.

Qeydiyyat linki: https://forms.gle/bozgbDyMxT6oXcGNA

⏰ Saat: 10:30
🗓 Tarix: 29.01.2026
📍 Məkan: UNEC-in əsas tədris binası, böyük akt zalı

İmtahanlar geridə qaldı — indi əyləncə vaxtıdır!
Gəlin, gəncliyimizi birlikdə qeyd edək! 💙🔥
👎1🤩1
Bugün Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovun doğum günüdür!

Hörmətli rektorumuzu doğum günü münasibətilə təbrik edir, möhkəm can sağlığı, uzun ömür və işlərində daim uğurlar arzulayırıq!
❤6👎1
Bu gün Azərbaycan milli istiqlal hərəkatının lideri, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

Onun ideyaları və mübarizəsi bu gün də xalqımız üçün azadlıq və müstəqillik yolunda ilham mənbəyidir.

Sənin azadlıq eşqin bizimlədir!
❤10👎1
2 Fevral - Azərbaycan Gəncləri Günüdür! 🇦🇿

Azərbaycanın parlaq gələcəyini formalaşdıran, ölkəmizin inkişafına töhfə verən bütün gəncləri bu xüsusi gün münasibətilə təbrik edirik!

Siz bizim qürurumuz, sabahımız və ən böyük dəyərimizsiniz! Uğurlarınız bol, arzularınız gerçək olsun! 💙✨
👎3👍1