THİK Məlumat Mərkəzi
4.16K subscribers
2.24K photos
112 videos
17 files
1.8K links
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) rəsmi telegram kanalı

📌Sual, təklif və iradlarınızı müzakirə qrupuna keçid edərək bildirə bilərsiniz⤵️
https://t.me/muracietveteklifler
Download Telegram
📢 Hörmətli UNEC tələbələri! 

Aprel ayı üzrə nəzərdə tutulmuş təqaüdlər ödənilmişdir. Gün ərzində kart hesablarınıza yüklənəcəkdir. 

Xeyirli işlərə xərcləyəsiniz!
❤7😍2
UNEC tələbələri “Bakı Marafonu – 2026”da fəal iştirak ediblər.

Mayın 3-də ənənəvi olaraq keçirilən “Bakı Marafonu – 2026”da UNEC tələbələri fəal iştirak ediblər.

“Küləyə qalib gəl!” şüarı ilə təşkil olunan marafon Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşıb və bu il ilk dəfə olaraq 42 kilometrlik tam marafon məsafəsini əhatə edib.

Bu il marafona 25 mindən çox iştirakçı qeydiyyatdan keçib. Dövlət Bayrağı Meydanından start götürən yarışın marşrutu Dənizkənarı Bulvar və paytaxtın əsas küçə və prospektlərindən keçərək “Sea Breeze” ərazisində finiş xəttinə çatıb.

2016-cı ildən keçirilən Bakı Marafonu ölkədə sağlam həyat tərzinin təbliği və idmanın inkişafına dəstək məqsədi daşıyır.

Tədbir çərçivəsində Dövlət Bayrağı Meydanında iştirakçılar və şəhər sakinləri üçün əyləncə zonası yaradılıb. Burada müxtəlif idman tədbirləri, yarışlar və konsert proqramı təşkil olunub.

Marafonda həm yerli sakinlər, həm də ölkədə yaşayan əcnəbilər və turistlər böyük maraqla iştirak ediblər.
❤1
UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı və İqtisadçı İntellektual Oyun Klubunun təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tələbələrarası “Nə? Harada? Nə zaman?” (NHN) formatında intellektual bilik yarışı keçirilib.

Yarışın keçirilməsində əsas məqsəd tələbələrin bilik və dünyagörüşünün artırılması, məntiqi düşünmə bacarıqlarının inkişaf etdirilməsi, eyni zamanda gənclər arasında intellektual oyunlara marağın təşviq olunması olub.

Bilik yarışında UNEC-in müxtəlif fakültələrini təmsil edən 17 komanda iştirak edib. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən:

🥇 I yer – “Ozymandias” komandası (Beynəlxalq İqtisadiyyat Məktəbi)
🥈 II yer – “Misaqi Milli” komandası (Maliyyə və mühasibat fakültəsi)
🥉 III yer – “Nyutonun almaları” komandası (Maliyyə və mühasibat fakültəsi)

Sonda qalib komandalar kubok, medal, sertifikat və müxtəlif hədiyyələrlə təltif olunublar.
UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində tələbələrarası futbol turniri keçirilib.

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutan turnirin əsas məqsədi tələbələr arasında sağlam həyat tərzini təbliğ etmək, idmana marağı artırmaq və həmrəylik ruhunu gücləndirmək olub.

Turnirdə UNEC-in müxtəlif fakültələrini təmsil edən komandalar iştirak ediblər. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən:

I yer - “İSE SC” komandası (Beynəlxalq İqtisadiyyat Məktəbi)
II yer - “SABAH City” komandası (UNEC SABAH mərkəzi)
III yer - “Ağdərə” komandası (İqtisadiyyat və idarəetmə fakültəsi)

Sonda qalib komandaların üzvləri kubok, diplom və medallarla təltif olunublar.

Daha ətraflı: https://www.instagram.com/p/DYAeDIuDveu/?igsh=MTZmdzNpd3pib2tyeg==
❤2
UNEC-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində tələbələrarası şahmat turniri keçirilib.

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutan turnirin əsas məqsədi tələbələrin məntiqi düşünmə, analiz və strateji qərarvermə bacarıqlarını inkişaf etdirmək, eyni zamanda sağlam rəqabət və intellektual mühit formalaşdırmaq olub.

30-a yaxın tələbənin iştirak etdiyi yarışın sonunda qaliblər diplom, medal və müxtəlif hədiyyələrlə təltif ediliblər.

🏆 Qaliblər:
🥇 I yer — “Rus İqtisad Məktəbi”nin II kurs tələbəsi Rasim Məmmədzadə Novruz oğlu
🥈 II yer — “Biznes və menecment” fakültəsinin I kurs tələbəsi Malik Gülməmmədli Xalid oğlu
🥉 III yer — “İqtisadiyyat və idarəetmə” fakültəsinin IV kurs tələbəsi Aytən Ələsgərova Səbuhi qızı

Daha ətraflı: https://www.instagram.com/p/DYCv8v-F8Wd/?igsh=eHMyaHhsbmYybWtj
❤2
🎓 UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi ilə Orbita Academy arasında əməkdaşlıq başlamışdır 🤝
 
📌 Orbita Academy tərəfindən tələbələr üçünaşağıdakı xidmətlər göstərilir:
 
✨ Xaricdə təhsil xidməti
✨ IELTS / TOEFL / SAT hazırlığı
✨ Ümumi İngilis dili proqramları
 
🎁 Bundan əlavə olaraq , Orbita Academy tələbələri:
 
🍽 Flame Steak House
🎳 City Play Bowling
🥗 Zəncəfil Restoranı
 
və digər partnyor məkanlarda xüsusi endirimlərdənyararlana bilərlər.
 
📩 “Zəmanətli IELTS” proqramı və ya digər xidmətlərhaqqında ətraflı məlumat əldə etmək üçün aşağıdakıformu doldurmağınız kifayətdir:
🔗 https://docs.google.com/forms/d/e/1FAIpQLSd_7GNZup7tycfF1KzB5GdynatrgDCs4-vK0Aw7SbioA4Syrw/viewform?usp=publish-editor
 
Bu gün Faşizm üzərində Qələbənin 81 ili tamam olur.

1945-ci ilin 9 mayında faşist Almaniyasının məğlubiyyəti ilə İkinci Dünya Müharibəsi başa çatdı.

Bu tarix insanlığın faşizmə qarşı mübarizəsinin və azadlıq uğrunda göstərilən misilsiz qəhrəmanlığın simvoludur.

Qəhrəmanlarımızı ehtiramla yad edir, sülhün dəyərini bir daha dərk edirik.
❤1
Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.

Müasir Azərbaycanın qurucusu, müdrik dövlət xadimi, xalqına sədaqətlə xidmət edən böyük şəxsiyyətin əziz xatirəsi daim qəlbimizdə yaşayır.

Heydər Əliyevin parlaq ideyaları bu gün də yolumuzu işıqlandırır, gələcəyə aparır.

Ruhu şad, məkanı cənnət olsun.
❤4
UNEC-in məzunu şəhid Hüseyn Muradovun xatirəsi anılıb!

Bugün II Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış UNEC “İqtisadiyyat və idarəetmə” fakültəsinin məzunu Hüseyn Muradovun doğum günüdür.

Şəhidimizin doğum günü münasibətilə UNEC-in Tələbə-Rektoru Ayan Cavadzadə, Tələbə Həmkarlar İttifaqı komitəsinin sədr müavini Həsən Həşimov və fəal THİK üzvləri Keşlə Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edib, məzarı önünə gül dəstələri düzüb və əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Ruhları şad olsun!
❤1
🚀 Karyeranı UNEC-də başlat!

UNEC tələbə və məzunlarla yanaşı, karyerasına yeni istiqamət vermək istəyən hər kəs üçün açıq qapı formatında ənənəvi XVII Karyera Yarmarkasını təşkil edir.

🎯 Yarmarkada iştirakçılar Azərbaycanın aparıcı müəssisə və təşkilatlarının nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, mövcud vakansiyalar və təcrübə proqramları ilə tanış olmaq, eləcə də CV-lərini təqdim edərək işə qəbul prosesinə ilk addımı atmaq imkanı əldə edəcəklər.

Tədbir çərçivəsində:
▪️ Şirkət nümayəndələri ilə tanışlıq;
▪️ Mövcud iş və təcrübə imkanlarının təqdimatı;
▪️ Yerində müraciət və ilkin seçim prosesi;
▪️ Peşəkar istiqamətləndirmə və şəbəkələşmə imkanları əldə edəcəksiniz.

📅 Tarix: 13 may 2026, saat 10:00
📍 Məkan: UNEC əsas tədris binası (İstiqlaliyyət 6)

🔗 Qeydiyyat linki ⬇️
https://forms.gle/odPDEJhffXYUVeJ8

💥 Karyerasını uğurla başlamaq və ya yeni fürsətlər qazanmaq istəyən hər kəs üçün bu yarmarka əvəzsiz imkandır — sən də qoşul!

📞 Ətraflı məlumat üçün:
012 492 59 03 (daxili 1132)
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı, “Türk Dünyası İqtisad” və “Biznes və Menecment” fakültələrinin birgə təşkilatçılığı ilə “Yetenek Sizsiniz UNEC” proqramının final mərhələsi keçiriləcək. 🎤

Sevilən münsiflər heyətinin iştirak edəcəyi “Yetenek Sizsiniz UNEC” final günündə siz də bizimlə olun və qalibi seçin. ✨

🎁 Qalibləri böyük hədiyyələr gözləyir! 🤩

Tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçərək təsdiq mesajını gözləyin. 🎟️

🔗 Qeydiyyat linki: https://forms.gle/4hCnBKaKgy9b1du38

❗ Yalnız təsdiq mesajı almış və THİK üzvü olan şəxslər zala buraxılacaq.

🕧 Saat: 12:30
📅 Tarix: 14 may
📍 Məkan: UNEC IV tədris binası (Semaşko), Böyük akt zalı

Son qeydiyyat tarixi: 13 may, saat: 22:00

Gəlin dəstəyinizi göstərin və qalibi seçin. 🏆
XVII UNEC Karyera və Əmək Yarmarkası keçirilib.

UNEC və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə növbəti əmək yarmarkası baş tutub.

Yarmarkanın təşkilatçılığında UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəal tələbələri könüllü qismində iştirak ediblər.

Daha ətraflı: 1. https://news.unec.edu.az/xeber/125-universitet/15100-bold-red-xvii-unec-karyera-ve-emek-yarmarkasi-kechirilib-bold-red
2. https://www.instagram.com/p/DYT9cxPjlhQ/?igsh=MTRpMXh1cXF0aTl5cg==
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin dəstəyi, “Ədliyyə Könüllüləri” İctimai Birliyinin təşəbbüsü ilə 25–30 may tarixlərində Quba Olimpiya İdman Kompleksində “Türk Dövlətləri Təşkilatının Model Simulyasiya Düşərgəsi 2026” keçiriləcək.

Düşərgə çərçivəsində iştirakçılar diplomatik simulyasiyalar, komitə iclasları və debatlarda iştirak edərək regional əməkdaşlıq, hüquq, iqtisadiyyat və təhsil mövzularında praktiki təcrübə qazanacaqlar.

📌 Tələblər:
▫️ Yaş: 18–26
▫️ Əlaqəli ixtisaslar üzrə təhsil alan və ya məzun şəxslər
▫️ İşçi dili: İngilis dili

✅ Nəqliyyat, qonaqlama və qidalanma xərcləri təşkilatçılar tərəfindən qarşılanır.

📝 Qeydiyyat:
https://forms.gle/HXmtEoURwhiiu56d8

ℹ️ Ətraflı məlumat:
https://www.facebook.com/share/p/1ChG4iYnsC/

📞 Əlaqə:
+994 51 500 25 00 (Haqq Rüstəmov)
Sabah keçiriləcək magistraturaya qəbul imtahanında iştirak edən bütün tələbələrimizə uğurlar arzulayırıq!

Əminik ki, zəhmətiniz və bilikləriniz sizi uğura aparacaq. Uğurlar və yüksək nəticələr diləyirik! 💙
UNEC ailəsinə ağır itki üz verib. 🥀

UNEC SABAH Mərkəzinin rəhbəri dosent Aida Quliyeva vəfat edib.

Aida xanımın əziz xatirəsi qəlbimizdə hər zaman yaşayacaq. Ona Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirik!
😢10
Hörmətli tələbələr!

Bu gün saat 08:00-dan 18:00-dək UNEC-də Tələbə Rektoru və tələbə təşkilatlarının sədr seçkiləri üzrə səsvermə prosesi keçiriləcəkdir.

Bütün tələbələri seçkilərdə fəal iştirak etməyə və öz namizədlərinə dəstək göstərməyə dəvət edirik.

Xatırladırıq ki, səsvermədə iştirak etmək üçün yalnız UNEC-in korporativ e-poçt ünvanı ilə sistemə daxil olmaq mümkündür.

Qeyd edək ki, səsvermənin statistikası UNEC-in YouTube kanalı vasitəsilə canlı yayımlanacaq:
https://www.youtube.com/live/PM4-i4Az1mQ?si=BatA4so7OYUj8f15

Səsvermə linki:
https://bit.ly/secki2026
Qurban Bayramınız mübarək! 🌙

Bu mübarək gündə qəlbiniz sevgi, eviniz bərəkət, həyatınız isə xoşbəxtliklə dolsun.

Sevdiklərinizlə birlikdə gözəl bir bayram keçirməniz diləyilə!
❤3
Bir millətin dirçəlişi, bir xalqın qüruru!

Müstəqillik Günün mübarək, Azərbaycan! 🇦🇿
👍3
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür!

Uşaqların gülüşü dünyanı gözəlləşdirir! Onların xoşbəxtliyi bizim məsuliyyətimizdir. ✨
❤1
🎓 UNEC Məzun Günü 2026 🎓

30 iyun saat 18:00-da Bakı Kristal Zalında keçiriləcək UNEC Məzun Günü 2026-da sizləri möhtəşəm və unudulmaz bir proqram gözləyir!

Tədbir tanınmış aparıcı İskəndər İbrahimovun təqdimatında baş tutacaq. Gecədə sevilən DJ Kenan Drums və digər sürpriz qonaqlar öz çıxışları ilə məzunlara yaddaqalan anlar bəxş edəcəklər.

📅 30 iyun 2026
🕕 18:00
📍 Bakı Kristal Zalı