THİK Məlumat Mərkəzi
4.16K subscribers
2.24K photos
112 videos
17 files
1.8K links
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) rəsmi telegram kanalı

📌Sual, təklif və iradlarınızı müzakirə qrupuna keçid edərək bildirə bilərsiniz⤵️
https://t.me/muracietveteklifler
Download Telegram
Bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür. 🖋️

151 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.
UNEC-in “Beynəlxalq Magistratura Məktəbi”ndə 26-cı proqram üzrə təklif olunan magistratura ixtisasları və onların yerləşdikləri tədris binaları ilə tanış ola bilərsiniz.

Əziz tələbələr, Sizi böyük məmnuniyyətlə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) magistratura təhsili almağa dəvət edirik. Gələcəyinizi peşəkar təhsil, geniş imkanlar və keyfiyyətli akademik mühitlə formalaşdırmaq üçün UNEC ailəsinə qoşulun! 🤩

Digər ixtisaslar ilə tanış olmaq üçün aşağı hissədəki linkə keçid edə bilərsiniz:
https://linktr.ee/unecthik
📢 UNEC tələbələrinin diqqətinə!

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Magistratura səviyyəsi üzrə Sənəd Qəbuluna Dəstək Mərkəzi üzrə könüllü qeydiyyatı başladı.

Könüllülər iki növbə olmaqla UNEC-in əsas tədris binasında (İçərişəhər korpusu) magistraturaya qəbul olmuş şəxslərin sənədləşməsinin düzgün formada aparılmasına köməklik göstərəcəklər. Könüllü kimi fəaliyyət göstərmək istəyən tələbələr qeyd edilmiş link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

🗓️ Son qeydiyyat tarixi: 26 iyul 2026-cı il, saat: 18:00

🔗 Qeydiyyat linki aşağı hissədə və QR kod bölməsində yerləşdirilmişdir.

Qeydiyyat linki: https://forms.gle/Kny4TeBGNYvrRBYH6
❤1
Bu gün UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyevin doğum günüdür.

UNEC THİK ailəsi olaraq, İlkan müəllimi doğum günü münasibətilə təbrik edir, həyatında və fəaliyyətində uğurlar arzu edirik!
📢 Əziz UNEC tələbələri!

Sizi 27 iyul – 2 avqust 2026-cı il tarixlərində Bakı şəhərində yerləşən Milli Gimnastika Arenasında keçiriləcək Güləş üzrə U17 Dünya Çempionatını izləməyə dəvət edirik!

🌍 Dünyanın 60 ölkəsindən 663 idmançının iştirak etdiyi bu mötəbər beynəlxalq yarış ölkəmizdə keçirilən ən nüfuzlu idman tədbirlərindən biridir.

🎉 Çempionat çərçivəsində tamaşaçılar üçün:

Əyləncəli fan zonaları,
İnteraktiv oyunlar,
Müsabiqələr və hədiyyəli aktivliklər təşkil olunacaq.

Bu, dünya səviyyəli güləşçilərin mübarizəsini canlı izləmək, müxtəlif ölkələrdən gələn idmansevərlərlə bir araya gəlmək və beynəlxalq idman bayramının bir hissəsi olmaq üçün əla fürsətdir.

📍 Məkan: Milli Gimnastika Arenası, Bakı
📅 Tarix: 27 iyul – 2 avqust 2026

Bütün tələbələri bu möhtəşəm idman tədbirində fəal iştirak etməyə və Azərbaycan idmanına dəstək göstərməyə dəvət edirik! 🇦🇿🤼
❤1
🔴 Magistratura səviyyəsi üzrə ixtisas seçimlərinin nəticələri açıqlandı!
Magistratura səviyyəsi üzrə ixtisas seçimlərinin nəticələri açıqlanıb! 🎓

UNEC-ə qəbul olunan bütün tələbələri səmimi-qəlbdən təbrik edir, hər birinizə yeni təhsil mərhələsində uğurlar arzulayırıq!

UNEC ailəsinə xoş gəlmisiniz! 💙

❗️Qeyd: UNEC-ə qəbul olan tələbələr 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək elektron qaydada my.gov.az, həmçinin kabinet.unec.edu.az platformalarında qeydiyyatdan keçməli və sənədləri elektron şəkildə sistemə yükləməlidirlər.
❤3
🎓 UNEC Magistratura səviyyəsi üzrə Sənəd Qəbuluna Dəstək Mərkəzi fəaliyyətə başlayır!

📅 03–12 avqust tarixlərində
🕙 Həftə içi, saat 10:00 – 17:00
📍 UNEC-in əsas tədris binası (İçərişəhər korpusu), otaq 320

🤝 Tələbə Həmkarlar İttifaqı Komitəsinin könüllüləri UNEC-ə qəbul olmuş tələbələrə sənəd qəbulu prosesində həm əyani, həm də onlayn formada dəstək göstərəcəklər.

📲 Əlaqə nömrələri:
• Ümumi:
+994 55 997 28 99 (Həsən bəy)
+994 77 631 41 42 (Günay xanım)
• UNEC Biznes Məktəbi (MBA) üzrə:
+994 77 622 29 26 (Hülya xanım)
+994 70 253 50 56 (Nurlan bəy)
+994 55 531 20 79 (Gülnar xanım)
+994 70 295 29 25 (Nurtən xanım)
• UNEC Magistratura Məktəbi üzrə:
+994 50 640 75 81 (Zərifə xanım)
+994 70 321 71 81 (Nəsib bəy)
+994 10 452 45 41 (Nurcan xanım)
+994 55 416 13 31 (Nərgiz xanım)

🔗 Telegram qrupu: https://t.me/+RN590qetrwQwNGMy

📸 Bizi izləyin:
Instagram:
https://www.instagram.com/unecthik
https://www.instagram.com/uneceduaz

💙 Gələcəyin magistrlarına uğurlar arzulayırıq, UNEC-ə xoş gəlmisiniz!
❤2
UNEC Abituriyentlərin İxtisas Seçiminə Dəstək Mərkəzi fəaliyyətə başlayır!

UNEC-də təhsil almaq istəyən abituriyentlərə ixtisas seçimi prosesində dəstək göstərilməsi məqsədilə UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəal könüllü tələbələrindən ibarət “UNEC Abituriyentlərin İxtisas Seçiminə Dəstək Mərkəzi” 12–19 avqust tarixlərində fəaliyyət göstərəcəkdir.

📌 QEYD: Mərkəz tamamilə ödənişsiz əsaslarla həftəiçi hər gün UNEC-in III tədris binasında (Nizami korpusu) saat 10:00–17:00 aralığında əyani, onlayn formada isə hər gün (qeyri-iş günləri də daxil olmaqla) fəaliyyət göstərəcəkdir.

📞 Əlaqə vasitələri:
• Ümumi əlaqə: +994 55 997 28 99 (Həsən bəy)
• Azərbaycan bölməsi: +994 50 640 75 81 (Zərifə xanım)
• Türk bölməsi: +994 50 879 88 66 (Kamran bəy)
• Rus bölməsi: +994 50 975 03 19 (Aydan xanım)
• İngilis bölməsi: +994 10 416 06 16 (Şükür bəy)
• Dizayn ixtisası (V qrup): +994 10 452 45 41 (Nurcan xanım)
❤1
📢 UNEC-də bakalavriatura səviyyəsi üzrə qəbul olunan abituriyentlərin diqqətinə!

Qəbul olunan abituriyentlər üçün onlayn sənəd qəbulu zamanı təqdim edilməli sənədlərin siyahısını diqqətinizə çatdırırıq.

🔗 Ətraflı: https://www.instagram.com/p/DcdQ8yXjmYy/?igsi=MzZnbHZzaGhjZjd3

📌 Nəzərinizə çatdırırıq ki, UNEC-ə qəbul olunan abituriyentlər 28 avqust – 8 sentyabr tarixlərində my.gov.az, həmçinin kabinet.unec.edu.az platformalarında elektron qaydada qeydiyyatdan keçməli və tələb olunan sənədləri onlayn şəkildə sistemə yükləməlidirlər.
UNEC Abituriyentlərin Sənəd Qəbuluna Dəstək Mərkəzi fəaliyyətə başlayır!

📆 28 avqust – 08 sentyabr
⏰ Həftə içi, 10:00–17:00 (13:00–14:00 fasilə)

🤝 UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin könüllüləri sənəd qəbulu prosesində abituriyentlərə yerində və onlayn dəstək göstərəcək.

🎥 Videotəlimatlar: https://unecabituriyentvideotelimat.taplink.bio/

📲 Əlaqə nömrələri
Ümumi:
+994 55 997 28 99 (Həsən bəy),
+994 50 640 75 81 (Zərifə xanım)

Fakültələr üzrə:
• Beynəlxalq İqtisadiyyat Məktəbi (İSE) - +994 10 416 06 16 (Şükür bəy)
• Maliyyə və mühasibat – +994 50 331 24 92 (Hüseyn bəy)
• İqtisadiyyat və idarəetmə – +994 50 776 09 95 (Afət xanım)
• Türk Dünyası İqtisad – +994 50 879 88 66 (Kamran bəy)
• Rus İqtisad Məktəbi – +994 50 975 03 19 (Aydan xanım)
• ⁠Qiyabi və əlavə təhsil mərkəzi – +994 55 433 07 50 (Lalə xanım)
• Mühəndislik – +994 55 660 59 03 (Əli bəy)
• UNEC Dizayn Məktəbi – +994 55 784 96 13 (Ayan xanım)
• Rəqəmsal İqtisadiyyat – +994 50 490 79 35 (Nazilə xanım)
• Biznes və menecment – +994 70 253 50 56 (Nurlan bəy)

🏛 Qeydiyyat məntəqələri
• Əsas tədris binası (İçərişəhər korpusu): Maliyyə və mühasibat, Beynəlxalq İqtisadiyyat Məktəbi
• II tədris binası (Gənclik korpusu): İqtisadiyyat və idarəetmə, Türk Dünyası İqtisad, Rus İqtisad Məktəbi, Qiyabi və əlavə təhsil mərkəzi
• III tədris binası (Nizami korpusu): Rəqəmsal İqtisadiyyat, Mühəndislik, Dizayn
• IV tədris binası (Semaşko korpusu): Biznes və menecment

📌 Abituriyentlər qeyd olunan tarixlərdə hər hansı sual və ya çətinliklə qarşılaşdıqda qeyd olunan əlaqə nömrələrinə və fakültə üzrə korpuslara müraciət edə bilərlər.

QEYD 1: Onlayn dəstək hər gün, o cümlədən qeyri-iş günlərində də göstərilir.

📲 Sosial şəbəkələr:
Instagram – @unecthik | @uneceduaz
Telegram qrupu – https://t.me/+lGXQ5R-hOJdhMGUy
❤1
UNEC-ə yeni qəbul olan tələbələr üçün sentyabrın 14-də “Oriyentasiya Günü” təşkil olunacaq! 🤩

Tələbələr Oriyentasiya günündə universitetin infrastrukturu, auditoriyalar, kitabxana, tələbə təşkilatları və digər imkanlarla tanış olacaqlar.

UNEC-in bütün tədris binalarında keçiriləcək Oriyentasiya günündə dekanlıqların əməkdaşları, müəllimlər, tyutorlar, Tələbə Həmkarlar İttifaqı Komitəsinin könüllüləri birinci kurslara universitetlə tanışlıqda dəstək olacaqlar.

QEYD: Universitetə giriş üçün şəxsiyyət vəsiqəsi tələb olunur.

Əziz tələbələr, hər birinizi unudulmaz və yadda qalan Oriyentasiya günündə gözləyirik!
❗️Əsas binada (İstiqlaliyyət küçəsi 6) təhsil alan tələbələrin nəzərinə!

✅ 21-25 sentyabr tarixlərində UNEC-in I tədris binasında dərs cədvəli üzrə həm onlayn, həm də ənənəvi dərslər (Maliyyə və Mühasibat, Beynəlxalq İqtisadiyyat Məktəbi, SABAH Mərkəzi və UNEC Biznes Məktəbi üzrə) onlayn (məsafədən) formada təşkil olunacaq. Xahiş edirik, nəzərə alasınız.

⚠️ Dərslərə qoşulma qaydası:

✅ Dərs linkləri online dərslərin təşkil olunduğu hər gün saat 00:00-da cari dərs cədvəlinizə uyğun olaraq şəxsi kabinetlərinizə (https://kabinet.unec.edu.az-a yerləşdiriləcəkdir. Mobil tətbiqə keçid linkləri göndərilməyəcək.) Şəxsi kabinetinizə daxil olduqdan sonra, səhifənin yuxarı sağ küncündə yerləşən dərs saatına uyğun Zoom linkinə klikləməklə dərsə qoşula bilərsiniz.

⚠️ Vacib texniki göstərişlər: Cihazınızda Zoom proqramının quraşdırıldığından və işlək vəziyyətdə olduğundan əmin olun. Əgər proqram köhnədirsə, öncədən yeniləməyiniz tövsiyə olunur.
📢 UNEC Tələbələri üçün bu həftə SUPER Kampaniya ❗️

👉 *İngilis dili Kurslarına yazılırsız, əlavə olaraq *ÖDƏNİŞSİZ 4 ay *Kompüter Kurslarına gəlirsiz.*

🔷 Kursu bitirdikdə, həmi *İngilis dilindən* həmdə *Kompüter proqramlarından* *RƏSMİ SERTİFİKAT* veriləcək.

🔷 Daha da ətraflı məlumat almaq istəsəniz aşağıda qeyd olunan nömrələrə yazıb və ya zəng edə bilərsiniz. ⬇️


📍Ünvan: 1. Ⓜ️ Sahil. Nizami küç.(Tarqovıy) Şaurma №1 ilə üzbəüz.
📲 055 493-71-51 zəng və ya yaza bilərsiz.


📍 Ünvan: 2. Ⓜ️ Neftçilər metrosunun yanı.
📲 070 493-71-51 zəng və ya yaza bilərsiniz.
⚽ Red Bull Wings Cup – Universitet Liqası

🎮 EA SPORTS FC 27 üzrə özünü sınamaq və universitet tələbələri arasında mübarizəyə qoşulmaq vaxtıdır!

Universitet Liqasının ilkin mərhələsi Red Bull və UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə UNEC-də keçiriləcək.

📅 3 oktyabr 2026-cı il
📍 UNEC-in əsas tədris binası

Milli Finala gedən yolda yerini tut, futbol bacarıqlarını göstər və Red Bull Wings Cup macərasına qoşul! 🏆

Universitet Liqasının qalibi olaraq Mayamidə keçiriləcək Dünya Finalına vəsiqə qazanmaq şansı əldə et!

🔗 Ətraflı məlumat və qeydiyyat: https://www.redbull.com/az-az/events/red-bull-wings-cup-azerbaycan-2026/red-bull-wings-cup-azerbaycan-universitet-liqasi
❤1
🇦🇿 27 Sentyabr – Anım Günü

Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.

Onların qəhrəmanlığı və fədakarlığı daim qəlbimizdə yaşayacaq.
🙏2
UNEC THİK nəzdində Şahmat Klubu! ♟️

Şahmatı sevirsən? Strategiya qurmaq, rəqabət aparmaq və özünü sınamaq istəyirsən? 🤔

O zaman UNEC THİK-ə üzv olaraq, Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən UNEC Şahmat Klubuna qoşula bilərsən!

Şahmat Klubu sizə nələr qazandıracaq?
- Şahmat həyatınızın bir parçasına çevriləcək;
- Kollektivlə birgə öyrəncəksiniz:
- Yerli və beynəlxalq turnirlərin iştirakçısı olacaqsınız;
- Kubok, medal və sertfikatlar qazanacaqsınız;
- Rəqabət və strategiyanızı üzə çıxaracaqsınız;
- Xoş xatirələr;
- Yeni mühit, dostlar və uğurlar;
- Unudulmaz anlar və daha nələr-nələr…

Davamını isə UNEC THİK ailəsinin bir üzvü olduğunuz zaman anlayacaqsınız! 😉

Bizə qoşul, Həmkar ol! 💙🤍
🔥 UNEC TƏLƏBƏLƏRİ ÜÇÜN BU HƏFTƏ SUPER KAMPANİYA! ❗️

🎯 İngilis dili kursuna qeydiyyatdan keçin, əlavə olaraq 4 ay KOMPÜTER KURSLARINDAN ÖDƏNİŞSİZ yararlanın!

🔷 Kursu uğurla başa vurduqda həm İngilis dili, həm də kompüter proqramları üzrə RƏSMİ SERTİFİKAT təqdim olunur. 📜

📞 Ətraflı məlumat və qeydiyyat üçün aşağıda qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərsiniz:

📍 Ünvan 1:
Ⓜ️ Sahil metrosu – Nizami küçəsi (Tarqovı), Şaurma №1-in qarşısı
📲 055 493 71 51 — zəng və ya WhatsApp

📍 Ünvan 2:
Ⓜ️ Neftçilər metrosunun yanı
📲 070 493 71 51 — zəng və ya WhatsApp

🔥 Kampaniyadan yararlanmaq üçün tələsin!
📢 UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni üzvlərin qəbuluna başlanılır!

Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tələbələrin ictimai və elmi fəaliyyətə cəlb olunması, istedad və bacarıqlarının üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili və şəxsi inkişafına dəstək göstərilməsi istiqamətində fəaliyyət göstərir.

📌 Təşkilatımıza üzv olmaqla siz:
🔹 Yeni insanlarla tanış olaraq geniş sosial çevrə qazana;
🔹 Böyük layihə və tədbirlərin təşkilində real təcrübə əldə edə;
🔹 Komanda ilə işləmək və liderlik bacarıqlarınızı inkişaf etdirə;
🔹 Müxtəlif klublara və fəaliyyət istiqamətlərinə qoşularaq özünüzü sınaya;
🔹 Fəaliyyətinizə uyğun olaraq təşəkkürnamə və sertifikatlarla təltif oluna;
🔹 Universitet həyatında daha aktiv rol alaraq yeni imkanlar əldə edə bilərsiniz.

🤝 Üzvlük prosesi fakültələr üzrə sədrlər tərəfindən aparılır.

💙🤍 UNEC THİK ailəsinə sən də qoşul, universitet həyatının bir parçası ol!
❤2