VÂVEYLÂ
176 subscribers
3.21K photos
663 videos
19 files
144 links
Download Telegram
"Əli və Nino".☘
❤6🎉2🍓1
☘
❤2🕊1🍓1
Qaraqan — Gəl və Bax
QARAQAN
❤3🕊2🍓1
Eyyub Yaqubov — Ana
Eyyub Yaqubov
🍓2❤1😍1
Belki de hâlâ çocuktum: İstemediğim konuları bazan düşünmemeyi başarabiliyordum. Bazan da tam tersi oluyor, düşünmeyi istemediğim bir resmi ya da kelimeyi aklımdan hiç çıkaramıyordum.

Orhan Pamuk" Kırmızı saçlı kadın".
❤5
Bayramınız mübarək!❤️
❤8
Forwarded from Məzahir yazır
Ənənəvi yeni il şeiri Aqşin Yeniseydən

Yeni il tənhalığı

Bakıya qar yağmadı, qarsız düşdü qış bizə.
Şaxta baba və qar qız, gəldilər yanlış bizə.
Dustaqlar buraxıldı, şeş düşdü tale zəri.
Qazamatda açıldı yeni dustaq yerləri.

Pəncərədən boylanıb baxdım, baxdım ölkəmə.
Xəyalımda dalbadal güllə çaxdım ölkəmə.
Korladı əhvalımı, millətin girincliyi.
Vətənin bol-bol nefti, işsiz, evsiz gəncliyi.
Sonra da üzüquylu zülüm-zülüm ağladım.
Gedənə rəhmət deyib, gələnə yas saxladım.
Xəyalımda canlandı dostlarımın taleyi.
Xalqın deyingənliyi, hökumətin gileyi.
Alt-üst olmuş ömürlər, hər yan bomboz tənhalıq.
Bu da bayram süfrəsi; yarım araq, şor balıq.

Bir də yalqız kitablar, düzülüblər yan-yana.
Niyə hər şey düşməndir, hər şey, hər şey insana?
Ot basıb hər cığırı, yox daha ümid yolu.
Qəlbim yalqız və bomboş, külqabımsa dopdolu.
Əsəblərim pozulmuş, yuxuda da qan-tərəm.
Getedən daha qoca, gənc Verterdən betərəm.
Qulliver də deyiləm, çıxıb səyahət edim.
Üç-dörd lilipud qalıb. Mən axı hara gedim?
Bəlkə, Bulqakov kimi məktub yazım padşaha.
Görən, bu hərəkətim xoş gedərmi Allaha.

Bəlkə, Tolstoy olum, atım gedim mülkümü.
Bəlkə, quruyum ot tək, bəlkə, solum gül kimi.
Ya da sərgərdan olum Knlupa çevrilim.
Üsyan edim özümə, taxt-tac kimi devrilim.
Ya da Çörçillsayağı qurşanım siqaretə.
Bir memuar da yazım. Lazım olar millətə.

Ya da ki Homer olum, bəlkə, gözüm tutula.
Bəlkə, gözüm görməyə, bəlkə, canım qurtula.
Hüqo da çox uzaqdı, başı qarışıb nəsrə.
Taksi də baha gedir on doqquzuncu əsrə.

Bu vaxt kim bikar olar, ağlıma kimsə batmır.
Svayq evdə olmaz, Selincerə zəng çatmır.
Qorki də çox qocadır, içkini də tərgidib.
Hadi də itkin düşüb, yer üzünü tərk edib.
Məmmədquluzadə də, deyirlər, can üstədir.
Fiscerald ayıq olmaz, Kafka da ki, xəstədir.

Bəlkə, Dostoyevski? O da yəqin kart sıxır.
Pamukla dalaşmışıq, məni Rollan Bart sıxır.
Balzakla da alınmaz, özündən çox razıdır,
onunku ya romandı, ya fransız qızıdır.

Bəlkə, Somerset Moem? Görən, indi hardadır?
Heminquey yüz faiz bahalı bir bardadır.
Puşkin də yaralıdır, yatır xəstəxanada.
Bədbəxt, bir arvad üçün özünü verdi bada.
Nazim Hikmət türmədə, Turgenev də Parisdə.
Tolstoyla dalaşıb ucuz bir ləçər üstə.

Bəlkə, bir viski alım, qonaq gedim Markesə.
O da bir şey bişirtsin arvadı Mersedesə.
Dünya necə qapanıb, buz bağlayıb qütblər.
Pelevin Tibetdədir, Limonovu tutublar.
Belə gündə Yesenin! Yeyən, içən arvadbaz.
O da özünü asdı bizim vaxtla keçən yaz.

Bəlkə, filosoflardan hansısa bikar olar.
Onlar da çox danışır: “Allah yoxdur, Allah var...”
Onlardan abırlıdır, çox yazsa da Şekspir.
Onun da başın pozub, Dezdemona, Kral Lir.
Bir az yaşlı olmasa, Hamsun hamıdan dincdir.
Kuper meşədən çıxmır, Çinkaçukla girincdir.
Adamın Ekoya da gəlmir fikri, gümanı.
Görməyə də gözüm yox, ata-oğul Dümanı.
Zəhləm gedir Sinklerdən, fırıldağın biridir.
Çoxdan ölüb zırrama elə bilir diridir.

Harda qalım ilahi, hara gedim ilahi?
Özünü qoy yerimə, mən nə edim ilahi?
Bəndələrin yerdədir, sən göydə nə gəzirsən?
Gəl, bir insan ömrünü, yaşa görüm, dözürsən?!
Alt-üst olmuş ömürlər, hər yan bomboz tənhalıq.
Bu da bayram süfrəsi; yarım araq, şor balıq.
❤4
2025-ci ildə oxuduqlarım:✨

1.Viktor Hüqo-İdam mahkumunun son günü
2.Anar-Mən,sən,o və telefon
3.Əlibala Hacızadə-Əfsanəsiz illər
4.Stefan Zveig-Yakıcı sır
5.Stefan Zveig-Şahmat
6.Franz Kafka-Çevilmə
7.Larry Tremblay-Portağal bağı
8.Cəfər Cabbarlı-Oqtay Eloğlu
9.Ceyhun Hidayətli-Əqrəb
10.Ehtiram Babaşov-Mənim qəhrəmanım olarsanmı?
11.Səməd Vurğun-Vaqif
12.Cek London-Ağ diş
13.İsmayıl bəy Qurtqaşınlı-Rəşid bəy və Səadət xanım
14.Abdulla bəy Divanbəyoğlu-Can yanğısı
15.İbrahim bəy Musbəyov-Neft və milyonlar səltənətində
16.Mizə Ələkbər Sabir -Hophopnamə 1-ci cild
17.Nəriman Nərimanov -Bahadır və Sona
18.Şekspir-Otello
19.Nəriman Həsənzadə-Seçilniş əsərləri
20-KafkaOkur-sayı4
21.Abbasqulu ağa Bakıxanov -Seçilmiş əsərləri
22-Evripid-Medeya
23.Qasım bəy Zakir-Təmsillər,hekayələr
24.Vaqif Səmədoğlu -Sandıq şeirləri
25.Mirzə Fətəli Axundov -Aldnmış kəvakib
26.Əlibla Hacızadə-Ayrılığın sonu yoxmuş
27.Jane Austen-Ledi Suzan
28.Mizə Fətəli Axundov -komediyalar,povestlər
29.Raunda Jamis-Frida Kahlo
30.Asne Seierstad-Kabildə bir kitabçı
31.Şekspir-Hamlet
32.Hakan Günday-Kinyas ve Kayra
33-İlyas Əfəndiyev-Körpüsalanlar
34.Əsli və Kərəm
35.Migel de Servantes-Don Kixot
36.İsmayıl Şıxlı -Dəki Kür
37.Şekspir-Romeo və Cülyetta
38.Albert Kamyu-Yad
39.Nəcəf bəy Vəzirov-Müsibəti Fəxrəddin
40.Nəcəf bəy Vəzirov -Seçilmiş əsərləri
41.Stefan Zvaig-Məcburiyyət
42. Seyid Əzim Şirvani -Hekayələr və təmsillər
43. Zülfü Livaneli -Serenad
44. Cəlil Məmmədquluzadə -Danabaş kəndinin əhvalatları
45. Cəlil Məmmədquluzadə -Quzu
46. Cəlil Məmmədquluzadə -Buz
47. Cəlil Məmmədquluzadə -Poçt qutusu
48. Cəlil Məmmədquluzadə -İki alma
49. Cəlil Məmmədquluzadə -Ölülər
50. Cəlil Məmmədquluzadə -Anamın kitabı
51. Mopassan-Gonbul
52. Nəriman Nərimanov-Pir
53. Lev Tolstoy -Aile mutluluğu
54. Əbdürrəhim bəy Haqverdiyev - Marallarım
55. Franz Kafka -Atama məktub
56. Əbdürrəhim bəy Haqverdiyev -Dağılan tifaq
57. John Steinbeck-İnci
58. Ernest Heminquey-Qoca və dəniz
59. Nəriman Nərimanov -Nadir şah
60. Məhəmməd Hüseyn Şəhriyar -Heydərbabaya salam
61. Albert Kamyu-Taun
62. F.Dostoyevski-Alçaldılmış və təhqir edilmiş insanlar
63. Bayramova Səbinə -Yaralı ruhlar
64. Sultan Məcid Qənizadə -Gəlinlər həmayili
65.V. Höte-Gənc Verterin İztirabları
66. Mark Levi-Bəlkə də,bu həqiqətdir
67. R.Bahar.Sonam-Xocalı hekayələri
68. MetaMisra-Nömrə1
69. MetaMisra-Nömrə2
70. Əlibala Hacızadə -Təyyarə kölgəsi
71. Hüseyn Cavid -Peyğəmbər
72. Sabahattin Ali-Canım Aliye,ruhum Filiz
73. MetaMisra-Nömrə3
74. f.dostoyevski-Utancaq qız
75. Agota Kristof-Okumaz,yazmaz
76. Agota Kristof-Önemi yok
77. Musa Yaqub -Sevgi şeirləri
78. Hüseyn Cavid -Topal Teymur
79. N.Gogol-Şinel
80. Agota Kristof-Büyük defter
81. Nə.Gogol -Bir Delinin hatıra defteri
82. Süleyman Sani Axundov -Qaraca qız
83. Richard Bach -Martı
84. Cek London-Martib İden
85. Zülfü Livaneli -Huzursuzluk
86. Cəfər Cabbarlı -Solğun çiçəklər
87. Zülfü Livaneli -Kardeşimin hikayesi
88. Namiq Kamal-Vətən yaxud Silistrə
89. Yusif Vəzir Çəmənzəminli -Qan içində
90. Əbdürrəhim bəy Haqverdiyev -Xortdanın cəhənnəm məktubları
91. Musa Yaqub -İndi bildim nağıldır
92. Rəşad Nuri Güntəkin-Çalıquşu
93. İsi Məlikzadə -Küçələrə su səpmişəm
94. İsi Məkikzadə-Gümüşgöl əfsanəsi
95. Anar-Təhminə və Zaur
96. Qurban Səid-Əli və Nino
.

Siz də istəsəniz qeyd edə bilərsiniz☘
❤‍🔥3❤1👏1
İlin alıntısı☘
❤6⚡1
:D❤️
❤3🥰2⚡1
❤3
Hayat Bayram Olsa (1972)
Şenay
❤4
❤3