VÂVEYLÂ
176 subscribers
3.21K photos
663 videos
19 files
144 links
Download Telegram
Ümit Yaşar
❤5😍1
❤‍🔥3❤2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
“Sınaq anında ümidinizi itirməyin, çünki büllur yağış qara buludlardan doğur”
(In our hour of adversity, be not without hope, for crystal rain falls from the black clouds), — deyə sitatda bildirilir.
Bu, filmin əsas mövzusunu — ölümcül təhlükə şəraitində sağ qalmağı və ümidin dərhal ön plana çıxmasını vurğulayır.
❤4👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Mən sənin bir eyvan dustağın oldum ❤️‍🩹
❤2❤‍🔥1
Forwarded from Azerbaijani Paintings
"Astarada çay yığımı" ("Tea harvesting in Astara")

a painting by Mikayil
Abdullayev (1921-2002),
1958,
genre painting,
canvas, oil paint
❤5
Musa Yaqub❤️
❤4
Hansı yerdən keçib gəldin,
O yolları göstər mənə,
Əbədilik yolum olsun.
Hansı ağac
yollarına kölgə salıb
Göstər mənə,
Budaqları qolum olsun.
Hansı çiçək nəfəsindən
ətirlənib,
Hansı külək
Yerişinə kömək olub,
Gəlişinə kömək olub,
Bundan sonra söylə mənə...


Musa Yaqub"Gəlmisənmi?"
❤4
Bir də gördüm qaralanda cığır, iz,
Bir də gördüm, əllərim də gərəksiz.
Çözüm dolub, tellərim də gərəksiz
Bir də gördüm mən özüm də bir daşam;
Sən gəlmədin, mən görmədim bu axşam
.

Musa Yaqub "Sən gəlmədin,mən görmədim..."
❤5
🥀
💔4
İlham Allahverdiyev 1962-ci ildə Ağdamda anadan olub. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. Uşaqlığının bir hissəsini Ağdamda nənəsinin yanında keçirib. Sonra hərbi xidmətə gedib. Xidmətini başa vurandan sonra Bakıya qayıdan İlham Gəmi Təmir Zavodunda işləməyə başlayıb. Hazırda həmin zavod İlham Allahverdiyevin adını daşıyır.
Fərizə Allahverdiyeva isə 1970-ci ildə Ermənistan SSR, Spitak rayonunun Saral kəndində anadan olub. 1 nömrəli tibb məktəbinin axırıncı kurs tələbəsi idi. Cütlük İlhamın bacısının sayəsində tanış olub və 1989-cu il iyunun 30-u ailə qurub.
1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Amma yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb anasıgilə aparıb. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra İlham əyninə qara paltar geyinib evdən çıxıb.
İlham həmin gecə indiki “20 Yanvar” dairəsində vurulub. İlhamı həmin günü xəstəxanalardan birində tapıblar.
❤6😢3
VÂVEYLÂ
Photo
Əvvəlcə Xırdalanda­kı qəbiristanlıqda dəfn ediblər, amma sonradan oradan çıxarıb Şəhidlər xiyabanına aparıblar.
VÂVEYLÂ
Photo
İlham həmin gecə indiki “20 Yanvar” dairəsində vurulub. İlhamı həmin günü xəstəxanalardan birində tapıblar. Əvvəlcə Xırdalanda­kı qəbiristanlıqda dəfn ediblər, amma sonradan oradan çıxarıb Şəhidlər xiyabanına aparıblar.
Fərizə bu faciəyə tab gətirə bilməyib. Birinci dəfə özünü yandırmaq istəyib, amma qarşısını alıblar. Depressiyada olan Fərizəni evdəkilər gözdən qoymurlar. Gecə hər kəs yuxuya getdikdən sonra Fərizə bir qab sirkəni içərək intihar edib.
O, bətnindəki körpəni də özü ilə məzara aparıb. Allah rəhmət eləsin!
🙏2