VÂVEYLÂ
176 subscribers
3.21K photos
663 videos
19 files
144 links
Download Telegram
Su çərşənbəniz mübarək! ❤️
❤8
Forwarded from Məzahir yazır
Qırmaq və qışqırmaq

Elə bil min illik gəlib oturmağa
dilimin ucunda qoca qurbağa.
Yamanca çirkindir çömçəquyruqlar
getmək istəyirəm balıq tutmağa.

Bir az da yaşasam bu gölməçədə
Ağacdan aşağı kəndir asacam.
Tələsmə, özümü asmadan öncə,
Sənə bapbalaca bir sirr açacam.
Bu yumru, bu, mavi, bu yaşıl kürə
Əslində tanrının akvariumudur.
Ağacdan asdığım ipi görürsən?
Tanrının qırmağı elə bax budur.
Eşidirsən məni, qoca balıqçı?
Asıram özümü kəndir qırmaqdan.
Sudan yuxarıya səsimiz çatmır,
Artıq yorulmuşuq qışqırmaqdan.

Eşitmirsən məni, qoca balıqçı!
İcazə vermir ki qoca qurbağa.
Bezmişəm bu kirli gölməçələrdən
Yanına gəlirəm balıq tutmağa.
❤5🔥1
Eh, Kerri, Kerri! Ey insan qəlbinin kor arzuları! Gözəlliyin çəkib apardığı tərəfə meyil edən ürək hey "İrəli, irəli" deyə səslənir. Sakit otlaqda tənha otlayan qoyunun zınqırovu səslənən kimi, kənd guşəsi öz gözəlliyi ilə cilvələnən kimi, ötərgi bir baxış könülə bir hərarət verən kimi - ürək dərhal hiss edir, səs verir, ağuşunu açır. Yalnız ayaqlar yorulduqda, ümidlər puça çıxdıqda, ürək isə göynəyib iztirabla üzüldükdə bil ki, sənin üçün nə doymaq, nə də razı qalmaq vardır. Sən pəncərənin qarşısında öz yelləncəyində oturaraq elə bir səadət arzulayacaqsan ki, bu səadət sənə heç bir zaman nəsib olmayacaqdır!

T.Drayzer"Kerri bacı".
❤6
Başlayaq🌺
❤3👍1
✨️✨️
❤‍🔥6❤2⚡1
VÂVEYLÂ
https://youtu.be/o0Jgyr88ZGA?si=P7IOXrMgKmTS9Rds
145. Film tövsiyəsi. Sofra sırları 🍽
❤1
❤‍🔥2❤1
Forwarded from Məzahir yazır
Və sənin bütün o həyatın
bəlkələrlə doludur;
"bəlkə o da uduzub"
"bəlkə o da keçmişinə tutunur"
"bəlkə o da xatırlayıb ovunacaq..."

Və mənim bütün qorxularım
eyni sözün ətrafında dolanır;
"bəlkə artıq unudub"
"bəlkə indi unudur"
"bəlkə bir gün unudacaq..."
❤4
❤3🕊1