Forwarded from Məzahir yazır
Heçlikdə eşidilən
cəmi bircə Söz vardı
hər şeyə başlayanda.
Yeni həyat yarandı
Tanrının darıxmaqdan
ürəyi partlayanda.
cəmi bircə Söz vardı
hər şeyə başlayanda.
Yeni həyat yarandı
Tanrının darıxmaqdan
ürəyi partlayanda.
❤2
Forwarded from Tarixçi
Mart qətliamından 108 il ötür
“Martın 30-da Nəriman Nərimanovun evində Məhəmməd Əmin Rəsulzadə və Stepan Şaumyan arasında görüş oldu. Gərginliyi dinc yolla həll etmək üçün atılan bu addım zamanı Şamaxinka tərəfdə sovetin süvari patruluna atəş açılması xəbəri gəldi. Atəş açanın şəxsiyyəti müəyyən edilməsə də, olay Bakı Sovetinə danışıqları dayandırmaq və hərbi əməliyyatlara başlamaq üçün bəhanə oldu.
Şaumyan sonralar yazırdı: “Biz cavab verməli idik və ilk bəhanədən, atlı dəstəmizə silahlı hücum cəhdindən istifadə edərək bütün cəbhə boyu hücuma keçdik... Bizim 6 min nəfərlik qoşunumuz vardı. Daşnaksütunun 3-4 minlik qüvvələri də ixtiyarımızda idi. Sonuncuların iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi, lakin bundan qaçmaq mümkün deyildi. Biz buna şüurlu şəkildə getdik”.
Mart qətliamı barədə məqaləm
https://yadigar-sadiqli.livejournal.com/9231.html

❤4👍2